Scientific works



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/32
tarix24.04.2017
ölçüsü5,01 Kb.
#15631
1   ...   24   25   26   27   28   29   30   31   32

ƏDƏBİYYAT 
1.
 
 Teymur  Abbasov.  “Naxçıvan  Muxtar  Respublikasında  Aqrar Bazarın  formalaşması  və 
inkişafının  xüsusiyyətləri”.  Bakı-2005  (səh.  301) 
2.
 
 Teymur  Abbasov.  “Kənd təsərrüfatının  resurs  potensialı  və ondan  səmərəli  istifadənin  regional 
problemləri”.  Bakı-Elm  - 2002 (səh.  186) 
3.
 
 Məcid  Əfəndiyev.  “Sosialogiya”.  “Bakı  universial”  nəşriyyatı  -2009 (səh.  518) 
4.
 
 Əli  Həsənov.  “Müasir  beynəlxalq  münasibətlər  və Azərbaycanın  xarici  siyasəti”.  “Azərbaycan” 
nəşriyyatı  - 2005 (səh.  749) 
5.
 
 Əli  Nuriyev.  “Regional  siyasət  və  idarəetmənin  əsasları”.  Bakı  “Elm”  (səh.  513) 
6.
 
 Bir  qrup  alim  tərəfindən  hazırlanmışdır.  “Azərbaycan  iqtisadiyyatı”  (səh.  396) 
 
ABSTRACT 
 
 
At  present,  the  foreign  policy  of  Azerbaijan  enough  to  benefit  from  globalization  and  culture 
customs  and  traditions  opportunity  to introduce  to the  world 
 
РЕЗЮМЕ 
 
 
Прогресс глобализации стала необкодиностью и создала свои отризательнего аспекта 
 
                                                                     
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
         Məqaləni  çapa təqdim  etdi:  İqtisad üzrə elmlər doktoru T.Abbasov 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 

 
 
- 208 - 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 
  
 
LƏTİFƏ  NOVRUZOVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:  658 
 
NAXÇIVAN  MUXTAR RESPUBLİKASININ  İQTİSADİ  İNKİŞAFINDA 
KİÇİK  VƏ ORTA  SAHİBKARLIĞIN  ROLU 
 
      
Respublikamızda  həyata  keçirilən  Regionların  iqtisadi  inkişaf  proqramları  Naxçıvan  MR-in 
iqtisadi  həyatında  da  ciddi  artıma  səbəb  olmuşdur.  İqtisadi  artım  əmtəələrin  kəmiyyətcə  artması  ilə 
yanaşı, 
onların 
keyfiyyətcə 
yüksəlməsinə 
imkan 
verməklə, 
əhalinin  həyat  səviyyəsinin 
yaxşılaşmasına  şərait  yaradır.  İl  ərzində  istehsal  olunmuş  əmtəə  və  xidmətlərin  əvvəlki  dövrə 
nisbətən  kəmiyyətcə  və  keyfiyyətcə  artımı  iqtisadi  artımı  müəyyən  edir.  Hər  bir  dövlətin  iqtisadi 
siyasətinin  strateji  məqsədi  iqtisadi  artımın  təmin  edilməsidir  ki,  onun  real  göstəricisi  Ümumi  Daxili 
Məhsulun  artımı  ilə  xarakterizə  olunur. 
     
İqtisadi  artımın  səmərəliliyini  yüksəltmək  üçün  əmtəə  və  xidmətlərin  keyfiyyəti 
yaxşılaşdırılmalı,  yeni  məhsul  istehsalı  mənimsənilməli,  istehsalın  ixtisaslaşması  və  kooperasiyası 
dərinləşməli, 
yeni 
texnologiyanın 
tətbiqinə 
keçilməli, 
istehsal 
ehtiyatlarından 
istifadə 
yaxşılaşdırılmalıdır. 
     
 İqtisadi  artımın  həyata  keçirilməsi  əhalinin  məşğulluğunun  təmin  edilməsinə,  əhalinin 
maddi  rifah  halının  yaxşılaşmasına,  sosial  infrastrukturun  yüksəlməsinə  şərait  yaradır.  İqtisadi 
artımı  xarakterizə  etmək  üçün  milli  gəlir,  ümumi  milli  məhsul,  bir  nəfərə  düşən  ümumi  daxili 
məhsul  və  s.  göstəricilərdən  istifadə  olunsa  da,  əsas  göstərici  Ümumi  Daxili  Məhsul  hesab  olunur. 
Ümumi  Daxili  Məhsul  ölkə  daxilində  müəyyən  zaman  ərzində  istehsal  olunan  əmtəə  və  xidmətlərin 
məcmu  dəyəridir.   
     
Ümumi  Daxili  məhsulun  artması  hər  bir  ölkənin,  regionun  iqtisadi  gücünün  artması  ilə 
yanaşı,  həm  də  əhalinin  sosial  vəziyyətinin  yaxşılaşmasına,  yoxsulluq  səviyyəsinin  aşağı  düşməsinə 
imkan  yaradır. 
     
2014-cü  ildə  dünyanın  bir  çox  ölkələrində  iqtisadi  böhran  müşahidə  olunduğu  halda 
Azərbaycan  Respublikasında  olduğu  kimi  Naxçıvan  MR  iqtisadiyyatında  da  artım  müşahidə 
olunmuşdur.  Belə  ki,  2014-cü  ildə  Muxtar  Respublikada  Ümumi  Daxili  Məhsulun  həcmi  2013-cü 
illə  müqayisədə  1,3  faiz  artaraq  2  mld  388  milyon  manata  çatmışdır.  Onun    hər  bir  nəfərə  düşən 
həcmi  5459  manat  təşkil  etmişdir.  Ümumi  Daxili  məhsulun  tərkibində  ilk  yeri  33  faiz  payla  sənaye 
sahəsi,ikinci  yeri  23  faiz  payla  tikinti,  üçüncü  yeri  15  faiz  payla  kənd  təsərrüfatı  tutmuşdur.  Həyata 
keçirilən  dövlət  proqramları  nəticəsində  iqtisadi  artımın  makroiqtisadi  göstəricilərindən  olan 
Ümumi  Daxili  Məhsul  ötən  10  il  ərzində  13,9  dəfə,  hər  bir    nəfərə  düşən  Ümumi  Daxili  Məhsul  12 
dəfə  yüksəlmişdir.  Hazırda  Ümumi  Daxili  Məhsulun  tərkibində  özəl  bölmə  87  faizlik  paya  sahibdir. 
2014-cü  ildə  istehsal  olunan  886  mln  manat  sənaye  məhsulunun    92,6    faizi  özəl  sektorun  payına 
düşmüşdür.  Kənd  təsərrüfatında  istehsal  olunan  məhsulun  99  faizi,  nəqliyyatda  daşınan  yüklərin 
97,6 faizi,  sərnişin  daşımalarının  88,7 faizi  özəl  bölmənin  payına  düşür. 
    
 Son  illərdə  ölkədə  əhalinin  məşğulluq  quruluşunda  dövlət  sektorunun  xüsusi  çəkisinin 
azalması,  qeyri-dövlət  sektorunun,  o  cümlədən  fərdi  sektorun  xüsusi  çəkisinin  artması  meylinin 
sürətlənməsi  müsbət  hal  olub,  bazar  münasibətlərinin  formalaşdığını  göstərən  bir  əlamət  kimi 
qiymətləndirilməli  və müdafiə  olunmalıdır. 
    
 Özəl  bölmənin  inkişafı,  bu  sektora  güzəştli  şərtlərlə  kreditlərin  verilməsini  tələb  edir.  Belə 
ki,  “Sahibkarlığa  dövlət  maliyyə  dəstəyinin  göstərilməsi  sahələrində  əlavə  tədbirlər  haqqında”  ölkə 
Prezidentinin  1  mart  2005-ci  il  tarixli    fərmanına  uyğun  olaraq  Sahibkarlığa  Kömək  Milli  Fondunun 
fəaliyyəti    daha  da  təkmilləşdirilmişdir.  Sahibkarlığa  dövlət  dəstəyi  baxımından  2000-ci  ildə  muxtar 
respublikada  Sahibkarlığa  Kömək  Fondu  yaradılmışdır.  Yaradılışının  ilk  ilində  sahibkarlara  5  layihə 
üzrə  200  min  manatlıq  güzəştli  kredit  verildiyi  halda,  bu  göstərici  2014-cü  ildə  32  mln  733  min 

 
 
- 209 - 
manat  təşkil  etmişdir.  Bu  kreditlərin  21  mln  167  min  manatı  fərdi  sahibkarlığın  inkişafına,  11  mln 
566  min  manatı  isə  yeni  istehsal  sahələrinin  yaradılmasına  və genişləndirilməsinə  sərf  olunmuşdur. 
     
Dünyanın  heç  bir  yerində  sahibkarlıq  dövlətin  köməyi  və  tənzimlənməsi  olmadan  inkişaf 
edə  bilməz.  Sahibkarlığın  inkişaf  etdiyi  və  məşğulluğun  səviyyəsinin  yüksək  olduğu  ölkələrdə 
onların  dövlət  tərəfindən  tənzimlənməsi  sosial  yönümlü  bazar  iqtisadiyyatının  qanunauyğunluğu 
kimi  qəbul  edilir. 
   
Bazar  iqtisadiyyatı  şəraitində  kiçik  və  orta  sahibkarlığın  mövcud  olması  zəruri  şərtdir.  Kiçik 
və  orta  sahibkarlıq  inkişaf  etmiş  ölkələrdə  Ümumi  Daxili  Məhsulun  50-60  faizini  yaradır.  BMT 
ekspertlərinin  məlumatına  görə  dünyada  əhalinin  50  faizdən  çoxu  kiçik  sahibkarlıqla  məşğuldur. 
ABŞ-da  22  mln,  Rusiyada  850  mindən  çox  kiçik  və  orta  sahibkarlıq  subyektləri  fəaliyyət  göstərir. 
Beynəlxalq  praktikada  iqtisadiyyatın  normal  fəaliyyət  göstərməsi  üçün  əhalinin  hər  30-50  nəfərinə 
bir  müəssisə  nəzərdə  tutulur.  Kiçik  sahibkarlıq  vergi  daxilolmalarının  ən  mühüm  mənbələrindən 
biridir.  O, yerli  bazarı  sənaye,  aqrar-sənaye,  tikinti,  təsərrüfat  malları  ilə  zənginləşdirir.   
    
Muxtar  respublikada  iqtisadiyyatın  və  əhalinin  Naxçıvan  şəhərində  toplanmasının  qarşısını 
almaq  üçün  regionlarda  da  xırda  və  orta  sahibkarlığın  inkişafı  diqqət  mərkəzində  saxlanılır.  Belə  ki, 
təkcə  2012-ci  ildə  sahibkarlara  68  layihə  üzrə  13  mln  404  min  manat  vəsait  ayrılmışdır  ki,    bu 
layihələrin  12-si  Naxçıvan  şəhərini,  56-sı  isə  regionları  əhatə  etmişdir.  Layihələrin  11-i  sənaye 
sektoruna,  3-ü xidmət  sektoruna,  54-ü isə kənd  təsərrüfatı  sektoruna  aiddir. 
      
Kiçik  və  orta  sahibkarlığın  inkişafı  üçün  muxtar  respublikaya  xarici  investisiyaların  cəlb 
olunması  da  hərəkətverici  amillərdən  olar.  Xarici  investisiyaların  kiçik  və  orta  sahibkarlığın  inkişafı 
baxımından  əhəmiyyətini  bu  şəkildə  sıralamaq  olar:  1)  Dövlət  və  sahibkarlar  iri  və  böyük 
layihələrin  maliyyələşdirilməsi  üçün  əlavə  maliyyə  mənbəyi  əldə  edirlər.  2)  Xarici  investisiyalarla 
bərabər  həmin  subyektlər    tərəfindən  ölkəyə  bazar  iqtisadiyyatı  şəraitinə  uyğun  çoxillik  təcrübələr 
gətirilir.  3)  Xarici  investisiyalar  daxili  mənbələr  hesabına  formalaşan  kapital  qoyuluşlarını 
formalaşdırır.  4)  İnnovasiya  sahələrinin  maliyyələşdirilməsinə  yönəldilmiş  xarici  investisiyalar  ölkə 
daxili  sahibkarların  yeni  texnika,  texnologiyalara  və  qabaqcıl  idarəetmə  metodlarına  çıxışını 
asanlaşdırır. 
     
Xarici  investisiya  ölkə  iqtisadiyyatının  və  xüsusilə  sahibkarlığın  inkişafında  böyük 
əhəmiyyətə  malikdir.  Belə  ki,  birbaşa  xarici  investisiyalar  soaial-iqtisadi  sabitliyin  təminində,  dünya 
bazarına  çıxışın  asanlaşmasında,  azad  rəqabətin  formalaşmasında,  əhalinin  məşğulluğunun  və 
gəlirlərinin  artmasında  böyük  əhəmiyyətə  malikdir. 
     
Xarici  investisiyaları  tənzimləmək  məqsədilə  Respublika  Nazirlər  Kabinetinin  1997-cü  il  13 
yanvar  tarixli  sərəncamı  əsasında  Dövlət  İnvestisiya  Proqramı  işlənib    hazırlanmışdır.  Proqrama 
əsasən  respublikada  xarici  və milli  sahibkarlığın  fəaliyyəti  dövlətin  nəzarəti  altında  həyata  keçirilir. 
     
Ümumi  Daxili  Məhsulda  özəl  bölmənin  payının  getdikcə  yüksəlməsinə  baxmayaraq 
iqtisadiyyatı  inkişaf  etdirmək  üçün  dövlətin  iqtisadiyyata  müdaxiləsi  normal  və  zəruri  haldır.  Bu 
inzibati  amirlik  sistemi  kimi  yox,  zəruri  hal  kimi  qəbul  edilməlidir.  Belə  ki,  dövlət  iqtisadiyyatının 
tənzimlənməsinə  nəzarət  edir,  inhisarçılığa  və  haqsız  rəqabətə  qarşı  çıxır,  eyni  zamanda  gələcək 
nəsillərin  mənafeyini  nəzərə  alaraq  təbii    sərvətlərdən  plansız  istifadənin  qarşısını  alır,  daxili  
bazarda  qiymətlərin  sabitliyini  qoruyur. 
    
Birbaşa  xarici  investisiya  qoyuluşunda  sənaye  sahəsinə  üstünlük  verilir.  Halbuki, 
Azərbaycanda  eləcə  də  Naxçıvan  MR-da  kənd  təsərrüfatı  mühüm  sahələrdən  biridir.  Əbəs  yerə 
deyil  ki,  2015-ci  il  respublikamızda  kənd  təsərrüfatı  ili  elan  olunmuşdur.  Muxtar  Respublika 
əhalisinin  70  faizi  kənd  yerlərində  yaşayır,  istehsal  olunan  Ümumi  Daxili  Məhsulun  15  faizi  kənd 
təsərrüfatının  payına  düşür.  Ərazinin  coğrafi  mövqeyini  nəzərə  alaraq,  əhalinin  kənd  təsərrüfatı 
məhsullarına  olan  tələbatının  yerli  istehsal  hesabına    ödənilməsi  qarşıda  duran  vacib 
məsələlərdəndir.  Muxtar  respublikada  kənd  təsərrüfatı  məhsulları  istehsalını  həyata  keçirəcək 
peşəkar  və  ixtisaslı  kadrlar  çatışmadığından  bu  sahədə  mövcud  olan  problemləri  aradan  qaldırmaq 
üçün  xarici  və müştərək  müəssisələrin  yaradılması  məqsədəuyğun  olardı.   
     
Naxçıvan  iqtisadiyyatında  bu  günkü  nailiyyətlərin  davamlı  olması  iqtisadi  sabitliyin 
saxlanması  üçün  maliyyə-kredit  və  büdcə-vergi  sistemi  fəal  rol  oynamalıdır.  Qarşıdakı  illərdə  də 
sahibkarlıq  fəaliyyətinin  dəstəklənməsi  üçün  onların  maliyyə  təminatının  artırılması  və  güzəştli 

 
 
- 210 - 
kreditlərin  verilməsi  diqqət  mərkəzində  saxlanmalıdır.  İqtisadi  inkişafın  həyata  keçirilməsində 
xalqımızın  tarixi  ənənələri,  Naxçıvan  coğrafi  mövqeyi  və    digər  sosial  iqtisadi  amillər  nəzərə 
alınmalıdır.   
ƏDƏBİYYAT   
 
1.
 
Muradov  Ş.M. İnsan  potensialı:  əsas meyllər,  reallıqlar,  problemlər.  Bakı:  Elm,  2004 
2.
 
Sadıxov  M., Bədəlov  N., Sadıxova  Q. Maliyyə  resursları  və maliyyə  bazarı.  Bakı  2003 
3.
 
Naxçıvan  MR Dövlət  Statistika  Komitəsinin  məlumatları. 
4.
 
Горфинкель  Б.Я,  Поляк  Г.Б.  Швандар  В.А.  Предпринимательство  "Юнити"  Москва 
2000. 
 
 
ABSTRACT 
L.Novruzova 
The role of small and  medium-sized  businesses in the economic  development  of the 
Nakhichivan  Autonomous  Republic 
 
This  article  talks  about the  changes  taking  place  in  recent  years in  the economy  of 
Nakhchivan   Autonomous  Republic  and the  role of  small  and  medium-sized  businesses  in  this  area. 
 
REЗЮМЕ 
Л.Новрузова 
Роль малого и среднего предпринимательство в развитии 
экономики Нахичеванской АР 
 
В этой статье описывается изменения происходящие  в последние годы в экономики 
Нахичеванской АР и роль малого и среднего предпринимательство в этой сфере.   
 
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
         Məqaləni  çapa təqdim  etdi:  İqtisad üzrə elmlər doktoru, professor 
A.Rüstəmov   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 

 
 
- 211 - 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 
 
MƏDİNƏ ALLAHVERDİYEVA                                                                                                  
     Naxçıvan Dövlət Universiteti 
                                       q_fil@hotmail.com 
UOT:  336.01 
 
QLOBALLAŞMA  ŞƏRAİTİNDƏ NAXÇIVAN  MUXTAR RESPUBLİKASINDA  KƏND 
TƏSƏRRÜFATININ  İNKİŞAFI 
 
Açar  sözlər:  Aqrar  sahə,  dünya  iqtisadiyyatı,  qlobal,  Dövlət  Proqramı,  torpaq,  su,  qida 
məhsulları, inteqrasiya,   ərzaq təhlükəsizliyi. 
Key  words:    Agricultural  belt,  World  Economy,  global,  the  state  program,  the  land,  the 
water, food products,     integration, food safness. 
Ключевые 
слова: 
Аграрный 
сектор, 
тировая 
экономика, 
глобальный, 
Государственная 
программа, 
земля, 
вода, 
продукты 
питания, 
интеграция, 
продовольственной безопасности. 
 
Ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  strateji  vəzifədir  və  bunun  uğurla  həyata  keçirilməsi 
təkcə  kənd  təsərrüfatının  yox,  ümumiyyətlə  aqrar-sənaye  kompleksinin  inkişafını  tələb  edir.  Bu  gün 
iqtisadi  inkişafın  davamlı,  dayanıqlı  şəkildə  qurulması,  təmin  olunması  aqrar  sektorun  inkişafından 
asılıdır. 
 Qloballaşma  prosesinin  getdikcə  dərinləşməsi,  ölkəmizin  beynəlxalq  aləmə  inteqrasiya 
prosesinin,  o  cümlədən  ÜTT-yə  və  Avropa  İttifaqına  üzvlük  təşəbbüsü,  beynəlxalq  konvensiyalara 
qoşulması,  aqrar  islahatların  hazırkı  mərhələsi  qarşımızda  kəndin  sosial-iqtisadi  simasının 
dəyişdirilməsi, 
ərzaq 
təhlükəsizliyinin 
daha 
dolğun 
təmin 
edilməsi, 
dünya 
bazarında 
rəqabətədavamlı  aqrar  məhsulların  istehsalı,  qabaqcıl  texnologiyalara  və  bazar  iqtisadiyyatı 
mühitində  idarəetmə  prinsipinə  yiyələnmış  kəndli  sahibkarların  hazırlanması,  bitki  və  heyvan 
mənşəli  ərzaq  məhsullarının  istehsalı  və  emalı  zamanı  Avropa  standartlarına  uyğunlaşma, 
Azərbaycanın  Qida  Məcəlləsinə  qoşulması,  istehlakçılar  üçün  ərzaq  təhlükəsizliyinin  artırılması  və 
aqrar  siyasətin  əsasını  təşkil  edən  digər  üstün  istiqamətli  tədbirlərin  həyata  keçirilməsi  kimi  bir  sıra 
məsul  vəzifələr  qoyur.       
Kənd  təsərrüfatı 
özünün  bir  sıra  xüsusiyyətlərinə  görə  iqtisadiyyatın  digər  bölümlərindən 
fərqlənir.  Bu  sahənin  səciyyəviliyi  kənd  təsərrüfatı  istehsalının  bir  sıra  obyektiv  və  təbii  amillərdən  ciddi 
asılılığından  irəli  gəlir. Torpaq  və  su  ehtiyatlarının  aşınma  proseslərinin  sürətlənməsi,  kənd  təsərrüfatı 
və  ərzaq  məhsullarına  tələb-təklif  nisbətinin  qeyri-proporsional  dəyişməsi,  böhran  və  depressiya  halları, 
kənd  təsərrüfatında  disparitetlik  və  s.  aqrar  sahə  üçün  əlavə  çətinliklər  törədir.  Bütün  bunlar  hamısı 
müasir  dövürdə  çevik  aqrar  siyasətin  həyata  keçirilməsini  tələb  edir. Aqrar  sektorun  dayanıqlı  və 
davamlı  inkişafının  təmin  edilməsi,  ölkənin  ərzaq  təhlükəsizliyi  üçün  etibarlı  əsasların  yaradılması, 
habelə  milli  istehsalçıların  dünya  bazarlarında  artan  rəqabətlə  ayaqlaşması  üçün  müasir  aqrar  siyasət 
aqrar sektorun  qlobal  bazarda  rəqabətqabiliyyətli  olmasına  möhkəm  baza yaratmalıdır.   
Dünya  iqtisadiyyatında  baş  verən  qloballaşmaya  və  qlobal  istehlak  bazarının  konyukturasındakı 
dəyişmə  dinamikasına  uyğunlaşmaq  üçün  aqrar  sahə  üzrə  həm  hüquqi-normativ  bazanın,  həm  də 
istehsal  münasibətlərinin  beynəlxalq  norma  və  tələblərə  uyğunlaşdırılması,  beləliklə  də  milli istehsalın 
rəqabətə davamlı  olmasının  təmin  edilməsi  aqrar siyasətin  ən başlıca  hədəfi  olmalıdır. 
Azərbaycan  Respublikasından  qlobal  bazara  çıxarıla  biləcək  kənd  təsərrüfatı  və  ərzaq 
məhsullarının  həm  istehsal  potensialı,  həm  də  çeşidi  xeyli  genişdir.  Azərbaycanın  aqro-iqlim  şəraiti, 
torpaq  və  su  ehtiyatları  bu  ərazilərdə  müasir  tələblərə  və  beynəlxalq
  standartlara  uyğun  məhsulların 
istehsalı  üçün  yaxşı  əsasdır   
Ümummilli  lider  Heydər  Əliyevin  rəhbərliyi  ilə  XX  əsrin  70-80-ci  illərində  ölkəmizdə  digər 
sahələrlə  yanaşı,  kənd  təsərrüfatının  inkişafının  da  əsası  qoyulmuşdur.  Bu  sahənin  inkişafına  yönəlmiş 

 
 
- 212 - 
tədbirlər  nəticəsində  Azərbaycan  ittifaq  respublikaları  sırasında  kənd  təsərrüfatının  inkişaf 
göstəricilərinə  görə  qabaqcıl  yerlərdən  birini  tutmuşdur.  Lakin  90-cı  illərin  məlum  hadisələri, 
bütövlükdə,  ölkə  iqtisadiyyatını,  o  cümlədən  kənd  təsərrüfatını  da  iflic  vəziyyətinə  salmış,  infrastruktur 
tamamilə  dağıdılmışdır.  Belə  bir  dövrdə  ulu  öndərin  Azərbaycanda  yenidən  siyasi  hakimiyyətə  qayıtma-
sı  ilə  ölkə  iqtisadiyyatında  yeni  inkişaf  mərhələsi  başlanmış,  uğurlu  aqrar  islahatlar  həyata  keçirilmişdir. 
Ötən  əsrin  90-cı  illərində  ilk  dəfə  Naxçıvan  Muxtar  Respublikasında  həyata  keçirilən  bu  islahatlar 
sonrakı  dövrdə  Azərbaycanın  bütün  ərazisində  davam  etdirilmiş,  kənd  təsərrüfatının  inkişafı  yeni 
modeldə,  özəl  təsərrüfatların  yaradılması  yolu  ilə  aparılmışdır.  Bu  dövrdə  ulu  öndərin  rəhbərliyi  ilə 
aqrar  sahənin  qanunvericilik  bazasının  yaradılmasına  başlanılmış,  “Aqrar  islahatların  əsasları  haqqında”, 
“Sovxoz  və  kolxozların  islahatı  haqqında”,  “Torpaq  islahatı  haqqında”  Azərbaycan  Respublikasının 
qanunları,  Torpaq,  Meşə  və  Su  məcəllələri  qəbul  edilmiş,  bir  sıra  digər  normativ-hüquqi  aktlar 
imzalanmışdır.   
        Ulu  öndərin  müəyyənləşdirdiyi  aqrar  islahatlar  bu  gün  də  ölkəmizdə  uğurla  davam  etdirilir.  Bu 
inkişafın  davamlılığını  təmin  etmək  məqsədilə  zamanla  ayaqlaşan
  dövlət  proqramları,  mütərəqqi 
qanunlar  qəbul  olunur,  aqrar  sahənin  inkişafına  hesablanmış  tədbirlər  həyata  keçirilir. “Ərzaq 
təhlükəsizliyinin  təmin  edilməsi  istiqamətində  bizim  konkret  planımız,  proqramımız  var. 
Çalışmalıyıq  ki,  Azərbaycanda  istehlak  olunan  bütün  ərzaq  məhsulları  Azərbaycanda  istehsal 
edilsin”,  –  deyən  ölkə  Prezidenti  cənab  İlham  Əliyev  aqrar-sənaye  kompleksinin  inkişafını  diqqət 
mərkəzində  saxlayır,  ərzaq  təhlükəsizliyinin  təmin  olunması  istiqamətində  konkret  tədbirlər  görülür 
        Son  illər  Naxçıvan  Muxtar  Respublikasında  iqtisadiyyatın  bütün  sahələrində  olduğu  kimi,  kənd 
təsərrüfatının  inkişafı  istiqamətində  də  kompleks  tədbirlər  həyata  keçirilir.  Muxtar  respublikada 
özəl  mülkiyyətə 
əsaslanan  aqrar  münasibətlərin  formalaşmasının  əsası  ümummilli  liderimizin  siyasi 
fəaliyyətinin  Naxçıvan  dövründə  –  ötən  əsrin  90-cı  illərində  qoyulmuşdur.  Sonrakı  dövrlərdə  davam 
etdirilən  bu  prosesin  ilk  mərhələsi  2000-ci  ildə  başa  çatdırılmışdır.  205  kəndi,  132  kolxoz,  sovxoz  və 
birlikləri  əhatə  etməklə  aparılan  torpaq  islahatları  nəticəsində  72  min  758  ailəyə  və  ya  241  min  46  nəfərə 
torpaq  sahəsi  verilmişdir.  Artıq  muxtar  respublikada  bu  sahəni  əhatə  edən  yeni  istehsal  və  emal 
müəssisələrinin  fəaliyyətə  başlaması,  əkinçiliyin  və  heyvandarlığın  inkişaf  etdirilməsi,  güzəştli  şərtlərlə 
kreditlərin  verilməsi  məhsul  istehsalının  artmasına  və  nəticə  etibarı  ilə,  ərzaq  təhlükə-sizliyinin  təmin 
olunmasına  səbəb  olmuşdur.  Aqrar  bölmədə  aparılan  islahatlar  Naxçıvanda  kənd  təsərrüfatının  bitkiçilik 
və  heyvandarlıq,  eləcə  də  emal  sənayesinin  inkişafına  etibarlı  zəmin  yaratmışdır.  Kənd  təsərrüfatı 
sahəsinin  inkişafı  dövlətimiz  tərəfindən  daim  diqqət  mərkəzində  saxlanılmış,  istehsalın  artırılmasına  və 
intensiv  amillər  hesabına  məhsuldarlığın  çoxaldılmasına  hesablanmış  bir  sıra  sərəncam  və  qərarlar  qəbul 
olunmuşdur.Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  sərəncamları  ilə  təsdiq  edilmiş 
“Naxçıvan  Muxtar  Respublikasında  kartofçuluğun  inkişafı  üzrə  Dövlət  Proqramı  (2005-  2010-cu  illər)”, 
“2008-2015-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı 
təminatına  dair  Dövlət  Proqramı”,  “Naxçıvan  Muxtar  Respublikasının  2014-2018-ci  illərdə  sosial-
iqtisadi  inkişafı  Dövlət  Proqramı”,  “2012-2015-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasında 
meyvəçiliyin  və  tərəvəzçiliyin  inkişafı  üzrə  Dövlət  Proqramı”nın  icrası  muxtar  respublikada    aqrar 
sahənin  davamlı  inkişafına  təminat  verir.  Muxtar  respublikanın  iqlim  şəraiti  və  əhalinin  əsas  hissəsinin 
kənd  təsərrüfatı  ilə  məşğul  olması  burada  əkinçiliyin  inkişafını  şərtləndirir.  Fermerlərə  yanacağın,  motor 
yağının,  gübrənin  alınmasına  çəkilən  xərclərin  50  faizinin  dövlət  tərəfindən  ödənilməsi,  taxıl  əkinlərinə 
görə  subsidiyaların  verilməsi,  texniki  təminatın  yaxşılaşdırılması  üçün  istehsalçılara  lizinq  yolu  ilə 
güzəştli  şərtlər  əsasında  texnika  və  gübrələrin  satılması  əkinçiliyin  inkişafında  yeni  istiqamətlər  açmış, 
əkin  sahələrinin  və  məhsul-darlığın  ilbəil  artmasına  səbəb  olmuşdur.Təkcə  2014-cü  ilin  məhsulu  üçün 
muxtar  respublikada  60  min  829  hektar  sahədə  əkin  işləri  həyata  keçirilmişdir.  2014-cü  ilin  9  ayı 
ərzində  muxtar  respublikada  109  min  624  ton  dənli  və  dənli-paxlalılar,  4  min  225  ton  dən  üçün 
qarğıdalı,  663  ton  dən  üçün  günəbaxan,  63  min  753  ton  tərəvəz,  41  min  405  ton  kartof,  34  min  339  ton 
bostan
 
məhsulları,  34  min  495  ton  meyvə,  9  min  427  ton  üzüm  istehsal  olunmuşdur.  Torpaq  sahələrinin 
normalara  uyğun  suvarma  suyu  ilə  təmin  edilməsi  əkinçiliyin  inkişafını  təmin  edən  əsas  amillərdən 
biridir.  Buna  görə  də  muxtar  respublikada  irriqasiya  sistemləri  daim  yeniləşdirilir,  meliorasiya  tədbirləri 
həyata  keçirilir.  Bu  da  torpaq  sahələrində  su  təminatının  yaxşılaşdırılmasına,  yeni  torpaq  sahələrinin 
əkin  dövriyyəsinə  qatılmasına  imkan  verir.  Suvarma  sistemlərinin  yaxşılaşdırılması  istiqamətində 
tədbirlər  bu  il  də  davam  etdirilir.  Belə  ki,  “Kəngərli  rayonunda  irriqasiya  sistemlərinin 
təkmilləşdirilməsi”  layihəsi  çərçivəsində  yeni  suvarma  şəbəkəsi  qurulur,  rayon  ərazisində  yeni  nasos 

 
 
- 213 - 
stansiyasının,  suqəbuledici  və  supaylayıcı  hovuzların  tikintisi  aparılır.  Həmçinin  aparılan  yenidənqurma 
işləri  nəticəsində  Uzunoba  Su  Anbarının  həcmi  8  milyon  kubmetrə  çatdırılmış,  nəticədə,  Kəngərli 
rayonunda  3300  hektar  torpaq  sahəsi  əkin  dövriyyəsinə  qatılmışdır.  Azərbaycan  Respublikası  ilə  İslam 
İnkişaf    Bankı  arasında  imzalanmış  müqaviləyə  əsasən  həyata  keçirilən  daha  bir  layihə  əsasında  bu  il 
Sədərək  rayonunda  nasos  stansiyasının  tikintisi  başa  çatdırılmış,  1500  hektara  yaxın  torpaq  sahəsinin 
suvarılması  yaxşılaşdırılmış-dır.  Yüksək  keyfiyyətli  qida  məhsullarının,  xüsusilə  ət  və  süd  məhsullarının           
əldə  olunması  məqsədilə  heyvandarlığın  inkişafı  diqqət  mərkəzində  saxlanılır.  Əsasən,  düzən  yerlərdə 
heyvandarlığın 
ətliksüdlük 
istiqaməti 
inkişaf  etdirilir.  Hazırda  muxtar  respublikada109  min  822  baş  iribuynuzlu  mal-qara,  668  min  933  baş 
xır-dabuynuzlu  heyvan  saxlanılır.  Bundan  başqa,  muxtar  respublikada  iribuynuzlu  mal-qaranın  cins 
tərkibini  daha  da  yaxşılaşdırmaq  və  məhsuldar  mal-qaranın  xüsusi  çəkisini  artırmaq  məqsədilə  bu 
günədək  “Naxçıvan  Aqrolizinq”  ASC  tərəfindən  1688  baş,  o  cümlədən  1181  baş  “Holştin-friz”,  423  baş 
“Simmental”  və  84  baş  “Şvis”  cinsli  yüksək  məhsuldar  mal-qara  gətirilərək  sahibkarlara  satılmışdır. 
Həmçinin  əhalinin  yumurta  və  quş  ətinə  olan  tələbatının  yerli  istehsal  hesabına  ödənilməsinə  də  xüsusi 
diqqət  yetirilir,  yeni  quşçuluq  təsərrüfatları  yaradılır.  Hazırda  muxtar  respublikada  63  quşçuluq 
təsərrüfatı  fəaliyyət  göstərir.  Görülmüş  işlərin  nəticəsidir  ki,  2014-cü  ilin  9  ayı  ərzində  diri  çəkidə  ət 
istehsalı  14  min  968  ton,  süd  istehsalı  66  min  399  ton,  yun  istehsalı  854  ton,  yumurta  istehsalı  isə  60 
milyon  984  min  ədəd olmuşdur.     
           Əhalinin  sağlamlığının  qorunması  məqsədilə  həyata  keçirilən  sistemli  tədbirlər  nəticəsində  qida 
məhsullarının,  xüsusilə  ət  və  süd  məhsullarının  yüksək  keyfiyyət  göstəricilərinin  təmin  olunması, 
heyvan  mənşəli  xəstəliklərə  qarşı  vaxtında  mübarizə  tədbirlərinin  aparılması  prosesləri  uğurla  davam 
etdirilir.  Muxtar  respublikada  Dövlət  Baytarlıq  Xidməti  tərəfindən  mütəmadi  olaraq  mal-qara  və  quşlar 
arasında  müxtəlif  xəstəliklərə  qarşı  profilaktik  peyvəndləmə  və  dezinfeksiya  işləri  aparılır,  epizootiya 
əleyhinə  və  bioloji  təhlükəsizliyin  qorunması  məqsədilə  ardıcıl  tədbirlər  həyata  keçirilir.  Kənd 
təsərrüfatında  istehsalın  səmərəliliyinin  artırılmasına  əl  əməyinin  yüngülləş-dirilməsinə,  və  məhsulun 
maya  dəyərinin  aşağı  salınmasına  imkan  yaradan  texnika  ilə  təchizata  da  xüsusi  diqqət  yetirilir.  2005-ci 
ildə  yaradılan  “Naxçıvan  Aqrolizinq”  Açıq  Səhmdar  Cəmiyyətinin  xətti  ilə  muxtar  respublikaya 
müxtəlif  təyinatlı  kənd  təsərrüfatı  texnikaları  gətirilmiş,  lizinq  yolu  ilə  sahibkarlara  və  torpaq 
mülkiyyətçilərinə  satılmışdır.  Təkcə  2014-cü  ilin  ötən  dövründə  muxtar  respublikaya  235  ədəd  kənd 
təsərrüfatı  texnikası  alınıb 
gətirilmişdir 

        
Əhalini  il  boyu  meyvə-tərəvəz  məhsulları  ilə  təmin  etmək  muxtar  respublikada  aqrar  sahədə 
həyata  keçirilən  əsas  tədbirlərdəndir.  İritutumlu  soyuducu  anbarların  tikilməsi  və  istixana 
komplekslərinin  yaradılması  ilin  istənilən  fəslində  bazarın  tələbinin  ödənilməsinə  imkan  verir.  Hazırda 
muxtar  respublikada  ümumi  tutumu  12  min  150  ton  olan  19  soyuducu  anbar  və  sahəsi  52  min  316 
kvadratmetr  olan  12  istixana  kompleksi  fəaliyyət  göstərir.  Muxtar  respublikada  əhalinin  ərzaq 
məhsullarına  olan  tələbatının  etibarlı  ödənilməsi  istiqamətində  əlavə  tədbirlər  də  görülür,  istehsal  olunan 
malların  satışı  üçün  hərtərəfli  şərait  yaradılır.  Artıq  bir  neçə  ildir  ki,  istehsalçıların  istehsal  etdikləri 
məhsulların  satışını  təmin  etmək  üçün  kənd  təsərrüfatı  məhsullarının  satış  yarmarkaları  təşkil  edilir. 
Ümumiyyətlə,  həyata  keçirilən  aqrar  siyasətin  səmərəli  nəticəsi  olaraq,  bu  gün  tələbatın  əsas  etibarilə 
yerli  istehsal  hesabına  ödənilməsinə  nail  olunmuş,  daxili  bazarda  məhsul  bolluğu  yaradılmışdır.  2014-cü 
ilin  ilk  9  ayında  muxtar  respublikada  270  milyon  668  min  manatdan  çox  kənd  təsərrüfatı  məhsulları 
istehsal  olunmuşdur  ki,  bu  da  2013-cü  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  4,7  faiz  çoxdur.  Hazırda 
əhalinin  ərzaq  məhsullarına  olan  tələbatının  yerli  istehsal  hesabına  tam  ödənilməsi  üçün  dövlət 
tərəfindən  müvafiq  tədbirlər  həyata  keçirilir.  Ümumilikdə,  cari  ilin  yanvar-sentyabr  ayları  ərzində  kənd 
təsərrüfatı  subyektlərinə  13  milyon  211  min  manatdan  çox  həcmdə  kreditin  verilməsi  təmin  olunmuşdur 
ki,  bu  da  bir  il  öncəki  müvafiq  göstəricidən  35,2  faiz  çoxdur.  Ötən  dövr  ərzində  də  Kənd  Təsərrüfatı 
Nazirliyi  və  onun  strukturuna  daxil  olan  bölmələr  tərəfindən  torpaq  mülkiyyətçiləri  və  fermerlərlə  fərdi 
izahat  və  maarifləndirmə  işi  davam  etdirilmiş,  torpaqlardan  səmərəli  istifadə  olunması,  məhsuldar 
toxum  sortlarının  əkilməsi  barədə  kənd  əməkçilərinə  məsləhətlər  verilmişdir.
 
Bütövlükdə,  nümunəvi 
torpaq  islahatı,  aqrar-sənaye  kompleksinin  beynəlxalq  təcrübə  əsasında  yenidən  qurulması,  meliorasiya 
və  irriqasiya  sistemlərinin  təkmilləşdirilməsi  muxtar  respublikamızda  ərzaq  təhlükəsizliyinin  təmin 
edilməsi 
istiqamətində  atılan  mühüm addımlardır.
 
 
          Muxtar  respublika  iqtisadiyyatının  vacib  sahəsi  olan kənd  təsərrüfatında  ardıcıl  islahatlar və 
yeni  texnologiyaların  tətbiqi  davam  etdiriləcəkdir.  Aqrar  bölmənin  inkişafı  istiqamətində  aşağıdakı 
tədbirlərin 
həyata  keçirilməsi 
məqsədəuyğundur.:  

 
 
- 214 - 
   -      daxili  bazarın  tələbatının  yerli  istehsal  hesabına  ödənilməsi  səviyyəsini  yüksəltmək  üçün  ərzaq 
məhsulları  istehsalı  həcminin  artırılması,  tələbatdan  artıq  istehsal  edilən  kənd  təsərrüfatı  məhsullarının 
ixracının 
stimullaşdırılması;   
-  ərzaq  və  digər  kənd  təsərrüfatı  malları  bazarlarının  qorunması,  yerli  istehsal  və  idxal  olunan  ərzaq 
məhsullarının  keyfiyyətinə  ciddi  nəzarətin 
davam  etdirilməsi; 
-
 
aqrar sənaye  sektoruna  yerli  və xarici  investisiyaların  cəlb edilməsi; 
 -suvarma  sIstemlərinin  yenidən  qurulması  və  torpaqların  meliorativ  vəziyyətinin  sağlamlaşdırılması, 
mövcud  su  resurslarından  istifadə  imkanlarının  genişləndirilməsi  və  suvarma-drenaj  şəbəkələrinin 
inkişaf  etdirilməsi; 
-baytarlıq,  texniki  nəzarət,  sanitar və fitosanitar  tədbirlərin  gücləndirilməsi; 
 kənd təsərrüfatı  sahəsində  sığorta  sisteminin  inkişaf  etdirilməsi;   
-daha  uzunmüd-dətli  və  daha  çox  meyvə-tərəvəz  çeşidinin  saxlanmasına  imkan  verən  soyuducu 
anbarların  yaradılması; 
-aqrar sahədə   ixtisaslı 
kadr 
potensialının 
gücləndirilməsi; 
müasir 
texnika 
və  
texnologiyanın  kənd   təsərrüfatında  tətbiqinə  nail  olunmasının  dəstəklənməsi    
Hesab  edirik  ki,  yuxarıda  qeyd  olunan      tədbirlərin  həyata  keçrilməsi  gələcəkdə  aqrar  sektorun  daha  da 
inkişafı  ilə  nəticələnəcəkdir 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin