I fəSİL. Geosiyasət anlayışı, geosiyaətin mənbələri



Yüklə 69,42 Kb.
səhifə9/15
tarix11.05.2023
ölçüsü69,42 Kb.
#111599
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
referat 652 (1)

Metasahə - yeni zamanda bir neçə dövlətin nəzarəti altında olan ərazi.Əksər hallarda bu cür nəzarət xaricdən geosiyasi təzyiq şəraitində baş verir.

Qədimdən bəri geosiyasi məkan üzərində nəzarətin müxtəlif formaları məlumdur: iqtisadi, demoqrafik, kommunikasion, hərbi, siyasi, dini və s. XX əsrin sonlarından etibarən informasiyon-ideoloji, texnoloji və mədəni-sivilizasiyon nəzarət böyük rol oynamağa başlayıb.
Geosiyasi münasibət müxtəlif dünya güclərinin nisbi birliyi və mübarizəsidir.Əksər hallarda bu, ziddiyyətlərin mübarizəsidir: quru və dənizin, mərkəz və periferiyanın.
Dünya tarixi inkişafında birlik müvəqqəti mövcud olan anlayışdır.Böyük Britaniyanın görkəmli siyasi xadimi Uinston Çörçil(1874-1965) qeyd edir ki, İngiltərənin daimi dostları, müttəfiqləri yoxdur, onun yalnız daimi siyasi(geosiyasi) maraqları vardır.Buna görə də əksliklərin mübarizəsi mütləqdir.Buradan görünür ki, geosiyasətin başlıca kateqoriyalarından biri qüvvələr tarazlığıdır. SSRİ dağıldıqdan sonra dünyadakı qüvvələr tarazlığı əhəmiyyətli dərəcədə dəyişmişdir.Dünya artıq, ikiqütblü xarakterini itirmiş oldu.Bundan istifadə edən Qərb Rusiyaya dünya arenasında öz şərtlərini diktə etməyə başlayır, Rusiyanın hesabına yeni dünya düzəni yaratmağa çalışır.Bu isə bütün Yer kürəsinə Qərb təsiri güclənməsi faktorunun göstəricisidir.
Geosiyasətin digər kateqoriyasi siyasi məkan kateqoriyasıdır.Siyasi məkan Dövlətin başlıca əlamətlərindən biridir.Bu zaman dövlətin təhlükəsizliyi faktoru kimi çıxış edən sərhədlər nəzərdə tutulur.Dövlətlər arasındakı məkan-sərhəd münasibətləri əsas rol oynayır.Siyasi məkan üzərində nəzarət, ona sahib olma və birləşdirilməsi uğrunda mübarizə başlayan kimi sərhəd problemi ön plana çıxır.
Bunu F.Ratsel xüsusi qeyd edir.O göstərir ki, sərhədlər dövlətin inkişafına, güclənməsinə və ya zəifləməsinə, onun orqanizmindəki dəyişikliklərə xidmət edir.Alman geosiyasətində sərhəd problemi əsas tədqiqat obyektlərindən biridir.A.Haushofer alman xalqında nəinki geosiyasi hissləri, eyni zamanda, “sərhəd hissləri”ni də təbliğ edirdi.O, qeyd edir ki, sərhədlərə daimi bir şey kimi baxmaq doğru deyildir.Onlar canlı orqanlardır, insan dərisi və ya digər qoruyucu orqanlar kimi genişlənir və sıxılır.
Sərhəd problemini tədqiq edən ilk siyasətçilərdən biri Britaniya lordu Y.N.Kerzon(1859-1925) olmuşdur.Hindistanın vitse kralı olduğu zaman o, hüdudların müəyyənləşdirilməsinin Asiya təcrübəsi ilə tanış olmuşdur.Kerzon göstərir ki, Asiyanın əksər xalqları dəqiq müəyyən edilmiş sərhədlərdən qaçır ki, bu da onların köçəri həyat tərzi ilə və reqlamentləşdirilmiş qaydaları qəbul edə bilməməsi ilə bağlıdır.Ciddi müəyyən edilmiş sərhədlər əsasən Avropa dövlətləri üçün xarakterikdir.Kerzon dövlətlər arasında kəskin sərhəd mübahisələri zamanı bufer zolağının təşkil edilməsi təklifi ilə çıxış edirdi.
Sərhədlər müəyyən funksiyalar yerinə yetirir: arzuolunmaz şəxslərin əraziyə daxil olmasının istisna və ya qadağan edilməsi, həmsərhəd dövlətlərin sakinləri arasında əlaqələrin istisna edilməsi, cinayətkarların, qaçaqmalçıların tutulması, gətirilən və ya aparılan məhsullardan gömrük rüsumu alınması, gətirilən məhsullara kvotalar qoyulması, valyutanın hərəkətinə, uçuşlara nəzarət, sanitar nəzarəti və s.
Geosiyasətin kateqoriyalarından biri də maraq kateqoriyasıdır. Dövlətin maraqlarının nədən ibarət olduğunu bilməklə ümumi strateji kursun müəyyənləşdirilməsi asandır.Maraqlar sinfi, milli, dövlət və digər maraqlardan ibarət ola bilər.Əgər milli-dövlət mövcuddursa, bu maraqlar istisna olunur.
Müasir dövrdə dünyada milli maraqlarla bağlı böyük problemlər mövcuddur.Dünyada beynəlxalq həyatın qloballaşması baş verdiyindən, insanlar və institutlar müstəqilliklərini itirdiyindən öz maraqlarını qorumağa, psixoloji rahatlığa nail olmağa daha çox can atır, məxsus olduqları dini, sinfi, etnik birliklərə meyl edirdlər.Qloballaşma prossesi etnik azlıqların həmrəyliyinə səbəb olur, fundamentalizm dalğası genişlənir.
Qloballaşma hətta əvvəllər mövcud olmuş xalqları təbəqələşdirir, onlarda böyük siyasi muxtariyyət meylləri yaradır və gücləndirir, “etnik təmizləmə”yə meyllərini artırır.Nətcədə, coşğun etnik vulkan yaranır.Dünyada dövlətlərin 20%-i etnik cəhətdən eyni mənşəlidir.Lakin bu dövlətlərdə də ayrı-ayrı regionlarda olduğu kimi “yuxarılar” və “aşağıların” maraqları üst-üstə düşmür.Qeyd etmək lazımdır ki, ayrı-ayrı dövlətlərdə yaşayan eyni bir xalqın maraqları eyniyyət təşkil etməyə bilər(keçmiş Almaniya , indiki Koreya respublikaları).
Lakin dövlət maraqlarından söhbət gedirsə, onda bir çox problemlər aradan qalxmış olur.Başlıca dövlət maraqları beynəlxalq sənədlərdə öz əksini tapmışdır:
BMT nizamnaməsi, Helsinki Müşavirəsi Yekun Aktı və s.Bu kimi beynəlxalq hüquq mənbələrində dövlətin, dövlətlər qrupunun siyasi müstəqilliyi, onların fiziki həyat şəraiti, dövlətlərin daxili işlərinə qarışmağın yolverilməzliyi, sərhədlərin toxunulmazlığı öz əksini tapmışdır.
Resurs bazasının artırılması, onun əsasında dövlətin iqtisadi, hərbi, maliyyə, elmi-texniki qüdrətinin artırılması, siyasi təsirinin gücləndirilməsi, əhalinin rifahının yaxşılaşdırıması, cəmiyyətin mədəni-əxlaqi, intellektual inkişafı dövlət maraqları qismində çıxış edə bilər.Ölkənin coğrafi vəziyyəti, daxili siyasi, sosial-iqtisadi vəziyyəti, milli-mədəni və sivilizasiyon xüsusiyyətləri, dünya birliyindəki mövqeyi dövlət maraqlarının məzmununu təşkil edir.Bu zaman coğrafi, təbii resurs, iqtisadi faktorar əsas rol oynayır.
Sözsüz ki, dövlət maraqlarının kompleksi statikdə deyil, dinamikdə nəzərdən keçirilməlidir.Bu maraqlar sırasında beynəlxalq hüquq normaları ilə təsdiq olunanları daha çox üstünlüyə malikdir.Digər dövlətlərin qanuni maraqlarına zidd olmayan hər hansı dövlət marağı ədalətli hesab olunur.Lakin praktikada maraqların qanuna zidd olub-olmaması haqqında qərar çıxaran hakim qismində real qüvvəyə- hərbi, iqtisadi, maliyyə- malik olan dövlətlər çıxış edir.Buna misal olaraq ABŞ-in Latın Amerikasının, ərəb ölkələrinin, Balkan ölkələrinin, İraqın daxili işlərinə qarışmasını göstərmək olar.Maraqların reallaşdırılması yolunda lider dövlətlər öz qüdrətindən istifadə edərək daha çox fəallıq göstərirlər.Avtoritar və demokratik dövlətlərdə məqsədlərə çatmaq mexanizmləri fərqlidir.Lakin bütün hallarda dövlətlərdə həllrdici rolu güclü maliyyə qrupları olan oliqarxiya oynamış və indi də aparıcı rola malikdir.XXI əsrdə onların əsas maraq obyektləri, resusrlar və satış bazarları uğrunda mübarizəsi artmaqdadır.
Göstərilən bu kateqoriyalarla sıx bağlı olan digər bir anlayış da var.Bu, “dövlət maraqlarının reallaşdırılması mexanizmidir”.Bəs, bu maraqların qorunması və reallaşdırılmasında hansı prinsiplər, hüquqi, əxlaqi, siyasi normalar əsas götürülməlidir? Praktika sübut edir ki, I yerdə heç bir əxlaq norma və prinsipləri nəzərə alınmadan əldə olunan praqmatik maraqlar durur.Fərq yalnız ondadır ki, geosiyasi cəhətdən güclü dövlət hər şeyi və tez bir surətdə , digərləri isə hissə-hissə və tədricən istəyir.Bu metodlar illər boyu qazanılmışdır və öz tarixinə və metodologiyasına malikdirlər.Dövlətlərdən bir qismi milli geosiyasi gücün möhkəmləndirilməsi yolu(Çin, Yaponiya), digər qismi isə yeni koalisiyaların yaradılması yolu ilə gedir.Bu koalisiyalar(NATO, AB) daixilində daimi gizli və ya aşkar mübarizə gedir.
Dövlətin qüdrəti tarixən hərbi gücü ilə ölçülmüşdür.Hərbi biliklərə yiyələnmə, elmi-texniki inkişaf nəticəsində hərbi qüdrət daha da artırılmışdır.Geosiyasi konfliktlər əsasən ərazilərin yenidən bölüşdürülməsi, mübahisəli ərazilər, təsir dairəsinin genişləndirilməsi uğrunda baş vermişdir.
İqtisadi, maliyyə, intellektual potensialın yığılması nəticəsində XX əsrin II yarısı göstərdi ki, dünyanın bölüşdürülmsəi uğrunda mübarizə təkcə hərbi qüvvə tətbiqi ilə deyil, həm də iqtisadi, maliyyə, mədəni-ideoloji ekspansiya yolu ilə həyata keçirilə bilər.
Dövlət maraqları dövlətlərin və xalqların fəaliyyətinə səbəb olur.Bu fəaliyyət müdafiə və ya hücum, işğalçı və ya azad etmə xarakteri daşıya bilər.Geosiyasətdə “ekspansiya” termini daha çox işlədilir ki, bu da ərazilərə yiyələnmə və ya hərbi-siyasi təsir dairəsinin yaradılması kimi başa düşülür.Lakin praktika göstərir ki, ekspansiya nəinki hərbi, həm də iqtisadi(ticarət, maliyyə), mədəni-ideoloji, informasiyon yolla həyata keçirilə bilər.XXI əsrin əvvəlləri üçün ərazi ekspansiyası əsas vasitə olaraq qalır.

Yüklə 69,42 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin