Фирузя мяммядли


) Canlı danışıq dili, o cümlədən dialekt və şivələrdən



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə124/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   120   121   122   123   124   125   126   127   ...   321
2) Canlı danışıq dili, o cümlədən dialekt və şivələrdən 
ədəbi dilə daxil olmaların sürətlənməsi.
Ümumişlək söz və ifadələrdə semantik dəyişiklər də özü-
nü iki şəkildə göstərir:


Firuzə Məmmədli 
256 
1) Söz və ifadələrdə semantik sıxılma
2) Söz və ifadələrdə məna geniĢlənməsi
1. Söz və ifadələrin mənasında sıxılma
daha çox bu va-
hidlərin işləklik dairəsinin məhdudlaşdırılması, daxili informa-
siya imkanlarının istifadəsiz qalması ilə bağlıdır. Belə sözlər 
sosial-ictimai həyatımızın bütün sahələrini əhatə edir. 
Nümunə 
üçün:
namus, həya, ideal, əqidə, məslək, ar, yoldaş, ferma, me-
necer, realizm, real, idealist, naturalizm, döngə, hücrə, binə, 
tağ, teleqram, teleqraf, zərf, mağaza, dükan, asılqan, diyar, 
mənimsəmək, hörmək, hörgü, mənzərə (görüntü), nömrə (say), 
nömrəli (saylı), qonaqlıq, don, libas, yığıncaq (form), cəfa, səfa 
və s.
Bu qəbildən olan sözlərin işləklik dərəcəsi əvvəlki dövr-
lərlə müqayisədə xeyli zəifləmişdir.
Qeyd etməliyik ki, əvvəlki iqtisadi formasiyanın dəyiş-
məsi nəticəsində kollektiv təsərrüfat formalarının dağılması ilə 
- heyvandarlıq fermaları, pambıqçılıq sovxozu, tərəvəzçilik 
sovxozu, üzümçülük sovxozu, meyvəçilik sovxozları
və s. kimi 
söz birləşmələrində də dağılma prosesi baş verdi. Hazırda bu 
qəbildən olan birləşmələrin az bir qismi məhdud təsərrüfat sa-
hələri ilə bağlı işlədilməkdədir. Məsələn,
 əkinçilik təsərrüfatla-
rı, bağçılıq sahələri
və s.
Ədəbi dilimizdə hələ XIV -XV əsrlərdən işlək olmuş 
«yoldaş» sözü XX əsrin 20 -ci illərindən məna genişlənməsi ilə 
fəal mövqe tutmuşdu. Lakin 90 -cı illərdən etibarən əvvəlki so-
sial-ictimai və siyasi durumun dəyişməsi ilə bu sözdə də mə-
naca sıxılma baş vermişdir. Belə ki, müraciət mövqeyində iş-
ləndiyi məna arxaikləşmiş və təkcə «yol yoldaşı», «dost –ta-
nış», bəzən evfemistik məqamlarda («həyat yoldaşı» mənala-
rında) saxlanılmışdır. Bir qism sözlər alınmalar tərəfindən sı-
xışdırılma nəticəsində məhdud dairədə işlənməyə başlamışdır. 
Məsələn, 
xəstəxana – klinika, rejissor – prodüsser, sahibkar – 
fermer, bazar – marketinq, tağ – arka, zərf – konvert, binə – 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin