I fəSİL. Geosiyasət anlayışı, geosiyaətin mənbələri



Yüklə 69,42 Kb.
səhifə1/15
tarix11.05.2023
ölçüsü69,42 Kb.
#111599
  1   2   3   4   5   6   7   8   9   ...   15
referat 652 (1)



GİRİŞ

I FƏSİL.Geosiyasət anlayışı, geosiyaətin mənbələri,


obyekti və predmeti, əsas qanunları..................................................... səh 3.
kateqoriyaları və funksiyaları.
II FƏSİL.Geosiyasi epoxalar.................................................................. səh 9.

II FƏSİL.Terror geosiyasəti.................................................................... səh 18

GİRİŞ

Geosiyasətin bir elm kimi XIX-XX əsrlərin astanasında meydana gəlməsinə səbəb elmi biliklərin inkişafı deyil,ilk növbədə yeni siyasi reallıqların dərk edilməsi oldu..Bu elm dünyanın bir tam kimi bir-birinə qarşı duran mərkəzlər arasında bölündüyü zaman yaranıb.Dünyanın bu bölgüsü onun sahibsizlikdən “yeni sahibinə” keçidi deyil, əslində “artıq bölünmüş dünyanın yenidən bölünməsi ” demək idi.


Dünyanın yenidən bölünməsi dünyada konfliktlərin sayının əhəmiyyətli dərəcədə artmasına səbə olmuşdur.
XX əsr sosial inkişafın yüksək tempi ilə yadda qaldı.Bu cür yüksək inkişaf tempi dünya birliyini sarsıdan inqilablara və müharibələrə səbəb olmaya bilməzdi.İctimai-siyasi həyatın ən drammatik və təsirli hadisələri dünya müharibələri oldu ki, bu da boyük dövlətlər arasında olan qarşıdurmaların xarakteri, dinamikası və miqyasının prinsipial formada dəyişməsinə səbəb oldu.Bu vaxta qədər dünya düzəni və liderlik uğrunda mübarizə eyni zamanda bir neçə kontinenti əhatə etməmiş, dünya ölkələrinin əksəriyyətinin maraqlarına toxunmamış, yüksək dərəcəli dağıdıcı gücə malik silahların tətbiqinə və dəhşətli faciələrə səbəb olmamışdı.Bununla yanaşı, əvvəllər tez bir zamanda və kor-koranə həyata keçirilən müharibələrdən fərqli olaraq, dünya müharibələri uzun müddət düşünülmüş planlar üzrə aparılmış və nəinki hərbi-siyasi, hətta ideoloji cəhətdən hazırlıqlı vəziyyətə gətirilmişdi.Bu müharibələrin baş verməsinin nəzəri əsasları kimi geosiyasi doktrinalar, elmi cəhətdən əsaslandırılmış olan müharibəyə ehtiyac və yeni dünya düzənin zorakı yolla quruımasının qaçılmazlığı dururdu.Böyük dövlətlərin ideoloji vasitəsi kimi geosiyasət, onlar arasında qarşıdurmaların qlobal həlli kimi, məhz dünya müharibələri çıxış etməli idi.
XX əsr ərzində dünyada baş verən geosiyasi dəyişikliklərin analoqu yoxdur.Həqiqətən, yüzilliyin əvvəllərində ABŞ Avropa ölkələri üçün “dünya periferiyası”ndan başqa bir şey deyildi, lakin 20 ildən də az müddət ərzində Avropada amerikan qoşunları mövcud idi; I dünya müharibəsinin sonlarına yaxın ABŞ-ın iqtisadi qüdrətinə baxmayaraq, prezident Vilson Avropa siyasətçilərinin kiçik partnyoru olaraq qalırdı.Lakin II dünya müharibəsindən sonra prezident Trümen Qərb dünyasının lideri hesab edilirdi.Eyni zamanda qərbdə digər istiqamət də hiss olunurdu: 50-ci illərin başlanğıcında Avropa dövlətləri iqtisadi va siyasi baxımdan ABŞ-dan asılı vəziyyətə düşdülər.Lakin yarım əsrdən sonra Avropa siyasətçiləri qeyd etməyə başladılar ki, “XX əsr tarixi ABŞ-ın Avropada fəaliyyətinin şərtləndirsə də, bu, ABŞ-a Avropa İttifaqının 16-cı üzvü olmaq hüququ vermir”.
XX əsrin sonunda bir daha təsdiq olundu ki,iqtisadi faktor qüvvələrin geosiyasi tarazlığında aparıcı rola malikdir.

Yüklə 69,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin