ƏDƏBİYYAT
1.
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, “Qanun” nəşriyyatı. 2010.
2.
Babayev Y. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Ali məktəblərin filoloji fakültələri üçün
dərs vəsaiti. Bakı, «Nurlan», 2007. 128 s.
3.
Nizami Gəncəvi. İskəndərnamə. (İqbalnamə). Bakı, "Lider nəşriyyat", 2004, 256 səh.
4.
Süleymanova E. Qloballaşan dünyada insan hüquqları. Qloballaşma və informasiya
cəmiyyətinin problemləri. (elmi məqalələr toplusu). Bakı, 2011. 227 səh
5.
Şükürov A. Qloballaşmış cəmiyyətlər: dünən, bu gün, sabah. Bakı, “Azərbaycan Universiteti
nəşriyyatı” 2006. 191s.
6.
Tusi Xacə Nəsirəddin. Əxlaqi-Nasiri. Bakı, “Lider nəşriyyat”, 2005,
ABSTRACT
Novruzali Rahimov
Azerbaıjan multıculturalısm as a natıonal and moral value.
In the scıentıfıc article ıs explaıned the phılosophıcal concept of the multıculturalısm
essence. It analysed also Azerbaıjanı multiculturalısm as natıonal and moral values. Shows the
values of the Azerbaıjanı model of multıculturalısm.
РЕЗЮМЕ
Новрузали Рагимов
Азербайджанский мультикультурализм как национально-нравственная ценность.
В
научной
статье
объясняется
философская
концепция
сущности
мультикультурализма. В нем анализируется также азербайджанский мультикультурализм в
качестве национальных и нравственных ценностей. Показывается значение азербайджанской
модели мультикультурализма.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
QƏRİB ƏSGƏROV
Azərbaycan Respublikasnın Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
esgerov.qerib@box.az
UOT:316.32
AZƏRBAYCAN-NATO ƏLAQƏLƏRİ: MİLLİ TƏHLÜKƏSİZLİK KONTEKSİNDƏ
Açar sözlər: xarici siyasət, dövlət təhlükəsizliyi, milli təhlükəsizlik, geosiyasət, inkişaf
Key words: foreign policy, state security, national security, geopolicy, development
- 104 -
Ключевое слова: внешний политика, государственный безопасность, национальный
безопасность, геополитика. развитие
Beynəlxalq münasibətlərin subyekti kimi hər bir dövlətin nüfuzu onun həyata keçirdiyi milli
inkişaf və təhlükəsizlik siyasəti ilə bilavasitə bağlıdır. Suveren dövlət kimi, Azərbaycan
Respublikası bu gün daxili və xarici siyasət vasitələrindən istifadə edərək mövcud təhlükəsizlik
mühitində təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına, habelə ölkənin milli
maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətini formalaşdırır və həyata
keçirir. Bu siyasətin əsas elementləri müstəqilliyin, suverenliyin, ölkənin ərazi bütövlüyünün,
konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin
hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunması təşkil edir.
Azərbaycan xalqı sorağı minilliklərdən gələn tarixi boyu olduqca mürəkkəb şəraitlərdə
yaşamış, böyük mədəniyyət yaratmış, dövlətlər qurmuş, varlığını sübuta yetirmiş və inkişaf edib
formalaşmışdır. Ölkəmizin çoxəlverişli təbii-coğrafi mövqeyi ona istər yaxın qonşu, istərsə də uzaq
dövlətlərin diqqətini daim cəlb etmiş, bu maraqdan irəli gələn təcavüzkar niyyətlər həmin mürəkkəb
şəraiti səciyyələndirmişdir.{1.3}
Təbii ki, müasir dünyada baş verən fundamental dəyişikliklər Azərbaycan Respublikasından
və onun vətəndaşlarının maraqlarından yan keçmir. Buna görə də ölkəmizin milli təhlükəsizlik və
xarici siyasəti beynəlxalq aləmdə baş verən hadisələrin axarını və transmilli qloballaşma prosesinin
xüsusiyyətlərini nəzərə almalı və bu sahədə mövcud olan bütün vasitələrdən istifadə etməlidir.
Marsel Merl vurğulayır ki, ”xarici siyasət dövlətin fəaliyyətinin “xaricə” yönəlmiş hissəsidir,
yəni daxili siyasətdən fərqli olaraq onun hüdudlarından kənara mövcud problemlərin həlli ilə
məşğuldur.Bu baxımdan ölkənin milli təhlükəsizliyinə xaricdən ola biləcək istənilən təhdidlərin
vaxtında qarşısının alınması düşünülmüş xarici siyasi kurs tələb edir.
Azərbaycanın yerləşdiyi coğrafi mövqeyi hər cəhətdən istər geosiyasi, istərsə də strateji
baxımdan önəm kəsb edir. Onun tutduğu geosiyasi, geoiqtisadi və geostrateji mövqe, yürütdüyü
daxili və xarici siyasət dünyanın və regionun aparıcı dövlətlərinin maraqlarına toxunur və onların
diqqətindən kənarda qalmır. Bu reallıq həm bölgənin, həm də ölkənin daxili təhlükəsizlik mühitinə
birbaşa təsir göstərir. ABŞ və Qərbi Avropanın böyük ölkələri, regionun Rusiya, Çin, Türkiyə, İran
kimi böyük dövlətləri və b. geosiyasi aktorlar Cənubi Qafqazda, Orta Asiya və bütövlükdə
Avrasiyada öz maraqları çərçivəsində fəal geosiyasət reallaşdırır ki, bu da Azərbaycanın həm
regional, həm də beynəlxalq maraqlarından yan keçmir.
Məhz regiondakı gərgin siyasi vəziyyətdən qorunmaq üçün Azərbaycan bu gün həm
qonşuluq siyasətində, həm də digər region ölkələrlə olan münasibətlərində balanslaşdırılmış siyasət
yürütməkdədir. Bu siyasətin əsas vəzifələri aşağıdakılardır:
ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları
beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək.
mənafeyi Azərbaycanın milli maraqları ilə həmçinin dövlətçilik maraqları ilə uyğun gələn
ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək. Bu imkanlardan istifadə edərək beynəlxalq
sistemdə mövqeyini möhkəmləndirmək
regionda baş vermiş hər hansı bir gərginliyin və ya münaqişələrin aradan qaldırılmasına səy
göstərmək.
xalqın mənafeyinə uyğun xarici iqtisadi siyasət yeritmək, ölkə iqtisadiyyatını beynəlxalq
iqtisadi sistemdə təmsil etmək.
xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq və bu kimi təşkilatlarda fəal iştirak
etmək.
Azərbaycanın müstəqilliyinə qarşı yönələn bütün təhlükələrin aradan qaldırılması, milli
təhlükəsizliyin təmin edilməsi, Ermənistan tərəfindən həyata keçirilən separatizm və işğalçılıq
siyasətinin qarşısının alınması və bu məqsədlə bölgədə və dünyada müttəfiqlərin qazanılması
ölkənin xarici siyasətinin əsas prioriteti hesab olunur.
Azərbaycan Respublikası xarici siyasətinin ən önəmli prioritetlərindən biri Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlıdır. Burada əsas olaraq Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq
- 105 -
normaları çərçivəsində həllinə nail olmaq götürülür. Bu məsələ həmçinin Azərbaycanın milli
təhlükəsizlik siyasətinə bir başa daxildir.
Bundan əlavə region dövlətlərlə maraqların üst-üstə düşməsini təmin etmə və qarşılıqlı
əməkdaşlıq çərçivəsində hərəkət etmək istiqamətini də xüsusi vurğulamaq lazımdır. ABŞ
prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri və geostrategiya üzrə dünya
miqyasında tanınmış Z.Bjeziniskinin fikirlərindən aydın olur ki, böyük enerji resurslarına malik
olan Xəzər regionu XX-XXI əsrlərin qovşağında təkrarən dünyada ən başlıca geosiyasi əhəmiyyət
daşıyan bir məkana çevrilmişdir. Bu isə o deməkdir ki, regionun faydalı və təbii ehtiyat baxımından
ən zəngindövləti olan Azərbaycan bu gün dünya siyasətinin əsas aparıcı dövlətləri olan Rusiya ilə
ABŞ arasındakı çəkişmələrin meydanına çevriləcək.{6.170}Rusiya Federasiyası heç bir halda
özünün maraq dairəsində olan keçmiş sovetlərə daxil olan dövlətləri qərbə güzəştə getmək
istəmir.Qərb isə regiondakı maraqları naminə hər cür vasitələrə əl atmaqdan çəkinmir.Belə şəraitdə
region dövlətlərinin, xüsusən də Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin olunması
problemi gündəmə gəlir.
Bütün bunlar bu regionun həssas olmasından və super güc sayılan ABŞ və Rusiyanın
bölgədəki ortaq maraqlarını nəzərə alaraqdan həyata keçirilir. Məhz, bu baxımdan balanslaşdırılmış
siyasətin yürüdülməsi hal-hazırda məqsədə uyğun hesab edilir. Çünki bu regionda hər hansı bir
gərginliyin və ya münaqişənin yaranması, ilk növbədə, böyük enerji ehtiyatlarına və layihələrinə
malik olan Azərbaycan üçün arzu olunmaz haldır. Belə hallarda həmçinin ölkənin suverenliyi və
milli təhlükəsizliyi təhdid altına düşmüş olur. Bu, nəinki Azərbaycan üçün, həmçinin regionun digər
qonşu dövlətləri üçün də səciyyəvi xarakter daşıyır.
Regionda dünyanın aparıcı dövlətlərinin maraqlarının toqquşduğu bir şəraitdə Azərbaycan
Respublikası öz maraqlarını qorumaq üçün müxtəlif beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq
etməyə məcburdur. Azərbaycan özünün milli təhlükəsizliyini təmin etmək və xarici siyasətindəki
prioritetlərini həyata keçirmək üçün bir sıra beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir. Bu
istiqamətdə əməkdaşlığın yaradılması Azərbaycanın xarici siyasət prioritetlərin əsas tərkib
hissələrindən birirdir.
Bu təşkilatlar içərisində Şimali Atlantika Hərbi Alyansı – NATO xüsusi önəm daşıyır.
NATO-nun qəbul etdiyi prinsiplər, təhlükəsizlik sistemi Azərbaycanın milli mənafeyinə və
təhlükəsizliyinə cavab verir. Həmin prinsiplərin bəzilərinə nəzər salaq. {3.212}
kollektiv təhlükəsizlik. hər bir özv olan dövlətin kollektiv təhlükəsizliyini təmin edilir
demokratiya-sülh, insan hüquqları, suverenlik, ərazi toxunulmazlığı qorunur
konsensus- qərar ümumi razılıq əsasında qəbul edilir
qarşılıqlı təhlükəsizlik -üzv olan dövlət hərbi büdcələri haqqında məlumat verir, birgə hərbi
təlimlər planlaşdırır və həyata keçirir.
NATO yarandığı dövrdən etibarən ümumi təhlükəsizliyin əldə edilməsi üçün məsuliyyətin
bütün üzvlər arasında bərabər bölgüsü prinsipi əsasında fəaliyyət göstərmişdir ki, bu da son nəticədə
özünün səmərəliliyini sübut etdi .{4.27} Bu qurumun Cənubi Qafqaz və Xəzər-Qara dəniz
hövzəsində yürütdüyü təhlükəsizlik siyasəti onun region ölkələri ilə imzaladığı “Sülh naminı
tərəfdaşlıq” və “Fərdi tərəfdaşlıq” kimi proqramlar çərçivəsində həyata keçirilir.
Azərbaycan MDB dövlətləri arasında NATO-nun Sülh naminə tərəfdaşlıq (SNT)
proqramına qoşulan ilk tərəfdaş dövlətlərdən biridir. Azərbaycan Respublikası Prezidenti Heydər
Əliyev 4 may 1994-cü ildə NATO-nun mənzil qərargahına səfəri zamanı SNT-yə qoşulmaq
haqqında SNT Çərçivə Sənədini imzalamışdır. NATO ilə gələcək əməkdaşlıq sahələrini müəyyən
etmək məqsədilə Azərbaycan SNT Təqdimat sənədini hazırlayaraq 1996-cı ilin aprelində Alyansa
təqdim etmişdir. İkitərəfli əməkdaşlığa hərbi əməkdaşlıq, hərbi modernizasiya, silahlı qüvvələr
üzərində demokratik nəzarət, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı
əməliyyatlar,
təhlükəsizlik
sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə
əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq kimi sahələr daxil olunmuşdur.
NATO-nun Azərbaycanda “Sülh Naminə Tərəfdaşlıq proqrmı”nın əsas məqsədləri aşağıdakılardır:
1.müdafiə qüvvələri üzərində demokratik nəzarət həyata keçirmək
2.milli müdafiəni planlaşdırmaq, ölkələr arasında sülh və sabitlik yaratmaq
- 106 -
3.humanitar əməkdaşlıq yaratmaq
4.hərbi təlimlərin birgə hazırlığı, birgə əməliyyat və döyüş hazırlığını həyata keçirmək.
NATO-nun Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasında rolunu nəzərə alan
Ümummilli lider Heydər Əliyev deyirdi:”Biz NATO - ya gənc Azərbaycan dövlətinə Qərb dünyası
ilə sıx və çoxtərəfli qarşılıqlı münasibətlər yaratmaqda təcrübəsindən bəhrələnməkdə kömək etməyə
qadir olan bir təşkilat kimi baxırıq”{5.347}
Azərbaycan Respublikası Avratlantik strukturları ilə tərəfdaşlığı bütövlükdə Avratlantik
məkanında ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi
görür. Azərbaycan Respublikası Avropa və Avratlantik məkanında qeyri-sabitliyin, münaqişələrin
və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi
prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropada və yerləşdiyi regionda vahid
təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. Azərbaycan Respublikası
Avratlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində
NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. Bu baxımdan Fərdi
Tərəfdaşlıq üzrə Əməliyyat Planı NATO ilə əməkdaşlığın yaxın və orta perspektivdə daha da
gücləndirilməsi yolunda mühüm bir vasitədir. Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından
Azərbaycan Respublikasının təhlükəsizlik sektorunun islahatlar yolu ilə NATO standartlarına
yaxınlaşdırılması və siyasi dialoqun inkişaf etdirilməsi üçün bir mexanizm kimi bundan sonra da
istifadə olunacaqdır. Avropa məkanına daha sıx inteqrasiyanın zəruriliyi mövqeyindən çıxış edən
Azərbaycan Respublikası Avropa İttifaqı ilə çoxşaxəli qarşılıqlı əlaqələr yaratmışdır.
Azərbaycan NATO-nun müxtəlif proqramlarına qoşulsa da öz maraqlarını bu əməkdaşlıq
çərçivəsində daim qorumuşdur. Belə ki, NATO üzvü olan ölkələr ilə yanaşı regionun aparıcı
dövləti olan Rusiya Federasiyası ilə də sıx əməkdaşlıq edərək özünün balanslaşdırılmış siyasətini
uğurla həyata keçirmiş və bununla da milli təhlükəsizliyini təmin etməyə çalışır. Bildiyimiz kimi
NATO, bir tərəfdən bölgə ölkələrini Rusiyanın geosiyasi və hərbi geostrateji təsirindən çıxararaq öz
maraqları çərçivəsində istifadə etmək istəyir, digər tərəfdən isə onların siyasi-hərbi idarəçilik
strukturlarını Avrova standartlarına uyğunlaşdırmaqla öz təsiri altında saxlamaq istəyir. Belə şərait
bölgə ölkələrindən adekvat və d
üşünülmüş siyasət tələb edir. Məhz öz təhlükəsizliyini
qorumaq üçün Azərbaycan Respublikası NATO-ya üzvlüyü özünün əsas hədəfi kimi deyil, ölkənin
beynəlxalq və regional təhlükəsizliyini təmin etmək vasitəsi kimi qəbul etmiş və bu qurumla
əməkdaşlıq etməyi ona üzvlük məsələsindən daha üstün tutmuşdur. {2.244}
Bu gün Azərbaycanın NATO üçün hərbi-geostrateji əhəmiyyətini artıran amillərdən biri də
onun zəngin təbii resurslara malik olan Xəzər hövzəsinə çıxışının olması və İranla qonşu dövlət
olmasıdır. NATO Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı istifadə etməkdə maraqlı olsa da ,
Azərbaycan özünün təhlükəsizliyi məsələsini öndə tutara daim bu fikrə qarşı çıxmışdır.
Azərbaycanın öz milli təhlükəsizliyi naminə ortaya qoyduğu bu mövqe təbii ki, NATO ilə hərbi
tərəfdaşlıq məsələlərinə də mənfi təsir göstərmiyə bilməzdi. Nəzərə alsaq ki, söhbət Azərbaycanın
milli təhlükəsizliyinin təmin olunmasından gedir, onda aparılan siyasətin nə dərəcədə əhəmiyyətli
olduğunu bir daha görmüş olarıq.
Azərbaycanın xarici siyasətimizin ən önəmli vəzifə və prioritetlərindən biri Dağlıq Qarabağ
probleminin beynəlxalq hüquq normalrı çərçivəsində həllinə nail olmaqdır. Bu məsələ həmçinin
Azərbaycanın milli təhlükəsizlik siyasətinə bir başa daxildir. Bu məsələdə bəzi dövlətlərin məsələyə
ikili standartla yanaşması Azərbaycanı narahat etməklə yanaşı, milli maraqlarına da cavab vermir.
Xüsusilə də ATƏT-in məsələyə qeyri obyektiv, ikili standartlarla yanaşması bu problemin həllinin
yubanmasına gətirib çıxarıb. Azərbaycan tərəfi rəsmi olaraq bu məsələyə dəfələrlə öz narazılığını
bildirmişdir. Çünki, problem nə qədər çox yubanarsa bölgədəki gərginlik də bir o qədər artar və
yeni bir müharibənin başlanmasına belə gətirib çıxara bilər.
Azərbaycan- NATO əlaqələrinin inkişaf etdirilməsinə sonrakı mərhələlərdə Ermənistan –
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə olan biganə münasibət, münaqişənin həlli üçün
qətiyyətli addımların atılmaması olmuşdur. Xüsusən ABŞ-ın bu məsələyə qeyri-prinsipial və ikili
yanaşması Azərbaycanın ictimai rəyində mənfi qarşılanmışdır ki, bu da sonralar tərəflər arasında
hərbi təhlükəsizlik sahəsində əməkdaşlıqda bir daha özünü göstərmişdir.
- 107 -
Bütün bunlara baxmayaraq, Azərbaycanın təhlükəsizliyində Avropanın təhlükəsizlik sistemi
mühüm rol oynayır. Nəzərə alsaq ki, Avropanın təhlükəsizliyinin təmin olunmasında həlledici rolu
NATO oynayır, bu baxımdan Azərbaycanın da bu təşkilat ilə əlaqələrinin inkişaf etdirilməsi tam
zərurətə çevrilib.
1997-ci
ildən
Azərbaycan
öz
qoşunlarını
NATO
standartlarına uyğunlaşdırmaq
istiqamətində Planlaşdırma və Analiz Prosesinə qoşuldu. Bakı Ali Ümumqoşun Komandirlər
məktəbində “ NATO.SNT” kafedrası yaradıldı. SNT çərçivəsində sülhqoruma əməliyyatlarında
iştirak etmək üçün sülhməramlı bölük yaradıldı. Azərbaycan hərbi qüvvələrinin nümayəndələri
NATO xətti ilə keçirilən “ Kooperativ Bear-98,”SMX-98”, “Kooperativ Key-98” təlimlərində
iştirak etmişdilər.
Azərbaycan Respublikasının Milli Məclisi 21 noyabr 1997-ci ildə Azərbaycan
Respublikasının
NATO-nun
Brüssel
şəhərində
yerşən
qərargah
mənzilində
diplomatik
nümayəndəliyinin yaradılmasını təsdiq etmişdir.Bəzi tədqiqatçılar hesab edirlər ki, Azərbaycanın
NATO ilə əmakdaşlıq etmə məqsədi Ermənistanın da qoşulmuş oldğu Rusiyanın rəhbərlik etdiyi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) cavab olaraq atılan addımdır. Ancaq
NATO öz növbəsində 2004-cü il İstanbul sammitində Cənubi Qafqaz və Mərkəsi Asiya
regionlarını özünün strateji əhəmiyyətli zonaları olduğunu bildirən sənəd qəbul edərək özünün də
regionla əməkdaşlıqda maraqlı olduğunu göstərdi. Bu gün Azərbaycan-NATO əlaqələri yüksək
səviyyədə inkişaf edir və müasir dövrüntələblərinə tamamilə cavab verir. Bu, Azərbaycan
Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri çərçivəsində, 29 aprel 2009-cu il
tarixində NATO-nun o zamankı Baş katibi Yaap de Hoop Sxefferlə görüşündə də növbəti dəfə
təsdiqlənmişdir.
NATO-nun mənzil-qərargahında baş tutan görüşdən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yaap de Hoop Sxeffer mətbuat
nümayəndələri qarşısında bəyanatlarla çıxış etmişlər. Azərbaycanın NATO üçün regionda mühüm
rol oynayan ölkə olduğunu vurğulayan Yaap de Hoop Sxeffer enerji təhlükəsizliyinə toxunaraq
bildirib ki, “enerji təhlükəsizliyinin dünyada böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə Azərbaycanın
rolu daha da artıb”. Dağlıq Qarabağ münaqişəsinə də münasibət bildirən cənab Sxeffer qeyd edib
ki, “28 NATO ölkəsi Dağlıq Qarabağ probleminin həllinin suverenlik və ərazi bütövlüyü prinsipi
əsasında tapılması fikrini müdafiə edir. NATO Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində
birbaşa rol oynamasa da, hesab edir ki, münaqişənin həllində ərazi bütövlüyü prinsipi əsas
götürülməlidir.
Tərəfdaşlığın gələcəyi və NATO-nun regiona siyasəti ilə bağlı Azərbaycan hesab edir ki,
Avro-Atlantika təhlükəsizliyi böhranların idarəolunması sahəsində imkanların artırılması, etibarlı
nəqliyyat dəhlizlərinin yaradılması və enerji təhlükəsizliyi kimi sahələrin inkişaf etdirilməsindən
asılıdır. Bütün bunlar Tərəfdaşlığın bir institut kimi daha da inkişaf etdirilməsini tələb edir.
Tərəfdaşlığın inkişaf etdirilməsi NATO ilə 3 pilləyə əsaslanan təhlükəsizlik əməkdaşlığının inkişaf
etdirilməsinə şərait yaratmalıdır: siyasi yekdillik (political unanimity), hüquqi ahəngdarlıq (legal
harmony) və əməli uyarlılıq (practical interoperability).
Belə inkişaf NATO-nun hazırda artan qlobal rolu çərçivəsində və Sülh Naminə Tərəfdaşlıq
proqramının Çərçivə Sənədində əks olunmuş prinsiplər əsasında fəal, Avropa dəyərlərini bölüşən və
beynəlxalq hüquqa hörmətlə yanaşan tərəfdaşlara təhlükəsizlik qarantiyalarının verilməsini ehtiva
etməlidir. Təhlükəsizlik qarantiyalarının verilməsi beynəlxalq hüququn pozulmasının qarşısını alır
və beynəlxalq münasibətlərdə sabitliyi təşviq edir.
Azərbaycanın hərbi-geostrateji durumu, bu sahədə yürütdüyü siyasət və atdığı addımlar həm
Qərbin, xüsusilə ABŞ, AB və NATO-nun, həm də Rusiya, İran və Çin kimi region ölkələrinin
diqqət mərkəzində dayanır. Regionun Rusiya, İran və Türkiyə kimi güclü ölkələri ilə həmsərhəd
olması, dünyada və bölgədə balanslı, tarazlaşdırılmış xarici siyasət aparması, heç bir hərbi-strateji
bloka üzv olmaması, əksər ölkələrlə tərəfsiz əməkdaşlıq etməsi və s. geosiyasi addımları
onun təhlükəsizlik mühitinə və beynəlxalq imicinə təsirsiz ötüşmür. Bu mənada Azərbaycanın
davamlı olaraq müstəqillik illərində yürütdüyü dinc tətəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq
siyasəti ona "regionda geosiyasi gərginliyi azaldan və bərabərhüquqlu əməkdaşlıq mühiti yaradan
konstruktiv dövlət" imici qazandırmışdır.Bu amil dünya birliyində ölkəmizə etibarlı və sözübütöv
- 108 -
tərəfdaş imici qazandırmış, Xəzər hövzəsi və Cənubi Qafqazda onun reallaşdırdığı transmilli
layihələrə diqqəti artırmış və bölgədəki geosiyasi roluna ciddi maraq yaratmışdır.
Bu gün bütün dünyada təhlükəsizlik anlayışı dövlətlərin malik olduğu müdafiə potensialı ilə
ölçülərək yalnız hərbi hazırlıq sahəsini əhatə etmir. Müasir dövrdə ayrı-ayrı dövlətlərin və
bütövlükdə regionların təhlükəsizliyi siyasi, iqtisadi, xüsusilə isə enerji təhlükəsizliyinin təminatı
baxımından səciyyələndirilir. Xüsusilə, iqtisadi təhlükəsizlik ölkənin milli təhlükəsizliyinin mühüm
tərkib hissəsi olub, dövlətin geosiyasi gücü hesab edilməklə müstəqilliyin möhkəmlənməsinə
xidmət göstərir.
Dostları ilə paylaş: |