I fəSİL. Geosiyasət anlayışı, geosiyaətin mənbələri



Yüklə 69,42 Kb.
səhifə4/15
tarix11.05.2023
ölçüsü69,42 Kb.
#111599
1   2   3   4   5   6   7   8   9   ...   15
referat 652 (1)

Aristotel(e.ə.384-322-ci illər) “Siyasət” əsərində Krit adasının geosiyasi vəziyyətinin xüsusilikləri barədə qeyd edir: “Krit adası sanki Yunanıstan üzərində ağalıq etmək üçün nəzərdə tutulub.Onun coğrafi vəziyyəti isə çox əlverişlidir: o, demək olar ki, bütün yunanların ətrafında məskunlaşdığı dənizlə əhatələnir.O, bir tərəfdən Peloponnes, digər tərəfdən isə, Asiya ilə yaxın məsafədə yerləşir”.(2)
Avropanın coğrafi kəşflər tarixi coğrafi determinizm ideyalarının inkişafında yeni mərhələ oldu.Fransız alimi Jan Boden (1530-1596) “Dövlət haqqında 4 kitab” əsərində yenidən coğrafi determinizm probleminə maraq oyatmışdır.Dövlət quruluşlarındakı fərqləri və dəyişiklikləri o, 3 səbəblə izah edir: “İlahi iradə, insanları özbaşınalığı və təbiətin təsiri”.
Coğrafi determinizm ideyaları XVIII-XIX əsrlərdə də genişlənmişdir.Bu ideyalar Fransada çox populyar idi.”Qanunların ruhu haqqında” (1748) əsərində Şarl Lui Monteskyö (1689-1755) dövlətin qanunverici mexanizmində əsas səbəb kimi iqlim xüsusiyyətlərinin görürdü.
XIX əsrin əvvəllərindən başlayaraq coğrafi determinizm məktəbi Almaniyaya köçür.Bu məktəbin baniləri A.HumboldtK.Rixter hesab edilir.Aleksandr fon Humboldtun (1769-1859) əsas ideyası ondan ibarət idi ki, coğrafiya ətraf aləmin bütöv mənzərəsini əks etdirməli və insanın məqsədlərinə xidmət etməlidir.
Karl Rixter (1779-1858) xalqlarım mövcudluğunun coğrafi determinizmi ideyasını inkişaf etdirmişdir: xalqların inkişafı torpaq, iqlim, coğrafi vəziyyət amilləri tərəfindən qoyulmuş mənbə üzrə gedir.
Henri Tomas Bokl (1821-1862) ictimai quruluşa təsir edən amil kimi iqlimi göstərməklə kifayətlənmir.”İngiltərədə sivilizasiyaların tarixi” kitabında o, ictimai quruluşa təsir edən coğrafi əhatə şərtlərinin yekunu ideyasını əks etdirir.Bokl 4 qrup faktor ayırır: iqlim, qida, torpaq və təbiətin ümumi mənzərəsi.Onun fikrincə, qədim dünyada sivilizasiyalara təsir göstərən əsas amil torpağın münbitliyi, Avropada isə iqlimdir.
Coğrafi determinizmin rus məktəbi B.N.Çiçerin, S.M.Solovyov, V.O.Klyuçevski, A.P.Şapov kimi tarixçilər tərəfindən inkişaf etdirilmişdir.
Bu istiqamətdə Solovyovun (1820-1879) xidmətləri böyükdür.O, Çiçeridən fərqli olaraq rus dövlətçiliyinin coğrafi determinasiyası problemini daha dərindən öyrənmişdir. “Moskva coğrafi vəziyyəti və təbii şərtləri hesabına rus torpaqlarını birləşdirməyə və güclü mərkəzləşmiş dövlət yaratmağa müvəffəq olmuşdur”.
Digər rus tarixçisi Klyuçevskinin (1841-1911) fikrincə, hər bir xalqın taleyində “xalqın beşiyini öz əllərində saxlayan qüvvəyə- ölkənin təbiətinə rast gəlirik”.
Rus elmi fikrində Lev İliç Mençikovun (1838-1888) əsərləri dərin iz qoymuşdur..O, tarixi inkişafın əsası qismində hidrosferanı rəhbər tuturdu.Onun fikrincə, su yolları coğrafi inkişafın bir növ sinterzatoru kimi çıxış edir.Bu amil insana coğrafi mühitin digər elementlərinə olduğundan daha çox təsir göstərir.Alim bəşəriyyət tarixini bir-biri ilə bağlı olan 3 dövrə bölür: çay, dəniz və okean dövrləri.
Çay dövrü- 4 qədim sivilizasiyanı əhatə edir (Nil üzərində Misir, Tiqr və Erfat üzərində Mesopotamiya, Hind və Qanq üzərində Hindistan, Yantszı və Xuanxe Üzərində Çin).Bəşəriyyət tarixinin bu qədim dövrü despotizm və quldarlıq xüsusiyyətləri ilə xarakerizə olunur.
Dəniz dövrü- Karfagenin yaradıması ilə başlanır, Böyük Karlın hakimiyyəti dövrü ilə başa çatır.Dövrün əvvəli quldarlılqla, sonu isə feodal federasiyaları ilə xarakterikdir.
Okean dövrü- Amerikanın kəşfilə başlanır.Alimin fikrincə bu dövr yeni və ən yeni dövrləri əhatə edərək qardaşlıq, bərabərlik əks etdirir.

Yüklə 69,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin