Firuzə Məmmədli 258
«Falçı» -
öncəgörən », «molla» - tarixi mövqedə –
ağıl ve- rən, çoxbilən, Allah adamı; «alverçi» –
tacir, biznesmen məna-
larında semantik genişlənmə qazanmışdır.
«Alverçi», «alver» sözlərində təkcə keyfiyyət (məna) də-
yişikliyi yox, həm də forma yeniləşməsi baş vermişdir. «Alver-
çi» sözünün «ticarət işçisi», «biznesmen», «alver bazarı»nın
«ticarət mərkəzi» adlanması, eyni zamanda «alver» sözünün
«alış-veriş» strukturunda sabitləşməsi, komponentlərin «al+ış»,
(ver+iş) quruluşunda işlədilməsi də ötən əsrin 90-cı illərindən
sonra baş vermişdir.
“Əməliyyat” hərbi termin kimi işləkliyini saxlamaqla bə-
rabər, həm də “operasiya” sözünün əvəzində cərrahiyə əmə-
liyyatı mövqeyində fəallaşmışdır.
Qeyd etməliyik ki, canlı danışıq dilində bu istiqamətdə
gedən proseslər daha intensiv xarakter daşıyır. Bu mənada bir
neçə nümunəyə diqqət yetirmək maraqlıdır. Belə ki, dilimizdə
tibb termini kimi işlənən «şok» sözü özünün kəskin psixoloji
məna aspektində semantik genişlənməyə məruz qalmışdır. Bu
söz tərkib daxilində güclü heyrət, təəccüb, sarsıntı yaratma mə-
nasında «şok xəbər», «şok açıqlama», «şoka düşmək», «şok
vəziyyəti», «elektroşok» və s. tərkiblərdə daha güclü effekt ya-
ratma mövqeyində işlənməkdədir.
Eləcə də rus dilində işlənən «potolok» (tavan), hərbi ter-
min olan «bomba» sözləri «ən yüksək hədd» (potolok), «güclü
sensasiya yaratmaq», «forma və məzmun kamilliyinin son həd-
di» (bomba) mənalarında danışıq dilinin fəal vahidləri sırasın-
dadır.
Qeyd etməliyik ki, elm, təhsil, sənaye, hərbi və s. sahələr-
lə bağlı bir sıra sözlər ötən yüzilliyin əvvəllərində dilin passiv
fonduna keçsə də, hazırda yenidən işləklik qazanmışdır. Bura-
ya
çovuş, bələdiyyə, kollec, litsey, mer, praporşik, magistr, ma- gistratura, toplantı, piket, kazino, yoğurt, qurut, kəsmik, aksiya, səhm, səhmdar, korporasiya, ismarıç və s. kimi mənşəcə müx-
təlif olan sözləri daxil etmək olar.