Scientific works



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə30/32
tarix24.04.2017
ölçüsü5.01 Kb.
1   ...   24   25   26   27   28   29   30   31   32

ƏDƏBİYYAT 
1. “Qloballaşan  Azərbaycan”   Bakı  2006 
2. Qloballaşmaya  doğru  Bakı  2006 
3. M.M.Mahmudovr,  İ.M.Mahmudova   Regionların  sosial-iqtisadi  inkişafının  tənzimlənməsi  Bakı-2011 
4."2008-2015-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı 
təminatına  dair Dövlət  Proqramı" 
5 .. Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Statistika  Komitəsi 
6. “2014-2015-ci  illərdə  Naxçıvan  şəhərinin  sosial-iqtisadi  inkişafı  üzrə Proqram” 
7. www. nakhchivan.az 
8. www.azerbaijan 
9. 
www.serqqapisi.az
 
10.  “Naxçıvan  Muxtar  Respublikasının  2014-2018-ci  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqr 
 
ABSTRACT 
Madina  Allakhverdieva  
Development of Agricultural  belt in Nakchivan  Autonomus Republic in circumstance of 
globalisation. 
Providing  of  good  safness  is  a  strategic  mission  and  ensuring  it  with  succes,  not  only 
development  of  agricultural  belt,  but  also  it  demands  development  of  complex  of  agricultural  industry. 
Today  continuous,  enduring  providing  of  economic  development  depends  on  development  of 
agricultural  sector. 
РЕЗОМЕ 
Madina  Аллахвердиева  
Развития сельского хозяство  в период глобализации в Нахичеванской АР 
Обеспечение  продовольсвенной  безопасности  является  стратегическим  фактором,  и 
чтобы  с  успехом  внедрить  это  требуется  не  только  сельское  хозяйство  но  и  развития  аграрно-
промышленного  комплекса.  Сегодня  для  продолжительного  экономического  развития  все 
зависить  от развития  аграрного  сектора. 
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
         Məqaləni  çapa təqdim  etdi:  İqtisad üzrə elmlər doktoru  N.Əhmədov 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 

 
 
- 215 - 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 
 
CAVADXAN  QASIMOV   
AMEA Naxçıvan Bölməsi 
E-mail: Cavadxan.yusifoglu@mail.ru 
UOT:  332.01 
 
AQRAR SİYASƏT  NAXÇIVAN  MUXTAR RESPUBLİKASINDA  SAĞLAM 
İQTİSADİYYATIN  ƏSASIDIR 
 
Açar  sözlər: aqrar sektor, bazar iqtisadiyyatı, yeni iqtisadi şərait, milli  iqtisadi inkişaf və s. 
Keywords:  the  agricultural  sector,  market  economy,  new  economy  conditions,  national 
economic  development. 
Ключевые  слова:  аграрный  сектор,  рыночная  экономика,  новые  экономические 
условия, национальное экономическое развитие и т.д. 
 
XX  əsrin  90-cı  illərinin  əvvəllərində  ulu  öndər  Heydər  Əliyev  Naxçıvan  Muxtar 
Respublikasının  Ali  Məclisinin  Sədri  kimi  buradan  başlatdığı  uğurlu  iqtisadi  siyasət  təbii  ki,  yeni 
iqtisadi  şəraitin  yaradılması  və  inkişafına  yönəlmişdi.  Bu  məqsədlə,  1992-ci  il  aprel  ayının  6-da 
Naxçıvan  MR  Ali  Məclisi  2  mühüm  qərar  və  təklifləri  qəbul  etdi.  Bunlardan  biri  “Naxçıvan  Muxtar 
Respublikasında  zərərlə  işləyən  kolxoz  və  sovxozların  ləğv  edilməsi  və  onların  əsasında  şəxsi 
təsərrüfatların  yaradılması  haqqında”  qərar  və  digəri  “Rentabelsiz  işləyən  kolxoz  və  sovxozların 
ictimai  mal-qarasının  özəlləşdirilməsini  nəzərdə  tutan  təkliflər  haqqında”  idi.   
Məlumdur  ki,  aqrar  islahatlar  ümumilikdə  ölkəmizin  yeni  iqtisadi  münasibətlərinin 
formalaşması  və  inkişafında  xüsusi  önəm  daşımışdır.  Məhz  bu  mənada  da  Naxçıvan  Muxtar 
Respublikası  ölkəmizin  milli  iqtisadi  inkişafında  aqrar islahatların  beşiyi  kimi  tarixə  düşmüşdür.   
Qeyd  olunan  proseslər  nəticəsində  Naxçıvan  MR  bazar  münasibətlərinin  inkişaf  etdiyi  region 
kimi  ölkə  miqyasında  öncül  sıralarda  dayanırdı.  Mənbələr  göstərir  ki,  MR-də  mövcud  olan  139 
təsərrüfatın  119-u  və  ya  86%-i,  208  kəndin  158-i  və  76%-i  torpaq  islahatının  beşiyinə  çevrilmişdir 
(2, s. 63).  
Mənbələrə  diqqət  edəndə  görürük  ki,  2001-ci  ilin  uğurlu  aqrar  islahatları  nəticəsində  Naxçıvan 
Muxtar  Respublikasında  201  kənddə  torpaq  islahatı  başa  çatmışdır.  Artıq  1  yanvar  2002-ci  il  tarixə 
olan  statistik  rəqəmlərə  əsasən  Naxçıvan  Muxtar  Respublikası  üzrə:  Şərur  rayonunda  23  min  971, 
Babək  rayonunda  10  min  860,    Culfa  rayonunda  7  min  854,  Ordubad  rayonunda  4  min  575,  Şahbuz 
rayonunda  4  min  118  və  Naxçıvan  şəhərində  31  ailə  olmaqla,  ümumilikdə  Naxçıvan  MR 
miqyasında  51  min  409  ailə  üçün  «Torpağın  mülkiyyətə  verilməsinə  dair»  Şəhadətnamələr 
paylanılmışdır  (1, s. 98).  
İkinci  dəfə  siyasi  hakimiyyətə  qayıdan  milli  lider  1995-ci  il  18  fevral  tarixdə  “Aqrar 
islahatların  əsasları  haqqında”  və  “Sovxoz  və  kolxozların  islahatı  haqqında”  Azərbaycan 
Respublikasının  qanunlarını,  həmin  ilin  oktyabr  ayında  isə  Dövlət  Mülkiyyətinin  Özəlləşdirilməsini 
nəzərdə  tutan  eyni  adlı  Dövlət  Proqramını  qəbul  etdi.   
Həmin  hüquqi  və  praktik  sənədlər  və  təcrübələrin  ardınca  aqrar  sektoru  daha  da  təkmil  olaraq 
inkişaf  etdirmək  üçün  qanun,  qərar,  məcəllə  və  digər  hüquqi  sənədlər  qəbul  edildi  ki,  bunlardan  da 
bir  neçəsini  bu  cür  göstərmək  olar:  “Torpaq  islahatı  haqqında”  Azərbaycan  Respublikasının  16  iyul 
1996-cı  il  tarixli  Qanunu,  “Dövlət  torpaq  kadastrı,  torpaqların  monitorinqi  və  yerquruluşu 
haqqında”  Azərbaycan  Respublikasının  22  dekabr  1998-ci  il  tarixli  Qanunu,  “Torpaq  icarəsi 
haqqında”  Azərbaycan  Respublikasının  12  mart  1999-cu  il  tarixli  Qanunu,  Azərbaycan 
Respublikasının  25  iyun  1999-cu  il  tarixli  Qanunu  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikası 
Torpaq  Məcəlləsi”,  “Torpaq  bazarı  haqqında”  Azərbaycan  Respublikasının  7  may  1999-cu  il  tarixli 
Qanunu  və s (4).  
Göründüyü  kimi,  Heydər  Əliyevin  siyasi  çevikliyi,  onun  qətiyyətli  idarəetmə  bacarığı 
nəticəsində  Culfa  rayonunun  Şurut  və  Gal  kəndlərində  başlatdığı  torpaq  islahatlarının  bütünlükdə 

 
 
- 216 - 
ölkəmiz  miqyasında  gerçək  davamı  və  reallığı  idi.  Təbii  ki,  bu,  MDB  məkanına  daxil  olan  ölkələrin 
hər biri  üçün  böyük  nümunə  idi.   
Qeyd  edək  ki,  təkcə  1994-cü  ildə  kənd  təsərrüfatı  problemlərinin  həllinə  və  aqrar  bölmədə 
islahatlara  dair  səkkiz  müşavirə  keçirilmişdir.  Göstərilən  ilin  dekabr  ayının  9  və  10-da  Azərbaycan 
Respublikasının  Ali  Sovetində  Türkiyə,  Çin,  İsrail,  İran,  Rusiya  və  digər  ölkələrin  nümayəndə 
heyətlərinin  iştirakı  ilə  “Aqrar  islahat:  problemlər  və  onların  həlli  yolları”  mövzusunda  keçirilən 
beynəlxalq  konfransda  elə  aqrar  sahədəki  islahatların  effektivliyini  təmin  etmək  və  bu  sahədə 
beynəlxalq  təcrübədən  yararlanmaq  məqsədi  nəzərdə  tutulurdu.  1994-cü  ildə  böyük  Heydər 
Əliyevin  tapşırığına  uyğun  olaraq  Azərbaycanın  Zaqatala  və  Xızı  rayonlarında  eksperimentlər 
aparıldı  və  istənilən  nəticəyə  nail  olundu.  Burda  onu  qeyd  etmək  istərdik  ki,  milli  liderin  siyasi 
fəaliyyətinin  Naxçıvan  MR  dövründə  bu  təcrübə  Culfa  Rayonunun  “Azərbaycan”  adına  sovxozunda 
uğurla  gerçəkləşdirilmişdir. 
Təbii 
ki, 
bütün 
bunlar 
aqrar 
sahədə 
məhsul 
istehsalçılarının 
fəaliyyətlərinin 
stimullaşdırılmasına  xidmət  etməkdədir.  Aqrar  sahədə  istehsalçılara  lazım  olan  zəruri  dövlət 
dəstəyinin  davamlılığını  təmin  etmək  üçün  ölkə  başçısı  cənab  İlham  Əliyevin  böyük  xidmətləri 
vardır.  İstifadəçilərə  kənd  təsərrüfatı  texnikalarının  verilməsi,  onların  maliyyə-kredit  təşkilatları  ilə 
faydalı  və  səmərəli  əməkdaşlığının  yaradılması,  digər  iqtisadi  və  texniki  təchizatlarla  təmin 
olunması  özünün  düşünülmüş  həllini  çoxdan  tapmışdır.  Bu  tədbirlər  özünün  hüquqi,  eyni  zamanda 
iqtisadi  əsaslarını  ölkə  başçısının:  11  fevral  2004-cü  il  tarixdə  təsdiq  etdiyi  “Azərbaycan 
Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”,  23  oktyabr  2004-cü  il  tarixdə 
imzaladığı  “Aqrar  bölmədə  lizinqin  genişləndirilməsi  sahəsində  əlavə  tədbirlər  haqqında”,  23 
yanvar  2007-ci  il  tarixdə  imzaladığı  “Kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına  dövlət  dəstəyi 
haqqında”,  21  avqust  2008-ci  il  tarixdə  imzaladığı  “Kənd  təsərrüfatı  məhsulları  istehsalçılarının 
toxum,  gübrə  və  damazlıq  heyvanları  ilə  təmin  edilməsinə  əlavə  dəstək  verilməsi  barədə”  və  bütün 
bu  kimi  hüquqi  tənzimləmələrlə  birlikdə,  20  noyabr  2014-cü  il  tarixdə  “kənd  təsərrüfatı  məhsulları 
istehsalçılarının  kənd  təsərrüfatı  texnikası  ilə  təminatına  və  heyvandarlığın  inkişafına  əlavə  dəstək 
haqqında”  sərəncamından  götürür.   
Sərəncama  əsasən  Azərbaycan  Respublikasının  2014-cü  il  dövlət  büdcəsində  nəzərdə  tutulan 
Azərbaycan  Prezidentinin  ehtiyat  fondundan  “Aqrolizinq”  Açıq  Səhmdar  Cəmiyyətinə  kənd 
təsərrüfatı  məhsulları  istehsalçılarının  kənd  təsərrüfatı  texnikasına  ehtiyacını  ödəmək  üçün  8  milyon 
manat  və  xaricdən  damazlıq  heyvanların  idxalının  və  heyvandarlıqla  məşğul  olan  təsərrüfatlara  50 
faiz  güzəştlə  lizinq  yolu  ilə  satılmasının  həyata  keçirilməsi  üçün  10  milyon  manat  vəsaitin  ayrılması 
nəzərdə  tutulmuşdur  (4). 
Məhz  milli  liderin  müəyyən  etdiyi  müdrik  aqrar  siyasət  hazırda  da  Naxçıvan  Muxtar 
Respublikasında  Ali  Məclisimizin  Sədri  cənab  Vasif  Talıbov  tərəfindən  daha  da  təkmil  şəkildə 
davam  etdirilməkdədir.  İstənilən  qanun,  qərar,  Fərman,  Sərəncam,  Dövlət  Proqramı  Naxçıvan 
muxtar  respublikasının  ictimai-siyasi,  sosial-iqtisadi  həyatında  özünün  münbit  şərait  yaratması  ilə 
daha da önəm  qazanmaqdadır.   
Naxçıvan  MR  Ali  Məclisi  Sədrinin  28  yanvar  2005-ci  il  tarixdə  imzaladığı  “Naxçıvan  Muxtar 
Respublikasında  aqrar  bölmədə  lizinqin  genişləndirilməsi  sahəsində  əlavə  tədbirlər  haqqında” 
sərəncamına  uyğun  olaraq  keçən  müddət  ərzində  muxtar  respublikaya  1500-ə  yaxın 
müxtəliftəyinatlı  kənd təsərrüfatı  texnikası  gətirilmişdir  (3). 
Yüksək  qayğı  və  diqqət  üçün  münbit  zəminə  çevrilən  bu  tədbirlər  nəticəsində  muxtar 
republikada  cari  ilin  yanvar-noyabr  aylarında  303  milyon  855  min  manatlıq  kənd  təsərrüfatı 
məhsulları  istehsal  olunmuşdur.    
Bütün  bu  kimi  tədbirlər  makroiqtisadi  siyasətin  müvəffəqiyyəti  üçün  real  təsdiqə  çevrilmiş  və 
özünü  Ümum  Daxili  Məhsulun  strukturunda  artım  vəziyyəti  ilə  göstərmişdir.  Qeyd  edək  ki,  2014-
cü  ilin  yanvar-noyabr  aylarının  sosial-iqtisadi  inkişaf  göstəricilərinə  diqqət  edərkən  ÜDM-nin 
istehsal  həcminin  2  milyard  81  milyon  307  min  500  manat  təşkil  etdiyini  görürük  ki,  bu  da  2013-cü 
ilin  müvafiq  dövrü  ilə  müqayisədə  1,2 faiz  çoxdur  (3). 
 
ƏDƏBİYYAT 

 
 
- 217 - 
1.  Əhmədov  N.  H.  Naxçıvan  iqtisadiyyatının  prioritetləri:  iqtisadi  artım,  dinamik  inkişaf. 
Bakı:  Sabah, 2008, 452 s. 
2.  Nadirov  A.  A.,  Nuriyev  Ə.  X.,  Muradov  Ş.  M.  Naxçıvan  iqtisadiyyatı  XX  əsrdə.  Bakı:  Elm, 
2000, 100 s. 
3. 
http://www.statistika.nmr.az/
   
4. 
http://www.e-qanun.az
   
ABSTRACT 
Gavadkhan  Gasimov 
 
THE  AGRICULTURAL  POLICY  OF THE  BASIS OF  HEALTHY  ECONOMY  OF 
NAKHCHIVAN  AUTONOMOUS  REPUBLIC 
The  article  discusses  the  role  of  the  agricultural  sector  in  social-economic  development  of 
Nakhchivan  Autonomous  Republic.  It  is  shown  that  the  agricultural  sector  plays  a  crucial  role  in  the 
formation  and  development  of  the  economic  structure  of  the  territory.  Also  emphasizes  that  the 
agricultural  sector  experienced  a  period  of  thorough  organization  in  the  all  periods  of  the  board  of 
the  National  leader  Haydar  Aliyev,  thanks  to sophisticated  political  activity.   
 
РЕЗЮМЕ 
Джавадхан Гасымов 
 
АГРАРНАЯ  ПОЛИТИКА  – ОСНОВА  ЗДОРОВОЙ  ЭКОНОМИКИ 
НАХЧЫВАНСКОЙ  АВТОНОМНОЙ  РЕСПУБЛИКИ 
В  статье  говорится  о  роли  аграрного  сектора  в  социально-экономическом  развитии 
Нахчыванской  Автономной  Республики.  Показано,  что  аграрный  сектор  играет  решающую 
роль  в  формировании  и  развитии  экономической  структуры  данной  территории.  Также 
подчеркивается,  что  во  все  периоды  правления  Национального  лидера  Гейдара  Алиева, 
благодаря    продуманной  политической  деятельности,  аграрный  сектор  переживал  период 
основательной организации. 
 
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
         Məqaləni  çapa təqdim  etdi:  İqtisad üzrə elmlər doktoru T.Abbasov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 

 
 
- 218 - 
 
BƏHRAM HƏSƏNOV 
 Naxçıvan Dövlət Universiteti 
UOT:  336.01 
 
LİBERAL  İQTİSADİYYATIN  TƏŞVİQİ  VƏ AQRAR SAHİBKARLIQDA 
İNNOVASİYALARIN  TƏTBİQİ 
 
        Azərbaycanda  iqtisadi  inkişafın  qeyri  –  neft  sektorunun  prioritetliyinə  əsaslanan  yolu 
seçdiyindən  aqrar  sektorun  inkişafı  iqtisadi  siyasətin  önəmli  istiqamətidir.  Bu  baxımdan  aqrar 
sahibkarlığın  inkişaf  etdirilməsi  innovasiyaların  tətbiqini  zərurətə  çevirir. 
 
      
 Açar  sözlər:  aqrar  elm,  yararlı  torpaq,  innovasiyaların  tətbiqi,  sahibkarlıq  fəaliyyəti, 
bitkiçilik, heyvandarlıq. 
           Key  words:  agricultural  science,  useful  lands,  applying  of  innovations,  owners  act, 
growing, cattle-breeding. 
        
Ключевые  слова:  аграрная  наука,  пригодная  почва,  внедрение  инновций, 
предпринимательская деятельность, растениеводство, животноводство. 
 
          Müstəqil  Azərbaycan  sosial-iqtisadi  inkişafının  elə  həlledici  mərhələsindədir  ki,  hazırda 
milli  maraqlar  baxımından  bütün  elm  sahələri  eyni  məsafədə  dayanır:  hər  birinin  müstəsnalığı, 
əhəmiyyəti  birmənalı  qəbul  olunur.  Hesab  edirik  ki,  respublikanın  milli  iqtisadi  inkişaf  modelinin 
nəzəri-praktik  əsaslandırılması  baxımından  aqrar  sektorda  həyata  keçirilmiş  islahatlara,  mövcud 
problemlərə  də  nəzər  salmaq,  aqrar  elmin  qarşısında  duran  vəzifələri  müəyyənləşdirmək  zəruridir. 
Bu  zərurəti  şərtləndirən  həm  də  odur  ki,  Azərbaycan  qeyri-neft  sektorunun  prioritetliyinə  əsaslanan 
inkişaf  yolu  seçməklə  yanaşı,  tarixən  aqrar-sənaye  respublikası  kimi  tanınmış  və ixtisaslaşmışdır. 
           Respublikada  bazar  təsərrüfatçılıq  sisteminə  transformasiya  prosesi  də  məhz  aqrar  sahədən 
başlamışdır.  Ulu  öndər  Heydər  Əliyevin  xalqın  təkidli  istəyi  ilə  1993-cü  ilin  iyununda  hakimiyyətə 
gəlişindən  sonra  bir  çox  sahələr  kimi  kənd  təsərrüfatında  da  90-cı  illərin  əvvəllərindən  özünü  kəskin 
büruzə  verən  tənəzzül  meyilləri  aradan  qaldırılmış,  səmərəli  islahatların  əsası  qoyulmuşdur.  Hər  bir 
vətəndaşın  mənafeyi  əsas  tutulmaqla  gerçəkləşdirilən  aqrar  islahatlar  ölkə  iqtisadiyyatında  bazar 
münasibətlərinin  qurulmasına,  torpaq  və  əmlakın  səmərəli  istifadə  edilməsinə,  aqrar  bölmənin  sahə 
strukturunun  təkmilləşdirilməsinə,  sahibkarlığın  formalaşması  və  inkişafı  bütünlükdə  bazar 
mexanizminin  qanunauyğunluqları  və  prinsiplərinə  tabe  etdirilmiş,  bu  sahədə  çoxsaylı  normativ-
hüquqi  aktlar  qəbul  edilmiş,  məhsulun  satışı,  gəlirlərin  bölüşdürülməsi  və  digər  texnoloji 
proseslərdə  mülkiyyət  mənsubiyyətindən  asılı  olmayaraq,  kənd  təsərrüfatı  əmtəə  istehsalçılarının 
təsərrüfat-iqtisadi  müstəqilliyi  təmin  edilmişdir. 
        
 Bu  kursu  keyfiyyətcə  yeni  mərhələdə  uğurla  davam  etdirən  Azərbaycan  Prezidenti  cənab 
İlham  Əliyevin  çevik  və  işlək  mexanizmlər  əsasında  gerçəkləşdirdiyi  islahatlar  nəticəsində 
respublika  aqrar-sənaye  kompleksini  inkişaf  etdirmək,  ərzaq  təminatını  yaxşılaşdırmaq  üçün  ilk 
növbədə  qanunvericilik  bazası  təkmilləşdirilmiş,  fermerlərə  yanacağın,  motor  yağının,  gübrənin 
alınmasına  çəkilən  xərclərin  50  faizinin  dövlət  tərəfindən  ödənilməsi,  taxıl  əkinlərinə  görə 
subsidiyaların  verilməsi  təmin  edilmiş,  texniki  təminatın  yaxşılaşdırılması  üçün  istehsalçılara  lizinq 
yolu  ilə  güzəştli  şərtlər  əsasında  texnikanın  və  gübrələrin  verilməsinə  başlanılmışdır.  Bütün  bunların 
nəticəsi  kimi,  hazırda  kənd  təsərrüfatı  məhsulları  istehsalında  özəl  bölmənin  xüsusi  çəkisi  99,7  faizə 
yüksəlmişdir. 
       
 Aqrar  sahə  SSRİ  dövründə  olduğu  kimi,  bu  gün  də  respublika  iqtisadiyyatının  prioritet 
inkişaf  istiqamətlərindən  biridir.  Respublikanın  ümumi  daxili  məhsulunun  təxminən  8,3  faizi  kənd 
təsərrüfatının  payına  düşür.  İqtisadi  fəal  3,8  milyon  əhalinin  1,5  milyonundan  çoxu,  yaxud  39  faizi 
aqrar  sahədə  çalışır.  Əhalinin  təxminən  yarısının  gəlirləri  məhz  aqrar  sahədə  formalaşdığından, 
qeyri-neft  sektorunda  bu  sahə  xüsusi  yer  tutur.  Azərbaycanın  zəngin  və  əlverişli  torpaq-iqlim  şəraiti, 
nisbətən  ucuz  işçi  qüvvəsi  və  ekoloji  cəhətdən  təmiz  məhsul  istehsal  etmək  imkanları  dünya 

 
 
- 219 - 
bazarında  yüksək  rəqabət  qabiliyyətinə  malik  olub  keyfiyyətli  ərzaq  məhsulları  istehsalı  üçün 
əlverişli  şərait  yaradır.  Kənd  təsərrüfatının  dinamik  inkişaf  etdirilməsi  yolu  ilə  əhalinin  keyfiyyətli 
ərzaq  məhsulları  ilə  təminatının  gerçəkləşdirilməsi  təkcə  iqtisadi  deyil,  həm  də  milli  təhlükəsizliklə 
bağlı  strateji  məsələdir.  Bütün  bunlar  isə  aqrar  elmin  müasir  dövrün  tələblərinə  uyğun 
müasirləşdirilməsini,  aqrar-sənaye  sahəsində  elmi-tədqiqat  işlərinin  keyfiyyətinin  yüksəldilməsini, 
elmi-təcrübi  yeniliklərin  istehsalata  tətbiqini,  bir  sözlə,  innovasiya  yönümlü  inkişafın  təmin 
edilməsi  vacibliyini  ön plana  çıxarır. 
            Beynəlxalq  təşkilatlar  tərəfinddən  aparılan  hesablamaya  görə,  2030-cu  ilə  qədər  dünyada 
420  milyon  hektar  kənd  təsərrüfatına  yararlı  torpaq  sahəsi  əhalinin,  sənaye  müəssisələrinin, 
infrastruktur  sistemlərinin  yerləşməsi  və  deqradasiya  prosesi  ilə  əlaqədar  aqrar  dövriyyədən 
çıxarılacaq.  Bu  müddətdə  insanların  kənd  təsərrüfatı  üçün  yararlı  torpaqlara  ehtiyacı  isə  əksinə 
artacaq.  Dünya  əhalisinin  sayı  8  milyardı  ötəcək  və  insanların  indikindən  daha  çox  kənd  təsərrüfatı 
məhsuluna,  xüsusilə  də yeyinti  məhsullarına  ehtiyacı  olacaq. 
        
 Oxşar  proses  Azərbaycanda  da  gedir.  Rəsmi  məlumatlara  əsasən,  ölkəmizdə  kənd 
təsərrüfatı  üçün  yararlı  torpaq  sahəsi  4,768  milyon  hektar,  əkin  yeri  1,843  milyon  hektardır.  1970-cı 
ildə  1,128  milyon  hektar  sahədə  kənd  təsərrüfatı  məhsullarının  yetişdirilməsi  kifayət  edirdisə  2014-
cü  ildə  bu  göstərici  1,421  milyon  hektara  yüksəlib.  O  cümlədən,  birillik  əkin  yerləri  863,5  min 
hektardan  1,2  milyon  hektara  qədər  artıb.  1970-ci  ildə  Azərbaycan  əhalisinin  sayı  5,227  miyon 
nəfər  idi.  O  zaman  adambaşına  düşən  yararlı  torpaq  sahəsi  0,81  hektar  təşkil  edirdi.  2014-cü  ildə 
ölkə  əhalisinin  sayı  9,535  milyon  nəfər,  adambaşına  düşən  yararlı  torpaq  sahəsi  0,51  hektar  oldu. 
Əkin  yerlərində  də  1970-cı  ildən  bəri  ciddi  artımın  olmasına  baxmayaraq  adambaşına  düşən  sahə 
0,26 hektardan  2014-cü ildəki  0,19 hektara  qədər geriləyib. 
      
 2014-cü  ilin  məlumatına  görə,  dünyada  adambaşına  düşən  əkin  sahəsi  0,25  hektardır.  Yəni, 
Azərbaycandan  daha  çoxdur.  İllər  ötdükcə  ölkəmizdə  adambaşına  düşən  əkin  yerləri,  kənd 
təsərrüfatında  yararlı  sahə  azalmaqda  davam  edəcək.  Bunun  bir  səbəbi  əhalinin  sayının 
artmasıdırsa,  digər  səbəbi  torpaqlardan  kənd  təsərrüfatı  məqsədi  üçün  düzgün  istifadə  edilməməsi 
ilə  əlaqədar  torpaqların  münbitliyini  itirməsidir. 
       
 Bu  proses  ondan  xəbər  verir  ki,  Azərbaycanda  gələcəkdə  yararlı  torpaqların  sahəsi  bir  qədər 
də  azalacaq.  Belə  vəziyyətdə  yeganə  çıxış  yolu  kənd  təsərrüfatı  sahəsi  üzrə  çalışan  sahibkarlara 
kiçik  sahədə  daha  çox  məhsul  əldə  etmək  qabiliyyətinin  aşılanmasıdır.  Torpaqdan  daha  səmərəli, 
daha  peşəkar  istifadə  olmalıdır.  Əks  təqdirdə  onsuz  da  az  olan  torpaqların  bir  hissəsi  də  sahibarların 
səhv  münsaibəti  nəticəsində  yararsız  vəziyyətə  düşəcək.  O  zaman  ölkəmiz  üçün  ərzaq  təhlükəsizliyi 
daha ağır  problemə  çevriləcək. 
       
  Torpaqdan  səmərəli  istifadə  edilmənin  isə  bir  yolu  var.  Müəxəssislərin  fikrincə,  yeganə 
çıxış  yolu  kənd  təsərrüfatında  innovasiyaların  tədbiqidir.  Hesab  edilir  ki,  Azərbaycanda  indi 
innovasiyalara  ən  çox  ehtiyac  duyan  sahə  məhz  kənd  təsərrüfatıdır.  Mütəxəssislər  qəti  əmindir  ki, 
aqrar  sahənin  bütün  sektorlarında  innovasiyaların  tətbiqi  həm  torpaqların  yararlılığını  qoruyar,  həm 
də  aqrar  sahədə  sahibkarlıq  fəaliyyətinin  əlverişliliyi  artırar  ki,  bununla  da  ölkə  əhalisinin  kənd 
təsərrüfatı  məhsulları  ilə  yerli  istehsal  hesabına  təminatı  tam  həllinin  tapar. 
     
 İnnovasiya  yenilikdir.  Lakin  hər  yenilik  innovasiya  sayıla  bilməz.  İnnovasiya  elə  bir 
yenilikdir  ki,  o  tədbiq  edildiyi  sahədə  müsbət  dəyişikliklərə  səbəb  olur,  səmərəliliyi  artırır.  Konkret 
olaraq  aqrar  sahədən  söhbət  gedirsə,  innovasiya  torpağın  şumlanmasından  başlayaraq,  məhsulun 
əkilməsindən, 
ona 
qulluq 
edilməsindən, 
suvarılmasından, 
becərilməsindən, 
məhsulun 
saxlanılmasında  qədər bütün  mərhələləri  əhatə  etməsi  zəruridir. 
        
Hazırda  dünyada  torpağın  şumlanmasının  elə  bir  yeni  forması  var  ki,  o  torpağın  hums 
qatının  (bitkinin  yetişməsi  üçün  mineral  maddələrlə  zəngin  olan  torpaq  təbəqəsi)  qorunmasına 
xidmət  edir  və  sonradan  torpağa  daha  çox  gübrənin  verilməsinə  ehtiyac  qalmır.  Azərbaycanda 
tədbiq  edilən  şumlama  üsulu  isə  köhnə  üsuldur  və  bu  üsulla  aparılan  şumlama  torpağın  hums  qatını 
ciddi  dərəcədə  dağıdır.  Buna  görə  də,  bitkinin  yetişməsi  üçün  torpağa  böyük  miqdarda  gübrələrin 
verilməsi  şərtdir. 
           Əkilən  bitkilərin  suvarılması  məsələsinə  də  xüsusi  diqqət  ayrılır.  Qabaqcıl  təcrübədə  əkin 
sahələrinin  damcı  və  yağış  yağdırma  üsulu  ilə  suvarılmasına  üstünlük  verilir.  Ölkəmizdə  isə  daha 

 
 
- 220 - 
geniş  yayılan  selləmə  usuludur.  Selləmə  üsulu  sudan  10  dəfə  artır  istifadəyə  səbəb  olmaqla  bərabər 
əkin  sahələrinin  şoranlaşması  ilə  də nəticələnir. 
          Eyni  fikri  heyvandarlıq  haqqında  da  demək  olar.  Azərbaycanda  1,6  milyon  baş  sağılan  iri 
buynuzlu  heyvanın  olduğu  bildirilir.  Bu  heyvanlardan  il  ərzində  1,6  milyon  ton  süd  sağılır. 
Müqayisə  üçün  deyək  ki,  İspaniyada  800  min  baş  sağılan  heyvan  var  və  onlardan  bir  ildə  6  milyon 
ton süd  alınır. 
       
Bu  fakt  onu  göstərir  ki,  ölkəmizdə  məhsul  istehsalının  artırılmasının  yeganə  yolunu 
sahibkarlar  daha  çox  heyvan  saxlamaqda,  yaxud  kəmiyyəti  artırmaqda  görür.  Halbuki,  sahibkarlar 
yeni  innovasiyaları  tətbiq  etməklə  (burada  yeni  innovasiya  daha  məhsuldar  cinslərin  saxlanılması, 
saxlanma  şəraitinin  və  yemləmənin  yüksək  standartlara  cavab  verməsidir)  daha  az  sayda  heyvandan 
daha çox məhsul  və həm  də daha  çox gəlir  qazana  bilər. 
        
Azərbaycanda  son  23  ilin  təcrübəsi  göstərir  ki,  yeni  innovasiyaların  tətbiqini  sahibkarların 
seçiminə  buraxmaq  olmaz.  Vaxt  gedir,  ötən  müddət  daha  böyük  torpaq  sahəsinin  yararsız  hala 
düşməsinə,  əhalinin  ərzaq  təminatının  çətinləşməsinə  səbəb  ola  bilər.  Buna  görə  də  mütəxəssislər 
kooperativ  təsərrüfatların  yaradılmasına  dövlət  dəstəyinin  göstərilməsini  vacib  hesab  edir.  Onların 
fikrincə,  kənd  təsərrüfatı  üzrə  fəaliyyət  göstərən  fərdi  sahibkarlar  da  dövlət  dəstəyinin  və  kənd 
təsərrüfatı  məhsullarına  dövlət  sifarişinin  olmasını  zəruri  sayır. 
        
Eyni  zamanda  dövlət  sahibkarlara  verdiyi  maliyyə  dəstəyinin  meyarlarında  dəyişiklik 
etməlidir.  Hazırkı  şərtlərdə  dövlət  əkilən  hər  torpaq  sahəsinə  görə  sahibkara  40  manat  subsidiya 
ayırır.    Buğda  əkinində  bu  məbləğ  80  manatdır.  Amma  təcrübə  göstərir  ki,  bu  cür  subsidiyalaşma 
siyasəti  sahibkarları  innovasiyaların  tətbiqinə  stimullaşdırmır.  Mütəxəssislər  subsidiya  ayrılan 
zaman  üstün  texnologiyalardan  istifadəyə  xüsusi  diqqət  ayrılmasını  tövsiyə  edir.  Məsələn, 
Türkiyədə  əkin  sahəsini  damçı  və  ya  yağış  yağdırma  üsulu  ilə  suvarmayan  sahibkar  subsidiya  ala 
bilmir.  Dövlət  orada  qabaqcıl  texnologiyalardan  istifadə  məqsədilə  sahibkara  dəstək  də  verir.  Eyni 
təcrübədən  Azərbaycanın  da istifadə  etməsi  tövsiyə  edilir. 
           Aqrar  sahədə  innovasiya  problemləri  ilə  bağlı  hər  bir  ölkədə  aqrar  sektorda  həyata  keçirilən 
innovasiya  siyasəti  -  elmi-texniki  istiqamətlərin  düzgün  seçilməsi,  zəruri  iqtisadi  şəraitin,  o 
cümlədən  kənd  təsərrüfatına  maliyyə  dəstəyinin  mövcud  olması  ilə  şərtlənir.  Belə  ki,  aqrar  sektorda 
innovasiya  sistemi  maddi-texniki  resursların  mövcudluğu  və  elmi-texniki  potensialla  müəyyənləşir. 
İnnovasiya  siyasətinin  məqsədi  məhsulun  rentabelli  istehsalı,  makrosəviyyədə  isə  innovasiya 
fəallığının 
artırılması  üçün  şəraitin  yaradılması,  elmi  mexanizmlərin  formalaşdırılma-sından 
ibarətdir.  Məhz  həmin  mexanizmlərin  köməyi  ilə  istehsalın  təşkilati,  iqtisadi,  texniki  və  texnoloji 
yeniləşdirilməsi  prosesi  həyata  keçirilir. 
       
İnnovasiya 
fəaliyyətinin 
səviyyəsi 
kadrların 
təhsilindən, 
texniki-texnoloji 
hazırlıq 
səviyyəsindən,  baza  ixtisasının  mövcud  olub  -  olmamasından  asılıdır.  Bu  amil  innovasiyanın 
qavranılmasını 
və 
istehsalatda 
onun 
istifadəsindən 
gözlənilən 
səmərənin 
əvvəlcədən 
qiymətləndirilməsini  təmin  edir.  Bazar  iqtisadiyyatı  şəraitində  çoxukladlı  kənd  təsərrüfatının 
səmərəliliyi  mütəxəssislərin  hazırlıq  səviyyəsindən  və  işgüzar  keyfiyyətlərindən  asılıdır.  İstehsalın 
təkmilləşdirilməsi,  sahibkarlıq,  menecment,  marketinq  və  qiymətyaratma,  vergitutma  və  maliyyə-
kredit  təminatı,  xarici  iqtisadi  fəaliyyətin  əsasları,  habelə  hüquq  məsələlərinə  dair  biliklərin 
mənimsənilməsi  praktik  mütəxəssis  və  rəhbər  işçi  üçün  zəruri  keyfiyyətlərdir.  Kadr  ehtiyatlarının 
zəruri  keyfiyyət  dəyişiklikləri  aqrar  sahə  mütəxəssislərinin  hazırlanmasını,  əmək  bazarında 
vəziyyətin  dəyişməsi  ilə  əlaqədar  təkrar  hazırlıq  və  ixtisas  səviyyəsinin  artırılması  sisteminin 
təkmilləşdirilməsini  nəzərdə  tutur.  Bu  sistem  işçinin  bazar  konyunkturunun  dəyişməsi  şəraitində 
peşəkarlıq  baxımından  səriştəli  və  mobil,  lazım  gəldikdə  qısa  müddətdə  başqa  peşə  öyrənməyə 
hazır,  informasiya  axınından  baş  çıxara  bilən,  innovasiyaları  qavramağı,  daim  öz  ixtisas  səviyyəsini 
artırmağı  bacaran  vəziyyətdə  olmasına  imkan  verən  biliklər  həcmində  fundamental  baza  təhsili 
almaq  konsepsiyasını  əsas götürməlidir. 
       
Fikrimizcə,  araşdırma  və  təhlillər  göstərir  ki,  kənddə  azad  sahibkarlığı  inkişaf  etdirmək, 
istehsal  vasitələri  və  torpaq  üzərində  sahibkarlıq  hissini  yaratmaq,  sərbəst  mütərəqqi  təsərrüfatçılıq 
üsullarına  keçmək,  yeni  mülkiyyət  münasibətlərini  formalaşdırmaq,  torpaqdan,  texnikadan,  sudan 
və  sair  maddi  ehtiyatlarından  səmərəli  istifadə  etmək  yolu  ilə  məhsul  istehsalını  artırmaq 

 
 
- 221 - 
mümkündür.  Bütün  bu  məqsədlərin  uğurla  gerçəkləşdirilməsində  isə,  ilk  növbədə  aqrar  elm  öz 
sözünü  deməlidir.  Eyni  zamanda,  bu  sahənin  mütəxəssisləri  Azərbaycan  vətəndaşlarının  gələcəkdə 
ərzaq  məhsullarına  tələbatının  elmi  proqnozlarını  irəli  sürməli,  istehsal  prosesinin  effektivliyini 
artırmağa  xidmət  edən,  təcrübədə  özünü  doğruldan  yeni  metodlar  üzərində  işləməlidirlər.  Bir  sözlə, 
aqrar  sahədə  effektiv  və  əsaslandırılmış  elmi  proqnozların  irəli  sürülməsi  Azərbaycanın  ərzaq 
təhlükəsizliyinin  etibarlı  təminatı  baxımından  son dərəcə vacib  və aktual  məsələdir. 
      
 Hər  bir  ölkənin  innovasiya  inkişafının  səmərəliliyi  aqrar  sektorda  həyata  keçirilən 
innovasiya  siyasəti  –  elmi-texniki  istiqamətlərin  düzgün  seçilməsi,  zəruri  iqtisadi  şəraitin,  o 
cümlədən  kənd  təsərrüfatına  maliyyə  dəstəyinin  mövcud  olması  ilə  şərtlənir.  Dünya  iqtisadiyyatının 
qloballaşması  şəraitində  Azərbaycanda  aqrar  bölmənin  sabitliyi  və  dünya  kənd  təsərrüfatı  bazarına 
inteqrasiyası,  ərzaq  təhlükəsizliyinin  təmini,  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsi,  ilk  növbədə, 
səmərəli  elmi  nailiyyətlərdən  istifadə  yolu  ilə  gerçəkləşə  bilər. 
       
Aqrar  sektorda  innovasiya  sistemi  maddi-texniki  resursların  mövcudluğu  və  elmi-texniki 
potensialla 
müəyyənləşir. 
İnnovasiya 
siyasətinin 
məqsədi 
məhsulun 
rentabelli 
istehsalı, 
makrosəviyyədə  isə  innovasiya  fəallığının  artırılması  üçün  şəraitin  yaradılması,  elmi  mexanizmlərin 
formalaşdırılmasından  ibarətdir.  Məhz  həmin  mexanizmlərin  köməyi  ilə  istehsalın  təşkilati,  iqtisadi, 
texniki 
və 
texnoloji 
yeniləşdirilməsi 
prosesi 
həyata 
keçirilir. 
İnnovasiya 
siyasətinin 
formalaşdırılmasında  bir  sıra  mühüm  amillərin  nəzərə  alınması  vacibdir: 
       -  innovasiya  bazarında,  iqtisadiyyatda,  məhsulların  və  texnologiyaların  çeşidində  strateji 
dəyişikliklərin  qabaqcadan  proqnozlaşdırılması; 
      -  innovasiya  qərarlarına  müvafiq  münasibət  bildirilməsi  və  onların  dəstəklənməsi  üçün  zəruri 
tədbirlərin  hazırlanması; 
      - innovasiya  dinamikasının  ilkin  şəraitinin  aşkar edilməsi. 
       
İnnovasiya 
fəaliyyətinin 
səviyyəsi 
kadrların 
təhsilindən, 
texniki-texnoloji 
hazırlıq 
səviyyəsindən,  baza  ixtisasının  mövcud  olub-olmamasından  asılıdır.  Bu  amil  innovasiyanın 
qavranılmasını 
və 
istehsalatda 
onun 
istifadəsindən 
gözlənilən 
səmərənin 
əvvəlcədən 
qiymətləndirilməsini  təmin  edir.  Bazar  iqtisadiyyatı  şəraitində  çoxukladlı  kənd  təsərrüfatının 
səmərəliliyi  mütəxəssislərin  hazırlıq  səviyyəsindən  və  işgüzar  keyfiyyətlərindən  asılıdır.  İstehsalın 
təkmilləşdirilməsi,  sahibkarlıq,  menecment,  marketinq  və  qiymətyaratma,  vergitutma  və  maliyyə-
kredit  təminatı,  xarici  iqtisadi  fəaliyyətin  əsasları,  habelə  hüquq  məsələlərinə  dair  biliklərin 
mənimsənilməsi  praktik  mütəxəssis  və  rəhbər  işçi  üçün  zəruri  keyfiyyətlərdir.  Kadr  ehtiyatlarının 
zəruri  keyfiyyət  dəyişiklikləri  aqrar  sahə  mütəxəssislərinin  hazırlanmasını,  əmək  bazarında 
vəziyyətin  dəyişməsi  ilə  əlaqədar  təkrar  hazırlıq  və  ixtisas  səviyyəsinin  artırılması  sisteminin 
təkmilləşdirilməsini  nəzərdə  tutur.  Bu  sistem  işçinin  bazar  konyunkturunun  dəyişməsi  şəraitində 
peşəkarlıq  baxımından  səriştəli  və  mobil,  lazım  gəldikdə  qısa  müddətdə  başqa  peşə  öyrənməyə 
hazır,  informasiya  axınından  baş  çıxara  bilən,  innovasiyaları  qavramağı,  daim  öz  ixtisas  səviyyəsini 
artırmağı  bacaran  vəziyyətdə  olmasına  imkan  verən  biliklər  həcmində  fundamental  baza  təhsili 
almaq  konsepsiyasını  əsas götürməlidir. 
 
1   ...   24   25   26   27   28   29   30   31   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə