Scientific works



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/32
tarix24.04.2017
ölçüsü5,01 Kb.
#15631
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

 
РЕЗЮМЕ 
Юсиф Гусейнов  
Эстетика школы «Молла Насраддин» 
Статья  анализирует  эстетику  и  теоретическо-литературные  воззрения  школы  «Молла 
Насраддин»,  особенно  концепцию  о  литературе  и  искусстве  основателя  и  издателя  одноименного 
журнала,  выдающегося  писателя  и  публициста    Джалил  Мамедкулузаде  исходя  из  его  социально-
политического  мировоззрения.  Подчеркивается  что,  писатели  и  поэты  журнала  «Молла 
Насраддин»  были  в передовых   рядах реализма. 
 
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
         Məqaləni  çapa təqdim  etdi:  Fəlsəfə üzrə elmlər doktoru, professor 
M.Rzayev 
 
 
 
 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 
 
 
QƏHRƏMAN BEHBUDOV 
Naxçıvan Dövlət Universiteti 
UOT:101.1 
 
 
MİRZƏ ƏLƏKBƏR SABİR YARADICILIĞINDA  İNQİLABİ  –DEMOKRATİK  FİKİR 
 
Açar  sözlər:  mütəfəkkir,  hambal,  kəndli,  inqilabçı-demokrat,  azadlıq,  üsyançı  insanlar, 
milli qəhrəman, mübarizə 
Key words:   thinker, porter, peasant, revolutionary-democratic, freedom, the rebel people, 
national hero, fight 
Ключевые 
слова: 
мыслитель, 
революционно-демократический, 
свобода, 
революционные идеи, национальный герой, борьба 
 
Milli  ədəbiyyatda  tənqidi  realizmin  əsas  yaradıcılarından  biri  kimi  geniş  şöhrət  qazanmış 
Mirzə  Ələkbər  Sabir  bədii  fikirdə  humanizmin  və  demokratik  ideyaların,  milli  oyanış  və  dirçəlişin 
ən fədakar  carçılarındandır. 

 
 
- 93 - 
Əsrin  əvvəllərindən  vətəni  Azərbaycanda,  doğma  Şamaxıda  əmələ  gələn  oyanma,  1905-ci  il 
rus  inqilabı  ərəfəsində  və  inqilab  dövründə  ictimai  həyatın  bütün  sahələrində  özünü  göstərməyə 
başlayan  canlanma  və  irəliləyiş  M.Ə,Sabirin  də  həyat  və  yaradıcılığına,  onun  dünyagörüşünə  öz 
müsbət  təsirini  göstərirdi.   
Vətəndaş  şair  yaşadığı  dövrdə  ayağa  qalxmış  millətlərin  sırasında  öz  xalqını  da  görmək 
istəyirdi.  Xalqların  ön  cərgəsində  mənsub  olduğu  millətlərin  də  hünərlə  addımlamasını  ən  böyük 
səadət  kimi  arzulayırdı.  Sabir  bu  arzunun  və  bu  idealın  tez  bir  zamanda  qələbə  çalmasına,  həyata 
keçməsinə,  tarixi  zərurət  kimi  baxırdı.  Şairi  həmin  zərurətə  gətirən  azadlıq  idealına  bəslədiyi  sonsuz 
məhəbbət  idi.  Çünki  şair  yaxşı  bilirdi  ki,  “bir  millətin  şərəfli  olması  üçün  birinci  şərt  onun 
istiqlaliyyətidir”. 
Vətəndaş  şair  öz  satiralarında  “əsrin  acı  həqiqətlərini”  sadəcə  olaraq  göstərməklə 
kifayətlənmirdi;  o  oxucunu  köhnə,  çürümüş  mühiti  yıxmağa,  yeni  bir  mühit  qurmağa  çağırırdı; 
əzilən  kütlələrin  həm  dözülməz  həyat  şəraitini,  həm  də  köhnə  dünyaya    nifrətini  və  işıqlı  gələcəyə 
bəslədikləri  möhkəm  inamı  təcəssüm  etdirirdi. 
 1905-ci  il  inqilabı  Ələkbər  Sabirin  də  gözünü  açdı.  Zülm  və  istibdada,  mütləqiyyətə, 
mövhumata  və  köhnə  quruluşa  qarşı  genişlənən  və  şiddətlənən  inqilabi  hərəkat  şairin  qələminə  və 
ilhamına  tamamilə  yeni  bir  istiqamət,  yeni  bir  məzmun  və  qüvvət  verirdi.  Şair  indi  dost  və  düşməni, 
şeirin  müasir  mübarizələrdəki  rolunu,  vəzifəsini  tamam  dərk edirdi. 
1905-1907-ci  illərdə  birinci  rus  inqilabı  və  onun  yetirməsi  olan  inqilabi  –  demokratik,  satirik 
“Molla  Nəsrəddin”  jurnalı  Sabir  yaradıcılığında  tam  bir  dönüş  yaratdı.  Şair  elə  bil  yenidən  doğuldu, 
həyata,  insanlara,  ictimai  hadisələrə  sənət  və ədəbiyyata  yeni  gözlə  baxmağa  başladı. 
Sabirin  “Molla  Nəsrəddin”  jurnalının  səhifələrində  dərc  olunan  hər  bir  satirası  mürəkkəb 
ictimai  hadisələrlə  dolu  olan  zamanın  əks  –  sədası  idi.  Xalq,  xalqın  dərdi,  xoşbəxtliyi  ,  onu  azad 
görmək  arzusu  Sabir  yaradıcılığının  əsasını  təşkil  edir.  “Yaşasın  şəhriyari  –  hürriyyət!”    -  misrası 
Sabirin  1905-ci  il  inqilabından  sonrakı  bütün  yaradıcılığı  üçün  epiqraf  sayıla  bilər.  O,  azadlığı 
insanlığın  ayrılmaz  keyfiyyəti  hesab  edirdi.  İnsanlığa  xidmət  naminə,  düşüncəyə  azadlıq 
verilməlidir.  Vətəninə  və  mədəniyyətin  yüksəkliyinə  nail  olmaq  üçün    azadlıq  əldə  edilməlidir. 
Bütün  inqilablardan  və  siyasi  mübarizələrdən  əsas  məqsəd  və  ideal  hürriyyətdir.    Azadlıq  həyatda 
zəmanəsində  insana  onun  şəxsiyyətinə    və  yaradıcı  qüdrətinə  lazımınca  qiymət  verilmədiyindən 
kədərlənən    mütəfəkkir  bununla  belə  insanın  heç  olmasa    özünün  öz  qədir-qiymətini  qorumasını 
tövsiyə  edirdi.  Çünki  mövcud  quruluş  insana  münasibətdə  gözlə  görünənlərdən  artığını  etmək 
iqtidarında  deyildi. 
Zəmanə  insanı  istədiyi  qədər  əzə  bilərdi  lakin  onu  ucaltmaq  və  ona  istədiyi  haqqını  vermək 
ənənəsindən  uzaq  idi.Bu  nöqteyi  nəzərdən   Sabir bilavasitə  insanın  özündən  də çox  şey gözləyirdi. 
Sabir  Azərbaycan  feodal  durğunluğundan  birbaşa  1905-1907-ci  illərin  birin-ci  rus  inqilabı, 
coşğun  siyasi  –  ictimai  burulğanlar  dövrünə,  oyanışa,  yüksəliş  və  azadlıq  uğrunda  mübarizə  illərinə 
keçid  dövrünün  şairi  idi. 
Mirzə  Ələkbər  Sabir  inqilab  şairi,  zəhmətkeş  xalqın  arzu  və  istəklərinin  tərənnümçüsü  idi. 
Bir  çox  əsərlərində  ayılan  fəhlənin,  əzilən  kəndlinin  ardıcıl,    ideoloqu  kimi  çıxış  edirdi. 
Mütəfəkkir  gözlənilən  inqilabdan  dəhşətə  gələn  zalımların  –  xalqı  əsarətdə  saxlayanların  dili 
ilə  deyirdi: 
  
 
Dəyişib  zəmanə  indi,  dolanıb  bütün  umurat,   
  
 
Ayağı  çarıqlılar  da gəlib  istəyir  müsavat! 
  
 
Belə  əsrdə məiət  bizə  xoş  keçərmi,  heyhat? 
  
 
Ayılıb  yatan  cəmaət,  göz  açıb  qapalı  fələ!”(5;260) 
 Sənətinin  xüsüsiyyətlərinə  və  qüdrətinə  görə    Sabir    şərəfli  bir  ad  qazanmışdır.İnqilab 
nəğməkarı  ona  bu  adı  yaşadığı  konkret  ictimai  şərait  gərgin  hadisələrlə  dolu  siyasi    həyat    taleyi 
dilindən  düşməyən  mərd  xalqın  ayıq  və qədirbilən  oxucuları  vermişd ir. 
Üsyankar  xalqların  tarixində  yetişən  inqilabçı    şairlərin  əsl  xidməti  və  böyüklüyü  həmin 
xalqın    milli-azadlıq  mübarizəsini  tərənnüm  etməsi  ilə  ölçülür.Böyük  mütəfəkkir    Sabir 
Azərbaycandakı  inqilabi  fikir  hərəkatının  misilsiz  himnini  yaratmışdır.1907-ci  idə  Azərbaycanın 

 
 
- 94 - 
hərəkatı,  əsrinin  və  zamanının  ən  qabaqcıl  mütərəqqi  hadisəsi  kimi,  şərq  xalqlarının  oyanmasında, 
xarici  – hərbi  müdaxiləyə,  imperializm  zülmünə,  müstəmləkə  əsarətinə  qəti  bir  istiqamət  vermişdir.   
Sabir  bu  inqilabı  yarandığı  gündən  sona  qədər  izləmiş,  onun  cərəyanı  boyunca  meydana 
çıxan  məsələləri  isti  –  isti  qələmə  almış,  inqilabın  yaranmasına  səbəb  olan  və  təsir  göstərən  ictimai 
amilləri  tarixi  həqiqətə  uyğun  bir  tərzdə  əks etdirə  bilmişdir. 
Azərbaycanda  başlanan  və  bütün  İran  ərazisini  bürüyən  xalq  üsyanlarının  ictimai  zəminini 
Sabir  belə başa düşmüş  və  izah  etmişdir: 
Asudəlik  bu saat yerdən  göyə  cahanda, 
Var isə  vardır  ancaq İranda  hər  məkanda: 
Təbrizdə,  Sərabda, Xalxalda,  Xançobanda,   
Qeyrətli  Şahsevəndə,  hər anda,  hər zamanda 
Lorlarda,  Şıx-Gözəldə,  Keşkanda, İsfahanda, 
İşlər  bütün  həqiqət,  sözlər  bütün  güvara, 
“Dərda  ki,  razi  – pünhan  xahəd  şod aşikara”.(2;135) 
Şairin  İran  məşrutə  hərəkatına  həsr  elədiyi  əsərlər  qanlı  şahlıq  rejiminin  üsyankar  xalqa  zidd 
cəbhəni  təmsil  edənləri  qamçılamaq,  inqilabçıları  azadlıq  vuruşlarına  ruhlandırmaq  baxımından 
görünməmiş  gücə,  kəsərə  malik  idi;1905-ci  ilin  inqilabı  məzlum  xalqların  mənlik  şüurunun 
inkişafına  kömək  etdi  və  imperializmin  sosial  və  milli  zülmünə  qarşı  zəhmətkeşlərin  fəal  inqilabi 
mübarizəsinin  yüksəlməsinə  səbəb  oldu.Cənubi  Azərbaycanda  inqilabi  hərəkatın  artması  buna  misal 
ola  bilər.  Həmin  hərəkat  1905-ci  ildən1911-ci  ilə  kimi  davam  etmiş  və  İran  müctəbidi  Məmmədəli 
şahın  devirilməsinə  gətirib  çıxarmışdı.  Bununla  əlaqədar  olaraq,  həmçinin  Türkiyədə  sultan 
Əbdülhəmidin  istibdadına  qarşı  milli  –  azadlıq  hərəkatının  inkişafını  da  misal  göstərmək  olar.  Sabir 
bu  hadisələrin  hamısına  mütərəqqi  hadisələr  kimi  baxır  və  üsyançıların  hər  qələbəsini  ürəkdən 
alqışlayırdı. 
              İnqilabın 
xalqın  milli  şüurunun  aydınlaşmasında,  onun  varlığında  mövcud  olan 
qəhrəmanlıq  əzmini,  qoçaqlıq  və  mərdlik  kimi  keyfiyyətlərini  meydana  çıxarmaqdakı  dərin  siyasi 
mənasını  Sabir  belə başa düşmüş  və şərh etmişdir:   
Basdı,  keçdi  əhli  – İran  qatladı  hər  milləti, 
Bildi  qədrin,  aldı  haqqın,  qovzadı  milliyyəti, 
Aldığı  məşrutəni  parlatdı  parlaq  qeyrəti,   
Əhsənullah,  himməti  – tam  etdi!  Amma,  millət  !...(8;150) 
Nümunə  gətirdiyimiz  bu  şeir  parçaları  Sabirin  Azərbaycanda  inqilabi  hərəkat  haqqında 
qoşduğu  alovlu  nəğmələr  kitabının  cuzi  bir  hissəsidir.  Lakin  həmin  cuzi  nümunələr  də  göstərir  ki, 
Sabir  milli  azadlıq  mübarizəsini  xalqın  tarixində  ən  şərəfli,  təmiz  və  əzəmətli    hərəkatlardan  biri 
hesab  edir.  Onun  tarixi  –  siyasi  mənasını  doğru  anlayır,  onun  təsir  gücünü  və  gələcəyini  görüb 
alqışlayır,  əhəmiyyətini  təhlil  edib  əsaslandırır.   
Təbriz  inqilabçılarının  qələbəsini,  Cənubi  Azərbaycanın  azad  olduğu  günü  görmək  Sabirin 
ən  böyük  istəyi,  idealı  idi.  Bu  ali  məqsəd  uğrunda  silaha  qurşananlar,  onların  yenilməz  başçısı 
Səttərxan  Sabir  poeziyasının  sevimli,  real  qəhrəmanı  idi.  Mütləqiyyətə  qarşı  amanasız  və  aramsız 
döyüşlərdə  yüksək  ad  çıxaran  vətən  əsgərlərinin  hünəri  şairin  “Səttərxan”  adlı  əsərində  ideal  ucalığa  
qaldırılır.  O,  Təbriz  torpağını  yağıların    qara  örtüyünə  döndərən,  bu  torpağı  azadlıq  yolunda  tökülən 
qızıl  qanla  boyayan,  istibdadı  zəlil  edən,  vətənin  və  millətin  namusunu  qoruyun,  özünü  qurtuluş 
pərvanəsi  təki  oda  –  közə  vuran  Səttərxanı  qorxmaz  ər,  əyilməz  igid  bir  qəhrəman  kimi  təsvir  və 
tərənnüm  edir. 
Hali  məczubini  görüb,  qare, demə  divanədir
Nəreyi  – şuridəmi  zənn  etmə  bir  əfsanədir,   
Şairəm,  təbim  dəniz,  şiri  – tərim  dürdanədir. 
Bəhcətim,  eyşim,  süririm  vəcdim  əhraranədir. 
İncizabım  cürəti  – mərdaneyi  – mərdanədir, 
Afərinim  himməti  – valayi  – Səttərxanədir.(9;120) 
“Səttərxana”  şeirində  Tehranda  Məclisin  buraxılmağa  məcbur  edilməsindən  sonra  Cənubi 
Azərbaycan  vilayətlərində,  xüsusən  Təbriz  şəhərindəki  yüksək  nikbin  ovqaın  tərənnümü  ön 

 
 
- 95 - 
mövqeyə  çəkilmişdir.  Şair  bu  mühüm  tarixi  nailiyyətin  əldə  ediməsini  Səttərxanla  İranın 
azərbaycanlı  əhalisinin    birliyində  axtarmış,  azadlıq  yolunda  qurban  getmiş  şəhidlərə  ümumxalq 
ehtiramını  göz  önünə  gətirmişdir.   
M.Ə.Sabir  Azərbaycan  xalqının  milli  qəhrəmanı  Səttərxanı  “oddan  qorxmayan  pərvanəyə” 
bənzədir.  Şeirdə  Səttərxan  və  onun  möhkəm  əqidəli  cənublu  silahdaşlarına  böyük  ümumxalq  sevgisi 
və  ehtiramı  ifadə  olunmuşdur.  Şair  Səttərxanın  xidmətlərinin  İslam  dünyası,  geniş  mənada  insanlıq 
üçün  böyük  əhəmiyyətə  malik  olduğunu  xüsusi  olaraq  vurğulamışdır: 
Afərin  təbriziyan,  etdiz  əcəb əhdə vəfa! 
Düstü  düşmən  əl  çalıb,  eylər  Sizə  səd mərhaba! 
Çox yaşa, dövlətli  Səttərxan,  əfəndim,  çox yaşa! 
Cənnəti  - əlada peyğəmbər  Sizə  eylər  dua. 
Çün  bu xidmətlər  bütün  islamədir,  insanədir, 
Afərinim  himməti  – halayi  – Səttərxanədir.(9;121) 
Sabir  göstərir  ki,  kütlələri  ayağa  qaldıran  inqilabi  hərəkat  qarşısında  hər  hansı  bir  zorakılıq 
tədbiri  aciz  və mənasızdır: 
Qılmadı  heç  yerdə sənə  ehtiram. 
Atdı  camaat  daşını,  Mir  Haşim!... 
Durma,  götür  qaç başını,  Mir  Haşim!... 
Yardımı   Səttar  başını,  Mir  Haşim?(7;127) 
Bu  şeir  yalnız  müəyyən  məmura,  siyasi  rütbəli  şəxsiyyətə  qarşı  həcv  deyildir.  Bu,  ictimai 
intibahın  parlaq    mənzərələrindən  birini  verən  nümunədir.  Camaatın  hiyləni  açdığını,  haqq 
divanının  başlandığını,  mürtəcelər  üçün  qaçmaqdan  başqa  əlac  qalmadığını,  deyən  şair,  Səttar  xan 
hərəkatına  işarə  edərək  inqilabi  mübarizənin    həm  dairəsi,  həm  mənşəyi,  həm  də  yenilməz  qüdrəti 
haqqında  fikir  söyləyir.  Burada  gələcək  qələbə,  azadlıq  təranələri  lirika  ilə  yox,  ictimai  gülüşlə, 
qəhqəhələr  vasitəsilə  ifadə  edilmişdir.  Məscid,  minbər  ehkamının  “libasına  bürünən”  oğruların  üç 
üzünün  açıldığı  bir  zamanın  gələcəyini  Sabir  dərin  bir inam  və  etiqadla  bildirir: 
Bir  vaxt  olar  tanır  səni  hər kəs!(6:142) 
Bu  dərin  etiqad  və  inam  şairin    məhz  böyük  gələcək  haqqındakı  düşüncələrinin  ifadəsidir. 
Ona  ilham  verən,  qələmini  itiləyən,  istiqamətləndirən  də  məhz  bu  düşüncələrdir.  Belə  bir  məzmunu 
şairin  bir çox əsərlərində  izləmək,  görmək  olar. 
Qəhrəman  Təbrizdə  baş  qaldıran  və  az  bir  zaman  içərisndə  ölkənin  hər  tərəfini  bürüyən 
azadlıq  üsyanları  tarix  boyu  qəhrəman,  alicənab  və  müdrik  bir  xalq  kimi  tanınmış  azərbaycanlıları 
şöhrətləndirmişdi. 
1907-ci  ildə    İran  məşrutəçiləri    sədri  -  əzəm  Ətabəyi  qətl  etdikdə,  o  zamanın  bir  sıra 
mümühərrirləri  bu  hadisəni  İran  inqilabının  qəti  qələbəsi  kimi  qiymətləndirərək,  məşrutəçiləri  təbrik 
edirdilər.Lakin  Sabir  həmin  hadisəyə  tamamilə  başqa  qiymət  verdi.  O,  məşrutəçiləri  lovğalanıb 
arxayınlaşmamağa  çağırır,  Ətabəyin  qətlini  belə  qiymətləndirirdi: 
Kirəm  Ətabəy öldü  də, topu tüfənginiz  hanı? 
Bəhri  - əmiqi  – hərbdə  kəştiyi  – cənginiz  hanı? 
Əski hamamdır,  əski  tas, pəs yeni  rənginiz  hanı? 
Dinmə,  danışma,  yat balam,  sən deyən  olmayıb  hələ! 
 
Arxa  su dolmayıb  hələ! 
 
Köhnə  idarəniz  durur, 
 
Rəngi  də solmayıb  hələ!(2;123) 
1909-cu  ilin  iyul  ayında  Məhəmmədəli  şah  Qacar  öz  əhdini  pozub,    birinci  İran  məclisini 
silah  gücü  ilə  qovduğu  vaxt  Sabir  onu  sonsuz  qəzəb  və nifrətlə  qamçılayırdı. 
Arslanlar  boynuna  saldırıdığın  zəncirlər,   
Namvərlər  qətlinə  çəkdirdiyin  şəmşirlər. 
Atəşi  – qəhru  qəzəblə  yaxdığın  təmirlər, 
Vəsfə  şayandır,  həqiqət,  etdiyin  tədbirlər... 
Ümumi  – xaqan  oğlu,  bu qeyrət  halal  olsun  sənə! 
Verdiyin  məşruteyi   -millət  halal  olsun  sənə!(3;231) 

 
 
- 96 - 
Lakin  çox  keçmədən    məşrutəçilər  öz  sıralarını  möhkəmlədib,  əks  –  hücuma  keçdilər. 
İrticanın    quldur  dəstələri  məğlubiyyətə  uğradı.  Məhəmmədəli  şah  qaçıb,  çar  konsulxanasına 
sığındığı  vaxt  Sabirin  bu  münasibətlərlə  yazdığı  satirada  artıq,  kədərdən  doğan  kin,  təlaş,  nifrət  yox, 
sevincdən  doğan  acı  istehza  və gülüş  vardır: 
Yansın  iranlıların  arxası,  yandı  ciyərim, 
O yetim  Məmdəlidən  var yenə  bir pis  xəbərim, 
Belə  derlər  ki, qoyub  taxtı,  qaçıb tacı  – sərim, 
Sığınıb  konsula  xaqanları  iranlıların! 
Dərhəqiqətn  pis  imiş  qanları  iranlıların!(1;22) 
1908-ci  ildə  Türkiyədə  qanuni  -  əsasi  verilməsi  xəbərini  bir  çoxları  vəcdlə  qarşıladığı 
zaman,  Sabir  “Osmanlılar,  aldanmayın,  Allahı  sevərsiz!”  stirasını  yazdı.  Bu  şeiri  ilə  o,  respublika 
üsuli  – idarəsi  uğrunda  mübarizə  edən türk  inqilabçılarına  müraciətlə  deyirdi:   
Ya liləcəb,  osmanlılar,  aya, nə qanırsız?   
Qanuni  - əsasi  verilib  ya inanırsız? 
Mir  Haşimü  Fəzlullahınız  yoxmu  sanırsız? 
Əksik deyil  onlar,  vəli  sizlər  nə tanırsız! 
Bir  gün  tanıyıb  onları  labüd  usanırsız 
Ancaq  usanırsızsa  da, qanə boyanırsız! 
 
Qansızları  gic  qanmayın,  Allahı  sevərsiz! 
 
İranlı  kii  yanmayın,  Allahı  sevərsiz!(1;24) 
 
Sabir  müasirləri  olan  bəzi  uzaqgörməyən  şairlər  kimi  xam  xəyallara,  boş  vədlərə 
aldanmırdı.  O,  mürəkkəb  ictimai-  siyasi  hadisələrdən  çox    ustalıqla  baş  çıxaran  həssas  bir 
sənətkardır.  1906-cı  ildə  Rusiyada  birinci  dövlət  duması  yarandığı  vaxt  liberal  mətbuat  dumanı 
“yeganə  azadlıq  ümidi”  kimi  qələmə  verib,  az  qala  hürriyyət  uğrunda  gedən  mübarizələrin 
bayrağına  çevirmişdi.  Sabir  bu  zaman  dumanı  “havada  oynaşan  qara”  buludlara”  ,  xalqın  başının 
uydurulmuş  yeni  bir  hiylə  olduğunu  açıb  göstərirdi. 
O  zaman  Rusiyada,  İranda  və  Türkiyədə  hadisələr  Sabirin  qabaqcadan  xəbər  verdiyi  kimi 
inkişaf  etdi.  Sabirin  uzaqgörən  mütəfəkkir  bir  şair  olduğunu  sübuta  yetirdi. 
Xalqımızın  inqilabi  fikrinin    əvəz  olunmaz  poetik-idrak  və  böyük  mənəviyyat  səhifəsi 
sayılan  dahi  Sabirin  yaradıcılığı    milli-içtimai    idealların    təntənəsinə    milli  ləyaqətə    insanlıga 
haqqın   ədalətin  qələbəsinə  qətiyyətli  və nikbin  çağırışın  təcəssümüdür. 
Ömrünün  son  illərində  yazdığı  kiçik  həcmli  bir  şeirdə  “dilbəri  –  hürriyyət”,  yəni  azadlıq 
gözəlinə  aşiq  olduğunu  və  xalqı  sərbəst  görmək  həsrəti  böyük  şairin  ürəyində  hələ  inqilabın  ilk 
illərində  baş  qaldırmış,  bütün  ömrü  və    yaradıcılığı  boyu  onun  varlığını  bürümüşdür.  İnqilab  və 
azadlıq  Sabirin  ən  öncül  mövzusudur. 
 
ƏDƏBİYYAT 
1.A.Zamanov,”Sabir  gülür”.  Bakı-1981 
2.T.Hacıyev.  “Sabir,  qaynaqlar  və sələflər”  , Bakı  - 1980 
3.M.Ə.Sabir  ”Hophopnamə”  I cild,  Bakı-1982 
4.M.Ə.Sabir  “Seçilmiş  əsərləri”,  Bakı-1976 
5.M.Məlikova  E.Bayramov,  “Azərbaycanın  siyasi  – hüquqi  təlimlər  tarixi”  (oçerklər)  Bakı  – 1984 
6.M.Əlioğlu  “Qəhrəmanlıq  və məhəbbbət”  , Bakı  -  1979 
 7.M.Cəlal,F.Hüseynov   “XX  əsr Azərbaycan  ədəbiyyatı”  Bakı  – 1982 
8.F.Hüseynov,  “Molla  Nəsrəddin  və mollanəsrəddinçilər”  Bakı  – 1986 
9. İ. Həbibbəyli  “Ədəbi  – tarixi  yaddaş  və müasirlik”,  Bakı-2007 
 
ABSTRACT 
 
Revolutionary-democratic  ideas in the M.E.Sabir's  activity 

 
 
- 97 - 
This  article  has  been dedicated  to the problems  of Sabir's  revolutionary  ideas  that  he  
properly  immortalized  the bright  traditions  of our  centuries-old  and also  enriched  our literature 
raising  it to a new  level  and gained  great  glory  as a “master  of words”. 
The  author  is conducting  research  about the  role  of  revolutionary  struggle  for  freedom  of 
people.  M.E.Sabir  has  created an unexampled  anthem  of  the revolutionary  ideas' movement  by 
glorifying  laboring  people's  desires  and dreams,  national  freedom  struggle. 
 
РЕЗЮМЕ 
 
Революционно – демократические идеи в  творчестве M.A.Cабира 
Статья,хранящая  с  достоинством  блестящие  традиции  нашей  многовековой    поэзии, 
также  с  общественной  точки  зрения  возвышая  литературу  на  новый  уровенъ,  посвящается 
проблемам  революционных  идей  M.A.Cабира,  получившего  известностъ  знаменитого 
мастера слова.  
Автор  проводит  исследования    роли  великого  мыслителя  в  революционнои  боръбе 
народов  за  свободу.  M.A.Cабир,  опираясь  на  мечты  и  желания  трудолюбивого  народа, 
возвышая  национальную  борьбу  за  свободу,  создал  неповторимый  гимн  революционных 
идей. 
                                                                     
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
         Məqaləni  çapa təqdim  etdi:  Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent N.Rəhimov 
 
 
 
 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 
 
                                                                                                           NOVRUZƏLİ   RƏHİMOV  
                                                                                                          Naxçıvan Dövlət Universiteti                                                                                                 
                                                                                                          Novruzrehimov62@mail.ru 
 
UOT:  1(091) 
 
AZƏRBAYCAN   MULTİKULTURALİZMİ   MİLLİ-MƏNƏVİ  DƏYƏR  KİMİ 
 
Açar  sözlər:  multikulturalizm,  tolerantlıq,  milli-mənəvi  dəyər,  mədəniyyət,  mədəni 
müxtəliflik. 
Key  words:  multiculturalism,  tolerance,  national  and  moral  values,  culture  and  cultural 
diversity. 

 
 
- 98 - 
Ключевые  слова:  мультикультурализм,  толерантность,  национальные  и  моральные 
ценности, культура,  культурное  разнообразие. 
 
Müasir  dövrdə  dünya  dövlətlərinin  və  beynəlxalq  təşkilatların  qarşısında  duran  ən 
başlıca  vəzifələrdən  biri  insanlar  arasında  dini  dözümlülüyün  gücləndirilməsinin,  müxtəlif 
din  və  mədəniyyətlərə  mənsub  insanların    sülh  və  əmin-amanlıq  şəraitində  yaşamasının 
təmin  edilməsidır.  Müasir  dövrdə  dünyanın  müxtəlif  bölgələrində  baş  verən  hadisələr 
mədəniyyətlərin 
müxtəlifliyini 
qəbul 
etməyən, 
digər 
din 
və 
mədəniyyətlərin 
nümayəndələrinin  adət-ənələrinə,  həyat  tərzinə,  əqidə  və  düşüncəsinə  hörmətlə 
yanaşılmayan  cəmiyyətlərdə  davamlı  sabitliyə  və  inkişafa  nail  olmağın  qeyri-mümkün 
olduğunu  göstərir.  Bu  səpkidə  qarşıdurma  və  münaqişələrin  baş  verməməsi  üçün 
insanlarda  digər  din  və  mədəniyyətlərə  qarşı  dözümlülük  və  hörmət  xüsusiyyətləri 
gücləndirilməlidir.Bu  ənənənin  gücləndirilməsi  və  qorunması  məqsədilə  Azərbaycanda  bir 
çox əhəmiyyətli  tədbirlər  həyata  keçirilmişdir.   
Danılmaz  faktdır  ki,  Azərbaycan  xalqı  tarix  boyu  digər  din  və  mədəniyyətlərə  dözümlü 
münasibət  ilə  seçilmişdir.  Digər  din  və  mədəniyyətlərə  dözümlü  münasibət,  onlarla  sülh  və 
qarşılıqlı  anlaşma  şəraitində  yaşamaq  Azərbaycan  xalqının  təbiətindən,  insanpərvərliyindən  və  xoş 
məramlılığından  irəli  gəlir.  Azərbaycan  qədim  zamanlardan  müxtəlif  dinlərin,  dini  cərəyanların 
yayıldığı,  qovuşduğu,  qarşılıqlı  anlaşma  şəraitində  yaşadığı  və  əməkdaşlıq  etdiyi  bir  məkan 
olmuşdur. 
 
