Scientific works



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə31/32
tarix24.04.2017
ölçüsü5.01 Kb.
1   ...   24   25   26   27   28   29   30   31   32

ƏDƏBİYYAT 
 
      1. Azərbaycan  Respublikasının  Konstitusiyası,  1995 
      2.Aqrar sferanın  iqtisadiyyatı  və idarə  edilməsi.  Dərslik.  Bakı-2011 
      3.V.Niftullayev.  Sahibkarlığın  əsasları.  Bakı,  2008 
     4. “Azərbaycanın  statistik  göstəriciləri”.  Azərbaycan  Dövlət  Statistika  Komitəsi.  Bakı  2014. 
 
 
 
ABSTRACT 
Hasanov B.H 
Development of Literal  economy  and  applying  of the agricultural  innovations. 

 
 
- 222 - 
      As  Azerbaijan  selected  non-oil  sector  as  the  main  way,  development  of  agricultural  sector  is  the 
main  way  of  economical  policy.  From  this  side  developing  agricultural  possessor  made  the  applying 
of innovations  necessity. 
РЕЗЮМЕ 
             Гасанов Б.Г                                                     
Поощрение  либеральной эканомики и внедрение инновации в аграрном 
предпринимательстве 
         Так-как  Азербайджаном  выбран  путь  экономического  развития,  основанной  на 
приоритетах  развития  не  нефтяного  сектора  ,  развитие  аграрного  сектора  является 
важнейшим направлением экономческой политики. С этой точки зрения развитие аграрного 
предпринимательства превращает в необхдимость вндрения инноваций. 
 
                                                                     
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
         Məqaləni  çapa təqdim  etdi:  Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent N.Rəhimov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 
 

 
 
- 223 - 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 
 
CEYHUN  MAHMUDOV 
Naxçıvan Dövlət Universiteti 
TÜKAZBAN  HACIYEVA 
UOT:  658 
AZƏRBAYCAN  RESPUBLİKASINDA  NAĞDSIZ  HESABLAŞMALARIN  MÜASİR 
İNKİŞAF  PROSESİ 
  Açar  sözlər:  nağdsız  hesablaşmalar,  nağdsız  ödəniş  sistemi,  plastik  kartlar, POS-terminal, 
Hökumət Ödəniş Portalı (HÖP) 
Key  words:  the  non-cash  settlements,  the  payment  system  of  non-cash,  the  plastic  cards, 
POS-terminal,  the  payment  portal  of government. 
 
    Ключевые слова: безналичные расчеты, безналичная система оплаты, пластиковые 
карты, РОS-терминал, Правительственный Платежный Портал (ППП). 
 
Ölkə  iqtisadiyyatını  gücləndirmək  və  inkişaf  etdirmək  üçün  ilk  növbədə  pul  dövriyyəsini 
yaxşılaşdırmaq  lazımdır.  Bu  da  təbii  haldır,  ona  görə  ki,  bazar  iqtisadiyyatı  –  pul  iqtisadiyyatıdır,  pul 
sferasını  nizamlamadan  sabit  iqtisadi  artıma  nail  olmaq  mümkün  deyil.  Maddi  nemətlərin  əldə 
edilməsi  və  xidmət  göstərilməsi  ilə  bağlı  bütün  sazişlər  pul  hesablaşmaları  ilə  nəticələnir.  Pul 
hesablaşmaları  –  nağd  və  nağdsız  formada  pulun  öz  funksiyalarını  yerinə  yetirərkən  əmtəələrin 
reallaşmasına  xidmət  edən,  həmçinin  qeyri-əmtəə  məhsullarının  və  təsərrüfatda  hesablaşmaların 
hərəkəti  formasıdır.  Nağd  və  nağdsız  hesablaşmaların  köməyi  ilə  əmtəələrin  dövriyyəsi  prosesi, 
həmçinin  aktivlərin  və  borc  kapitalının  hərəkəti  həyata  keçirilir.  Bankların  çoxsahəli  şəbəkəsi  nağdsız 
hesablaşmaların  geniş  tətbiqinə,  eləcə  də  dövlət  səviyyəsində  onların  inkişafının  makroiqtisadi 
proseslərin  tənzimləyicisi  kimi  iştirak  etməsinə  imkan  yaradır. 
Respublikamızda  bu  gün  həyata  keçirilən  sosial-iqtisadi  strategiyanın  ən  əsas  prinsiplərindən 
biri  nağdsız  hesablaşmaların  müasir  inkişafını  təmin  etməkdir.  Bunun  başlıca  səbəbi  nağdsız  pul 
hesablaşmaları  vasitəsi  ilə  tədavül  xərclərinə  əhəmiyyətli  dərəcədə  qənaət  edilməsi,  dövriyyə 
vəsaitlərinin  dövriyyəsinin  sürətlənməsi,  dövriyyədə  nağd  pulun  həcminin  azalması,  nağd  pulun  çap 
edilməsindəki  və  çatdırılmasındakı  gecikmələrin  məhdudlaşdırılması  və  s.  kimi  üstün  xarakterik 
cəhətlərin  olmasıdır. 
Azərbaycanda siyasi-iqtisadi 
müstəqilliyin 
möhkəmləndirilməsi,  büdcə  siyasətinin  uğurla 
həyata  keçirilməsi,  beynəlxalq  aləmdə  mövqeyinin  güclənməsi  çoxmilyardlı  xarici  investisiyaların 
axınına,  iqtisadi  əlaqələrin  inkişafına  səbəb  olmaqla  yanaşı,  nağdsız  pul  dövriyyəsini  genişləndirir. 
Belə  ki,  statistik  məlumatlara  əsasən  2014-cü  ildə  Azərbaycanda  ümumi  daxili  məhsulda  nağdsız 
dövriyyənin  həcmi  2%-dən  7%-ə  yüksəlmişdir.  Eyni  zamanda,  2005-2014-ci  illərdə  ümumi  pul 
dövriyyəsində  nağdsız  dövriyyənin  həcmi  13,5%-dən  27,6%-ə  yüksəlmişdir.  Lakin  hazırkı  artım 
göstəricisini  yetərli  hesab  etmək  mümkün  deyil. 
 Ölkədə  nağdsız  hesablaşmaların  inkişafı  banklar  və  kart  sahibləri  tərəfindən  paralel  şəkildə 
həyata  keçirilməlidir.  Dövlət  bu  istiqamətdə  müəyyən  çağırışlar  edir  və  addımlar  atır.  Lakin  əgər 
müştəri  rolunda  çıxış  edən  insanlar  ticarət  şəbəkələrində  kartlar  ilə  hesablaşma  aparmasa, 
bankomatlar  vasitəsilə  pulu  nağdlaşdırmağa  davam  etsələr  belə  təşəbbüslərin  dəyəri  heçə  enə  bilər. 
Başqa sözlə  desək, vətəndaşlar  özləri  nağdsız  hesablaşmalarda  maraqlı  olmalıdırlar. 
 Qeyd  edək  ki,  ölkəmizdə  müasir  milli  ödəniş  sisteminin  yaradılması  məqsədilə  elektron 
hesablaşma  mexanizmi  yaradılmışdır.  Bank  sistemində  istifadə  edilən  elektron  hesablaşmaların  fəa-
liyyət  mexanizmi  plastik  kartların  istifadəsinə  əsaslanır.  Bu  isə  öz  növbəsində  ödənişlərin  real  vaxt 
rejimində  elektron  qaydada  və  plastik  kartlar  vasitəsilə  şəffaf,  təhlükəsiz,  səmərəli  reallaşdırılmasına 
geniş  imkanlar  açır.  Plastik  kartlar  özündə  bankomatlar  vasitəsi  ilə  həyata  keçirilən  əhalinin  ticarət  və 
kütləvi  iaşə  təşkilatları  ilə  hesablaşmalarının  elektron  sistemini  və  müştərilərlə  iş  yerlərində  aparılan 
bank  hesablaşmaları  sistemini  birləşdirir.  Son  dövrlərdə  əhalinin  mütləq  əksəriyyətinin  plastik 
kartlarla  təmin  edilməsi  nağdsız  pul  hesablaşmalarının  kütləviliyi  üçün  əlverişli  şərait  yaratmışdır. 

 
 
- 224 - 
Məsələn,  hazırda  plastik  kartlar  vasitəsilə  bütün  dünya  üzrə  24  saat  ərzində  30  milyondan  artıq  ticarət 
və xidmət  məntəqəsində  alış-veriş  etmək,  xidmətlərdən  faydalanmaq  mümkündür. 
Fikrimizcə,  cəmiyyətimizdə  plastik  kartlardan  istifadə  səviyyəsini  yüksəltmək  üçün  ilk 
növbədə  insanların  məlumatlandırılması,  plastik  kartlardan  istifadənin  üstünlükləri  və  onlar  üçün 
əhəmiyyətinin  təbliğ  edilməsi  zəruridir.  Hər  hansı  bir  konkret  məbləğin  (vəsaitin)  ödənilməsində 
istifadə  edilən  müasir  texniki  imkan  –  “elektron  pul”  hansı  xüsusiyyətlərinə  görə  üstünlüyə  malikdir. 
Plastik  kartlardan  istifadənin  üstünlükllərindən  bəhs  etməzdən  əvvəl  bir  parantez  açmaq  istərdim. 
Qeyd  edək ki, muxtar respublikada plaştik kart istifadəçilərinin sayı ilbəil artır. Belə ki, 2008-ci ildə 
bu rəqəm 80123 olmuşdursa, 2014-cü ilin 8 ayının yekununa görə bu rəqəm 155504 olmuşdur. Başqa 
sözlə  desək,  müqayisə  edilən  bu  dövrlər ərzində plastik kart istifadəçilərinin sayı 1,9 dəfə artmışdır. 
Lakin  plastik  kartların  çoxsaylı  imkanlarının  olmasına  baxmayaraq  muxtar  respublikada  plastik 
kartlardan  əksər  hallarda  hesabda  olan  vəsaitin  bankomat vasitəsilə nağdlaşdırılması üçün istifadə 
olunur. 
Halbuki,  plastik  kartlar  bir  sıra  unikal  üstünlüklərə  malikdir: 

 
Plastik  kartdan  istifadənin  rahat  olması  (rahatlıq) 
1.
 
ölkə  xaricində  və  daxilində  hər  cür  alış-veriş  əməliyyatları  aparmaq  imkanının  olması,  məhsul 
və xidmətlərin  dəyərinin  ödənilməsi; 
2.
 
konvertasiya  əməliyyatı  zamanı  əməliyyatların  istənilən  valyutada  həyata  keçirilməsi; 
3.
 
səyahət  zamanı  nağd  pulla  bağlı  ehtiyacların  ödənilməsi.  xüsusən  xarici  səfərlərə  gedərkən 
nağd  pul  apamağa  ehtiyacın  olmaması  və  pulu  yerli  valyutaya  dəyişərkən  saxta  əskinazları  almaq 
təhlükəsinin  olmaması; 
4.
 
xarici  səfərlərə  gedərkən  gömrükdən  keçirilən  pul  vəsaitlərinin  bəyan  edilməsinə  ehtiyacın 
olmaması. 
5.
 
müştərinin  istəyinə  uyğun  olaraq  eyni  kart  hesabına  bir  neçə  kart  bağlana  bilər.  Bu  yolla  eyni 
ailənin  bir  neçə  üzvü  əlavə  kart  hesabı  açmadan  öz  şəxsi  kartı  hesabına  bu  vəsaitlərdən  istifadə  edə 
bilər. 

 
Təhlükəsizlik  -  ödəniş  kartının  itməsi  və  ya  oğurlanması  zamanı  bankı  vaxtında  məlumatlan-
dırmaqla  pul  vəsaitlərindən  istifadənin  qarşısının  alınması; 

 
Vaxta  qənaət 
1.
 
fərqli  ödənişlərin  eyni  vaxta  evdən  və ya iş  yerindən  ayrılmadan  yerinə  yetirilməsi; 
2.
 
vergi  və rüsumların,  kommunal  xərclərin  internet  vasitəsilə  ödənilməsi; 
3.
 
mehmanxana  nömrələrinin,  restoranda  stol  qeydiyyatının  öncədən  sifariş  edilməsi; 
4.
 
avia  biletlərinin,  mal  və xidmətlərin  internet  vasitəsi  ilə  alışı. 

 
Şəxsi  büdcənin  səmərəli  planlaşdırılması 
1.
 
pul  vəsaitlərinin  daxil  olması  və xərclənməsi  barədə hesabatın  əldə  edilməsi; 
2.
 
hesabda  olan  vəsaitlərə  depozit  faizlərin  hesablanması; 
3.
 
ödəniş  kartı  vasitəsilə  həyata  keçirilən  əməliyyatlar  üzrə  bonusların  əldə  edilməsi  və  ya 
xərclənən  məbləğin  müəyyən  hissəsinin  həyata  keçirilən  kampaniya  çərçivəsində  hədiyyə  şəklində 
geri  əldə  etmək  imkanının  olması. 
İnsanların  nəzərinə  plastik  kartlardan  istifadənin  yuxarıda  vurğuladığımız  üstünlüklərinin 
çatdırılması, fikrimizcə, nağdsız dövriyyənin həcminə əhəmiyyətli təsir göstərə bilər.   
Azərbaycanda  plastik  kartlar  hər  cür  nağdsız  ödənişlərə  imkan  yaradır.  Azərbaycanda  «Ata 
Bank»  ASC  «Visa»  beynəlxalq  ödəniş  sisteminin  üzvü  olaraq  «Visa  Electron»,  «Visa  Classic»,  «Visa 
Gold»,  «Visa  Business»  və  «Visa  Platinum»  kartlarını  emissiya  edir.  2012-ci  ildən  bank,  həmçinin, 
«Maestro»,  «Master  Card  Standard»,  «Master  Card  Gold»  və  «Master  Card  Platinum»  kartlarını 
dövriyyəyə  buraxmışdır  ki,  bu  da  nağdsız  hesablaşmaların  əhatə  dairəsinin  genişləndirilməsinə 
xidmət  edir. 
Respublikamızda  nağd  hesablaşmaların  məhdudlaşdırılması  və  alğı-satqı  əməliyyatlarının 
əsasən  nağdsız  ödəmələr  vasitəsilə  aparılması  işinə  təxminən  8  il  əvvəl  start  verilmişdir.  Azərbaycan 
Respublikası  prezidenti  İ.H.Əliyevin    sərəncamı  ilə  2004-cü  ilin  dekabrında   “Azərbaycan 
Respublikasında  Milli  Ödəniş  Sisteminin  inkişafı  üzrə  2005-2007-ci  illər  üçün  Dövlət  Proqramı”nın 
təsdiq  edilməsi  nağdsız  hesablaşmaların  tətbiqi  prosesini  gücləndirmişdir.  İstənilən  prosesdə  şəffaflıq 

 
 
- 225 - 
yaratmaqla  yanaşı,  nağd  hesablaşmaların  məhdudlaşdırılması  anti-inflyasiya  tədbirlərindən  biri  kimi 
də həyata  keçirilir  ki, bu prosesin  tərkib  hissəsi  POS-terminalların  tətbiqidir. 
 
Dövlət  Proqramının  icrasına  başlanılan  ötən  dövr  ərzində  Milli  Ödəniş  Sistemində  iştirak 
edən  bankların  sayı  44-ə,  onların  filial  və  şöbələrinin  sayı  isə  827-yə  çatmışdır.  Bütövlükdə  həmin 
banklar  tərəfindən  quraşdırılmış  bankomatların  sayı  2006-cı  ilə  nisbətən  2,7  dəfə  artaraq  2168-ə, 
POS-terminalların  sayı  isə  21  dəfədən  çox  artaraq  33.568-ə  çatmışdır.  POS-terminalların  32  mindən 
çoxu  obyektlərdə,  1000-ə  yaxını  taksilərdə  quraşdirilmışdır.  Ümumilikdə  4  kart  sistemi  -  «Azəri 
Kart»,  «Milli  Kart»,  «Kapital  Kart»  vasitəsilə  dövriyyəyə  4,58  milyon  kart  buraxılmışdır.  Bunlardan 
2,55  milyonu  sosial  ödəniş  kartı,  1,33  milyonu  maaş  kartı,  0,18  milyonu  kredit  kartı,  0,55  milyonu 
digər  təyinatlı  kartlardır. 
Respublikamızda  nağdsız  hesablaşmaların  stimullaşdırılması  məqsədilə  müəyyən  dövr  üçün 
bonus  sistemlərinin  tətbiq  edilməsi  məqsədəuyğundur.  Bu  zaman  plastik  kartlardan  istifadə  edərək 
alğı-satqı  edənlərin  ödədiyi  vəsaitin  bir  qismi  (məsələn,  3  faizi)  sonradan  həmin  şəxsin  hesabına 
qaytarıla  bilər.  Bu,  vətəndaşları  nağdsız  hesablaşmalardan  istifadəyə  təşviq  edər.  Bununla  da, 
vətəndaşlarda  plastik  kartlardan  istifadə  ənənəsi  formalaşar  ki,  bu  da  uzunmüddətli  dövr  üçün  nağdsız 
hesablaşmalardan  istifadə  üçün  daha çox zəmin  yaradacaqdır. 
2011-ci  ildə  www.apus.az  Hökumət  Ödəniş  Portalının  (HÖP)  yaradılması  nağdsız  ödənişlərin 
həcminin  artırılması  sahəsində  həyata  keçirilmiş  mühüm  layihələrdən  biri  kimi  qiymətləndirilir  ki, 
ötən  il  ərzində  həmin  sistem  vasitəsilə  həyata  keçirilmiş  orta  günlük  ödənişlərin  sayı  64  min,  həcmi 
1,05  milyon  manat  olmuşdur.  HÖP  vasitəsilə  vergi  və  gömrük  rüsumlarını,  icarə  haqlarını,  inzibati 
cərimələri  və digər  ödənişləri  real  vaxt  rejimində  elektron  formada  ödəmək mümkündür. 
Azərbaycanda  nağdsız  ödəniş  sisteminin  tətbiqi  ilə  bağlı  digər  ölkələrin  təcrübəsinə  də  istinad 
olunmalıdır.  Xüsusən  də  nağd  ödənişlər  üçün  müəyyən  məhdudlaşdırıcı  həddin  müəyyənləşdirilməsi 
zamanı  xarici  təcrübənin  öyrənilməsi  vacibdir.  Lakin  bununla  yanaşı,  əhali  arasında  maarifləndirmə 
tədbirlərinin  genişləndirilməsi  də  zəruri  məsələlərdən  biridir.  Fikrimizcə,  bu  prosesdə  dövlət 
qurumları,  biznes  strukturları  ilə  yanaşı,  medya  və  vətəndaş  cəmiyyəti  institutlarının  da  fəal 
iştirakının  təmin  olunması  vacibdir.   
Qeyd  edək  ki,  mütəxəssislər  əmindir  ki,  nağdsız  hesablaşmaların  zaman  ötdükcə  nağd 
hesablaşmaları  tədavül  sferasından  sıxışdırıb  çıxaracağı  labüddür.  Çünki  bu,  dünya  tendensiyasının 
tələbidir.  Onların  fikirlərinə  əsasən  onu  söyləmək  olar  ki,  nağdsız  hesablaşmaların  səviyyəsi  ölkə 
iqtisadiyyatının  inkişafını  müəyyən  edən  əsas  meyarlardan  biridir.  Yəni  iqtisadi  tərəqqi  nə  qədər 
yüksək  olarsa,  dövriyyədə  bir  o  qədər  az  nağd  pul  olar.  Nağd  pulun  azlığı  həm  korrupsiyaya,  həm 
vergidən  yayınmaya,  həm  də  qara  bazara  vurulan  ciddi  zərbədir.  Bir  sözlə,  bütün  bunlar  əhalinin 
həyat  və yaşam  səviyyəsinin  yüksəldilməsinə  xidmət  edən amillərdən  biridir. 
Nağdsız  hesablaşmalar  inkişaf  etmiş  ölkələrdə  olduğu  kimi  Azərbaycan  üçün  də  hər  cəhətdən 
səmərəlidir.  Müasir  dünyada  yüksək  mədəniyyət  göstəricisi  kimi  qəbul  olunan  nağdsız  ödənişlərin 
korrupsiya,  rüşvətxorluq  və  vergidən  yayınma  hallarına  qarşı  səmərəli  mübarizə  vasitəsi  olduğundan 
dövlət  biznes  strukturlarını  bu  sahədə  həyata  keçirdiyi  tədbirlərə  dəstək  verməyə  çağırmışdır.  Nağd 
hesablaşmalardan  fərqli  olaraq  nağdsız  hesablaşmaların  üstün  cəhəti  pul  vəsaitlərini  nəzarətdən  və 
vergiyə  cəlb  olunmaqdan  gizlətməyin  mümkünsüzlüyü,  pulun  hərəkəti  üzərində  şəffaflığın  təmin 
olunmasıdır.  Nağdsız  hesablaşmaların  üstünlüklərindən  biri  də  məmur  vətəndaş  münasibətlərinin 
tənzimlənməsinə  və  korrupsiya  üçün  şəraitin  məhdudlaşdırılmasına  zəmin  yaratmasıdır.  Başqa  sözlə 
desək,  nağdsız  hesablaşmalar  korrupsiyaya  qarşı  dünyada  sınaqdan  keçmiş  metodlardan  biri  hesab 
olunur. 
Son  olaraq  qeyd  edək  ki,  Azərbaycan  hökuməti  ölkədə  nağdsız  hesablaşmaların  dairəsini 
genişləndirmək  məqsədilə  əhəmiyyətli  addımlar  atır.  Elə  onun  nəticəsidir  ki,  həm  nağdsız 
hesablaşmaların  səviyyəsində,  həm  də  bu  sahədə  insanların  biliklərinin  artmasında  nəzərə  çarpacaq 
inkişaf  müşaiyət  olunur.  Başqa  sözlə  desək,  biz  bu  gün  kağız  pullardan  tam  azad  olmağa  çalışaraq, 
daha  intellektual  bir      məsələnin  həllinə  istiqamətlənmiş  texnologiyalardan  istifadə  edərək,  nağdsız 
hesablaşmaların  inkişafını  yaxşılaşdırmaq  istəyindəyik. 
 
ƏDƏBİYYAT 

 
 
- 226 - 
 
1.
 
Prof.  E.M.Sadıqov.  "Bank  əməliyyatları",  Dərslik.  2010. 
2.
 
Azərbaycan  Dövlət  Statistika  Komitəsi  “Azərbaycanın  statistik  göstəriciləri”  Bakı-2014. 
3.
 
İ.Ə.Abdullayev,  R.V. Əsgərova  “Bank  işi”  Bakı  , 2009. 
4.
 
F.Kaşiyeva.  "Azərbaycan  banklarının  investisiya  fəaliyyətinin  prioritet  istiqamətləri".  Bakı, 
2013. 
5.
 
Azərbaycan    Respublikasında  “Nağdsız    hesablaşmalar    və  pul    köçürmələri”    haqqında  Təlimat 
(19 sentyabr  2002-ci il). 
ABSTRACT 
Ceyhun  Mahmudov 
Tukazban  Haciyeva
 
The modern  process of development  of non-cash  settlements  
in the Republic  of Azerbaijan 
In  this  article  investigated  process  of  development  of  non-cash  settlements,  was  emphasized 
the  importance  of  non-cash  settlements,  revised  the  actions  which  was  implemented  in  this 
direction,  and given  ideas as recommendations  which  is possible  in  our  Republic. 
 
 
REЗЮМЕ 
Джейхун Махмудов 
Tukazban  Гаджиева 
Процесс современного развития безналичных расчетов 
 в Азербайджанской Республике 
 
  В  статье  расследован  процесс  развития  безналичных  расчетов  в  Азербайджанской 
Республике,  подчеркнуто  важность  безналичных  расчетов,  рассмотрены  меры  принятие  в 
этом направлении, даны более возможные рекомендации. 
 
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
         Məqaləni  çapa təqdim  etdi:  İqtisad üzrə elmlər doktoru  N.Əhmədov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 

 
 
- 227 - 
 
FAMİL HƏSƏNOV 
Naxçıvan Dövlət Universiteti  
UOT:  658 
 
İQTİSADİ  TƏHLÜKƏSİZLİYİN  QORUNMASINDA İNVESTİSİYA  SİYASƏTİNİN 
ƏHƏMİYYƏTİ  VƏ VERGİ TUTMANIN SƏMƏRƏLİLİYİ 
 
 
Açar  sözlər: iqtisadi təhlükəsizlik, investisiya siyasəti, vergitutma, maliyyə. 
 
Dünya  iqtisadiyyatının  qloballaşması  şəraitində  cəmiyyətin  inkişaf  etdirilməsi  və  onun 
üzvlərinin  rifahının  təmin  edilməsi  mühüm  dərəcədə  onların  fəaliyyətinin  təhlükəsizliyindən,  bu 
təhlükəsizliyin  həyata  keçirilməsindən  asılıdır.  Bu  təhlükəsizliyin  vacib  tərkib  hissəsi  kimi 
İnvestisiya  təhlükəsizliyi  və  iqtisadi  təhlükəsizlik  çıxış  edir.    İnvestisiya  təhlükəsizliyi  isə  təsərrüfat 
obyektlərinin  fəaliyyətinin  iqtisadi  səmərəliliyi  ilə,  iqtisadi  müstəqillik,  sabitlik  və  cəmiyyətin 
təhlükəsizliyi 
ilə 
ayrılmaz  şəkildə  bağlıdır.Milli  iqtisadiyyatın  istənilən  tərkib  hissəsinin,  o 
cümlədən  investisiya  imkanlarının  zəifləməsi  özünü  bilavasitə  iqtisadi  təhlükəsizlikdə  biruzə  verir. 
Bununla  əlaqədar  olaraq,  iqtisadi  artım  üzrə  dövlət  vəzifələri  realizə  olunduğu  zaman  investisiya 
məsələlərinə  xüsusi  diqqət  yetirilməlidir.  Azərbaycan  iqtisadiyyatının  təsərrüfat  subyektlərinin, 
xüsusən  milli  sahibkarlığın  fəallığının  inkişaf  etdirilməsinin  maliyyə-vergi  üsullarının  müəyyən 
olunması  iqtisadi  təhlükəsizliyin  təmin  edilməsində  ən optimal  yollardan  biri  kimi  çıxış  edir.    
Təhlükəsizlik  anlayışının  daha  konkret  sferasında  ciddi  tədqiqatlar  aparmış  rus  alimi  S.V.Stepaşinə 
görə  iqtisadi  təhlükəsizlik-iqtisadiyyatın  elə  durumudur  ki,  bu  zaman  uzun  müddətə  şəxsiyyətin 
həyatı  və  harmonik  inkişafı,  cəmiyyətin  və  dövlətin  sosial-iqtisadi,  siyasi,  mənəvi-psixoloji  sabitliyi 
üçün  layiqli  şərait,  bütün  növ  resursların  optimal  məsrəfləri  ilə    təbii  amillərin  tükənməyə  yol 
açmayan  istifadəsi  daxili  və xarici  təhlükələrin  təsirinə  qarşı  tab gətirmək  qabliyyəti  təmin  edilir.   
Hazırda  ölkə  iqtisadiyyatına  qoyulan  investisiyaların  məbləğinin  ildən-ilə  artması  onu  tələb 
edir  ki,  müxtəlif  mənbələrdən  olan  investisiyalardan  səmərəli  istifadə  etmək  lazımdır.  Belə  ki,  ölkə 
iqtisadiyyatına  investisiya  axınınn  cəlb  edilməsi  çox  mühüm  əhəmiyyət  kəsb  edir.  Xarici 
investisiyaların  Azərbaycan  iqtisadiyyatına  yönəldilməsində  beynəlxalq  və  regional  iqtisadi 
təşkilatlarla  yanaşı  respublikada  fəaliyyət  göstərən  xarici  investisiyalı  təşkilatlar,  firmalar,  onların 
nümayəndəlikləri  və  s.  qurumlar  da  mühüm  rol  oynayırlar.  Təkcə  2012-ci  ildə  ÜDM-in  həcmi 
3,4%,  sənaye  məhsulunun  artımı  isə  5,1%  artmışdır.Bütün  bunlar  ÜDM-in  həcminin  artırılmasında 
investisiyaların  rolu  böyük  olmasını  göstərir  və  bu  istiqamətdə  daha  çox  kapital  axınının 
stimullaşdırılmasını  şərtləndirir. 
Bir  çox  iqtisadi  ədəbiyyatlarda  investisiyalarla  bağlı  çoxlu  elmi  interperatasiyalara  rast 
gəlinir.  Burada  ümumi  olan  odur  ki,  “investisiya  dedikdə,  mənfəət  və  ya  sosial  effekt  əldə  edilməsi 
məqsədilə  sahibkarlıq  obyektləri  və  digər  növ  fəaliyyətlərə  qoyulmuş  maliyyə  vəsaiti,  eləsə  də, 
maddi  və  intellektual  qiymətlər  nəzərdə  tutulur.    İnvestisiya  mühiti  və  onun  idarə  edilməsində 
başlıca  vasitə  olan  investisiya  siyasəti  dövlətin  iqtisadi  siyasətinin  mühüm  atributudur.  İnvestisiya 
prosesləri 
əsas 
kapitalın 
artırılması 
və 
yeniləşdirilməsi, 
innovasiyalı 
inkişafın, 
struktur 
təkmilləşmələrin  həyata  keçirilməsinə  və  istehsalın  səmərəliliyini  yüksəldən  bu  kimi  vəzifələrin 
icrasına  yönəldilir.  Həmin  vəzifələrin  müqabilində  investorların  öhdəlikləri  ölkənin  iqtisadi 
təhlükəsizliyinə  mühüm  təsir  göstərir.     
Qeyd 
olunmalıdır 
ki, 
investisiya 
fəallığının 
aşağı 
düşməsi,elmi-texniki  potensialın 
dağılmasının  əsas  səbəbi  tikinti  məhsullarının  həcminin  azalması,  alt  sahələr  arasındakı  iqtisadi 
əlaqələrin  pozulması,  investisiya  sferasında  strateji  istiqamətlərin  düzgün  müəyyənləşdirilməməsi 
və  eləcə  də  investisiya  fəallığının  aşağı  düşməsinə  istehsal  potensialının  köhnəlməsinin  də  güclü 
təsiri  ola  bilər.  Belə  ki,  istehsalın  texniki  səviyyəsinin  yüksəldilməsi  investisiya,  o  cümlədən  xüsusi 
investisiya  qoyuluşlarının  həcmindən  birbaşa  asılıdır.  Bu  qeyd  olunan  göstəricilər  respublikanın 
iqtisadi  təhlükəsizliyinə  də  təsir  göstərir.  Həmin  vəziyyətdən  çıxış  kimi,  vergi  mexanizmlərindən 
səmərəli  istifadəni  və xarici  investisiyaların  kompleks  şəkildə  cəlb olunmasını  göstərmək  olar. 

 
 
- 228 - 
Xarici  investorların  maliyyə  vəsaitlərinin  xarici  və  daxili  təhlükədən  qorunması  üçün  dövlət 
səviyyəsində  tədbirlər  görülməlidir.  Özəl  investisiyalar  üçün  təhlükə  yarada  biləcək  amilləri 
aşağıdakı  kimi  qruplaşdırmaq  olar. 
-Bank sisteminin  qeyri-sabitliyi, 
-Fond bazarının  fəaliyyətindəki  qeyri  sabitlik, 
-Fiziki  şəxslərin  və kommersiya  banklarının  vəsaitlərinin  sığortalanmaması, 
-Qiymətli  kağızlar  bazarının  fəaliyyətinin  beynəlxalq  standartlara  müvafiq  olmaması, 
Vergiqoyma  sistemi  investisiyalaşdırma  ilə  bağlı  qərara,  xüsusilə  də  birbaşa  xarici 
investisiyalara  mühüm  təsir  edici  amillərdən  biridir.  Bütövlükdə  investisiya  cəlbediciliyi  barədə 
qərarların  qəbul  olunmasına  həm  vergi,  həm  də  qeyri  vergi  amillər  təsir  göstərir.  Həmin  amillərin 
köməyi  ilə  investisiyalardan  potensial  gəlirin  və riskin  müqayisəsi  aparılır.    
İnvestisiyaların  cəlb  edilməsinə  həm  də  gəlirlə  bağlı  olmayan  vergilər  təsir  göstərir.  Bazar 
iqtisadiyyatı  ölkələrin  əksəriyətində    islahatların  ilkin  mərhələsində  vergilər  firma  gəlir  əldə 
etmədiyi  halda  da  ödənilməli  idi.  Bu  adətən  investisiyalaşdırmanın  ilkin  mərhələsində  mövud  olan 
yüksək  risklərlə  və  ya  şirkətin  operativ  xərclərinin  artması  ilə  bağlı  əsas  məsrəflərin  çoxalmasına 
gətirib  çıxarırdı. 
Qeyd  etmək  lazımdır  ki,  investorun  davranışına  mühüm  dərəcədə  vergi  sistemi  təsir 
göstərir.Bu  tədqiqat  işində  biz  yalnız  respublika  büdcəsində  vergi  daxilolmaların  mühüm  hissəsini 
təşkil  edən gəlirlərlə  bağlı  vergiqoymanın  səmərəliliyi  nəzərdə  tuturuq.   
Vergitutmanın  səmərəliliyi  dedikdə,  sözün  geniş  mənasında  vergilərin  üzərinə  qoyulmuş 
sosial-iqtisadi  funksiyaların  yerinə  yetirilməsi  başa  düşülür.  Səmərəli  sayılması  üçün  vergi  sistemi 
ən azı  aşağıdakı  tələblərə  cavab  verməlidir: 
-dövlətin  sosial-iqtisadi  və  ictimai-siyasi    funksiyalarının  lazımi  səviyyədə  yerinə 
yetirilməsi  üçün  tələb  olunan  maliyyə  vəsaitləri  vergi  daxilolmaları  hesabına  təmin  edilmiş  olsun; 
-istehsal  sahələrində  yenidənqurma  proseslərinin  geniş  şəkildə  baş  verməsi  üçün  tələb 
olunan  maliyyə  imkanları  təmin  edilsin  (bu  tələb  onu  göstərir  ki,  istehsal  subyektləri  tərəfindən 
vergilər  ödənildikdən  sonra  onların  sərəncamında  qalan  vəsaitlər  iqtisadiyyatın  real  sektorunda 
istehsal  proseslərinin  davam  etdirilməsi  və inkişafı  üçün  kifayət  etsin);        
-dövlətin  sosial-iqtisadi  inkişaf  proqramında  nəzərdə  tutulan    tapşırıqların  icrasını  təmin 
edən normalar  vergi  qanunvericiliyində  müəyyən  edilmiş  olsun. 
Mövcud  vergitutmanın  dar  mənada  səmərəliliyi  dedikdə  isə,  vergi  funksiyalarının  yerinə 
yetirilməsi  üçün  tələb  olunan  potensial  imkanları  özündə  təsbit  edən  sistemdaxili  optimal 
xüsusiyyətlər  başa düşülür. 
Ümumiyyətlə,  hər  bir  cəmiyyətdə  dövlət  öz  vergisistemini  ümumi  dövlət  maraqlarına  əsasən 
müəyyən  edir.  İlk  növbədə  dövlət  büdcəsinin,  büdcədənkənar  fondların  və  dövlət    məqsədləri  üçün 
yaradılmış  digər  xüsusi  fondların  gəlirlərinin  təmin  edilməsi  ilə  bağlı  məsələlər  həll  edilir,  ikinci 
növbədə  isə  vergi  sistemi  vasitəsilə  iqtisadiyyata  təsir  göstərilərək  iqtisadi  inkişafı,  investisiyaları, 
dotasiyaları  və  sosial  təminatları  müəyyən  edən  bu  və  ya  digər  siyasət  həyata  keçirilir.  Bununla  da 
vergi  sistemindən  sosial-iqtisadi  məsələlərin  dövlət  tənzimlənməsi,  iqtisadiyyatın  idarə  olunması 
alət  kimi  istifadə  olunur. 
  Qeyd  etmək  lazımdır  ki,  sosial-iqtisadi  proseslərin  tənzimlənməsində  vergilərin  böyük  rol 
oynadığına  baxmayaraq,  dünya  təcrübəsində  sübut  edilmişdir  ki,  bütün  problemləri  heç  də  həmişə 
vergi  sistemi  vasitəsilə  həll  etmək  mümkün  olmur.  Çünki  vergilərin  tətbiqinin  öz  təsir  sferası  vardır, 
iqtisadi  tənzimləmələrdə  vergi  alətlərindən  yalnız  onun  çərçivəsində  istifadə  etmək  olur.  Bu 
sərhədlərin  süni  şəkildə  genişləndirilməsinə  yönəldilən  cəhdlər  ən  yaxşı  halda  nəticəsiz  qala,  pis 
halda  isə  yeni  problemlərin  yaranmasına  gətirib  çıxara  bilər.    Misal  üçün,  müasir  dövrdə  ən 
mürəkkəb  problemlərdən  biri  iqtisadiyyatın  real  sektorunda  maliyyə  potensialının  bərpası  ilə 
bağlıdır.  Bu  problemin  həllinə  təkcə  vergi  mexanizmi  vasitəsilə  nail  olmaq  qeyri-mümkündür.  Bu 
sahədə  maliyyə,  kredit,  xidmət  və  valyuta  siyasəti,  razılaşdırılmış  tədbirlər  kompleksi  və  dövlətin 
əlində  olan  vasitə  və metotlardan  istifadə  olunmalıdır.   
Ümumiyyətlə,  təsərrüfat  subyektlərinin  fəaliyyəti  bir  çox  faktorların  təsiri  nəticəsində 
formalaşır.  Adətən,  vergilər  belə  faktorların  ən  başlıcası  kimi  qəbul  edilir.  Bununla  belə,  yüksək 

 
 
- 229 - 
rentabelli  sahələrin  (neft-qaz,  alkoqollu  içkilər,  tütün  məmulatları  və  s.)  misalında  görmək  olar  ki, 
onların  vergi  yükünün  yüksək  olmasına  baxmayaraq,  həmin  sahələr  istənilən  iqtisadi  sistemdə  daimi 
inkişafda  olan  fəaliyyət  göstərməklə  investorlar  üçün    daha  cəlbedici  olur.  Digər  tərəfdən,  başqa 
sahələrlə  müqayisədə  daha  çox  vergi  güzəştləri  nəzərdə  tutulsa  da,  aşağı  rentabelli  (obyektiv 
səbəblərə  görə)  sahələr  investorlar  üçün  nisbətən  az  maraq  doğurur  (kənd  təsərrüfatı,  infrastruktur 
və bir  çox hasilat  sahələri). 
Qeyd  olunanlar  belə  nəticəyə  gəlməyə  əsas  verir  ki,  müəyyən  hallarda  vergi  mexanizminin 
təsiri 
kifayət 
qədər 
zəifləyə 
və 
ya  tam  bağlanıla  bilər.  Vergi  sisteminin  düzgün 
qiymətləndirilməməsi  və  həmçinin  onun  imkanlarından  tam  istifadə  olunmaması  səmərəliliyi  aşağı 
salır  və  optimal  kriteriyaların  müəyyən  olunmasına  maneələr  yaradır.  Vergi  sisteminin  imkan  və 
funksiyalarına  real  olmayan  şəkildə  qiymətləndirilməsi  maliyyə  və  iqtisadi  problemləri  həll  etmək 
qabiliyyətini  aşağı  salmaqla  iqtisadi  böhranın  aradan  qaldırılmasına  imkan  vermir  və  onun  üzərinə 
düşən  problemlər  həll  edilməmiş  qalır.  Müasir  dövrdə  əsas  diqqət  vergi  siyasətinin  səmərəliliyinə 
yönəldilməklə  yanaşı,  bir  sıra  digər  iqtisadi  alətlərdən  də  (qiymət,  pul,  kredit  və  s.)  geniş  şəkildə 
istifadə  olunur.   
Qeyd  etdiyimiz  kimi,  Azərbaycanın  iqtisadi  təhlükəsizliyinin  təmin  edilməsində  ARDNF-in 
rolu  olduqca  böyükdür.  Belə  ki,    Xarici  investisiyaların    cəlb  olunması  prosesi,  əsasən,  1994-cü 
ildən  başlanmışdır.  Bunun  da  başlıca  səbəbi  ölkəmizdə  yaranan  sabirliyin,  təbii  sərvətlərin  istifadəsi 
üçün  şəraitin  təşəkkül  tapmasının,  hüquqi  bazanın  formalaşmasında  lazımi  səviyyənin  əldə 
olunmasının  nəticəsi  idi.  Hər  bir  investor    bu  və  ya  digər  ölkəyə  sərmayə  qoymaq  istəyərkən  öz 
strateji  maraqlarından  çıxış  edərək,  həmin  ölkədəki  investisiya  mühitinin  əlverişliliyi  ilə 
maraqlanırlar.  İnvestisiya  mühitinin  əlverişliliyi  isə  ölkədəki  resurs  potensialının  səviyyəsindən, 
investisiya  qoyuluşunun  risk  dərəcəsinin  minimum  olması  və  qanunvericiliyin  təkmil  olunması  kimi 
amillərdən  asılıdır. 
Azərbaycan  Respublikasının  Ümümmilli  Lideri  Heydər  Əliyevin  29  dekabr  1999-cu  il 
tarixdə  qəbul  edilmiş  və  29  dekabr  2000-ci  il  tarixli  qərarı  ilə  təsdiq  edilərək  Neft  Fondunun 
yaradılması,  ilk  növbədə  1994-cü  ildən  başlayaraq,  həyata  keçirilən  neft  strategiyası  hesabına 
mümkün  olmuşdur. 
ARDNF-in  xərcləri  dövlət  büdcəsinin  tərkib  hissəsidir  və  dövlət  büdcəsi  ilə  birlikdə  Milli 
Məclisdə  müzakirə  edildikdən  sonra  təsdiq  edilir.ARDNF-in  dövlət  büdcəsinə  etdiyi  transferlər 
investisiya 
layihələrinin  və  sosial  proqramların  maliyyələşdirilməsinə  yönəldilir  və  beləliklə, 
respublikamızın  iqtisadi  təhlükəsizliyini  təmin  etmiş  olur. 
Yekunda  qeyd  etməliyik  ki,  istər  xarici  və  istərsə  də  daxili  investisiyalar  milli  iqtisadiyyatın 
inkişaf  strukturuna  və  tempinə,  texnoloji  proseslərin  intensivləşməsinin  iqtisadi-ekoloji  xarakterinə, 
resurslardan 
istifadənin 
səmərəliliyinə, 
gəlirlərin 
bölüşdürülməsi,  bir  sözlə,  ölkənin  iqtisadi 
təhlükəsizliyinə 
həlledici 
təsir 
göstərməklə,  maksimum  mənfəət  əldə  edilməsinə  yönəldilir. 
İnvestorların  inkişaf  strategiyası  baxımından  hərtərəfli  qiymətləndirilməli  və  milli  maraqlara 
üstünlük  verilməlidir.  Ölkəmizin    iqtisadiyyatına  investisiya  axınının  gücləndirilməsi  yolu  ilə  onun 
təsərrüfat  subyektlərinin  fəallığının  artırılması  müvafiq  maliyyə-vergi  üsullarının  geniş  tətbiqi  ilə 
nail  olmaq  mümkündür.  Eyni  zamanda,  dövlətin  bütün  investorlar  üçün  yaratdığı  fəaliyyət  mühiti 
beynəlxalq  standartlara  daima  uyğunlaşdırılmalıdır.  Bu  prosesdə  ARDNŞ-nin  imkanları  böyükdür. 
Bu  şirkərin  maliyyə  imkanlarından  istifadə  etməklə  respublikamızda  bir  sıra  irihəcmli  investisiya 
layihələrini  həyata  keçirmək    mümkündür.  Bu  proses  özü-özlüyündə  həm  də  ölkənin  iqtisadi 
təhlükəsizliyinin  təmin  olunmasının  mühüm  amillərindən  biri  kimi  çıxış  edir.    
 
 
 
 
1   ...   24   25   26   27   28   29   30   31   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə