Seçilmiş əsərləri X 257
fundament, arakəsmə – baryer, telefonoqramma –faks və s.
qəbildən olan sözlərin dildəki taleyi tərəflər arasında gedən
mübarizənin nəticəsindən asılı olacaqdır.
2. Söz və ifadələrdə məna geniĢlənməsi daha çox əv-
vəlki iqtisadi formasiyanın təsiri ilə daxili informasiyasında
mənfi (və ya müsbət) emosiyaya meylliliyin mövcudluğu və
hazırki sosial şəraitin bu informasiyaya geniş yol açması ilə
bağlı meydana çıxmaqdadır. Məsələn məlumdur ki, «bazar»,
«alverçi», «falçı», «molla», «əməliyyat» və s. kimi sözlər sovet
dövrünün dil ifadəçiləri olaraq mənfi məqamlarda işlədilir və
hər kəs belə sözlərin ona ünvanlanmasına qarşı dözümsüzlük
göstərirdi. Bu mənada -
bazar arvadı, bazar açmaq, bazarbəyi, bazarı bağlanmaq, bazara çıxarmaq, bazar olsun, küçə alverçi- si, mollalıq eləmək, molla halvanı gördü Yasin -Quran yaddan çıxdı kimi ifadə və frazalar da həmin dövrün məhsulu kimi
meydana çıxmışdı.
Hazırkı sosial-ictimai durum bu sözlərin denotantlarına
tam mənası ilə bəraət qazandırdığından, belə sözlərin daxili in-
formasiyası əvvəlki əks-sədanı doğurmur. Bu mənada, sıxılma
həmin sözlərin daxili informasiya məkanında getməyə başla-
mışdır. Odur ki, belə məna imkanı ilə artıq kimisə yamanlama,
və ya kiməsə yarınmada passivlik müşahidə olunmaqdadır.
Əvəzində bu sözlərdə açıq-aydın müşahidə olunan bir
məna genişlənməsi getməkdədir. Bu mənada,
«bazar» sözü hər şeyin alınıb satılmasına işarə kimi (Bazar evimin içində, evim bazarın içində. Qaldım hasarı içində, Qaçası yerim yox daha); «bazar» - adam bazarı, qul bazarı, «bazar» - arvad bazarı, yaşıl bazar, bazar mədəniyyəti, bazar iqtisadiyyatı, bazar çənə- ləşməsi, qara bazar, bazara çıxarmaq, maşın bazarı və s. kimi
geniş informasiyalılıq əxz etmişdir. «Layihə» ötən əsrin dil
sistemində tikinti - memarlıq sahəsində işləndiyi halda, hazırda
bütün ictimai-iqtisadi və mədəni tədbirlərin plan-proqram məz-
mununu əhatə edir.