Mədəni,  etnik,  dini  və  s.    müxtəlifliklər  düzgün  tənzimlənmədikdə  cəmiyyətin  inkişafının 
müxtəlif  sahələrində  ciddi  problemlərə  səbəb  olur.  Bu  müxtəlifliklərin  tənzimlənməsində    düzgün 
siyasət  modellərindən  biri  multikulturalizmdir. 
          Multikulturalizm- 
müəyyən  bir  ölkədə  yaşayan  müxtəlif  xalqların  nümayəndələrinin 
mədəniyyət hüquqlarını  tanıyan  humanist  dünyagörüşü  və    mədəni  müxtəlifliklərin  qorunmasına  və 
inkişafına  yönələn   siyasətdir.   
Multikulturalizm  fərqli  mədəniyyətlərin  yanaşı  və  ya  birgə  yaşayış  tərzidir  və  azlıqlara  öz 
etnik-mədəni  dəyərlərini  qorumaq  üçün  azadlıq  verməklə  yanaşı  onların  yaşadıqları  cəmiyyətin 
bütün  sahələrində  fəal  iştirak  etmələri  üçün  hər cür  şəraitin  yaradılmasıdır.   
Multikulturalizm  -  bir  ölkədə  müxtəlif  mədəniyyətlərin  nümayəndələrinin    maddi,  hüquqi  və 
mənəvi 
cəhətdən 
dəstəklənməsinə 
yönəlmiş 
demokratik 
dövlət 
strategiyasıdır, 
müxtəlif 
mədəniyyətlərə  tolerant  münasibətə  əsaslanan  dinc,  yanaşı  yaşama  prinsipidir.  Yaxud, 
multikulturalizm 
özündə  mədəni  müxtəlifliyin  qorunub  saxlanmasına  və  inkişafına  yönəlmiş 
siyasəti,  və bu siyasəti  əsaslandıran  ideologiyanı  birləşdirir.   
Multikultural  dəyərləri  müxtəlif  mədəniyyətlərə,  dinlərə,  sivilizasiyalara  tolerant  münasibət 
şərtləndirir. 
Tolerant 
cəmiyyətdə 
multikulturalizm 
mədəniyyətlərin 
qarşılıqlı 
surətdə 
zənginləşməsinə,  müxtəlif  xalqları  birləşdirən  dəyərlər  sisteminin  formalaşmasına  səbəb  olur. 
Demokratiya  multikultural  cəmiyyətin  formalaşmasında  ən mühüm  amillərdən  biridir. 
Multikulturalizmin  nəzəri  əsasını  liberalizm,  xüsusən  də   liberalizmin  azadlıq,  bərabərlik  və 
qardaşlıq  kimi  dəyərləri  təşkil  edir.  Liberalizmdən  fərqli  olaraq  multikulturalizm  fərdlərin  deyil, 
qrupların  hüquqlarını  ön  plana  çəkir.  Multikulturalizm  pozitiv  sosial  təzahür  olaraq  cəmiyyətin 
inkişafı  üçün  münbit  şərait  yaradır,  etnik  münaqişələrin  qarşısının  alınmasında  mühüm  rol  oynayır 
və müxtəlif  xalqlar  arasında  etimadı  möhkəmlədir. 
  İslam  dinində  tolerantlığı  müxtəlif  inanclı  insanlara  münasibətdə  onlar  arasında  bir  körpü 
kimi  dəyərləndirmək  olar  və  onların  qarşılıqlı  münasibətlərinin  formalaşmasının  əsası  tolerantlıqdan 
keçir. 
Bir  çox  Azərbaycan  şair  və  yazıçılarının  əsərlərində  dini  dözümlülük,  millətlərarası 
münasibət,  hər  bir  xalqın  adət-ənənələrinə  hörmət  mövzularına  rast  gəlirik.  Xüsusən  də  bu 
məsələlərə  Nizami  Gəncəvinin  poemalarında  rast  gəlinir.    Milli,  irqi  və  dini  ayrı-seçkiliyi  qətiyyətlə 
rədd  edən  Nizaminin    qəhrəmanları  içərisində  türk,  fars,  ərəb,  çinli,  hindli,  zənci,  yunan,  gürcü  və  s. 
xalqların  nümayəndələrinə  rast gəlirik. 

 
 
- 99 - 
O,  qara  dərili  zəncini  açıq  qəlbə  və  digər  müsbət  xüsusiyyətlərə  malik  insan  kimi 
dəyərləndirir: 
                                                      Zəncinin  zahiri  qaradır,  ancaq, 
                                                      Sən ağzından  çıxan  saf sözlərə  bax. 
                                                      Zənci  dəmir  kimi  qara, parlaqdır, 
                                                      Üzü  qaradırsa,  ürəyi  ağdır!  [3,89 ]    
M.Şəbüstəri  göstərirdi  ki,  dinlər,  etiqadlar,  inanclar,  ibadət  və  itaətlər  arasında  heç  bir  fərq 
yoxdur.  İnsanları  dini,  irqi,  cinsi  və  s.  əlamətlərinə  görə  fərqləndirmək,  müsəlmanı  xristiandan, 
birini  başqasından  üstün  tutmaq  olmaz.  Çünki  son  məqsəd  bütün  dinlər  və  etiqadlar  üçün  yeganə 
məbud  olan  Allahdır.  İnsanları  fərqləndirən  yalnız  onların  mütləq  olan  Haqqı  və  onun  həqiqətlərini 
hansı  dərəcədə dərk etmələri,  cahillikləri  və kamillikləri,  bu yolda  tutduqları  məqamdır.  [2,136-137] 
Alman  filosofu  və  sosioloqu  Yurgen  Habermasa  görə,  multikulturalizmin  əsas  prinsipi 
mədəni  həyatın  müxtəlif  formalarının  bərabər  hüquqlarla  yanaşı  mövcud  olması,  azlıqla  çoxluğun 
bərabər hüquqlara  malik  olmasıdır.   
Müxtəlif  xalqlara,  millətlərə,  dinlərə  tolerant  münasibət  azərbaycanlıların  mentalitetinə  xas 
olan  keyfiyyətdir.  Azərbaycan  bəşəriyyətin  humanizm  prinsiplərinə  sadiq,  tolerant  və  multikultural 
ölkə  kimi  tanınmaqdadır.  Multikulturalizm  Azərbaycanda  əsrlərdən  bəri  formalaşmağa  başlamış  və 
bu gün  isə   ölkəmizdə  alternativi  olmayan  həyat  tərzinə  çevrilmişdir. 
Ardıcıl  olaraq  Beynəlxalq  Humanitar  Forumun  Bakıda  keçirilməsi    onu  göstərir  ki, 
Azərbaycan  mədəniyyətlərarası  dialoqun  mərkəzi,  həmçinin  humanitar  məsələlərin  müzakirə 
olunduğu  məkana  çevrilmişdir. 
Azərbaycanda  tarixən  müxtəlif  xalqların  və  dinlərin  nümayəndələri  bir-birinə  çox  yaxın 
qonşuluq  şəraitində  yaşamışdır.  Lakin  tarixdə  heç  bir  zaman  indiki  kimi  bu  ərazidə  məskən  salan 
müxtəlif  xalqların  və  dinlərin  nümayəndələrini  birləşdirən  vahid  siyasi  ideya  və  dövlətçilik  marağı 
olmamışdır. 
1995-ci  ildə  bilavasitə  Ümummilli  lider  Heydər  Əliyevin  təşəbbüsü  ilə  hazırlanan  Azərbaycan 
Respublikasının  Konstitusiyasının  25-ci  maddəsi  ilə  mənşəyindən,  irqindən,  dinindən  və  dilindən 
asılı  olmayaraq  hər  kəsin  hüquq  və  azadlıqlarına  hörmət  təmin  olundu.  [1]  Bununla  yanaşı, 
Ümummilli  liderin  hakimiyyətə  qayıdışından  sonra  qəbul  edilən  bir  cox  qanunlarda  Azərbaycan 
ərazisində  yaşayan  bütün  milli  azlıqların  mədəni  kimliyinə  təminat  verildi.  "Mədəniyyət  haqqında" 
qanunun  11-ci  maddəsi  ilə  dövlət  Azərbaycan  ərazisində  yaşayan  bütün  milli  azlıqların  mədəni 
kimliyinə  önəm  verdiyini  bir  daha  sübut  etdi.  Eləcə  də  "Təhsil  haqqında"  qanunda  hər  kəsin  öz 
dilində  təhsil  almaq  hüququ  və  ayri-seçkiliyə  yol  verilməməsi  məsələsi  öz  əksini  tapdı.  Bu 
məqsədlə  milli  azlıqların  məskunlaşdığı  Azərbaycanın  bir  sıra  rayonlarında  ali  təhsil  müəssisələri 
və  kolleclərin  filialları  açıldı,  ölkənin  radio  və  televiziya  kanallarında  milli  azlıqların  dillərində 
verilişlər  yayımlanması  ənənəsi  qoyuldu.  Həmin  ərazilərdə  yerli  telekanallar  fəaliyyət  göstərməyə 
başladı.  Milli  azlıqların  dilində  qəzet  və jurnallar  nəşr  olunmağa  başladı. 
Lakin  bütün  bunlarla  yanaşı,  respublikanın  ən  başlıca  sərvəti  əsrlərdən  bəri  bu  torpaqda 
yaşayan,  öz  taleyini,  öz  həyatını  bu  torpağa  bağlayan,  müxtəlif  millətlərdən  olan,  müxtəlif  dinlərə 
etiqad  edən  adamlardır.  Ölkə  nə  qədər  çox  xalqı  birləşdirsə,  bir  o  qədər  də  zəngin  olar..." 
Ulu  öndərin  Azərbaycanda  milli  azlıqlarla  bağlı  siyasəti  beynəlxalq  qurumlar  tərəfindən  də  hər 
zaman  müsbət  qarşılanıb.  Azərbaycan  Avropa  Şurasına  üzv  qəbul  olduqdan  sonra  "Milli  azlıqların 
müdafiəsi  haqqında"  Çərçivə  Konvensiyasına,  Regional  dillər  arasında  Çərçivə  Konvensiyasına 
qoşuldu. 
 Mədəniyyətlərin 
dialoqu 
və 
qarşılıqlı 
zənginləşmə, 
xalqların 
sosial-mədəni 
inkişaf 
təcrübəsini,  dünya  mədəniyyətinin  tarixi  qanunauyğunluqlarını  bilmək  və  yaradıcı  şəkildə  istifadə 
etmək  qloballaşma  şəraitində  Azərbaycanın  davamlı,  rəqabət  qabiliyyətli  və  təhlükəsiz  inkişafı  üçün 
mühüm  nəzəri  və  praktik  əhəmiyyət  kəsb  edir.  Qloballaşma  müasir  dünyanın  siyasət,  iqtisadiyyat, 
mədəniyyət,  elm,  texnologiya  və  s.  sahələrində  yeni  keyfiyyət  dəyişiklikləri  ilə  şərtlənən  mürəkkəb 
proseslərdə  özünü  göstərir. 
Qloballaşmanın  mərkəzində  insan  maraqları  olduğundan  onun  ayrı  -  ayrı  dövrlərdəki  inkişaf 
meylləri  də həmin  maraqların  reallaşdırılmasından  asılı  olmuşdur[  4 ]     

 
 
- 100 - 
 Öz  varlığını  davam  etdirmək  üçün  bəşəriyyət  birgəyaşayış  yollarının  axtarışında  ümumi  tale 
üçün  birgə  məsuliyyət  hissini  bərabər  bölüşməlidir.  Bu  axtarışın  uğurunu  isə  yalnız  tolerantlıq, 
həmrəylik,  yüksək  mədəniyyət,  multikulturalizm  təmin  edə  bilər.  Ulu  öndər  Heydər  Əliyev 
söyləyirdi:  “Yüksək  tolerantlıq  ilk  növbədə  yüksək  mədəniyyətin  təzahürüdür”.    Yüksək 
mədəniyyət  uzun  əsrlər  boyu  hər  bir  xalqın   əldə etdiyi  maddi  və mənəvi  sərvətlərin  məcmusudur. 
Mədəni  mübadilə  və  qarşılıqlı  zənginləşmə,  xalqların  sosial-mədəni  inkişaf  təcrübəsini, 
dünya  mədəniyyətinin  tarixi  qanunauyğunluqlarını  bilmə  və  yaradıcı  şəkildə  istifadə  etmə 
qloballaşma  şəraitində  Azərbaycanın  davamlı,  rəqabət  qabiliyyətli  və  təhlükəsiz  inkişafı  üçün 
mühüm 
nəzəri  və  praktik  əhəmiyyət  kəsb  edir.  Multikulturalizm  mədəniyyətlərin  və 
sivilizasiyaların  dialoqunun  zəruri  alətidir.  Digər  mədəniyyətlərin  mahiyyətini,  xüsusiyyətlərini, 
tarixini  və  nailiyyətlərini  öyrənmədən,  onlara  qarşı tolerant münasibət,  onların  nümayəndələrinə 
hörmət  mümkün  deyil,  qarşılıqlı  anlaşma,  mədəniyyətlərin  və  sivilizasiyaların  dialoqonu  qurmaq 
mümkün  deyil. 
Mədəniyyətlərarası  münasibətlərdə  bu  vaxta  qədər  mövcud  olan  “mədəni  hegemonluq”, 
üstünlük,  “hakim  mədəniyyət”,  “biz  və  qeyrilər”  kimi  paradiqmalar  ömrünü  başa  vurmaqdadır. 
Yeni  düşüncə  tərzinin  formalaşması,  düşüncə  böhranının  dəf  edilməsi  üçün  isə  hələ  zaman  lazım 
olacaq.  Bəşəriyyətin  özünü  qlobal  -  tam  kimi  hiss  etməsi,  əsrlər  boyu  insanlığın  arzusunda  olduğu 
bu ideyanın  gerçəkləşməsi  tarixi  zərurətə  çevrilsə  də, ona doğru  irəliləmək  o qədər də asan deyil. 
Lakin  təkzibedilməz  bir  həqiqət  var:  öz  varlığını  davam  etdirmək  üçün  bəşəriyyət 
birgəyaşayış  yollarının  axtarışında  ümumi  tale  üçün  birgə  məsuliyyət  hissini  bərabər  bölüşməlidir. 
Bu  axtarışın  uğurunu  isə  yalnız  tolerantlıq,  həmrəylik,  yüksək  mədəniyyət,  multikulturalizm  təmin 
edə bilər.   
N.  Tusi  “Əxlaqi-Nasiri”  əsərində  nəzəriyyə  ilə  təcrübənin,  elmlə  əməlin  əlaqəsindən  danışır. 
Tusiyə  görə, bunların  vəhdəti  olmadan  inkişaf  və kamillik  qeyri-mümkündür.  [6,15. ]    
Mədəniyyətlərin  və  sivilizasiyaların  dialoqonu  qurmaq  üçün,  qarşılıqlı  anlaşma  üçün  başqa 
mədəniyyətlərin  mahiyyətini,  xüsusiyyətlərini,  tarixini  və nailiyyətlərini  öyrənmək  lazımdır. 
Mədəniyyətlərarası  münasibətlərdə  yeni  düşüncə  tərzinin  formalaşması  üçün    bəşəriyyətin 
özünü  qlobal  -  tam  kimi  hiss  etməsi,  multikultural  dəyərlərin  həyata  keçirilməsi    lazımdır.  Ona  görə 
də  dünyanın  elm  adamları,  din  xadimləri,  siyasi  liderlər  bir  araya  gəlir,  sivil  birgəyaşayış 
prinsiplərinin  bərqərar  olması  üçün  yollar,  modellər  axtarırlar.  Təşkil  olunan  hər  görüşün, 
konfransın  amalı  da  mədəniyyət  və  sivilizasiyaların  qarşılıqlı  anlaşması  istiqamətində  səmərəli 
fəaliyyət  yollarını  axtarmaqdır. 
Qeyd  etmək  lazımdır  ki,  Bakıda  keçirilən  Beynəlxalq  Humanitar  Forumda  iştirak  edən 
müxtəlif    ölkələrdən  toplanmış  nümayəndələr  də  multikulturalizmin  Azərbaycan  modelini  yüksək 
qiymətləndirmişlər.  Azərbaycan  modeli  həm  dinlərin  bərabər  inkişaf  imkanlarını  və  etnik  qrupların 
birgə  yaşamasını  təmin  edir,  həm  də  digər  inanc  və  mədəniyyətlərə  mənsub  olan  müxtəlif  qruplara 
hörmətin  və  təmsilçiliyin  təqdim  edilməsini  özündə  birləşdirir.  Azərbaycan  Respublikasının 
Prezidenti  İlham  Əliyev  III  Bakı  Beynəlxalq  Humanitar  Forumunda  etdiyi  açılış  nitqində 
bildirmişdir:    Azərbaycanda  hökm  sürən  ictimai-siyasi  quruluşdan  asılı  olmayaraq,  bütün  dövrlərdə 
Azərbaycan  dözümlülük,  tolerantlıq  məkanı  olmuşdur.  Bu  gün  müstəqil  Azərbaycan  öz  siyasətini 
bu möhkəm  təməl  üzərində  qurur.  Multikulturalizm  Azərbaycanın  dövlət  siyasəti  və həyat  tərzidir. 
Bakı  humanitar  forumları,  eləcə  də  son  on  ildə  ölkədə  keçirilmiş  müxtəlif  beynəlxalq  konfrans 
və  tədbirlər  ölkə  siyasətinin  əsas  istiqamətlərindən  birini  təşkil  edir.  Respublika  ərazisində  mövcud 
olan  bütün  dillərin,  dinlərin,  mədəniyyətlərin,  etnosların  nümayəndələrinin  bərabər  imkanlar 
əsasında  birgə  yaşaması,  elmin,  təhsilin,  qanunvericiliyin  və  insan  kapitalının  inkişafına  yönəlmiş 
gələcək  rifahın  müəyyən  edilməsi,  bu  siyasətin  Azərbaycanın  digər  ölkələrlə  münasibətlərinin 
formalaşmasında  prinsipial  məsələlərdən  biri  kimi  qarşıya  çıxması  ölkəni  tolerantlıq  və 
multikulturalizmin  təmin  edildiyi  model  dövlət  olması  ilə  yanaşı,  bu  dəyərlər  ətrafında  beynəlxalq 
diskursun  təşkil  edildiyi  mərkəzə  çevirmişdir.  15  noyabr  2013-cü  ildə  prezident  İlham  Əliyev  Bakı 
və  Azərbaycan  Yeparxiyasının  Pravoslav  Dini-Mədəniyyət  Mərkəzinin  açılışında  iştirakı  zamanı 
qeyd  etmişdir  ki,  belə  bir  mərkəzin  açılması  Azərbaycanda  dinlərarası  münasibətlərin  göstəricisidir. 
Bu  fakt  Azərbaycanın  tarixən  tolerant  və  çoxkonfessiyalı  ölkə  olduğunu  bir  daha  sübut  etməklə 

 
 
- 101 - 
yanaşı,  ərazisindəki  dini  baxışların  inkişaf  etdirilməsi  üçün  dövlət  dəstəyinin  yüksələn  xətt  üzrə 
getdiyinin 
nümunəsidir. 
Təbii 
ki,  müasir  Azərbaycanda  çoxmədəniyyətlilik  və  müxtəlif 
konfessiyaların  bərabər  yaşaması  üçün  göstərilən  diqqət  tarixən  ölkənin  dövlətçilik  ənənələrinin 
əsasını  təşkil  etmişdir. 
Qeyd  etdiyimiz  kimi,  çoxmillətli  Azərbaycan  artıq  dünyanın  nəzərində    nümunəvi  bir 
dövlətdir.  Azərbaycan  dünyanın  multikulturalizm,  tolerantlıq,  dözümlülük,  humanitar  əməkdaşlıq 
mərkəzinə  çevrilmişdir.   
Azərbaycanda  bütün  xalqlar,  toplumlar,  fərqli  dil  və  din  mənsubları  ortaq  məxrəcə  gələ 
bilirlər.  Azərbaycan  minilliklər  boyu  müxtəlif  xalqların  azad,  sərbəst  və  heç  bir  maneə  ilə 
rastlaşmadan  yaşadığı  bir  məmləkətdir. 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  dediyi  kimi:  “Multikulturalizm 
başqa  xalqın  nümayəndəsinə  hörmət,  başqa  dinə  hörmətdir.  Öz  dininə  hörmət  başqa  dinə  hörmətdən 
başlayır.  Multikulturalizm  ayrı-seçkiliyə  yol  vermir,  əksinə  bütün  xalqları  birləşdirir. 
Modernləşmə  və  Azərbaycançılıq  ideologiyası  da  ölkəmizdə  multikulturalizmin  yaranması   və 
inkişafında  əsas  amildir.  Bu  ideologiyanın  əsasını  millilik,  dünyəvilik,  sosial  ədalət,  demokratiya, 
milli  tərəqqi,  insan  hüquq  və  azadlığına  riayət  təşkil  edir.  Bu  ideologiya  Azərbaycanı  özünə  vətən 
qəbul  etmiş,  ölkədə  yaşayan  bütün  millətlərin  və  etnik  qrupların  vəhdət  şəklində,  dostluq,  hətta 
qohumluq,  qonşuluq,  əmin-amanlıq  şəraitində  yaşadığı,  mədəniyyətlərinin  inkişaf  etdiyi  ümumi 
talelərini  əks etdirən,  multikulturalizm  göstəricisi  olan  mənəvi  fenomendir. 
Cəmiyyətin  tarixi  inkişafının  məhsulu  olan  tolerant  düşüncə  tərzi,  müxtəlif  mədəniyyətlərin 
və  dinlərin  nümayəndələrindən  ibarət  insan  birliklərin  birgəyaşayışının  nəticəsidir.  Tolerantlığın 
əsasını  müxtəlif  fəlsəfi-tarixi,  mədəni-mənəvi  prinsiplər  təşkil  edir.  Tolerantlığın  fəlsəfi-əxlaqi 
kateqoriya  kimi  məzmununu  aşkar etmək  onun  əhəmiyyətini  müəyyənləşdirməyə  kömək  edir. 
Ölkəmizdə  bütün  tarixi  dövrlərdə  tolerantlıq  yüksələn  xətt  üzrə  inkişaf  etmişdir  və  tarixi 
ənənəyə  söykənən  və  uzun  əsrlik  tolerantlıq  mühiti  formalaşmışdır.  Azərbaycanda  multikulturalizm, 
tolerantlıq  və  dini  dözümlülüyün  dövlət  siyasəti  səviyyəsində  inkişaf  etdirilməsinin  əsaslarını 
ölkənin  qədim  dövlətçilik  tarixi,  o  cümlədən,  bu  ənənələrin  inkişafı  özündə  ehtiva  edir.  Tarixi 
ənənələrə  nəzər  salsaq  görərik  ki,  tariximizin  ayrı-ayrı  dövrlərində  bu  ciddi  məsələ  özünü  müsbət 
tərəfdən  büruzə  verib. Məsələn,  istər  Səfəvilər  dövləti,  istər  XIX-XX  əsrlər  maarifçilik  dalğası, 
istərsə  də  Xalq  Cümhuriyyəti  dövründə  Azərbaycan  ərazisində  yaşayan  digər  etnik  xalqlar  və  dini 
qrupların  nümayəndələrinin  təmsilçiliyini  özündə  birləşdirmiş,  bu  siyasi  davranış  XX  əsrin 
sonlarında  ulu  öndər  Heydər  Əliyev  tərəfindən  dövlətçilik  ideologiyası  formasına  çevrilmişdir.  Bu 
da  faktdır  ki,  Heydər  Əliyev  bu  ideologiyanın  ən  gözəl  izahını  2001-ci  il  noyabrın  9-da  Dünya 
Azərbaycanlılarının  Birinci  Qurultayı  zamanı  etdiyi  çıxışında  «Mən  həmişə  fəxr  etmişəm,  bu  gün 
də  fəxr  edirəm  ki,  azərbaycanlıyam»  sözləri  ilə  ifadə  edib  və  dünya  azərbaycanlılarını  öz  milli-
mənəvi  dəyərlərini  unutmamağa,  bizim  hamımızı  birləşdirən,  həmrəy  edən  azərbaycançılıq  ideyası 
ətrafında  birləşməyə  çağırıb.  Bu  kəlam  Azərbaycan  coğrafiyası  daxilində  yaşayan  müxtəlif 
mədəniyyətlərin 
həmrəyliyinə 
təkan 
verib. 
Bu 
həmrəyliyin 
əsasını 
isə 
tolerantlıq  və 
multikulturalizm  təşkil  edir.  Bir  sözlə,  azərbaycançılıq  ideologiyası  ölkə  daxilində  müxtəlif 
mədəniyyətliliyin  və  dini  dözümlülüyün  əks  olunduğu  vahid  bir  dəyərlər  sistemidir.  Bundan  belə 
qənaətə  gəlmək  olar  ki,  bizə  tarixən  xas  olan  tolerantlıq  dini  dözümlülük  və  etnik  bərabərlik 
mənasında  işlədilir.  Azərbaycanın  timsalında  dözümlülük  və  bərabərlik  həm  də  dini  konfessiyaların 
və  etnik  qrupların  birgə  mövcudluğu,  əməkdaşlığı  və  bərabər  imkanları  üçün  qarşılıqlı  hörmət  və 
münasibətlər  sistemi  olaraq  qəbul  edilir.  Məhz  bu  səbəbdən  də  XXI  əsrin  Azərbaycanı  bu 
münasibətlər  sistemini  özündə  cəmləşdirərək  müasir  dünyanın  tolerantlıq  simvollarından  birinə  və 
digər  cəmiyyətlər  üçün  örnək  modelinə  çevrilib.  Dini  tolerantlığın  bir  həyat  tərzinə  çevrildiyi 
Azərbaycan  ərazisində  üç  səmavi  dinin  (yəhudilik,  xristianlıq  və  islam)  və  eyni  zamanda,  müxtəlif 
inancların  qarşılıqlı  hörmət  şəraitində  yaşaması  tarixi  ənənələrin,  müasir  zamanda  isə  müvafiq 
qanunvericiliyin  və məqsədyönlü  dövlət  siyasətinin  göstəricisidir. 
Multikulturalizm  ayrı-seçkiliyə  yol  vermir,  əksinə  bütün  xalqları  birləşdirir.  Azərbaycanda 
müxtəlif  milli-mənəvi  və  konfessional  birliklər  öz  xüsusiyyətlərini  hərtərəfli  şəkildə  inkişaf 
etdirmək  imkanına  malik  olaraq  həm  də,  başqa  mədəniyyətdən  də  yararlanaraq,  istifadə  etmək 

 
 
- 102 - 
imkanına  malikdir.  Ölkədə  multikulturalizmin  yaranması   və  inkişafında  modernləşmə  və 
Azərbaycançılıq  ideologiyası  da  əsas  amildir.  Bu  ideologiyanın  əsasını  millilik,  dünyəvilik,  sosial 
ədalət,  demokratiya,  milli  tərəqqi  insan  hüquq  və  azadlığına  riayət  təşkil  edir.  Bu  ideologiya 
Azərbaycanı  özünə  vətən  qəbul  etmiş,  ölkədə  yaşayan  bütün  millətlərin  və  etnik  qrupların  vəhdət 
şəklində,  dostluq,  hətta  qohumluq,  qonşuluq,  əmin-amanlıq  şəraitində  yaşadığı  mədəniyyətlərinin 
inkişaf  etdiyi  ümumi  talelərini  əks  etdirən,  multikulturalizm  göstəricisi  olan  mənəvi  fenomendir. 
Digər  bir  aspekt  isə  ondan  ibarətdir  ki,  Azərbaycançılıq  ideologiyası  yalnız  ölkə  ərazisində  yaşayan 
müxtəlif  etnik  və  dini  mənsubiyyətli  insanların  göstəricisi  yox,  o  həm  də  geosiyasi  sərhədə  və 
məkanların  ayırdığı,  dünyanın  müxtəlif  ölkələrində  yaşayan  soydaşlarımızı  da  bir  ideya-fəlsəfi, 
mədəni  məkanda  bütövləşdirən  gücdür.   Azərbaycançılıq  -  cəmiyyətin  sosial-mədəni,  siyasi  və 
hüquqi  nizamlanmasının,  insanları  mənən   səfərbər  edən  və  vəhdətinin  əsas faktorudur.   
Qeyd  olunan  bu  aspektlər  Azərbaycanı  çoxmillətli,  çoxdilli,  multikultural,  demokratik 
vətəndaş  cəmiyyəti  quruculuqlu  ölkə  kimi  tanıtmışdır.  Azərbaycanın  multikultural  stereotipləri 
qlobal  tədbirlərdə  də  təsdiq  olunur.  2011-ci  il  Bakı  Forumunda  iştirak  edən  Y.Jdanov 
multikulturalizmin  inkişafı  barədə  belə  fikir  söyləmişdir:  “Planetdə  başqa  elə  bir  bölgə  yoxdur  ki, 
buradakı  kimi  onlarla  xalq  çox  uzun  müddətə  və  birlikdə  yaşamış  olsun.  Bu  füsunkar  çoxçalarlılıq 
bütün  bəşəriyyətin  dəyərli  xəzinəsi  hesab  oluna  bilər.  Yəqin  buna  görədir  ki,  bu  ölkənin  ictimai-
elmi  fikri  millətlərarası  münasibətlər,  əməkdaşlıq  və  qarşılıqlı  anlaşma  probleminə  dünyanın 
diqqətini  bu  qədər  cəmləşdirməyə  çalışır.  Azərbaycanın  tarixi  təcrübəsi  bu  baxımdan  dəyərli  və 
intəhasızdır”.  Məhz  bu  kimi  baxışlar  ölkədə  multikulturalizmin  inkişafını  göstərən  reallıqdır.   Bu 
reallıqda  bir  dəlil  multikulturalizmə  həsr  edilmiş  “Bakı  Beynəlxalq  Humanitar  Forumu”,  orada 
iştirak  edən  müxtəlif  ölkələrin  ölkəmizin  multikultural  siyasətini  təqdir  etməsidir.  İkincisi  isə 
demokratik,  tolerant,  multikultural  dövlət   kimi  Azərbaycanın  BMT-nin  Təhlükəsizlik  Şurasına 
qeyri-daimi  üzvü  seçilməsi  faktıdır. 
Qeyd  etdik  ki,  ölkəmizdə  yaşayan  eyni   bir  doğma   ailə  kimi  tarixi  gerçəklik,  genetik-etnik 
yaddaş  və  qarşılıqlı  münasibətlərin  ötürücüsü  olan  müxtəlif  xalqlar:  talış,  ləzgi,  avar,  kürd,  tatar, 
udin,  tat və  başqaları  da özünü  azərbaycanlı  adlandırır. 
Azərbaycanda  yaşayan  müxtəlif   xalqların  mənəvi  yaddaşı  tarixi  inkişaf  mərhələsində 
zərdüştlükdən  üzübəri  dünyanın  bütün  əsas  dinlərinin  ən  ülvi,  bəşəri  dəyərləri  ilə  zənginləşərək, 
mədəniyyət  və  mənəviyyatın  çoxsaylı  cəhətlərini  özündə  miras  saxlamışdır.  Azərbaycanda 
multikulturalizm  göstəricisi  özünün  rəngarəng  tərkibi   ilə  fərqlənən  və  bu  müxtəlifliyin  etnik-milli 
mənbələrini  qorumuş,  burada  yaşayan  etnik-dini  birliklərin  qarşılıqlı  münasibəti  və  mədəniyyəti, 
folklor,  dialekt,  adət,  məişət  tərzi,  inam  sistemi  və  s.  müxtəlifliyin  vəhdətini  müəyyən  edən 
obyektivlikdir. 
Qanunvericiliklə  hər  bir  millətin,  dinin  nümayəndəsinə  öz  millətinə  bərabər  hüquq  və 
azadlıqlar  verən,  irqi  ayrı-seçkiliyin  heç  bir  şəkildə  təzahürlərinə  rast  gəlinməyən,  millətlərin  yanaşı 
yaşadığı,  möhkəm  əlaqələrə  malik  olduğu  və  bir-birinə  mühüm  dəyərlər  aşıladığı  Azərbaycan 
mədəni  nümunələrin,  dəyərlərin  əlaqələndiricisi  -  körpüsüdür.  Elə  buna  görə  də,  ölkəmizin  adı 
yüksək  tolerantlıq  sərgiləyən  dövlətlərin  siyahısında  ən yüksək  yerlərdən  birini  tutmaqdadır. 
 Bir  sözlə,  müasir  Azərbaycan  multikulturalizm  modeli  həm  dinlərin  bərabər  inkişaf 
imkanlarını  və  etnik  qrupların  birgə  yaşamasını  təmin  edir,  həm  də  digər  inanc  və  mədəniyyətlərə 
mənsub  olan  müxtəlif  qruplara  hörmətin  və təmsilçiliyin  təqdim  edilməsini  özündə  ehtiva  edir.   
 Azərbaycan 
türkləri  mehriban,  qonaqpərvər,  sülhsevər  və  humanist  olduğu  üçün 
respublikamızda  yaşayan  digər  xalqlar  özlərini  hərtərəfli  ifadə  edə  bilirlər.  Azsaylı  xalqların 
hüquqları  hər  zaman  qorunub  və  onlara  ana  dilini,  mədəniyyətini,  dinini  yaşatmaq  üçün  şərait 
yaradılıb. 
Ona 
görə 
də 
Azərbaycan 
ədəbiyyatının, 
mədəniyyətinin, 
ictimai 
fikrinin 
formalaşmasında,  eləcə  də  ölkəmizin  ərazi  bütövlüyünün  qorunmasında  bütün  millətlərin 
nümayəndələri  də örnək  ola biləcək  vətənpərvərlik  nümayiş  etdirmişlər. 
Beləliklə,  milli-mənəvi  dəyərlərimizə  və  multikulturalizm  dəyərlərini  yüksək  tutan  dövlət 
siyasətinə  əsaslanaraq  qeyd  etmək  lazımdır  ki,    müasir  dövrdə    artıq  Azərbaycan  yüksək  tolerantlıq 
nümunəsi,  müxtəlif  xalqların  və  dinlərin    nümayəndələrinin  yanaşı,  sülh  və  təhlükəsizlik  şəraitində 
yaşadığı   ideal  və  arzuolunan  ölkə kimi  dəyərləndirilməkdədir. 

 
 
- 103 - 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin