Seçilmiş əsərləri X
259
2. Canlı danışıq dili, o cümlədən, dialekt və şivələrdən
ədəbi dilə daxilolmaların sürətlənməsi
Məlumdur ki, ədəbi dilin lüğət tərkibi dilin daxili imkan-
larından daha çox bəhrələnir. Bu imkanlar sırasında dialekt və
şivələr xüsusi yer tutur. Ədəbi dili formalaşdıran mənbələrdən
biri olmaq etibarı ilə dialekt və şivələrdən söz alınması davamlı
bir prosesdir. Xüsusən dildə fəallıqdan qalan bir sıra sözlərin
əvəzedicisi kimi bu mənbədən söz və ifadələrin ədəbi dilə axını
dilin milli ruhunun möhkəmlənməsini, özəlliyinin qorunub sax-
lanmasını şərtləndirdiyi kimi, tarixi və etnik köklərə
bağlılığının da etibarlı təminatçısıdır.
Ötən əsrin 90-cı illərindən etibarən Azərbaycan dilinin
lüğət tərkibinə əcnəbi dillərdən söz axını qarşısıalınmaz bir
proses kimi meydana çıxsa da, vaxtı ilə ya məhdud dairədə iş-
lənən, ya da dialekt və şivə əlaməti kimi qiymətləndirilən xeyli
miqdarda söz və ifadə ədəbi dilimizdə fəal mövqe tutdu. Belə
sözlər daha çox məişət, təsərrüfat həyatı, xalq təbabəti, din və
digər sahələrlə bağlı anlayışların ifadəçiləridir:
dolça, satıl, su-
duq, qurut, xamıraşı, qatıqaşı, çaşır, çıldaq, əhyə, mal, davar,
dırmıx, dırmıxlamaq, baldırğan, axmaz (gölməçə), balqabaq
(kudu), qabaq (boranı), əmənköməci, dam (ev), palaz, çıraq,
burmac, kirimək, qulançar, qaraçuxa, qulyabanı, ruh, dua et-
mək, şükür etmək, günah, qarabasma, qaraqorxu, ceviz, qərzək,
damad, dirədöymə, şəlit, qolay, alça, bəhli (gilas), bel (lapatka),
artırma (balkon), asılqan, atlama, qapamaq, çözülmək
və s.
Canlı danışıq dili; o cümlədən dialekt və şivələrdən ədəbi
dilə sözlərin daxil olması ya birbaşa, ya da bədii dil (daha çox
poetik nitq) vasitəsi ilə baş verməkdədir. Bədii təfəkkür sahib-
lərinin ötən əsrin 90-cı illərindən sonra canlı danışıq dilinə,
həmçinin dialekt və şivələrə daha çox müraciət etməsi bir
tərəfdən bədii nitqin milli köklərə bağlılığını və bununla da xa-
rici mənbədən söz alınmasına qarşı davamlılığını, digər tərəf-
dən ədəbi dilin lüğət tərkibinin dialekt və şivələr hesabına daha
da zənginləşməsini təmin etmişdir. Nümunə üçün:
dəhmər-
|