Scientific works



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə12/32
tarix24.04.2017
ölçüsü5.01 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

                                                                     
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
          
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 
 
YUSİF  HÜSEYNOV   
Naxçıvan Dövlət Universiteti 
UOT:  18 
“MOLLA NƏSRƏDDİN” MƏKTƏBİNİN ESTETİKASI 
 
   
 
 
 
 
Mollanəsrəddinçilik   geniş məfhum olduğu  
   
 
 
 
 
kimi, mollanəsrəddinçilərin  də sayı və gizli  
   
 
 
 
 
imzaları çox, fəaliyyət dairəsi xeyli genişdir 
   
 
 
 
 
Professor Firidun Hüseynov  
 
Açar  sözlər: “Molla Nəsrəddin”, Mirzə Cəlil, fəlsəfə, estetik görüşlər, demokratik 
Key words:  “Molla Nasraddin”, Mirza  Jalil, philosophy, aesthetic views, democratic 
Ключевые  слова:  «Молла  Насраддин»,  Мирза  Джалил,  философия,  эстетические 
воззрения, демократический  
 
      
“Molla  Nəsrəddin”  məktəbinin,  ümumiyyətlə,  onun  nümayəndələrinin,  o  cümlədən  eyni  adlı 
jurnalın  banisi  və  naşiri,  görkəmli  yazıçı  və  publisist  Cəlil  Məmmədquluzadənin  ədəbi-tənqidi 
görüşlərindən  bu  və  ya  digər  dərəcədə  xüsusi  olaraq  bəhs  edilsə  də  (1),  bütövlükdə  estetikası  ayrıca 

 
 
- 88 - 
araşdırılmamışdır.    
  Azərbaycan  MEA-nın  müxbir  üzvü  Əziz  Mirəhmədov  yazırdı:  “Mollanəsrəddinçilik,  ilk 
növbədə 
çarizmə, 
yerli 
istismarçılara, 
imperializmə 
qarşı 
çevrilmiş 
inqilabi-demokratizm 
ideologiyası  deməkdir… 
  Mollanəsrəddinçilik  ədəbiyyatda  realizm  və  satira,  dildə  xəlqilik  və  təmizlik,  mətbuatda 
demokratizm  və  mübarizə...  yolunu  tutmuşdu”  (2, 256).  
  “Molla    Nəsrəddin”  yarandığı  gündən    son    nömrələrinədək  XX  əsr  realist  Azərbaycan  
ədəbiyyatının    bayraqdarı    kimi  həqiqi  sənət    və    ədəbiyyat    uğrunda    inadla    mübarizə    apararaq 
realizmin  ön sıralarında  olmuşdur.   
  Öz  dövrünün  ədəbi  güzgüsü  olan  “Molla  Nəsrəddin”  jurnalı  və  onun  görkəmli,  realist  qələm 
ustaları  şeirə,  sənətə  və  ədəbiyyata  eyni  meyarla,  yüksək  tələbkarlıqla  yanaşır,  ədəbiyyatın 
ideyalılığı,  xəlqiliyi  və  müasirliyi  uğrunda  dönmədən    mübarizə    aparırdılar.  Bu  sahədə  onların 
qələm  döyüşü  vasitələri  xeyli  zəngin,  rəngarəng  idi.  Mollanəsrəddinçilərin  yazıb  çap  etdirdikləri 
əsərlər  –  elandan,  poçt    xəbərindən    tutmuş,    satirik    şeir,    felyeton,  hekayə    və    iri    həcmli  nəsr 
əsərlərinə  qədər  hamısı  yeni,  realist  sənət  nümunələri  idi.  Bu  əsərlər  xalqın  dolanışığını  əks  etdirir, 
gözünü  açmağa,  tərəqqisinə  təkan  verməyə   xidmət  edirdi.    
  Ədəbiyyatı  xalqa  yaxınlaşdırmaq,  onu  xalq  məişətinin,  xalq  azadlıq  hərəkatının    mübariz  
carçısına  çevirmək    mollanəsrəddinçilərin    başlıca  qayəsi    idi.  Onlar  əməli  surətdə,  öz  orijinal 
əsərləri  ilə  realist  ədəbiyyat  uğrunda  mübarizə  aparırdılar.  Həm  də  ayrı-ayrı  əsərlərində  bilavasitə 
sənət  və  ədəbiyyat    məsələlərinə  də  toxunur,  ideya  –  bədii  cəhətdən  dövrün  tələblərinə  cavab  verə 
bilməyən  əsərləri,  onların  müəlliflərini  kəskin  tənqid  edirdilər.  Bu  sahədə  “Molla  Nəsrəddin”  
jurnalının   xidməti   müstəsna    cəhətdən    böyükdür.   
  Böyük  realist  M.F.Axundovun  ənənələrini    davam    etdirən    “Molla    Nəsrəddin”  məktəbimin 
estetikasına  istinadən  demək  olar  ki,  ictimai    məzmunu      və    forma    gözəlliyi    olmayan    şeir    kimsəyə  
lazım    deyil;  sənət    əsərinin      mayasında    xalqın  dərdinə    qalmaq,  onun    sevincini,  kədərini,  istək    və  
arzularını    əks  etdirmək   idealı   olmalıdır.   
  Akademik  Məmməd  Cəfər  Cəfərov  göstərirdi  ki,  C.Məmmədquluzadə  sadəcə  bir  neçə  əsər 
qoyub  gedən  yazıçılardan  deyildir.  O,  cəmiyyət  haqqında,  vətən  haqqında  hərtərəfli  düşünən,  varlığı 
çox  əhatəli  bir  baxışla  dərk  edən  yazıçılardan  olmuşdur.  M.C.Cəfərov  ədibin  yaradıcılığının 
universal  xarakterə  malik  olduğunu  dilə  gətirərək,  onun  əsərlərinin  müxtəlif  elm  adamları  üçün 
maraq  kəsb  etdiyini  vurğulamışdır:  “Elə  buna  görədir  ki,  onun  yaradıcılığı,  əsərləri,  siyasi-ictimai, 
mədəni  fəaliyyəti  yalnız  ədəbiyyatşünasların  deyil,  filosofların,  tarixçilərin,  hüquqşünasların, 
sosioloqların,  iqtisadçıların,  pedaqoqların,  psixoloqların,  estetiklərin,  dilçilərin    də    diqqətini  cəlb 
etmişdir”  (3, 177). 
  Son    20-25      ildə    Cəlil      Məmmədquluzadə      və  “Molla  Nəsrəddin”  haqqında  filoloji 
əsərlərlə  yanaşı,  onların  fəlsəfi,  siyasi-iqtisadi,  sosioloji,  etik,  ədəbi-nəzəri,  pedoqoji  görüşlərinə, 
dövlət  –  hüquq  nəzəriyyəsinə  aid  tədqiqat  əsərləri  də  nəşr  edilmişdir.  Bunlar    göstərir  ki,  “Molla 
Nəsrəddin”in,  Mirzə   Cəlilin    yaradıcılığı,  fəaliyyəti  çox zəngin,   hərtərəfli,  universal   olmuşdur.   
  Mirzə  Cəlil  yumorunun  fəlsəfi  mahiyyət  kəsb  etdiyini,  onun  mənaca  yüksəldiyini  xüsusi 
qeyd  edən  tanınmış  tənqidçi,  nəzəriyyəçi  alim,  Azərbaycan  MEA-nın  müxbir  üzvü  Yaşar  Qarayev 
bu  haqda  düşüncələrini  belə  şərh  etmişdir:  “Satira  və  yumor  hələ  heç  zaman  bizdə  bu  qədər 
fəlsəfiləşməmiş  və  mənaca  bu  qədər  yüklənməmişdi...  Qoca  Molla  Nəsrəddin  hələ  heç  bir  zaman  bu 
qədər həqiqət  və məna  təbəssümü  ilə,  ən fəci,  ən fəlsəfi  gülüşlə  gülməmişdi…”  (4, 265). 
  Jurnalda  deyilirdi  ki,  “əgər    camaatın  bəsirət  gözü  açılmasa,  heç  bir  şey  fayda    bağışlamaz. 
Nə  hürriyyət,  nə  məşrutiyyət,  nə  cumhuriyyət”...  Böyük  məqsədlərə  çatmaq  üçün  hər  şeydən  əvvəl 
“təzə  yaşayış  yaratmaq  lazımdır.  Köhnəyə  qələm  çəkmək  lazımdır,  yəni  müxtəsər,  məişətimizin  hər 
bir  sahəsində  inqilab  törətmək  lazımdır”.  Buradan  göründüyü  kimi,  C.Məmmədquluzadənin 
cəmiyyətin  nöqsanlarına  qarşı  amansız  olması  belə  bir  yüksək  və  müsbət  estetik  ideal  ilə  əlaqədar 
idi!  (3, 181). 
  Professor 
Mir 
Cəlal  Paşayev  C.Məmmədquluzadənin  nəzəri-estetik,  ədəbi-tənqidi 
görüşlərinin    ideya    istiqamətindən  bəhs  edərək  yazmışdır:  “Ədəbiyyat    və    sənət      haqqında   
danışanda    ədib        öz      demokratik        fikirlərini      təbliğ      edirdi.  O, böyük   rus  inqilabçı-demokratları  

 
 
- 89 - 
kimi      sənətin    məna    və      vəzifəsini      həyata,  insanlara      xidmətdə    görürdü...  Ədib    sənətkara    xalq   
xadimi      kimi      baxırdı,  onu      tarix  və  mədəniyyət  qarşısında  məsul  bir  şəxs  sayırdı... 
C.Məmmədquluzadə    rus  inqilabçı-demokratları  kimi,  ədəbiyyatı  həyata  tabe  tutur,  onun  mənasını, 
əhəmiyyətini  də  bunda  görürdü”  (6,  606-607).  Görkəmli  ədibin  bu  fikrində  “Molla  Nəsrəddin” 
məktəbinin  estetikasının  ideya-fəlsəfi  mənbəyi  açıqlanır. 
  Ədibin  tənqidi  və  nəzəri-estetik  görüşlərindən  bəhs  edən  akademik  Kamal  Talıbzadə  də 
göstərirdi  ki,  C.Məmmədquluzadənin  ədəbi  görüşlərinin  təşəkkülündə    rus  ədəbiyyatı  və  tənqidinin 
ciddi  təsiri  olmuşdur.  O,  realist  rus  yazıçılarını  dərindən  öyrənib  qiymətləndirmiş,  rus  realizmini, 
onun  həqiqətpərəstliyini,  məna      zənginliyini  duyaraq,  bu  ədəbiyyatın  qabaqcıl  simalarının  əsərlərini 
müasirlərinə  nümunə  göstərmişdir.  Məsələn,  N.V.Qoqolun  anadan  olmasının  yüz  illliyinə  həsr 
etdiyi  tənqidi    felyetonda    ədib    böyük    rus    yazıçısının    xalq      həyatına      yaxınlığını      ən  gözəl  bir 
məziyyət  kimi  göstərir,  onun  əməkçi  kütlələr  içərisində  şöhrət  tapmasının  səbəbini  də  bununla  izah 
edirdi.  C.Məmmədquluzadə  realist    ədəbiyyatın    xüsusiyyətlərindən    bəhs    açarkən    İ.A.Krılov, 
A.S.Puşkin,  N.Qoqol,  L.N.Tolstoy,  D.İ.Pisaryev,  M.Qorki  kimi  rus  yazıçı  və  tənqidçilərinin 
əsərlərinə  müraciət  etmiş,  realizmin  ayrı-ayrı  məsələlərinə  öz  münasibətini  bildirərkən  onların 
əsərlərindən,  mülahizələrindən    faydalanmış,  müasirlərinin  diqqətini  rus  realist  ədəbiyyatının  
yaradıcılarına   cəlb   etməyə   çalışmışdır  (4, 223-224).   
  “Molla  Nəsrəddin”  məktəbinin  estetikasının  sosial  əhəmiyyətini  şərh  edən  professor  Firudin 
Hüseynov  bu  haqda  belə  yazmışdır:  “Demokratik  mətbuatın  yeni  ədəbiyyata,  realist  sənətə  dair 
fikirləri  C.Məmmədquluzadə,  M.Ə.Sabir,  Əli  Nəzmi,  Ə.Qəmküsar  və  başqa  inqilabçı-demokrat 
sənətkarların  yaradıcılığında  daha  da  dərinləşmiş,  püxtələşmiş  və  inkişaf  etdirilmişdir.  Böyük  realist 
C.Məmmədquluzadə  bu  sahədə  də  bütün  mollanəsrəddinçilərin  müəllimi,  ideya  rəhbəri  idi.  Sənət  və 
ədəbiyyatı  həyatın  canlı  aynası,  ictimai  mübarizənin  kəsərli  silahı  kimi  qiymətləndirən  ədib 
sənətkardan  dərin  həyat  müşahidəsi  tələb  edirdi»  (7,  75).  Həqiqətən  Mirzə  Cəlil  başa  salırdı  ki,  əsl 
sənət  yolu  V.Şekspirin,  İ.F.Şillerin,  N.V.Qoqolun,  M.F.Axundovun  yoludur.  Onlar  “Hamlet”, 
“Qaçaqlar”,  “Müfəttiş”,  “Hacı  Qara”,  “Müsyö  Jordan  və  Dərviş  Məstəli  şah”,  “Molla  İbrahimxəlil 
kimyagər”    ilə    həqiqi    səhnə    əsəri    yaratmaq    yolunu    göstərmişlər.  Bu  yol  ilə  də  getmək  lazımdır. 
O,  bayağı,  əxlaqı  pozan  əsərlər  əvəzinə,  klassiklərə  geniş  yer  verməyə,  onlardan  öyrənməyə 
çağırırdı.   
  C.Məmmədquluzadə    inqilabi-demokratik  ideyalar  təbliğ  edən  tənqidi  realizm    uğrunda, 
xalq  həyatını,  onun  böyük  əməllərini  canlandıran  ədəbiyyat  yolunda  mübarizə    aparırdı.  Bunun 
üçün    o,  hər    şeydən  əvvəl,  həyat    həqiqətinə    istinad  etməyi,  həyatı  dərindən  öyrənib  əks  etdirməyi 
ilk  şərtlərdən  biri  sayırdı.  Ədib  göstərirdi    ki,  sənətin    əsas    təsvir    obyekti    xalqın    həyatıdır,  odur  
ki, əlinə   qələm   alan   şəxs   “dünyanı   yaxşıca   tanımalı,  təcrübə   görməlidir”.   
  Mirzə  Cəlilə  görə,  mövzu,  ideya  qələm  sahibinin  xəyal  aləmində  yaranmır,  bunu  onda 
müşahidələri,  biliyi,  təcrübəsi  doğurur.  Yazıçı  həyatı  öyrənməsə,  dərk  etməsə  sənət  naminə  heç  bir 
şey  meydana  gətirə  bilməz:  “...biz    bir  yazıçı  millətik;  bizə  yağ  və  pendirdən,  süd  və  qaymaqdan    da  
əfzəl    dünyanı    yaxşıca    tanımaq,  təcrübə  görmək  lazımdır.  Bizə  gör-götür  lazımdır.  Bizə  tema  və 
mövzu  lazımdır.  Yəni  müxtəsər:  bizim  yazıçılıq  karxanasına  həmişə  xammal  lazımdır  ki, 
karxanamız  işləsin,  bikar  qalmasın”  (8,  569).  Burada  realist  sənətim  əsl  məzmun  və  mahiyyəti, 
dəyər  və istiqaməti  göstərilir. 
 “Molla 
Nəsrəddin”  və  C.Məmmədquluzadə    ədəbiyyatın  idrak  əhəmiyyətini,  onun 
ideyalılığını  belə  düşünür  və  buna  görə  də  XX  əsrin  əvvəllərində  burjua  estetikasına,  “sənət  sənət 
üçündür”  nəzəriyyəsinin  müxtəlif  təzahürlərinə  qarşı  ardıcıl  və  amansız  mübarizə  aparır,  ədəbiyyatı, 
sənəti  xalqın  azadlığı  işinə  xidmət  etməyə,  onu  mürtəce  qüvvələrə  qarşı  kəskin  silaha  çevirməyə 
çağırırdılar:  “...hər  bir  qələmin  öz  müqəddəs  vəzifəsi    var:  birinci    növbədə    millətin    xoşbəxtliyi  
yolunda    xidmət    etmək”  (9,  649).  Bu  fikir  necə  də  müasir  səslənir!  Dahi  sənətkarın  özü  həmin 
nəzəri  estetik  müddəanı  keçdiyi  şərəfli  ömür  və yaradıcılıq  yolu  ilə  praktikada  təsdiq  etmişdir. 
  C.Məmmdquluzadə  əsl  gözəlliyi  həyatın  özündə  görür,  burada  axtarırdı.  Əgər    həyat  insan 
ehtiyaclarını  ödəyirsə,  insanın  tələbləri  ilə  uyğun  gəlirsə,  onun  gözəlliyi  də  bir  o  qədər  artır.  Ədib 
yazırdı:  “İndi  kəndlinin  qadın  barəsində  olan  gözəllik  idealı  odur  ki,  arvadı  Hüseynqulugildən 
gələndə  kişisini  uzaqdan  haraylayıb  sevincək  ona xəbər  verə:   

 
 
- 90 - 
– A  kişi,  şükür   olsun   Allaha,  bu  gecəlik   neft   tapmışam.   
Gözəllik,  gözəllik  – budur!”  (9, 694).  
Mirzə  Cəlili  yazmağa  sövq  edən,  onun    əsərlərinə  əsl  gözəlliyi    verən  bu  həyat  həqiqəti  idi, 
xalq    həyatına  sədaqəti    idi.  Bütövlükdə  ədibin  və  “Molla  Nəsrəddin”  dərgisinin  ilham  mənbəyini 
hüseynquluların,  novruzəlilərin,  usta  zeynalların  həyatı   və dünyagörüşü   təşkil    edirdi.   
 “Molla  Nəsrəddin”  Azəbaycan  ədəbi  dilinin  xəlqiliyi  uğrunda  mübarizə  aparırdı.  Bunu  o, 
ədəbiyyatda  xəlqiliyin  əsas  cəhətlərindən  biri  hesab  edirdi.  Dildə  xəlqiliyi  ana  dilinə  böyük  ehtiram 
bəsləməkdə,  bir  vətənpərvər  kimi  onun  bütün  zənginliklərini,  gözəlliklərini  meydana  çıxarmaqda, 
bu  məziyyətlərdən  bacardıqca  geniş  şəkildə  istifadə  etməkdə  görürdü.  Mirzə  Cəlilin  dilə  estetik 
münasibətini  belə  ifadə  etmək  olar:  ədəbi  dil  ilə,  yazıçının,  mətbuatın  dili  ilə  xalq  dili  arasında, 
“avam  camaatın”  dili  arasında  uçurum  olmamalıdır. 
  Ədəbi  dil  haqqında  dediyi  fikirlər  C.Məmmədquluzadənin  və  ümumən  “Molla  Nəsrəddin”in 
estetik  görüşləri  sistemində  çox  mühüm  yer  tutur.  Sadə  xalq  dili  uğrunda  mübarizə,  bədii    ədəbiyyat 
və    mətbuat    dilini  mümkün  qədər  ümumxalq  dilinə  yaxınlaşdırmaq  ədibin  realist  ədəbiyyat  uğrunda 
mübarizəsinin  tərkib  hissəsini  təşkil  edir.  “Molla  Nəsrəddin”  və  Mirzə  Cəlil  XX  əsrdə  ədəbi  dil 
sahəsində  başlanan  mübahisələrdə  inqilabi-demokratik  cəbhəyə  başçılıq  edir,  ona  istiqamət 
verirdilər.  Mirzə  Cəlil  dil  məsələləri  barədə  məqalələrində,  felyetonlarında,  bədii  əsərlərində, 
xatirələrində  təkrar-təkrar  yazmış,  bunu  günün  vacib  məsələlərindən  biri  hesab  etmişdi:  elə    yazmaq 
lazımdır    ki,    müraciət  etdiyin    avam  camaat  səni  başa  düşə,  anlaya,  düşünə  və  nəticə    çıxara    bilsin. 
Bunun   üçün  isə   ən   yaxşı   yol  – asan  dildə,  ana   dilində   yazmaqdır.       
  Mirzə  Cəlil  “Molla  Nəsrəddin”  jurnalının  gördüyü  böyük  tarixi-mədəni  işdə  jurnalın  dilinin 
həlledici,  mühüm  rol  oynadığını  belə  izah  edirdi:  “Məcmuəmiz  türk  ölkələrində    çox  asanlıqla 
dağılıb  öz  sözünü    onlara  çox  asan  vəchlə  yetirə      bildi.  Bunun  səbəbi  məhz  məcmuənin  asan  dilidir. 
Onunçun   da bu yolda   biz   bərk durmuşuq  və  tərəddüd  və şəkk-şübhə   etmirik”  (8, 727).   
  XX 
əsrin  ilk  onilliklərində  Ə.Haqverdiyev,  N.Nərimanov,  M.Ə.Sabir,  Ü.Hacıbəyli, 
Ö.F.Nemanzadə,  F.Köçərli,  S.M.Qənizadə,  R.Əfəndizadə,    Abbasağa  Qayıbov  kimi  yazıçı  və  
mühərrirlər    bu    dili  inkişaf  etdirmiş,  rövnəqləndirmiş    və  ümumxalq  dili  səviyyəsinə  qaldırmışlar. 
Beləliklə,  “Molla  Nəsrəddin”  məktəbi  Azərbaycan  realistlərinin  dilini,  onların  dil    mövqeyini  təqdir 
edir   və  bu  yol  ilə  getməyə   çağırırdı.   
  Azərbaycan  dilinin  saflığı,  müstəqilliyi  uğrunda  mübarizənin  ön  cəbhəsində  dayanan  “Molla 
Nəsrəddin”  jurnalı  nəinki  özünün  ilk  nömrəsindən  ana  dili    məsələsini  mühüm  proqram  vəzifə    kimi  
qarşıya    qoymuş,  həm  də  bütün    varlığı  boyu  Azərbaycan  dilinin  inkişafı  uğrunda  mübarizə 
aparmışdır.  Jurnalın    sadə    xalq  dilində  nəşri  faktı  özü  əsl  vətənpərvərlik  nümunəsi  olmaqla,  böyük 
siyasi  və   tərbiyəvi   əhəmiyyətə   malik  idi. 
  O,  müstəmləkə    zülmü  şəraitində  və  özünün  dediyi  kimi,  mövhumat,  xurafat,    şəriət  
zülmətinin   qatı  qaranlığında   xalqın   qurtuluşu  üçün   çarələr  axtarmış  və düşünmüşdür.   
“Molla 
Nəsrəddin” 
məktəbi 
yorulmadan, 
dərin 
bir 
səmimiyyətlə 
insanpərvərlik, 
beynəlmiləlçilik,    xalqlar  arasında  mənəvi  birlik,  dostluq,  qardaşlıq,  həmrəylik  ideyalarını  təbliğ 
edirdi,  oxucularını  dönə-dönə  dini  və  milli  təəssübkeşliyin,  mənfur  hakim  millətçilik  və  dünya 
ağalığı  iddiasının  kökünü   kəsməyə    çağırırdı. 
  “Molla  Nəsrəddin”  mərsiyə  və  mədhiyə  şairlərini,  qafiyəpərdazları  tənqid  edərkən  onlara 
qarşı  M.F.Axundovu,  N.V.Qoqolu,  İbn  Sinanı,  Ə.Firdovsini,  Ə.Camini,  Ə.Nəvaini,  Füzulini 
qoyurdu.   
  C.Məmmədquluzadə  epiqonçu  şairlərin,  hər  şeydən  əvvəl,  yaradıcılıq  metodunu  tənqid  və 
rədd  edirdi.  Çünki  onlar  əllərinə  qələm  alanda  gözlərini  həyata,  içərisində  yaşadıqları  aləmə  deyil, 
“göyə  axıdıb”,  “cənnətin  hurilərini  xəyal  ilə  qucaqlayır”,  xalqın  həyat  və  məişəti  əvəzinə  “eşqdən, 
məhəbbətdən,  vüsaldan,  kaman  qaşlardan,  lalədən,  bülbüldən,  güldən,  pəridən,  yıldızlı  gözlərdən...” 
yazırdılar.  Bu  şeir  nəşəsi  “ilə  xumarlanmış,  millətin  avam,  cahil,  ac”  qalmasına  səbəb  olan  şairləri 
C.
Məmmədquluzadə birdəfəlik aradan çıxarmağa çağırırdı: “Nə qədər ki... dünya mədəniyyəti 
tərəqqi  tapmaqdadır,  bizlərdə  də  xəyalət  “mədəniyyəti”  şöhrət    tapmaqdadır.  Orada    qələm  
sahibi  öz  fikrini  sadəcə kağız götürüb  ildırım  itiliyi   ilə  dünya  və  aləmə  yayıb, bizlər  də  
sol    ovcumuza    bir  balaca    kağız    alıb,  gözlərimizi    göyə    axıdıb    qafiyə    axtarırıq  və  

 
 
- 91 - 
məzmununu  vəzn  və  qafiyəyə  qurban gətirib şeir yazırıq... İxtiyar məndə olsa, şeir  nəşəsini 
qadağan  edərəm, necə  ki, tiryək nəşəsi qadağandır” (9, 648-649).  
  “Molla  Nəsrəddin”  şeirə,  sənətə  ciddi yanaşmayan şairlərin üzdəniraq “yaradıcılığına”, 
yerində  sayan  təqlidçi,  nəzirəçi  ədəbiyyata  “Müxəmməsçilər”  adlı  satirik  şeirlə  (10)  gülür 
çeynənmiş təsvir vasitələrindən, mövzulardan, formalardan əl çəkmək istəməyənlərə qarşı çıxış 
edirdi. O dövrün  epiqonçu, təqlidçi, nəzirəçi şeirinə jurnal böyük Sabirin “Dilbər” satirası və 
bu əsər əsasında çəkilmiş   məşhur karikatura  ilə  öldürücü  zərbə vurdu. 
  “Molla    Nəsrəddin” 
yeni  ədəbiyyatı,  inqilabi  satiranı  klassik  ədəbiyyata  qarşı  qoymurdu, 
əksinə,  onun  varisi  və  qanunauyğun  inkişafı,  davamı  və  yüksəlişi  hesab      edirdi.  Eyni  zamanda,  jurnal 
klassik  ədəbiyyatın  ənənəvi  davamı  kimi  meydana  çıxan  mətləbsiz,  formalist  əsərləri  gülüş  və  sarkazm 
yolu  ilə  pisləyirdi.   
  M.F.Axundovun    əsaslandırdığı    tənqidi-realist    ədəbiyyatın      coşğun    inkişafı    uğrunda  fədakar  
mübariz  olan    “Molla    Nəsrəddin”    ədəbi    məktəbinin  özü,  eyni  zamanda,  yeni  ədəbiyyatın  ən  gözəl 
nümunəsi  idi.  Bu  jurnalın  səhifələrində  realizm    yeni    mütərəqqi    keyfiyyətlər    kəsb    etmiş,  həyatda    və  
sənətdə  inqilabi-demokratik  ideyaların    kütləvi    təbliği    vasitəsinə  çevrilmişdi.  O,  öz  böyük  tarixi    işi  ilə 
yeni  dünyanın,  yeni  ədəbiyyatın  təşəkkülünə  kömək  etmişdir. 
  “Molla  Nəsrəddin”  XX  əsrin  əvvəllərində  Azərbaycan  mədəni-ictimai  fikri  tarixinə  təkcə  dövrün 
kəskin  sosial  problemlərini  əks  etdirməklə  daxil  olmamışdır.  O,  eyni  zamanda  özünü  dövrün  ədəbi-
estetik  tələblərinə  cavab  verən  bədii  janrlar  və  formalarla  zənginləşdirmişdir.  “Molla  Nəsrəddin”  bütün 
ədəbi  hərəkata bir  müasirlik,  fəallıq  və mübarizlik  gətirmişdir”  (5, 208-209).   
  “Molla  Nəsrəddin”  jurnalı  yeni,  realist  ədəbiyyatdan  məzmun,  ideya  müasirliyi  və  dolğunluğu 
ilə  yanaşı,  rəngarəng    forma  gözəlliyi  də  tələb  edirdi.  İstər  jurnalın  özündə,  istərsə    də  
C.Məmmədquluzadə,  M.Ə.Sabir,  Ə.Haqverdiyev,  Ə.Nəzmi    və    başqalarının    yaradıcılığında      forma-
janr  rəngarəngliyi  vardı.   
  Beləliklə,  ümumiyyətlə  XX  əsr  Azərbaycan  estetikasının,  estetik  anlayışların,  ədəbi-nəzəri 
fikrinin  inkişafı  Cəlil  Məmmədquluzadənin  və  “Molla  Nəsrəddin”    satirik  jurnalının  yaratdığı  məktəbin 
adı  ilə  sıx  bağlıdır.  Mollanəsrəddinçilərin  nəzəri-estetik  və  ədəbi-tənqidi  görüşlərinin  demokratik 
istiqaməti  realist  ədəbiyyatın  və  incəsənətin  gələcək  inkişafı  üçün  möhkəm  zəmin  hazırlamış,  XX  əsr 
milli  estetikasının  və  tənqidinin  formalaşmasına,  onun  qabaqcıl  fikirlərlə  zənginləşməsinə    güclü    təsir  
göstərmişdir.    
 
ƏDƏBİYYAT 
 
1.
 
Mirzə  İbrahimov.  Böyük  demokrat.  Bakı,  1939;  Mir  Cəlal.  Azərbaycanda  ədəbi  məktəblər 
(1900-1917-ci  illər).  Bakı,  1947  (dok.  diss.);  Azərbaycan  ədəbiyyatı  tarixi.  Üç  cilddə,  II  cild,  Bakı, 
Azərbaycan  SSR  EA  nəşriyyatı,  1960;  Xalid  Əlimirzəyev.  Cəlil  Məmmədquluzadənin  ədəbi  görüşləri, 
Bakı,  1964  (nam.diss);  Realizm  uğrunda  mübarizədə.  “Azərbaycan”  jurnalı,  1963,  №  6,  s.  168-176; 
K.Talıbzadə.  XX  əsr Azərbaycan   tənqidi.  Bakı,  1966. 
2.
 
Mirəhmədov  Əziz.  Azərbaycan  Molla  Nəsrəddini.  Bakı,  Elm,  1980. 
3.
 
Məmməd  Cəfər  Cəfərov.  Cəlil  Məmmədquluzadə  haqqında  söz  (1966-cı  ildə  SSRİ  Yazıçılar 
İttifaqının  birləşmiş  plenimunda  söylənmişdir).  Sənət   yollarında.  - Bakı,  Gənclik,  1975  (s. 177-186). 
4.
 
Cəlil    Məmmədquluzadə:  həyat    və    yaradıcılığı.  -  Bakı,  Elm,  1974;  Kamal  Talıbzadə.  Ədəbi 
görüşləri  (s.  212-227);  Firudin  Köçərli.  İctimai-siyasi  və  sosioloji  görüşləri    (s.  228-258);  Yaşar 
Qarayev. Yaradıcılıq  metodu  (s. 259-276) 
5.
 
Cəlil  Məmmədquluzadə  Ensiklopediyası.  Bakı,  «Şərq-Qərb»,  2008. 
6.
 
Mir  Cəlal  Paşayev.  Cəlil  Məmmədquluzadə.  Azərbaycan  ədəbiyyatı  tarixi.  Üç  cilddə,  II  cild, 
Bakı,  Azərbaycan  SSR EA nəşriyyatı,  1960  (s. 605-612). 
7.
 
Hüseynov  F. Molla  Nəsrəddin  və Mollanəsrəddinçilər.-  Bakı,  Yazıçı,  1986. 
8.
 
Cəlil  Məmmədquluzadə.  Dram və nəsr əsərləri.  Bakı,  Azərnəşr,  1958.   
9.
 
 Cəlil  Məmmədquluzadə.  Felyotonlar,  məqalələr,  xatirələr,  məktublar.  Bakı,  Azərnəşr,  1961. 
10.
 
 “Molla  Nəsrəddin”,  1913,  № 29. 
 
ABSTRACT 
Yussif Husseinov 

 
 
- 92 - 
Aesthetics of «Molla Nasraddin» school 
The  paper  deals  with  aesthetic  and  theoretical  –literary  views  of  “Molla  Nasraddin”  school, 
especially  discusses  conception  of  literature  and  art  of  Jalil  Mammadquluzadeh,  the  founder  and 
publisher  of  the  magazine  with  the  same  name  and  outstanding  writer  and  publicist  proceeding  from  his 
social-political  outlook.  It  is  emphasized  that  writers  and  poets  of  “Molla  Nasraddin”  magazine  were  in 
the front row of realism. 
1   ...   8   9   10   11   12   13   14   15   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə