Geosiyasətin kateqoriyaları
Geosiyasət haqqında olan bütün nəzəriyyələr bu elmin əsas kateqoriyasını- məkan üzərində nəzarət kateqoriyasını formalaşdırır.Geosiyasət siyasi institutlar, ilk növbədə dövlətlər və dövlətlərin ittifaqı tərəfindən məkanın idarə olunmasının əsaslarını, imkanlarını, mexanizm və formalarını öyrənir.Dövlətin nəzarət etdiyi və ya nəzarət etməyə can atdığı ərazi mərkəz tərəfindən mənimsənmə və mərkəzlə əlaqələrin inkişafı səviyyəsi ilə xarakterizə olunur.Dövlətlər və ya onların ittifaqları tərəfindən idarə olunan məkan geosiyasi sahə adlanır.
K.V.Pleşakov geosiyasi sahələrin təsnifatını bu cür verir:
Endemik sahə (yunanca”endemos”-yerli) – dövlət tərəfindən uzun müddət nəzarət olunan məkan.Bu ərazinin müəyyən bir milli cəmiyyətə məxsusluğu qonşular tərəfindən tanınır.
Sərhədyanı sahə - müəyyən bir dövlətin nəzarəti atında olan, lakin demoqrafik, iqtisadi, siyasi baxımdan kifayət qədər mənimsənilməmiş ərazi.Əksər hallarda belə ərazilər milli azlıqların məskunlaşdığı ərazilərdir.Dövlətlər bəzən, bu ərazilərin özlərinə məxsus olduğunu iddia etsələr də, onları özlərininki kimi nəzərdən keçirmirlər.Rusiyanın Asiya, Şimal-şərq, Danilevski regionları, eləcə də Qafqaz, Kalininqrad vilayəti buna misaldır.
Çarpazlaşma sahəsi – bir neçə dövlətin iddia etdiyi ərazidir.Buraya ruslar və rusdilli xalqlar tərəfindən məskunlaşdırılmış keçmiş SSRİ-nin böyük əraziləri (hazırda MDB-nin tərkibində olan)aiddir.
Ümumi sahə - milli cəmiyyətin nəzarəti altında olan ərazidir.Buraya müasir Rusiyanın ərazisinin böyük hissəsi aiddir(Çeçenistan istisna olmaqla).Belorusiya ilə olan ittifaq bu məkanın genişləndirilməsi üçün tarixi perspektivlər yaradır.
Geosiyasi dayaq nöqtəsi – Ümumi sahə daxilində olmayan, hər hansı dövlət tərəfindən idarə olunan ərazi.Lakin bu ərazi ilə olan rabitə əlaqələri digər dövlət və ya dövlətlər tərəfindən idarə olunur. Rusiyanın Kalininqrad vilayəti buna misaldır.
Dostları ilə paylaş: |