I fəSİL. Geosiyasət anlayışı, geosiyaətin mənbələri



Yüklə 69,42 Kb.
səhifə2/15
tarix11.05.2023
ölçüsü69,42 Kb.
#111599
1   2   3   4   5   6   7   8   9   ...   15
referat 652 (1)

Geosiyasət anlayışı

Elmi ədəbiyyatda “geosiyasət” anlayışının dəqiq və tam formulirovkası mövcud deyildir.Bu, bütün formalaşan elm sahələrinin xarakterik cəhətidir.Geosiyasət elminin obyekti və subyekti haqqında mübahisələr 100 ilə yaxındır ki, davam edir.


Bir çox tədqiqatçılar geosiyasət elmini bir-biri ilə qarşılıqlı əlaqədə olan və dövlətin strateji potensialına böyük təsir göstərən coğrafi, tarixi, siyasi və digər faktorların kompleksi kimi görürlər.
SSRİ-də uzun müddət geosiyasət elmi imperialist dövlətlərin ərazi ekspansiyasına bəraət qazandıran burjuaziyanın yalançı elm sahəsi kimi nəzərdən keçirilirdi.XX əsrin 80-ci illərində elmə dair baxışlarda böyük dəyişikliklər yarandı.Belə ki, 1989-cu ildə nəşr olunmuş sovet fəlsəfi ensiklopediyasında geosiyasət elminə negativ münasibət bəslənilmirdi.Bununla belə, geosiyasət qərbi politoloji konsepsiya kimi göstərilərək bildirilirdi ki, “dövlətlərin siyasəti, xüsusən də xarici siyasət müxtəlif coğrafi faktorlar vasitəsilə müəyyən olunur: məkan faktoru, təbii resursların mövcudluğu və ya çatışmazlığı iqlim faktoru və s.”(1)1
Isveç alimi Rudolf Çellen (1864-1922) elmə “geosiyasət” anlayışını gətirmişdir.Bu ad altında çıxış edən elmi o, “dövləti coğrafi orqanizm və ya məkan fenomeni kimi nəzərdən keçirən doktrina” kimi qiymətləndirir.Geosiyasət dövləti statikdə (daimi, dəyişməz təşkil forması) deyil, dinamikdə (canlı varlıq kimi) nəzərdən keçirir.Bu cür yanaşmanı alman nəzəriyyəçisi Fridrix Ratsel (1844-1904) irəli sürmüşdür.Geosiyasət dövləti xarici aləmlə münasibətdə öyrənmək və bu münasibətlərdən doğan problemləri həll etmək məqsədini daşıyır.F.Ratselin fikrincə,siyasi coğrafiyadan fərqli olaraq, geosiyasət elmini dövlətin vəziyyəti, forması, sərhədləri və ya ölçüləri, iqtisadiyyatı, ticarəti və mədəniyyəti maraqlandırmır.Bütün bu məsələlər əsas etibarı ilə,dövlətin strateji vəziyyətinin təsviri ilə məhdudlaşan siyasi coğrafiya elminə aiddir.
Politoloq E.A.Pozdnyakov təsdiqləyir ki, geosiyasət əsas diqqətini fiziki əhatə, dövlətin hərbi-siyasi, iqtisadi, və ekoloji təhlükəsizliyi faktorlarına və bu faktorların siyasətdə istifadə edilməsinin real imkanlarının açılmasına və öyrənilməsinə diqqətini yönəldir.Praktik geosiyasət dövlətin ərazi problemlərinin, sərhədlərinin, insan resursları da daxil olmaqla, resursların müəyyən edilməsi və səmərəli istifadə olunmasını öyrənir.
Beləliklə, deyə bilərik ki, geosiyasət elmi- məkan üzərində nəzarət haqqında biliklər sistemidir.
Geosiyasət məkana siyasət nöqteyi nəzərindən yanaşır.O, siyasi coğrafiya ilə müqayisədə, daha dinamikdir.Bu elm çərçivəsində 2 istiqamət ayrılır:

  • Sərəncamverici geosiyasət

  • Doktrinal-normativ və ya qiymətləndirici-konseptual geosiyasət

I istiqamətə Haushofer alman məktəbini, II-yə isə, anglo-amerikan məktəbini aid etmək olar(Makinder,Skaypmen, Koen).Lakin bu məktəblər arasında böyük fərqləndirici sərhəd qoymaq mümkün deyildir.
Hazırda geosiyasət yalnız dünyanın dəyişikliyinin real alətinə deyil, eyni zamanda, aparıcı dövlətlərin siyasətinin proqnozlaşdırılmasının və kontinentin taleyinin açarına çevrilmişdir.



Yüklə 69,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin