Scientific works



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/32
tarix24.04.2017
ölçüsü5,01 Kb.
#15631
1   ...   24   25   26   27   28   29   30   31   32

2.
 
Bağırov M.S. Aqrar sahənin  inkişafi  və marketinq  prinsiplərindən  istifadə.  (monoqrafiya).  Naxçıvan. 
2014,  101s 
3.
 
Bagirov M.S. Kənd təsərrüfatında  istehsal  və satış münasibətlərinin  formalaşması:  müasir  vəziyyət 
və xüsusiyyətlər”.  (monoqrafiya).  Naxçıvan.  2014,  106s 
4.
 
Bağırov M.S. Aqrar sahədə istehsal  və satış münasibətlərinin  formalaşmasına  təsir edən amillər  və 
münasibətlərin  tən-zimlənməsi.  AMEA-nın  Naxçıvan  Bölməsi,  Xəbərlər,  ictimai  və humanitar  elmlər 
seriyası  №3,  Naxçıvan,  “Tusi”,  2013,  s.286-295 
5.
 
Bağırov M.S. Naxçıvan  Muxtar  Respublikasında  bitkiçiliyin  və heyvandarlığın  inkişafında  əkinə 
yararlı  torpaqlardan  istifadənin  əhəmiyyəti.  Naxçıvan,  NDU, Elmi  əsərlər, İctimai  elmlər  seriyası,  № 3 
(32),  2013.  s.194-199 
6.
 
Bağırov M.S. Sahibkarlıq  subyektləri  və istehlakçı  cəmiyyətləri:  əmtəə mübadiləsi  və tərəflərin 
mənafelərinin  təmin  edilməsi.  “Azərbaycanda  yüksək  texnologiyaların  texniki-iqtisadi  problemləri” 
mövzusunda  respublika  elmi  konfran-sının  materialları  (10-11dekabr).  Azərbaycan  Texniki  Universiteti, 
Bakı  2013,  s.250-252 
7.
 
Багиров М.С. Субъекты аграрной  сферы и маркетинговые  концепции.  «Мировая  наука  и 
современное  общес-тво:  актуальные  вопросы  экономики,  социологии  и права».  Материалы 
международной  научно-практической  конференции.  Saratov. 2013,  с.23-28 
 
ABSTRACT 
Mehti Bagirov 
The role instructional-edicational  directions in forming   
of work's habits in the agrarian  sphere    
In  this  paper  were  glanced  the  ituation  in  the  instructional-edicational  direction's  utilization  of  the 
neces-sity  to  personal  staff  in  agrarian  area,  talked  their  classification    and    some    directions  in 
influence  of the forming  of work's habits.
    
  РЕЗЮМЕ 
Мехти Багиров 
Роль учебно-образовательных направлений в формировании  
трудовых навыков в аграрной  сфере 
В статье обращается внимание  на положение  использования  учебно-образовательных 
объектов и средств при  погашении  потребностей  на рабочий  потенциал  аграрной  отрасли, 
повествуется  о влиянии  каждого  из них  на организацию  труда. 
       
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
         Məqaləni  çapa təqdim  etdi:  İqtisad üzrə elmlər doktoru  N.Əhmədov 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 
 
            ASƏF QƏRİBOV                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  
                                                                                Naxçıvan Dövlət Universiteti 
                                                                            Email: asafqaribov@yahoo.com  
UOT:  339.9 
                                                            
    
QLOBALLAŞMA  VƏ AZƏRBAYCAN  İQTİSADİYYATINDA  İNKİŞAFIN XARİCİ 
İQTİSADİ  AMİLLƏRİ 
 
Açar  sözlər: beynəlxalq ticarət, ixrac siyasəti, iqtisadi mexanizmlər, xarici əlaqələr,  tranzit 

 
 
- 191 - 
Key  words:    international  trade,  export  politics,  economical  mechanisms,  foreign 
connections, transit 
Ключевые  слова:  международный  торговля,  экспортная  политика,  экономические 
механизмы,кредит, внешные отнощение, транзить 
 
      
Qloballaşma  məhdud  iqtisadi  mənada  istehsal  faktorlarının  (kapital,  əmək,  təşəbbüskar,  bilgi 
və  mal)  və  xidmətlər  ticarətinin  bütün  dünya  miqyasında  sərbəst  və  ardıcıl  hərəkət  qabiliyyəti 
qazanmasıdır.  Geniş  mənada  isə  qloballaşma    universal  siyasi,  ictimai  və  mədəni  dəyərlərin  milli 
baryerləri  aşaraq  lokal  norma  və  rutinlər  halını  almasıdır.  Qloballaşma  prosesinə  qarşı  çıxan  və 
onun 
zərərli 
və 
hətta 
təhlükəli 
bir  proses  olduğunu  söyləyən  antiqlobalistlərin  əsas 
arqumentlərindən  biri  də  məhz,  budur  ki,  bəzi  nüfuzlu  beynəlxalq  təşkilatlar,  transkorporasiyalar  və 
iqtisadi  cəhətdən  inkişaf  etmiş  dövlətlər  qloballaşma  görüntüsü  yaradaraq  assimilyasiya  siyasəti 
yürüdürlər.  Lazım  gələndə  onlar  rüşvət  verir,  qeyri‐demokratik  rejimləri,  narkotiklərin 
yayılmasını,  terroru  dəstəkləyir,  monopoliyalar  yaradırlar.   
      
Qloballaşmanın  gözönündə  olan  faydalı  cəhətlərini  sadalamaq  olar:  ətraf  mühitin  qorunması 
sahəsində  birgə  layihələrin  işlənməsi,  keçici  xəstəliklərə,  təbii  fəlakətlərə  qarşı  birgə  mübarizə, 
terrorizmə, 
mütəşəkkil 
cinayətkarlığa, 
demokratiya 
düşmənlərinə 
qarşı 
birgə 
mübarizə, 
müharibələrin  lokallaşdırılması  və  dayandırılması  uğrunda  regional  və  beynəlxalq  təşkilatların  birgə 
fəaliyyət  göstərməsi,  milli  mədəniyyətlərin  çulğalanması,  təhsil  və  səhiyyə  sistemlərinin  açıq 
fəaliyyət  göstərməsi,  vahid  informasiya  məkanının  getdikcə  inkişaf  etməsi,  beynəlxalq  nəqliyyat  və 
rabitə  sisteminin  effektli  işi,  mütərəqqi  texnologiyaların  bir  millətin  monopoliyasında  qalmaması  və 
s.  Tərəfdarları  qloballaşmanı  onu  çoxplanlı,  geniş,  insan  həyatının  hər  tərəfini  əhatə  edən,  dünyanı 
transformasiya  edən  bir  proses  kimi  qiymətləndirirlər.  Bu  qrup,  sahib  olduğu  bilgi,  bacarıq, 
qabiliyyət,  yenilikçilik  və  yaradıcılıq  kimi  keyfiyyət  üstünlüklərindən  dolayı  qloballaşmanı  öz 
nöqteyi‐nəzərlərindən  idarə  və  təxmin  edilə  bilən  hala  gətirməkdən  də  yararlanırlar(1,s.238).       
 
XX  əsrin  sonlarından  başlayaraq  totalitar  dövlət  iqtisadiyyatından  azad  bazar  prinsiplərinə 
əsaslanan  sərbəst  iqtisadi  sistemə  keçid  üçün  islahatlar  keçirən  bri  çox  ölkələrdə  isə  bu  fərqliliklərin 
daha  çox  olduğu  üzə  çıxıb.  Məhz  buna  görə  də,  həmin  dövrdən  başlayaraq  iqtisadiyyat  elmində 
sosializmin  yaratdığı  problemlər-  liberallaşma  və  makroiqtisadi  stabillik,  iqtisadiyyatın  dövlət 
inhisarından  çıxarılması  və  xüsusi  mülkiyyətin  inkişafı  və  ən  əsas  isə  iqtisadi  artımın  problemləri  və 
onun  yaradılmasının  əsas  amilləri  geniş  müzakirə  obyektinə  çevrilib.  İqtisadi  artımın  amilləri 
dedikdə  istehsalın  real  həcminin  artmasına,  onun  səmərəliliyinin  və  keyfiyyətinin  yüksəldilməsinə 
imkan  verən  proseslər  başa  düşülür.  Bu  amillər  iqtisadi  artımın  dinamikasını  və  səviyyəsini 
müəyyən  edir,  istehsalın  real  həcminin  artmasına  birbaşa  təsir  göstərir,  onun  səmərəliliyinin 
artırılmasında  mühüm  rol  oynayır.   
  Qloballaşmanın 
genişlənməsi, 
ölkələr 
arasında 
inteqrasiya  proseslərinin  güclənməsi 
nəticəsində  son  illər  dünya  ölkələrində  iqtisadi  artımın  əldə  edilməsində  ekzogen  amillər  ön  plana 
çıxıb.  İqtisadi  artımın  xarici  iqtisadi  amillərini  aşağıdakı  qruplara  bölmək  olar: 
    a)  iqtisadi  amillər:    xammal,  kapital  və  digər  istehsal  amillərinin  konyuktura  vəziyyəti,  transmilli 
kompaniyaların  fəaliyyəti,  digər  ölkələrdə  iqtisadi  inkişaf  dinamikası  və.s; 
    b) sosial  amillər:   miqrasiya,  sosial  bərabərsizlik,  sosial  problemlər; 
    c) təbii  amillər:  təbii  fəlakətlər,  texnogen  təhlükə,  qlobal  problemlər  və s.; 
    e) ümumdünya  inkişaf  tendensiyaları:  qloballaşma,  inteqrasiya,  postsənaye-ləşmə  və s.(2,s.126). 
Digər  tərəfdən  XXI  əsrin  əvvəllərində  qloballaşma  geniş  təkrar  istehsalın  bütün  mərhələlərinə 
təsir  göstərməsi  dövlətlərarası  iqtisadi  və  inteqrasiya  blokları  çərçivəsində  qiymətlər,  əmtəə  və 
xidmətlərin  rəqabət  qabiliyyətliyi,  təhsilin  səviyyəsi  və  keyfiyyəti,  səhiyyə,  maliyyə  və  kredit 
mexanizminin  tənzim  olunması  nəticəsində  milli  iqtisadiyyatdakı  artım  aşağıdakı  bir-birindən  asılı 
olan  determinatlarla  müəyyən  olunur  ki, burda  da əsas rol xarici  iqtisadi  sferaya  məxsusdur: 
      - dünya  iqtisadiyyatına  inteqrasiya  olunan  milli  iqtisadiyyatların  qarşılıqlı  əlaqəsi; 
      - dünya  bazarının  prioritetləri; 
      - beynəlxalq  rəqabət və milli  iqtisadiyyatların  rəqabət qabiliyyətliliyinin  artırılması; 
      - istehsal  amillərinin,  əsasən də insan  kapitalının  keyfiyyəti  və səmərəliliyi;   

 
 
- 192 - 
     - daxili  məcmu  tələbin  şərtləri  (həcmi,  xarakteri  və strukturu); 
     - dövlətin  effektiv  iqtisadi  siyasəti; 
    - transmilli  şirkətlər  və bankların  siyasəti; 
  Qeyd  edək  ki,  yuxarıda  göstərilən  amillər  bir-başa  və  ya  dolayı  yolla  xarici  iqtisadi  sferaya 
aiddir.  Ancaq  dünya  ölkələrinin  çoxillik  təcrübəsi  göstərir  ki,  xarici  iqtisadi  sferada  iqtisadi  artıma 
təsir  edən ən əsas amil  xarici  ticarətdir.   
Xarici  ticarətin  iqtisadi  artımın  yaradılmasında  əhəmiyyəti  aşağıdakı  kimidir: 
-
 
istehsal  və ehtiyatlarda  olan  daxili  kəsiri  aradan  qaldırılır.   
-
 
daxildə  istehsal  edilmiş  artıq  mallara  satış  imkanları  əldə  edilir.  Xarici  ticarət  olmadığı  bir 
iqtisadiyyatda  daxili  tələbatın  kifayət  etməməsi  iqtisadi  ehtiyatlardan  səmərəli  istifadə  edilə 
bilməz. 
-
 
geniş  bir  bazar əldə  edilir. 
-
 
rəqabətin  genişlənməsi;  Xarici  ticarət  yerli  və xarici  istehsalçılar  arasında  rəqabət yaradır. 
-
 
daxili  bazarda  tələb  artır.   
-
 
iqtisadi  dinamizm  əldə  edilir.  Xarici  ticarət  sahəsində  ölkələr  bir  birinə  yaxınlaşır  və  istər 
istehsalçılar,  istərsə  də  istehlakçılar  digər  ölkələrdəki  həyat  səviyyəsində,  istehsal  edilən 
mallardan  xəbərdar  olurlar  və  beləliklə  də,  yeni  keyfiyyətli  mallara  tələb  yaranır  və  yeni 
ehtiyaclar  hesabına  iqtisadiyyatda  dəyişiklik  baş verər.   
       
Xarici  iqtisadi  əlaqələr  ölkə  iqtisadiyyatında  əsas  rol  oynayan  ölkələrin  iqtisadiyyatları  təhlil 
edilərkən  çox  vaxt  iqtisadi  ədəbiyyatlarda  «paralel  xarici  iqtisadiyyat»  və  ya  «xarici  sektor»  termini 
tez-tez  işlədilir.  Bəzən  buna  «ikinci  iqtisadiyyat»  deyilir  ki,  bu  da  beynəlxalq  istehsal  proseslərini 
əks  etdirir.  Ümumiyyətlə,  hər  bir  ölkənin  iqtisadi  artım  əldə  etməsi  üçün  əsasən  qarşılaşdığı    3 
problem  mövcuddur:   
1) Elm  və texnoloji  inkişafın  olmaması;   
2) Daxili  yığımların  kifayət  etməməsi;   
3) İdxalın  ixracdan  çox olması;   
  Xarici  iqtisadi  amillər  içərisində  beynəlxalq  turizm  də  mühüm  rola  malikdir.  Belə  ki,  artıq 
dünya  iqtisadiyyatında  turizm  sektoru  sürətlə  inkişaf  edən  bir  sektora  çevrilib.  Keçən  əsrin 
sonlarından  başlayaraq  qloballaşmanın  genişlənməsi,  dünya  ölkələrində  liberallaşma  meyllərinin 
güclənməsi,  əmtəə,  xidmət,  sərmayə  və  iş  gücünün  beynəlxalq  hərəkətinə  manelərin  aradan 
qaldırılması  ölkələr  arasında  turist  axınını  daha  da  gücləndirib.  İnformasiya  cəmiyyətinin  inkişafı  ilə 
internetin  dünyada  daha  çox  əhali  tərəfindən  istifadəsi  turistlərə  getməmişdən  öncə  ölkələr  haqqında 
daha  çox  məlumat  əldə  etməsi,    tarixi  və  mədəni  yerlər  barədə  informasiya  toplamasına  şərait 
yaradaraq  turizmin  inkişafına  əsaslı  təsir  göstərib.  Texnoloji  inkişaf,  nəqliyyat  və  infrastrukturun 
müasirləşməsi  də son illərdə  turizmin  inkişafında  böyük  rol  oynayıb  (3,s.261).  
  Maliyyə 
qloballaşmasının  genişlənməsi,  ölkələr  arasında  maliyyə-valyuta  əlaqələrinin 
güclənməsi  valyuta  məzənnələrinin  dəyişməsinin  iqtisadi  artıma  təsirini  artırır.  Bu  baxımdan  real 
valyuta  məzənnəsinin  artıb  azalması  təkcə  pul  emmissiyasının  həcmi,  qızıl-valyuta  ehtiyatlarının 
vəziyyəti,  idxal  və  ixrac  əməliyyatlarının  səmərəliliyinə  deyil,  həmçinin  makroiqtisadi  göstəricilərə 
- ÜDM, investisiya  qoyuluşu,  sənaye  məhsullarının  fiziki  həcm  indeksinə  təsir  göstərir.   
  İqtisadi  artımın  xarici  iqtisadi  amilləri  içərisində  əsas  yerlərdən  birini  də  işçi  qüvvəsinin 
beynəlxalq  hərəkəti  tutur.  Miqrantların  ödədikləri  pul  dünyanın  bir  çox  ölkələrin  iqtisadi  inkişafında 
mühüm  rol  oynayır.  Miqrantların  öz  ölkələrinə  göndərdikləri  pul  köçürmələri  həm  daxili  tələbin 
stimullaşdırılması,  yoxsulluğun  aradan  qaldırılması,  həm  də  investisiya  qoyuluşun  artırılması 
baxımından  iqtisadi  artıma  təsir  göstərir.  Məsələn,    Avropa  və  Mərkəzi  Asiyanın  keçid  iqtisadiyyatlı 
ölkələrinə  2012-ci  ildə  miqrantlar  tərəfindən  29  mlrd  dollar  köçürülüb  ki,  bu  da  bütün  dünyanın  8 
%-ni  və  inkişaf  etməkdə  olan  ölkələr  üzrə  isə  12%  təşkil  edir(4,s.32).  Bir  çox  ölkələrdə  xarici 
investisiyalardan  sonra  miqrantların  ödədikləri  pullar  ikinci  əsas  paya  malikdir.  Miqrasiya  həmçinin 
miqrantların  getdiyi  ölkə  üçün  də  əhəmiyyətlidir.  Xarici  ixtisaslı  işçi  qüvvəsindən  istifadə  edilməsi 
iqtisadi 
artımı  stimullaşdırır  və  ölkə  iqtisadiyyatının  rəqabət  qabiliyyətliliyinin  artırılmasında 
mühüm  rol  oynayır.   

 
 
- 193 - 
  Digər  tərəfədən  miqrantlar  tərəfindən  daxil  olan  pul  vəsaitləri  makroiqtisadi  artım  üçün 
pozitiv  effekt  verir.  Ölkələrarası  reqressiya  göstərir  ki,  bu  vəsaitlər  uzunmüddətli  iqtisadi  artım 
dinamikasına  az  da  olsa,  müsbət  təsir  göstərir.  Ən  əsası  isə  xaricdən  gələn  pul  vəsaiti  aztəminatlı  ev 
təsərrüfatlarında  yoxsulluğun  azaldılmasında  xüsusi  rol  oynayır.  Aparılmış  araşdırmalara  görə, 
kasıb  ölkələrdə  ev  təsərrüfatlarının  xərclərinin  20%-dən  çoxu  bu  vəsaitlər  hesabına  ödənilir. 
Miqrasiya  yüksək  olan  ölkələrdə  isə  xaricdə  işləyən  vətəndaşlardan  daxilolmalar  əmtəə  və 
xidmətlər  ixracının  10%-ə qədərini  təşkil  edir. 
  Beləliklə,  Azərbaycanda  iqtisadi  göstəricilərin  təhlili  belə  bir  qənaətə  gəlməyə  imkan  verir 
ki,  son  illər  baş  vermiş  iqtisadi  dəyişikliklər  müsbətdir,  ancaq  buna  baxmayaraq  hələ  də  sonrakı 
dayanıqlı  inkişafın  qarşısını  ala  biləcək  elementlər  mövcüddur.  Belə  ki,  makroiqtisadi  göstəricilərin 
artması  iqtisadi  artımın  kəmiyyət  tərəfidir.  Əsas  məsələ  iqtisadi  artımda  keyfiyyət  dəyişikliklərinə 
nail  olmaqdır.  Bu  baxımdan  ölkədə  yaradılan  iqtisadi  artımın  əsas  amillərinin  araşdırılması  və  milli 
hesablar  sisteminin  əsas  göstəriciləri  arasındakı  ziddiyyətlərin  aşkar  edilməsi  zəruridir.  Ən  əsas 
məsələ  iqtisadiyyatda  və  ixracda  diversifikasiyanın  həyata  keçirilməsidir.  Hər  bir  ölkə  üçün  ixracın 
strukturunun  diversifikasiyası  3 əsas yolla  həyata  keçirilir. 
   Birincisi, 
ənənəvi 
ixrac 
assortimentindən 
kənara 
çıxmamaqla 
mövcud 
olanın 
optimalaşdırılması  ilə.   
  İkincisi,  mövcud  olan  xammal  və  materialların  emal  edilməsi  ilə  xammal-aralıq  məhsul-
hazır  məhsul  zəncirvari  prosesi  ilə.   
  Üçüncüsü,  əvvəllər  ixrac  edilməyən,  amma  dünya  bazarında  tələbat  olan  yeni  malların 
istehsal  edilməsi  və  ixraca  cəlb  olunması  yolu  ilə.  İqtisadi  şəraitdən  asılı  olaraq  diversifikasiya 
ixraca  mövcud  ixtisaslaşmadan  böyük  olmayan  korrektlər  edilməsi,  innovasiya-ixracın  çeşidlərinin 
modernləşdirilməsi  və dünya  bazarının  tələbi  ilə.   
  Qeyd  edək  ki,  artıq  Azərbaycan  iqtisadiyyatı  dünya  iqtisadiyyatına  kifayət  qədər  inteqrasiya 
olunub.  Onun  bazar  iqtisadiyyatı  statusu  əksər  ticarət  partnyorları,  o  cümlədən,  Avropa  Birliyi  və 
ABŞ  tərəfindən  tanınıb.  Azərbaycan  beynəlxalq  təşkilatlar  və  inteqrasiya  blokları  daxilində  fəal 
iştirak  edir.  Hazırda  Azərbaycanda  açıq  tipli  bazar  iqtisadiyyatı  formalaşdırıldığından  xarici  iqtisadi 
əlaqələr  sahəsində  qarşıya  qoyulan  məqsədlərə  çatılması  və  vəzifələrin  həll  edilməsi  üçün  müvafiq  
tədbirlərin  görülməsi  zəruridir.  Bu  istiqamət  təkcə  rəqabətqabiliyyətliliiyn  artırılması  baxımından 
deyil,  həmçinin  Azərbaycanın  xarici  iqtisadi  əlaqələri  və  bütünlükdə  iqtisadiyyatda  stabilliyin 
qorunub  saxlanılması  baxımında  əhəmiyyətlidir.  İxracın  diversifikasiyası  üçün  əsas  tədbirlərdən  biri 
xidmətlərin  ixracının,  xüsusi  olaraq  nəqliyyatın,  o  cümlədən  isə  tranzit  daşımalarının  artırılması 
vacibdir.  Azərbaycanın  coğrafi  mövqeyi,  bu  sahədə  hazırlanan  layihələr  nəqliyyat  xidmətlərinin 
artırılması  üçün  çox  böyük  potensial  imkanlar  olduğunu  göstərir.  Bunun  üçün  gömrük 
rəsmiləşdirilməsinin  sadələşdirilməsi  və  nəqliyyat  infrastrukturunun  inkişaf  etdirilməsi  prioritet 
vəzifələrdən  biridir.  Makroiqtisadi  əhəmiyyətlilik  baxımından  ən  perspektivli  sahələrdən  biri 
nəqliyyat  infrastrukturunun  inkişafıdır.  Bu  sahənin  iqtisadi  inkişafda  keyfiyyət  baxımından  rolu 
yanacaq-energetika  komleksi  ilə  müqayisədə  daha  yüksəkdir.  Çünki  nəqliyyat  sektoru  daha  çox 
elmtutumlu  və  innovasiyaya  əsaslanan  sahədir.  Əgər  uzaq  perspektivdə  yanacaq-energetika 
kompleksinin  ÜDM-in  yaradılmasında  rolu  azalacaqsa,  nəqliyyatın  təsiri  ilbəil  artacaq.   
Fikrimizcə,  xarici  iqtisadi  əlaqələrdə  iştirak  edən  müəssisələrin  sayının  artması,  ixrac  edilən 
əmtəə  və  xidmətlərin  nomenklaturasının  genişlənməsi  və  ən  əsası  isə  kiçik  biznesin  xarici  fəaliyyətə 
qoşulmasına 
şərait 
yaradan 
strategiyanın 
formalaşdırılması 
və 
bütünlükdə 
ixracın 
stimullaşdırılması,  həm  də  kiçik  bizneslə  məşğul  olan  müəssisələrin  rəqabətqabiliyyətliliyinin 
artırılması  baxımından  tədbirlər  görülməsi  zəruridir.  Eyni  zamanda  ixracın  diversifikasiya 
edilməsində  əsas  məsələlərdən  biri  olan  elmtutumlu  malların  ixracının  genişləndirilməsi  və 
Azərbaycan  müəssisələrinin  dünya  iqtisadiyyatına  uğurlu  inteqrasiyası  üçün  istehsal  amillərinin 
beynəlxalq  mübadiləsi  prosesində  iştiraklarının  aktivləşdirilməsidir.Azərbaycanda  xarici  iqtisadi 
əlaqələrin 
liberal-laşdırılması, 
istehsalın 
artırılması, 
kapital 
qoyuluşunun 
genişlənməsi 
və 
makroiqtisadi  göstəricilərin  dünya  səviyyəsinə  çatdırılması  ilə  yanaşı  insan  kapitalının  inkişaf 
etdirilməsi  yerinə  yetirilməsi  zəruri  olan  prioritet  istiqamətlərdən  biridir. 
 

 
 
- 194 - 
ƏDƏBİYYAT 
        1.Kərimov  C.H., Orucov  A. A., İsrafilov  H. A. Dünya  iqtisadiyyatı.  Bakı׃  Nurlan,  2007,  
        726 s. 
        2.Vəliyev  Д.Ə. Qloballaşma  şəraitində  Azərbaycanın  dünya  maliyyə  bazarına  inteqrasi- 
       yası  ׃təmayüllər,  problemlər,  perspektivlər.  Bakı׃  Аzərbaycan  Universitetinin  nəşriy- 
       yatı,  2006, 239 s. 
        3. Azərbaycan  rəqəmlərdə  2012 . Bakı׃  Səda , 2013.34 s. 
       4.Vavilov  E.V. , Borodlina  L.P. , Международная торговля. Moskva. Kosmos,  2013. 
          298 s.   
        5.Azərbaycan  Respublikasının  Statistik  göstəriciləri  2012, Bakı׃  Nurlar,  2013. 49 s.    
        6.  
www.referat.ru
   
ABSTRACT 
Asaf  Qaribov 
Globalization  and economic  development  external economic  factors   of Azerbaijan 
Development  is  investigated  of  the  international  commercial  relations  of  Azerbaijan  historical 
and  stages,  basic  principles  of    forming  of    the  export  politics  in  the  article.  Rules  accepted  in  the 
international  level  with  special,  existing  mechanisms  and  equitable  partner  have  been  shown  stages  
of  the  being.  Existing  situation    of  the  connections  and  perspectives  of    development  have  been 
analysed  with   Azerbaijan  between   world  countries.  
                            
РЕЗЮМЕ 
                                                                                                   Асаф Гарибов 
Глобализация и внешнеэкономические факторы 
развития  экономики   Азербайджана 
В  статье  расматривается  история  развитии  международные  торговые  отношении    и 
основные принципы, этапы формировании экспортный политики Азербайджана. Экономика 
Азербайджана  является  частью  мировой  экономики  и  не  может  успешно  развиваться  в 
отрыве  от  него.  Главной  задачей  внешнеэкономических  связей  Азербайджана  является 
создание 
благоприятных 
внешных 
экономических 
условий 
для 
расширенного 
воспроизводства  внутри  страны,  чтобы  обеспечить  высокую  конкурентоспособность 
внешнем рынке и повысить экономическую эффективность  экспорта.  
 
 
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
         Məqaləni  çapa təqdim  etdi:  İqtisad üzrə elmlər doktoru  N.Əhmədov 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 
 
MEHRİBAN İMANOVA 
Naxçıvan Dövlət Universiteti 
e-mail: marketinq05@mail.ru 
UOT:  332.1 
 
REGİONAL  SİYASƏT  VƏ SƏNAYENİN  İNKİŞAF İSTİQAMƏTLƏRİ 
 
 
Açar  sözlər: dövlət siyasəti, tarazlı inkişaf, özəl sektor, sənayeləşmə, sənaye parkları 

 
 
- 195 - 
 
Key words:  public policy, balanced development, private sector, industrialization, 
industrial parks 
 
Ключевые слова: государственная политика, сбалансированного развития, частный 
сектор, индустриализация, промышленные парки 
 
XX  əsrin  sonu  Azərbaycanın  ictimai-siyasi  və  sosial-iqtisadi  həyatının  bütün  sahələrində 
xüsusi  əhəmiyyət  kəsb  edən  köklü  dəyişiklik  baş  verdi  və  Azərbaycan  öz  dövlət  müstəqilliyini  əldə 
etdi.  Müstəqil  Azərbaycanın  qarşısında  duran  ilk  vəzifə  bütün  cəhətlərdən  ölkənin  maraqlarına 
cavab  verən  iqtisadi  inkişaf  istiqamətlərini  müəyyənləşdirməkdən  ibarət  idi.  Bunun  üçün  birinci 
növbədə  ölkənin  malik  olduğu  imkanlardan  və  təbii  sərvətlərdən  səmərəli  istifadə  etməklə 
iqtisadiyyatın  sahə  strukturunun  təkmilləşdirilməsi,  istehsal  olunan  məhsulların    rəqabətə  davamlı 
son  məhsul  kimi    dünya  bazarına  çıxarılması,  idxalı  əvəz  edən  məhsul  istehsalının  artırılması, 
regionlar 
arasında 
yaranmış 
fərqlərin 
aradan 
qaldırılması 
məqsədilə 
regional 
inkişafın 
tarazlaşdırılması  dövlət  siyasətinin  əsasını  təşkil  edirdi.   
 
Tarazlı  inkişaf  dedikdə,  iqtisadiyyatın  sahədaxili  və  sahələrarası  nisbətlərinin  qorunması,  
iqtisadi  inkişaf  məqsədlərinin  təmin  olunmasına  əlverişli  şəraitin  yaradılması,  əmtəə,  kapital  və 
əmək  bazarında  tələb  və  təklifin  bərabərliyi  nəzərdə  tutulur.  Tarazlı  inkişafın  əsasını  iqtisadi 
potensialdan  effektiv  istifadə  olunması  ilə  xarici  iqtisadi  əlaqələrin  müsbət  saldosunun  və 
məşğulluq  səviyyəsinin  təmin  olunması,    ekoloji  tarazlığın  qorunması  təşkil  edir.    Bütün  bu 
məsələlərin  həlli  tarazlı  inkişafın  vasitələri  olan  xarici  iqtisadi  siyasət,  pul-kredit  siyasəti,  ekoloji, 
struktur  və regional  siyasətin   həyata  keçirilməsi  nəticəsində  mümkün  olur  (1, s.123). 
Müstəqil  Azərbaycanın  sosial-iqtisadi  inkişafının  təmin  olunmasınada  dövlət  siyasəti 
mühüm  rol  oynadı  və  qarşıya  qoyulan  məqsədlərin  yerinə  yetirilməsi  üçün  həyata  keçirilən  dövlət 
siyasəti  inkişafı  düzgün  istiqamətə  yönəltməklə  dinamik  artıma    nail  olundu.  Dövlətin  sosial  – 
iqtisadi  siyasətinin  mühüm  istiqamətlərindən  birini  regional  inkişaf  siyasəti  təşkil  edir.  Regional 
inkişaf  siyasətinin  əsas  məqsədi  ölkədaxili  regionların  inkişafında  iqtisadi  və  sosial  nisbətlərin 
formalaşması,  bütün  regionların  əhalisinin  bərabər  imkana  malik  olması  üçün  iqtisadi  fəaliyyətin 
ədalətli  yerləşdirilməsi  və  hər  bir  regionun  istehsal  potensialının  səmərəli  istifadəsi  ilə    əhalinin 
məşğulluq  və  həyat  səviyyəsinin  yüksəldilməsindən,  ümummilli  rifahın  əldə  olunmasından 
ibarətdir.  Regional  siyasətin  reallaşdırılması  vasitələrindən  biri  məqsədli  kompleks  proqramların 
hazırlanması  üsuludur.  Regional  proqramlar  məqsədli  kompleks  proqramlarının  bir  növüdür.  Bu 
proqramlar  problemlərin  həll  edilməsi  üçün  resursların  cəmləşdirilməsinin,  həmçinin  elmi-texniki, 
sosial-iqtisadi  inkişafın  regional  strategiyasının  idarəedilməsi  və  tənzimlənməsini  təmin  edir  (3, 
s.105).    Son  illərdə  regionların  inkişafı  sahəsində  əhəmiyyətli  uğurlara  imza  atması  bu  istiqamətdə 
həyata  keçirilən  dövlət  siyasətinin  səmərəliliyini  təsdiqləyir.   
Müstəqilliyinə  qovuşan  Azərbaycan  dövlətinin  qarşısında  duran  əsas  vəzifə  regionların 
iqtisadi  sərvətlərinin    dövriyyəyə  cəlb  edilməsilə  neftdən  gələn  gəlir  hesabına  qeyri  -  neft 
sektorunun  inkişaf  etdirilməsi  idi.  Bu  regonal  siyasətin  strateji  məqsədləri  respublikanın  əmək 
ehtiyatlarından,  təbii  ehtiyatlardan,  iqlim  şəraiti,  maliyyə  imkanlarından,  xarici  investisiya  və  elmi-
texniki  potensialdan  səmərəli  istifadə  etməklə  müxtəlif  təsərrüfatçılıq  formalarının  inkişafına  və  
iqtisadi  rayonlarda  onların  daha  səmərəli  yerləşdirilməsinə  nail  olmaqdan  ibarət  idi.    Ölkə 
Prezidenti  cənab  İlham  Əliyev  tərəfindən  regionların  iqtisadiyyatının  gücləndirilməsi  məqsədilə 
təsdiq  edilmiş  "Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  (2004-2008-ci  illər)  I 
Dövlət  Proqramı  və  "Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  (2009-2013-cü 
illər)  II  Dövlət  Proqramı”    mükəmməl  bir  konsepsiya  kimi  həyata  keçirilərək  özünü  doğrultdu.  Son 
on ildə  ölkə  üzrə  Ümumi  Daxili  Məhsul  3,2 dəfə,  qeyri-neft  sektoru  isə  2,6 dəfə artdı.   
 
Dövlətin  regional  sosial-iqtisadi  siyasəti  Naxçıvan  Muxtar  Respublikası  qarşısında  da 
pespektiv  vəzifələr  qoydu,  onun  yerinə  yetirilməsini  təmin  edəcək  idarəetmə  və  tənzimləmə 
mexanizmi  hazırlandı,  tətbiqi  stimullaşdırıldı.  Bu  proqramlardan  irəli  gələn  vəzifələri  icra  etmək 
üçün    Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  09  iyun  2005-ci  il  tarixdə  Naxçıvan 
Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  sərəncamı  ilə  "Naxçıvan  Muxtar  Respublikasının 
Regional  İnkişaf  Proqramı  (2005-2008-ci  illər)"  və  2009-cu  il  28  may  tarixli  Fərmanı  ilə  “Naxçıvan 

 
 
- 196 - 
Muxtar  Respublikasının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”nın  təsdiq 
olunaraq  həyata  keçirilməsi  muxtar  respublikanın  sosial-iqtisadi  həyatında  əsaslı  bir  dönüş  yaratdı. 
Proqramların  icrası  nəticəsində  ciddi  iqtisadi  uğurlara  nail  olundu,  sürətli  inkişaf  üçün  zəngin 
potensial  formalaşdı,  muxtar  respublika  iqtisadiyyatında  həyata  keçirilən  tarazlaşdırılmış  iqtisadi 
siyasət  öz  bəhrəsini  verdi.  Proqramın  icrası  muxtar  respublika  iqtisadiyyatının  inkişafında  mühüm 
əhəmiyyət  kəsb  etməklə,  makroiqtisadi  sabitliyin  təmin  olunmasında,    sahibkarlıq  fəaliyyətinin 
genişlənməsində,  yeni  müəssisələrin  və  iş  yerlərinin  yaranmasında,  kommunal  xidmətlərin 
yüksəldilməsində,  nəticədə  əhalinin  məşğulluq    səviyyəsinin  artması  ilə  onların  maddi  rifah  halının 
daha da yaxşılaşdırılmasında  müstəsna  rol oynamışdır.   
Regional  sosial-iqtisadi  inkişafda  yüksək  tempin  davamlılığını  təmin  etmək  məqsədilə 
operativ  və  səmərəli  tədbirlərin  həyata  keçirməsi  artıq  dövrümüzün  reallığı  ilə  bağlı  olduğu  üçün 
ölkə  Prezidenti  tərəfindən  2014-2018-ci  illəri  əhatə  edən  üçüncü  dövlət  proqramı  imzalandı.  Yeni 
dövlət  proqramının  muxtar  respublikada  reallaşdırılması  üçün  Naxçıvan  Muxtar  Respublikası  Ali 
Məclisi  Sədrinin  2014-cü  il  1  sentyabr  tarixli  Fərmanı  ilə    “Naxçıvan  Muxtar  Respublikasının  2014-
2018-ci  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”  təsdiq  olundu  (5).  Bu  proqram  yaxın  beş  il 
ərzində  bütün  sahələrdə  inkişafın  perspektiv  əsaslarını  formalaşdırmaqla  muxtar  respublikanın  yeni 
inkişaf  mərhələsinin  əsasını  qoyur.  Naxçıvan  Muxtar  Respublikasının  inkişafının  yeni  mərhələsinin 
əsas  hədəfi  iqtisadiyyatın  rəqabətqabiliyyətliliyinin  yüksəldilməsinə  və  dünya  təssərrüfat  sisteminə 
səmərəli  inteqrasiyasına  nail  olmaqla,  yaxin  beş  ildə  regionda  dinamik  sosial-iqtisadi  inkişafın 
davamlılığını  təmin  etməkdən  ibarətdir.  Onun  əsas  xüsusiyyəti    qarşıda  duran  məqsədlərin  daha 
yüksək  səviyyəli,  geniş  istiqamətli  və  zamanın  tələblərinə  uyğun  olması  ilə  bağlıdır.  Proqramda  əks 
olunan  tədbirlərin  reallaşması  nəticəsində  əldə  olunacaq  inkişaf  meylləri  iqtisadi  sistemin  yeni 
texnoloji  bazasının  formalaşmasına  istiqamətlənir  və  daha  çox  elmtutumlu  sahələrə  yönəlir.  Növbəti 
proqramda  da    aparılan  siyasətin  sosialyönümlü  olması  artıq  bir  ənnənə  halına  çevrilmişdir.  Yəni, 
nəzərdə  tutulan  tədbirlərin    həyata  keçirilməsində  xərclər  daha  çox  investisiya  və  sosial  istiqamətdə 
yönəldiləcək. 
 
İki  böyük  dövlər  proqramının  həyata  keçirilməsi  nəticəsində  iqtisadi  artımın  makroiqtisadi 
göstəricilərindən  biri  olan  Ümumi  Daxili  Məhsul  ötən  10  ildə  13,9  dəfə,  hər  bir  nəfərə  düşən 
Ümumi  Daxili  Məhsul  12  dəfə  yüksəlmişdi  (6).  Bu  göstərici  insanların  yaxşı  yaşaması  üçün  lazım 
olan  əsas  şərtlərdən  biri  olub,  iqtisadi  fəaliyyətin  təkmilləşdirilmiş  ölçüsüdür.  Yüksək  Ümumi 
Daxili  Məhsula    malik  olan  ölkə  və  ya  region    öz  vətəndaşlarının  qayğısına  yaxşı  qalır,  onların 
hərtərəfli  inkişafına  diqqət  yetirir,  insanların  maddi  ehtiyaclarını  ödəməklə  onlarda  insani 
keyfiyyətlərin  inkişaf  etdirilməsinə  geniş  imkanlar  yaradır.  Hazırda      Ümumi  Daxili  Məhsulun 
tərkibində  əsas  yeri  87%-lik  payla  özəl  sektor  tutur.  Bu  da  muxtar  respublikada  sahibkarlıq 
fəaliyyəti  üçün    əlverişli    biznes  mühitinin  yaradılması  və    sahibkarlıq  fəaliyyətinin 
stimullaşdırılması  ilə  istehsal  və  xidmət  sahələrinin  əhatə  dairəsinin  genişləndirilməsini  göstərir. 
Yerli  özəl  sektorun  inkişafına  əsaslanan  iqtisadiyyatın  daha  da  inkişaf  etdirilməsi  və  istehlak 
bazarında  yerli  məhsulların  payının  artırılmasına  nail  olmaq  olduqca  əhəmiyyətlidir.  Hər  bir 
regionda  uzunmüddətli  və  dayanıqlı  iqtisadi  yüksəlişin  əsasını  müəyyənləşdirən  faktor    kiçik  və  orta 
sahibkarlığın  inkişafı  səviyyəsidir  və  sivilizasiyalı  bazar  iqtisadiyyatının  formalaşmasının  ən  başlıca 
meyarlarından  biri,  elə  sahibkarlıq  fəaliyyətidir.  Muxtar  respublikanın  inkişafı  ilk  növbədə 
sahibkarlığın  inkişafından  asılı  olduğu  üçün  qarşıdakı  beşillikdə  də  bu  fəaliyyətin  dəstəklənməsi 
zəminində  onların  maliyyə  təminatının  artırılması  və  güzəştli  kreditlərin  verilməsinin  davam 
etdirilməsi  diqqət  mərkəzində  saxlanılacaq.  Eyni  zamanda    biznes  infrastrukturunun   müasir  tələblər 
səviyyəsində 
formalaşdırılması, 
bazarda  azad  rəqabət  prinsiplərinin  qorunub  saxlanması, 
sahibkarlıq  fəaliyyətinin  informasiya  təminatı  sisteminin  müasir  tələblər  səviyyəsində  qurulması, 
ixracyönümlü  məhsulların  xarici  bazarlarda  mövqeyinin  gücləndirilməsi  kimi  tədbirlərin  icra 
olunması  proqramda   öz əksini  tapmışdır. 
ÜDM-in  strukturunda  ilk  yerə  sənaye  sahəsinin  29  %-lik  payla  sahib  olması  son  10  ildə 
muxtar  respublikanın  əldə  etdiyi  ən  böyük  nailiyyətdir.  Muxtar  respublika  artıq  sənaye  regionu  kimi 
tanınır  və  təhlil  edilən  dövr  ərzində  sənaye  məhsulları  istehsalı  49  dəfə  yüksəlmişdir. 
Sənayeləşmənin  bu  cür  yüksək  proseslə  davam  etməsinə  muxtar  respublikanın  malik  olduğu  zəngin 

 
 
- 197 - 
təbii  ehtiyatlar  geniş  baza  yaratdığından  yeni  sənaye  sahələrinin  yaradılması  ilə  keyfiyyətli  məhsul 
istehsal  etmək,  müasir  texnologiyalardan  istifadə  və  məhsul  çeşidlərini  yeniləməklə  onun 
rəqabətqabiliyətini  artırmaq,  nəinki  daxili  bazara,  həm  də  xarici  bazara  inteqrasiyanı  təşkil  etmək 
dövlətin  iqtisadi   siyasətinin  əsas istiqamətlərindən  birini  təşkil  edir.   
Ölkə  iqtisadiyyatında  getdikcə  daha  çox  diqqət  cəlb  etməyə  başlayan  məsələlərdən  biri 
sənaye  sferasında  atılan  addımlar  və  burada  regionların  potensialından  daha  geniş  şəkildə  istifadə 
olunması  məsələsi  olduğundan  Azərbaycanda  sənaye  parklarının  yaradılması  getdikcə  geniş  vüsət 
alır.  Belə  parkların  yaradılması  xaricdən  müvafiq  məhsul  idxalının  azalmasında  mühüm  rol 
oynamaq  iqtidarındadır.  Xarici  ölkələrin  təcrübəsi  göstərir  ki,  sənaye  parkları  sahibkarlığı 
dəstəkləmək,  qeyri-neft  sektorunun  davamlı  inkişafını  təmin  etmək  və  əhalinin  istehsal  sahəsində 
məşğulluğunu  artırmaq  imkanına  sahibdir.  Buna  görə  də  müxtəlif  sənaye  sahələrini  inkişaf  etdirmək 
istəyən,  ölkə  iqtisadiyyatının  tarazlı  inkişafında  maraqlı  olan  dövlətlər  iqtisadi  siyasətlərində  sənaye 
parklarının  yaradılmasına  xüsusi  önəm  verir.  Türkiyə,  Almaniya,  Polşa,  Latviya,  Rusiya,  Çin  və 
Cənubi  Koreya  təcrübələri  göstərir  ki,  sənaye  parklarının  yaradılması  ölkə  iqtisadiyyatının  ixrac, 
rəqabət  qabiliyyətinin,  idxalı  əvəz  edən  məhsulların  istehsalının  artırılması,  ətraf  rayonlarda 
məşğulluğun  təmini,  investisiyaların  və  müasir  texnologiyaların  cəlb  edilməsi  kimi  prioritet 
vəzifələrin  həyata  keçirilməsində  xüsusi  əhəmiyyətə  malikdir.  Aparılan    iqtisadi  siyasətin  davam 
etdirilməsi  və  sənayenin  modernləşməsi  istiqamətində  islahatların    həyata  keçirilməsi  məqsədilə  
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  2013-cü  il  6  iyun  tarixli  Fərmanı  ilə    “Sənaye 
parkları  haqqında  Əsasnamə”  təsdiq  olunmuşdur.  Təsdiq  edilmiş  Əsasnamə  sənaye  parkının 
yaradılması  üçün  qanunvericilik  bazası  olaraq,  onun  idarə  edilməsi  və    bu  ərazidə  sahibkarlıq 
fəaliyyətinin 
həyata 
keçirilməsi 
ilə 
bağlı  məsələləri  tənzimləyərək  muxtar  respublikada  
sənayeləşmənin  yeni  mərhələsinin  başlanğıcını  qoyur.  Növbəti  proqram  təkcə,  yeni  sənaye 
müəssisələrinin  yaradılması  deyil,    həm  də  onların  beynəlxalq  standartlar  və  müasir  texnologiyalar 
əsasında  qurulmasını  tələb  edir.  Dağ-mədən  sənaye  müəsisələrinin  fəaliyyətinin  bərpası, 
texnoparkların,  sənaye  komplekslərinin,  sənaye  şəhərciklərinin  və  tibb  sənayesinin    yaradılması 
kimi  əhəmiyyətli  tədbirlərin  həyata  keçirilməsi  də proqramda  öz əksini  tapmışdır. 
Bütün  cəmiyyətlərdə  sənaye  üçün  xammal  bazası  kənd  təsərrüfatı  məhsulları  hesab  olunur. 
Muxtar  respublikada  sənayenin  aparııcı  sahələri  yeyinti  və  yüngül  sənayesi  olduğundan  kənd 
təsərrüfatı  muxtar  respublika  sənayesinin  inkişafı  baxımından  əhəmiyyətli  bir  sahə  sayılır.Dövlət 
Proqramlarının  icrası  dövrü  ərzində  kənd  təsərrüfatında  məhsul  istehsalının  stimullaşdırılması, 
əhalinin  ərzaq  məhsullarına  olan  tələbatının  yerli  istehsal  hesabına  ödənilməsi  istiqamətində  görülən 
işlər  də  regionların  iqtisadi  mənzərəsinin  dəyişməsində  əhəmiyyətli  rol  oynamış,  muxtar 
respublikada  kənd  təsərrüfatı  məhsulları  istehsalı  son  10  ildə  4,7  dəfə  artımla  müşahidə  olunmuşdu. 
Əldə  olunan  nəticədə  "2008-2015-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasında  əhalinin  ərzaq 
məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı"  və  “2012-2015-ci  illərdə    Naxçıvan  Muxtar 
Respublikasında  meyvəçiliyin  və  tərəvəzçiliyin  inkişafı  üzrə  Dövlət  Proqramı”  müstəsna  rol 
oynamışdır.  Yeni  emal  müəssisələrinin  yaradılması,  məhsul  istehsalçılarına  dövlət  maliyyə 
yardımının  göstərilməsi,  güzəstli  sərtlərlə  gübrə  satışının  təskili,  məhsulun  satısı  üçün  yarmarkaların 
keçirilməsi  kənd  təsərrüfatı  sahəsində  məhsul  istehsalının  həcminin  ilbəil  artmasına  səbəb  olmuş, 
əhalisinin  ərzaq  təhlükəsizliyinin  möhkəmləndirilməsi  və  daha  da  yaxşılaşdırılması,    təbii  fəlakətlər 
zamanı  ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə  dövlət  ehtiyatlarının  yaradılmışdır.Yeni 
proqramda  kənd  təsərrüfatı  sahəsində  sığorta  sisteminin  inkişaf  etdirilməsi    istehsalın  fasiləsizliyini 
təmin  etmək  və  maddi  itkilərin  əvəzinin  ödənilməsi  ilə  istehlakçılar  üçün  stumul  yaradacaq. 
Üzümçülük  plantasiyalarının  salınması,  baramaçılığın  bərpa  edilməsi,    balıqçılığın  inkişaf 
etdirilməsi  emal  sənayesinin  xammal  ehtiyatını  təmin  etməklə  məhsul  istehsalının  artırılmasına  və 
ixrac  istiqamətində  yönəldilməsinə  təkan  verəcək (4). 
Beləliklə,  yeni    proqram  islahatların  modernləşməsi  istiqamətlərini  özündə  əks  etdirməklə 
onun  əhəmiyyətini  daha  da  artırır.  Əmin  ola  bilərik  ki,  bu  proqram  da  növbəti  beşillik  dövrdə  yeni 
iqtisadi  meyarları  müəyyən  etməklə,  makroiqtisadi  dinamikanı  möhkəmlədəcək  və  qarşıdakı 
mərhələdə  sənayenin  inkişafının  sürətlənməsini  təmin  edəcək.    Artıq  təcrübə  göstərir  ki,  muxtar 
respublikamızın  gələcək  inkişafına  möhkəm  zəmin  yaradan,  elmi-təcrübi  cəhətdən  əsaslandırılmış 

 
 
- 198 - 
bu  dövlət  proqramının  icrası  da  uğurla  həyata  keçiriləcək  və  sosial-iqtisadi  tərəqqi  təmin 
ediləcəkdir. 
ƏDƏBIYYAT 
 
1.
 
Allahverdiyev  H.B.,  Qafarov  K.  S.,  Əhmədov  Ə.M.  İqtisadiyyatın  dövlət  tənzimlənməsi. 
Bakı:  BDU, 2002, 448 s. 
2.
 
Əjdərov  T.  Bazar  iqtisadiyyatı  şəraitində  Azərbaycan  sənayesinin  inkişaf  istiqamətləri.  Bakı: 
BDU,  2000, 258 s. 
3.
 
Nuriyev  Ə.X. Regional  siyasət  və idarəetmə.  Bakı:  Elm,  2004, 348 s. 
4.
 
www.mdi.gov.az/files/uploader/iqtisadi_inkisaf.docAzərbaycan 
Respublikası 
regionlarının 
2014-2018-ci  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlərt  Proqramı.  Azərbaycan  Respublikası 
Prezidentinin  27 fevral  2014-cü il  tarixli  118 nömrəli  Fərmanı  ilə  təsdiq  edilmişdir.
 
5.
 
http://serqqapisi.az/index.php/resmixronika/5012-nakhdzh-van-mukhtar-respublikas-n-n-
2014-2018-dzi-illaerdae-sosial- izhtisadi- inkishaf-doevlaet-prozhram
 
6.
 
http://statistika.nmr.az/
     Naxçıvan  MR DSK 
 
 
ABSTRACT 
Mehriban  Imanova 
Regional development  policy  and development  trends   
of the industry  in the autonomous  republic 
             In  the  scientific  article  the  effectiveness  of  the  state  policy  in  the  field  of  regional 
development  tasks   broad  interpretation,as  a  result  of  the  implementation  of  state  programs  have 
been  adopted  as  successes  achieved  in  the  autonomous  republic's  economy  has  been  analyzed, 
industry`s  future  development  directionsis  shown.   
 
 
REЗЮМЕ 
Мехрибан Иманова 
Региональная политика развития и отраслевые тенденции 
Государственная политика в области региональных задач в области развития в статье 
и  комментариев  по  широкому  кругу  эффективности  была  принята  в  результате  реализации 
государственных программ были проанализированы в результатах, достигнутых в экономике 
автономной республики, будущие  направления развития отрасли представлены. 
 
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
         Məqaləni  çapa təqdim  etdi:  İqtisad üzrə elmlər doktoru T.Abbasov 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 
 
NURİYYƏ  İBRAHİMOVA 
Naxçıvan DövlətUniversiteti 
                                                                                   E-mail: nuriyye.ibrahimova@gmail.com 
UOT:  332.1 
 
NAXÇIVAN  MUXTAR RESPUBLİKASIDA  AQRAR SAHƏNİN DAYANIQLI  İQTİSADİ 
İNKİŞAFI 

 
 
- 199 - 
 
Azərbaycanın  hər  yerində  olduğu  kimi,  Naxçıvanda  da  inkişaf  dövrü  müşahidə  olunur. 
Muxtar  respublikamız  sürətli  inkişaf  yolunda  olan  regionların  içərisində  ön sırada  durur. 
Məqalədə  muxtar  respublikada  2013-cü  ilin  sosial-iqtisadi  inkişafının  yekunları,  2014-cü 
ildə  qarşıda  duran  vəzifələr  səmərəli  investisiya  siyasətinin  həyata  keçirilməsi  və  aqrar  sahədə  olan 
uğurlu  nəticələr  şərh  edilmişdir.   
 
Açar  sözlər: investisiya, ərzaq məhsulları,  sahibkarlıq, nailliyyət, inkişaf 
 
Key words:  investigation, entrepreneurship, development, food, openers, achievement 
 
Ключовые  слова:  инвестиция,  продовольственные  товары,  предпринимательство, 
достижения, развития 
 
 
XXI  əsrin  dördüncü  ilini  yaşayırıq.  Təməli  ötən  əsrin  90-cı  illərinin  ortalarında  qoyulan 
inkişaf  prosesi  XXI  yüzilliyin  arxada  qalan  dövründə  böyük  sürətlə  davam  etdirilib.  Bir-birindən 
uğurla  başa  çatan  hər  bir  il  özünün  cahanşümul  nəticləri  ilə  tariximizə  yazılır.  Artıq  2013-cü  il  də  ən 
yaxın  tariximizə  çevrilməklə  böyük  naliyyətlər  ili  kimi  xatırlanır.   
 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  sədrliyi  ilə  keçirilən  Nazirlər 
Kabinetinin  2013-cü  ilin  sosial-iqtisadi  inkişafının  yekunlarına  və  2014-cü  ildə  qarşıda  duran 
vəzifələrə  həsr  olunmuş  iclasında  söynəlinən  birillik  inkişaf  tariximizi  ortaya  qoydu.  İclasda  ölkə 
başçısı  cənab  İlham  Əliyevin  həm  giriş  həm  də  yekun  nitqində  qazanılan  uğurlar  peşəkarlıqla  təhlil 
edildi.  Gələcəkdə  bu  uğurların  daha  da  artırlması  üçün  mövcud  imkanların  yetərincə  olduğu  diqqətə 
çatdırıldı. 
 
Azərbaycanın  hər  yerində  olduğu  kimi,  Naxçıvanda  da  sürətli  inkişaf  dövrü  müşahidə 
olunur. 
 
Qeyd  etməliyik  ki,  bu  gün  muxtar  respublikamız  sürətli  inkişaf  yolunda  olan  regionların 
içərisində  ön  sırada  durur.Buna  nail  olmaq  üçün  qədim  diyarımizda  başlıca  amil  olan  sabitlik  təmin 
edilib.  Sabitlik,  yurd  yerinə  bağlılıq,dünənə  ehtiram,  sabaha  cavabdehlik  hisslərinin  başlıca  amil 
olduğu  bu  yurd  yerində  istənilən  nəticəyə  nail  olmaq  mümkündür.    Bunu  2013-cü  il  dekabr  ayının 
28-də  keçirilmiş  dördüncü  çağırış  Naxçıvan  Muxdar  Respublikası  Ali  Məclisinin  səkkizinci 
sesiyasının  materialları  da  bir  daha  təsdiqləyir.  Sessiyada  Ali  Məclis  Sədrinin  dərin  elmi  təhlilə 
əsaslanan  məruzəsinə  nəzər  saldıqda  görürük  ki,  muxtar  respublikamız  2013-cü  ili  də  yüksək 
göstəricilərlə  başa  vurub.  Belə  göstəricilər  18  il  əvvəl  başlanan  yeni  inkişaf  yolunun  davamı,  dahi 
Heydər  Əliyev  siyasi  kursunun  əməli  bəhrələridir.  Bu  bəhrələri  həyatımızın  bütün  sahələrində 
görürük  və  fəxr  edirik  ki,  dünya  dəyərlərinə  uyğun  şəkildə  müasirləşən,  Qərb  və  Şərqin  sivil  həyat 
tərzini  özündə  ehtiva  edən,  beynəlxalq  simpozium  və  görüşlərin  ev  sahibinə  çevrilən  Naxçıvan  artıq 
qibtə  olunacaq  bir  diyara  çevrilib.  Ötən  il  “Heydər  Əliyev  ili”ndə  qazanılan  uğurların  daha  çox 
olması  da  təbiidir.  Çünki  muxtar  respublikamızada  gedilən  yolu  ulu  öndər  Heydər  Əliyevin 
müəyyənləşdirdiyi  yoldur.Bu  yoldan  kənarda  heç  bir  qələbədən  danışmaq  olmaz.  Ali  Məclis 
Sədrinin  sessiyadaki  məruzəsində  dediyi  kimi:  “Heydər  Əliyev  ili”nin  uğurları  bir  daha  göstərdi 
ki, xalqı əmin amanlığa qovuşdurmağa, sabit inkişafı təmin etməyə qadir olan yeganə yol- əsası 
ümumulli  lider  Heydər  Əliyev  tərəfindən  qoyulan  quruculuq  və  inkişafının  yeganə  aparıcı 
qüvvəsi kimi qəbul edilir. 
 
Böyük  öndərimizin  yubileyinə  Naxcıvan  Muxtar  Respublikası  da  öz  töhfəsini  vermiş, 
2013-  cü  ildə  bütün  sahələrdə  inkişaf  təmin  olunmuş,  makroiqtisadi  göstəricilər  daha  da 
artmışdır. 
 
Belə  ki,  2  milyard  337  milyon  manatdan  çox  Ümumi  Daxili  Məhsul  istehsal  olunmuşdur  ki, 
bu  da  bir  il  əvvəlki  müvafiq  göstərici  ilə  müqayisədə  10  faiz  çoxdur.  Onun  hər  bir  nəfərə  düşən 
həcmi  də  2012-ci  illə  müqayisədə  9  faiz  artaraq  5  min  420  manata  çatmışdır.  Ümumi  Daxili 
Məhsulda  maddi  istehsal  sektorunun  65  faizlik  paya  malik  olması  iqtisadi  inkişafda  da  yanıqlığın 
təmin  edilməsinin  konkret  göstəricisidir. 
  
Sosial  iqtisadi  inkişaf  üzrə  əldə  olunmuş  naliyyətlərin  daha  da  artırılması  səmərəli 
investisiya  siyasəti  aparılması  nəticəsində  mümkün  olub.  Belə  ki,  2012-cü  ildə  bütün  maliyyə 

 
 
- 200 - 
mənbələri  hesabına  əsas  kapitala  investisya  qoyuluşlarının  həcmi  1  milyard  38  milyon  təşkil 
edir.Yeni  istehsal  sahələrinin  yaradılması  muxdar  respublikada  sahibkarlıq  mühitinin  daha  da 
gücləndirilməsinə  imkan  verib.  Bunun  üçün  kreditləşmə  porsesləri  geniş  vüsət  alıb.  Sessiyada  bu 
məsələlərə  də  toxunan  Ali  Məclisin  Sədri  deyib:  “2013-cü  ilin  ötən  dövrü  ərzində  muxtar 
respublikanın bank və kredit təşkilatları tərəfindən həyata keçirilən 42 milyon 800 min manata 
yaxın  kreditləşmənin 17 milyon 305 min manatı yaxud, 40 faizi sahibkarlıq fəliyyəti ilə məşğul 
olan fiziki və hüquqi şəxslərə verilmişdir. Sahibkarlıq subyektlərinə göstərilən maliyyə dəstəyinin 
5  milyon  960  min  manatı  fərdi  sahibkarlığın  inkişafına  ,  11  milyon  345  min  manatı  isə  özəl 
bölmədə yeni istehsal sahələrinin yaradılmasına yönəldilmişdir”.  
 
Sahibkarlığın  inkişafı  üçün  yaradılmış  əlverişli  şərait  fəaliyyətinin  bu  növünə  olan  marağın 
ildən-ilə  artması  ilə  nəticələnib.  2013-cü  ildə  sahibkarlıq  fəaliyyəti  ilə  bağlı  24  hüquqi  və  1162 
fiziki    şəxs  müraciət  edib,  onların  hamısı  qeydə  alınıb.Bu  bir  daha  göstərir  ki,  sahibkarlıq 
subyektlərinin  sayı  ilbəil  davamlı  olaraq  artır.Sahibkarların  sayının  artması  ,  öz  növbəsində,  muxtar 
respublikada  istehsal  olunan  məhsulların  və  göstərilən  xidmətlərin  çeşidinin  də  artmasına,  muxtəlif 
məhsullara  olan  tələbatın  yerli  istehsal  hesabına  ödənilməsinə,  idxaldan  asılılığın  aradan 
qaldırılmasına  müsbət 
təsir  göstərir.  Artıq  bu  gün  muxtar  respublikada  115  növdə,  459  çeşiddə  ərzaq  , 
231  növdə  ,  529  çeşiddə  qeyri  ərzaq  məhsullarının  istehsalı  üçün  bütün  imkanlar  vardır.  2013-cü  ildə 
106-ı  ərzaq  və  226-ı  qeyri  ərzaq  olmaqla  ,  332  növdə  məhsula  olan  tələbat  tamamilə  yerli  istehsal 
hesabına  ödənilir. 
 
Qeyd  edək  ki,  yeni  istehsal  sahələrinin  yaradılması  daxili  tələbat  məhsulları  istehsalı  ilə  yanaşı, 
məşğulluq  problemləri  həllinə  də  əhəmiyyətli  təsir  göstərib.2013  cü    ildə  2127  yeni  iş  yeri  açılıb.  Onun 
92 faizi  və ya 1960-ı  daimi  iş yerləridir. 
 
Sosial  iqtisadi  sahədə  əldə  olunan  nailiyyətlər  əhali  rifahının  davamlı  yüksəlişinə  səbəb  olub. 
Belə  ki,  2013-cü  ildə  bir  işçiyə  hesablanmış  orta  aylıq  əməkhaqqının  məbləği  artaraq  377  manata  çatıb. 
Bəhs  olunan  dövrdə  əhalinin  gəlirləri  2012-ci  ildə  müqayisədə  7  faiz  artaraq  1  milyard  737  milyon 
manatdan  çox olub. 
 
Gəlirlərin  həcmində  müşahidə  olunan  irəliləyiş  əhalinin  alıcılıq  qabiliyyətinin  yüksəlməsində, 
istehlak  bazarında  əmtəə  dövriyyəsinin  və  pul  xidmətlərinin  artımında  özünü  daha  qabarıq  şəkildə 
göstərir.  2013-cü  ildə  muxtar  respublikanın  istehlak  bazarında  əhaliyə  1  milyard  289  milyon  mantdan 
çox istehlak  malları  satılıb  və pullu  xidmətlər  göstərilib.    
Muxtar  respublikada  həyata  keçirilən  sosial  və  iqtisadi  islahatların  uğurlu  nəticələri  Naxçıvan  Muxtar 
Respublikasının  yaradılmasının  90  illiyinin  qeyd  olunduğu  və  “Muxtariyyət  ili”  elan  edilmiş  2014-cü 
ilin  ilk  yarımili  ərzində  də qorunub  saxlanılmışdır.   
 
Bu  dövr  ərzində  Naxçıvan  Muxtar  Respublikasında  tarixi-mədəni  irsin  qorunub  saxlanılmasını, 
müasir  şəhərsalma,  istirahət  və  turizm  infrastrukturunun  yeniləşdirilməsini,  abadlıq-quruculuq  işlərinin 
davam  etdirilməsini,  habelə  “Azərbaycan  Respublikası  regionlarının  2014-2018-ci  illərdə  sosial-iqtisadi 
inkişafı  Dövlət  Proqramı”nda  müəyyən  olunmuş  tədbirlərin  həyata  keçirilməsini  təmin  etmək  məqsədilə 
Azərbaycan  Respublikası  Prezidentinin  2014-cü  il  10  aprel  tarixli  Sərəncamı  ilə  Azərbaycan 
Respublikasının  2014-cü  il  dövlət  büdcəsində  nəzərdə  tutulmuş  Azərbaycan  Respublikası  Prezidentinin 
ehtiyat  fondund
an  Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər  Kabinetinə  5  milyon  manat  vəsait 
ayrılmışdır. 
 
İlin  əvvəlindən  ötən  altı  ay  ərzində  muxtar  respublikada  1  milyard  14  milyon  85  min 
manatlıq  Ümumi  Daxili  Məhsul  istehsal  olunmuşdur  ki,  bu  da  bir  il  öncəki  müvafiq  göstəricini  2,4 
faiz  üstələmişdir.  2014-cü  ilin  yanvar-iyun  aylarında  hər  bir  nəfərə  düşən  Ümumi  Daxili  Məhsulun 
həcmi  ötən  ilin  müvafiq  dövrünə  nisbətən  2,3  faiz  artaraq  2323,8  manat  (2962,9  ABŞ  dolları) 
səviyyəsində  olmuşdur.  Ümumi  Daxili  Məhsulun  tərkibində  ilk  yeri  31,5  faizlik  payla  sənaye 
sahəsi,  ikinci  yeri  isə  22,8 faizlik  payla  tikinti  sahəsi  tutmuşdur. 
 
2013-cü  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  2014-cü  ilin  yanvar-iyun  ayları  ərzində  sənaye 
məhsulunun  həcmi  1,5  faiz,  əsas  kapitala  yönəldilən  investisiyalar  1,6  faiz,  kənd  təsərrüfatının 
ümumi  məhsulu  6,4  faiz,  nəqliyyat  sektorunda  yük  daşınması  2,3  faiz,  informasiya  və  rabitə 
xidmətləri  2,1  faiz,  o  cümlədən  mobil  rabitə  xidməti  1,2  faiz,  pərakəndə  əmtəə  dövriyyəsi  2,4  faiz, 
əhaliyə  göstərilən  pullu  xidmətlər  4,1  faiz,  ixracın  həcmi  10,1  faiz,  əhalinin  gəlirləri  3,4  faiz,  hər  bir 
nəfərə  düşən  gəlirlər  1,8 faiz,  orta aylıq  əməkhaqqı  isə 2,1 faiz  artmışdır. 

 
 
- 201 - 
 
Muxtar  respublikada  sənayenin  müxtəlif  sahələrinin  inkişafına  yönəlmiş  kompleks  tədbirlər 
nəticəsində 
istehsalın  dayanıqlığı  təmin  edilmiş  və  dinamik  məhsul  istehsalına  nail  olunmuşdur.  
Cari  ilin  ilk  yarımilində  muxtar  respublikada  471  milyon  580  min  manat  həcmində  sənaye  məhsulu 
istehsal  olunmuşdur  ki,  bu  da  ötən  ilin  müvafiq  dövründəki  göstəricini  1,5  faiz  üstələyir. 
Sənaye  məhsulu  istehsalının  95,8  faizi  malların,  4,2  faizi  isə  xidmətlərin  payına  düşmüşdür.  Dövlət 
sektorunda  32669  min  manatlıq,  qeyri-dövlət  sektorunda  isə  438911  min  manatlıq  sənaye  məhsulu 
istehsal  edilmişdir.  İstehsal olunan  məhsulun  93,1  faizi  özəl  sektorun  payına  düşmüşdür. 
2014-cü  ilin  məhsulu  üçün  35749,7  hektar  sahədə  taxıl  əkilmişdir  ki,  bunun  da  29697,7  hektarı 
payızlıq,  6052  hektarı  isə  yazlıq  taxıldır.  Bir  il  öncəyə  nisbətdə  taxıl  əkini  sahələrinin  həcmi  425,7 
hektar  artmışdır.  Taxıl  zəmilərinin  26274,1  hektarında  buğda,  9475,6  hektarında  isə  arpa  əkilmişdir. 
Hazırda  taxıl  biçini  davam  edir.   
 
Tələbata  uyğun  olaraq  kartofçuluğun  inkişafında  da  müsbət  dinamika  saxlanılmış  və  2014-cü 
ildə  2962  hektar  sahədə  kartof  əkini  aparılmışdır  ki,  bu  da  2013-cü  ildə  əkilmiş  sahədən  çoxdur.  
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  2012-ci  il  14  fevral  tarixli  Sərəncamı  ilə  təsdiq 
olunmuş  “2012-2015-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasında  meyvəçiliyin  və  tərəvəzçiliyin 
inkişafı  üzrə  Dövlət  Proqramı”nın  icrası  istiqamətində  həyata  keçirilən  tədbirlər  meyvə  və  tərəvəz 
istehsalının  artımına  müsbət  təsir  göstərmişdir.  2014-cü  ilin  yanvar-iyun  aylarında  meyvə  istehsalının 
həcmi  bir  il  öncəyə  nisbətən  0,2  faiz,  tərəvəz  istehsalı  isə  1,4  faiz  artmışdır.  Hazırda  meyvə  və  tərəvəz 
yığımı  davam  edir. 
 
Kənd  təsərrüfatının  əsas  sahələrindən  biri  olan  heyvandarlığın  inkişafının  davamlı  olaraq 
dəstəklənməsi  iribuynuzlu  mal-qaranın  və  xırdabuynuzlu  heyvanların  baş  sayının,  ət  və  süd  məhsulları 
istehsalının  həcminin  artmasına  öz  təsirini  göstərməkdədir.  2014-cü  ilin  ilk  yarımili  ərzində  bu  sahənin 
inkişafı  istiqamətində  3  heyvandarlıq  təsərrüfatı  yaradılmış,  hazırda  1  heyvandarlıq  təsərrüfatının 
yaradılması  və 1 heyvandarlıq  təsərrüfatının  genişləndirilməsi  üzrə işlər  davam etdirilir. 
Heyvandarlıq  sahəsində  yüksək  məhsuldarlıq  göstəricilərinə  nail  olunması  əsas  məqsəd  kimi  qəbul 
olunub.  Bunun  səmərəli  təşkilində  isə  süni  mayalandırma  mühüm  rola  malikdir.  2014-cü  ilin  yanvar-
iyun  aylarında  heyvandarlıq  təsərrüfatlarında  3881  baş  inək  və  düyə  süni  yolla  mayalandırılmışdır. 
Əvvəlki  ildə  mayalandırılmış  inək  və  düyələrdən  2758  baş  sağlam  buzov  alınmışdır.  Bununla  yanaşı, 
yüksək  məhsuldarlıq  göstəricilərinə  malik  olan  mal-qaranın  xüsusi  çəkisi  də  davamlı  olaraq 
artırılmaqdadır.   
 
1  iyul  2014-cü  il  tarixə  muxtar  respublikanın  bütün  təsərrüfat  kateqoriyalarında  qaramalın  sayı 
113  min  871  baş,  qoyun  və  keçilərin  sayı  isə  701  min  872  baş  olmuşdur  ki,  bu  da  1  iyul  2013-cü  il  tarixə 
olan  göstəriciləri  müvafiq  olaraq  2,6  və  2,8  faiz  üstələmişdir.  2014-cü  ilin  yanvar-iyun  aylarında  muxtar 
respublikada  diri  çəkidə  10500,8  ton  ət,  45754,5  ton  süd  istehsal  olunmuşdur  ki,  bu  da  2013-cü  ilin 
yanvar-iyun  ayları  ilə  müqayisədə  müvafiq  olaraq  2,3  və 0,5  faiz  çoxdur. 
Daxili  bazarda  ət  və  yumurtaya  olan  tələbatın  tam  şəkildə  yerli  istehsal  hesabına  ödənilməsi 
istiqamətində  tədbirlər  davam  etdirilir.  İlin  əvvəlindən  ötən  dövr  ərzində  3  quşçuluq  təsərrüfatı 
yaradılmışdır.  Hazırda  2  quşçuluq  təsərrüfatının  yaradılması
  və  1  quşçuluq  təsərrüfatının 
genişləndirilməsi  istiqamətində  iş aparılır.   
 
Kənd  təsərrüfatının  mühüm  sahələrindən  olan  arıçılığın  və  balıqçılığın  inkişafı  məqsədilə 
tədbirlər  görülmüş,  cari  ilin  ilk  yarımili  ərzində  1  arıçılıq  təsərrüfatının  yaradılması  və  1  balıqçılıq 
təsərrüfatının  fəaliyyətinin  genişləndirilməsi  ilə  bağlı  işlər  aparılmışdır. 
Ümumilikdə,  cari  ilin  ilk  yarımili  ərzində  kənd  təsərrüfatı  subyektlərinə  8  milyon  404  min 
manatdan  çox  həcmdə  kreditin  verilməsi  təmin  olunmuşdur  ki,  bu  da  bir  il  öncəki  müvafiq 
göstəricidən  24 faiz  çoxdur.   
 
2014-cü  ilin  yanvar-iyun  aylarında  100  milyon  254  min  manatlıq  kənd  təsərrüfatı  məhsulu 
istehsal  olunmuşdur  ki, bu da 2013-cü ilin  müvafiq  dövründəki  göstəricini  6,4 faiz  üstələyir. 
 
ƏDƏBİYYAT 
1.
 
Abbasov  T.A.  Naxçıvan  MR-də  aqrar  bazarın  formalaşması  və  inkişafının  xüsusiyyətləri.  Bakı: 
2005,  ADPU-nun  mətbəəsi,  301  s.  
2.
 
http://www.azstat.org/region/az/001.shtml
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin