İdarəetmə funksiyası empirik informasiyaların toplanması və təhlili, konkret idarəetmə qərarlarının və tövsiyyələrin hazırlanmasında özünü göstərir.İnformasiyanın optimal həcminə malik olmadan siyasi liderlər, hərbi başçılar, iqtisadçılar cəmiyyətin siyasi, maliyyə-iqtisadi, ictimai həyatının konkret sferasını idarə edə bilməzlər.Fəaliyyətin istənilən sahəsi ilə məşğul olduqda, idarəetmə qərarlarının hazırlanması zamanı problemli vəziyyətin düzgün analiz edilməsi, siyasi, hərbi, sosial, iqtisadi riskin düzgün qiymətləndirilməsi zəruri şərtlərdəndir.
Geosiyasətdə praktiki tövsiyyələr 2 qrupa bölünür: obyektiv və subyektiv.
I qrupa(obyektiv) insanın həyat fəaliyyətindəki şəraitin nəzərə alınması aiddir.Bu şəratin geosiyasi münasibətlər siteminə təsirini öyrənən tədqiqatçı, alim, siyasi lider, sərkərdə əldə olunan konkret informasiyalara istinad edir.İnformasiyaların analizindən sonra hadisələrin inkişaf tendensiyaları müəyyən edilir.Bundan sonra elmin nəzəri səviyyəsinin yüksəldilməsi üçün tövsiyyələr verilir.
Problemin II(subyektiv) tərəfi də böyük əhəmiyyətə malikdir.Beləliklə, geosiyasət- idarə etmək və düzəltmək elmidir.
İdeoloji funksiya da əvvəlki funksiya kimi çoxüzlüdür.Özlüyündə bu elm SSRİ-də uzun müddət yalançı elm, ideoloji ixtilafların nüvəsi, yüksək inkişaf etmiş dövlətlərin dünya ağalığına agressiv formada can atmasına bəraət qazandıran, imperializm və faşizm ideologiyası kimi qiymətləndirilmişdir.Hazırda ideoloji siyasət dünyada ən uğurlu vasitələrədn biridir.
Şərqi Avropa ölkələrinin kollektiv təhlükəsizlik sisteminin dağılmasından, SSRİ-nin parçalanmasından sonra yaranmış monopolyar dünya düzəni göstərir ki, geosiyasətin ideoloji funksiyasının əhəmiyyəti praktikada daha da artmışdır.Buna dair bir çox misallar göstərmək olar: məsələn, ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya və digər yüksək inkişaf etmiş dövlətlərin maraqları ümumbəşəri maraqlar və dəyərlər kimi qələmə verilir.NATO BMT və ya BMT Təhlükəsizlik Şurası adından, tədricən isə onlardan soruşmadan belə, öz üzərinə dünya jandarmı funksiyasını götürür.İraq, Liviya, Yuqoslaviyada təcrübəsi buna misaldır.
Beləliklə, geosiyasət – böyük ərazilər, qlobal siyasi, iqtisadi və digər prosseslər və onların idarə olunması mədəniyyəti haqqında elmdir.
1Terror geosiyasəti
Sovet İttifaqı dağıldıqdan sonra çoxları belə fikirləşirdi ki, artıq rahat nəfəs almaq olar; artıq Qərb - Şərq nüvə qarşıdurması sona çatdı, dünya liberal və demokratik prinsiplərlə yaşaya bilər. Lakin Sovet İttifaqının dağıdılmasından ötən 10 il göstərdi ki, qarşıdurma başa çatmamışdır; əksinə, yeni mərhələyə qədəm qoymuş, yeni forma və məzmun almışdır. XX əsrin 90-cı illərində baş vermiş hadisələr - Yaxın Şərqdəki hərbi əməliyyatlar, Yuqoslaviya müharibəsi, NATO-nun Şərqə doğru genişlənməsi, iqtisadi böhranlar, informasiya sisteminin inkişafı və s. bu kimi hadisələr ilk baxışdan adi və təbii qarşılansa da, əslində bu hadisələrin arxasında dünyanı qlobal şəkildə dəyişmək və «yeni dünya nizamı»na tabe etmək istəyi dururdu. Ancaq hələ hadisələrin kuliminasiya nöqtəsi - dünyanı sarsıdan 11 sentyabr hadisələri qabaqda idi.
Məşhur Argentina yazıçısı Masedonio Fernandes 90-cı illəri belə xarakterizə edir: «90-cı illərdə sanki bütün dünyada hadisələr öz adi axarı ilə baş verirdi. Sanki hadisələr tətil edirdilər. 11 sentyabr Nyu-Yorkda Dünya Ticarət Mərkəzində baş verən partlayış və əkiz qüllələrin çökməsi tətilin başa çatmasını göstərdi».