Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə130/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   126   127   128   129   130   131   132   133   ...   321
Firuzə Məmmədli 
262 
kət (korporasiya), böhran (infilyasiya), ofis, yetərsay (kvorum), 
seçim (vıbor), açıqca (otkrıtka), aksiya, duracaq (ostanovka), 
yenidənqurma (perestroyka), qloballaşma, standart, petrol, ku-
pon, super 
və s.
Doğrudur, yuxarıda sadalanan sözlərin heç də hamısı iqti-
sadiyyatla bağlı deyil, lakin dilimizin lüğət tərkibində neolo-
gizm kimi qiymətləndirilən «açıqca», «duracaq», «əyləc» söz-
lərinin kalka yolu ilə sabitləşdiyi məlumdur.
İqtisadiyyatla bağlı terminlərin dilimizə axını yeni iqtisa-
di-ictimai durumun bütün sahələrini əhatə edir. Bu mənada: 
biznes, birja, kompaniya, korrupsiya, market, krizis, supermar-
ket, minimarket, sponsor, dotasiya, menecer, barter, bankomat, 
reputasiya, kompitent, imic, biznesmen, şop, özəlləşdirmə 
(türk), reket, yatırım qoymaq, investisiya, treninq, tender, mak-
ler, petrol, qrant, firma, fermer, yevro, aksiya, səhm, səhmdar, 
infilyasiya, devolvasiya, nominasiya, arenda, auksion (hərrac), 
debüter, debüter borc, resurs, merçardayzer, fotoşop, ipoteka, 
liberallaşdırma, limit, infrastruktur, subsidiya, kommersiya, re-
gional, özəl sektor, şirkət, subsidiya 
və s. Bu sözlərin bir qismi 
artıq ümumişlək terminlər sırasındadır. 
 2. Tibb və səhiyyə 
sahəsinə dair terminlər sistemində də 
müəyyən qədər yeniliklər müşahidə olunmaqdadır. Bu yenilik-
lər daha çox farmokoloji istiqamətdə, yeni dərman adları ilə 
bağlıdır. Dar sahə olmaqla bu istiqamətdəki yeniliklər tibb per-
sonalının müalicə proseduralarına söykənir. Müalicə üsulları, 
xüsusən fizioterapiya, diaqnostika sahəsindəki texnoloji yeni-
liklər dilimizin lüğət tərkibini alınma terminlər hesabına bir qə-
dər də zənginləşdirmişdir. Bu mənada, artıq ümumişləklilik qa-
zanan aşağıdakı sözlərə diqqət yetirək: 
terapeya, şokoterapeya, 
uzi, tomoqrafiya, kompyuter tomoqrafiyası, diaqnostika, sera-
qem (massaj çarpayısı), şuntlama, autogen, test, hipnoterape-
ya, DNT, implant, implantasiya, epilasiya, sirkon, stenizilizasi-
ya, astiqtatizim, pasiyent 
və s.



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin