Baki slavyan universiteti Fakültə Məktəbəqədər təlim tərbiyə və ibtidai təhsil



Yüklə 63,24 Kb.
səhifə1/13
tarix02.01.2022
ölçüsü63,24 Kb.
#41769
  1   2   3   4   5   6   7   8   9   ...   13
Feil


BAKI SLAVYAN UNİVERSİTETİ

Fakültə – Məktəbəqədər təlim tərbiyə və ibtidai təhsil

İxtisas – Məktəbəqədər təlim tərbiyə

Qrup – Mtt204

Fənn – MAD 2

Mövzu - Feil

Müəllim – Sevda Rüstəmova

Tələbə - Səbinə Hüseynzadə



Feil — ümumqrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?", "nə etdi?", "nə etmişdir?" "nə edir?", "nə edəcək?", "nə edər?" və s. suallarına cavab olur şəxsə və kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur

Feilin mənaca növləri

  1. İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək),yaz(maq) bişir(mək),qur(maq) və s.

  2. Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq),pıçılda(maq) və s.

  3. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s.

  4. Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq),sevin(mək),dərk et(mək) və s.

  5. Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək),fərəhlən(mək) və s.

Feilin quruluşca növləri

  1. Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s.

  2. Düzəltmə feillər: Kökə və sözdüzəldici (leksik) şəkilçiyə malik olan feillər düzəltmə feillər adlanır. Məsələn: baş-la(maq), ağ-ar(ır), iş-lə(mək), gör-üş(mək) və s.

  3. Mürəkkəb və tərkibi feillər: İki sözün birləşməsindən əmələ gələn feillər mürəkkəb feillər adlanır. Məsələn: deyir-gülür, ölçdü-biçdi, bəzənib-düzənir, atılıb-düşür və s.

Dilimizdə elə feillər var ki, mürəkkəb feillərə oxşasalar da, bunlara mürəkkəb feil deyilmir. Bu feillərin bir qrupuna frazeoloji birləşmə (başa düşdü, qulaq asdı, başa saldı və s.), bir qrupuna isə tərkibi feil deyilir (yaxşı elədi, həll olundu, itib getdi və s.).

Tərkibi feilləri və mürəkkəb feilləri qarışdırmamaq üçün aşağıdakıları yadda saxlamaq lazımdır:



  1. Bütün mürəkkəb sözlər kimi mürəkkəb feillər də iki müstəqil sözün (köməkçi sözün yox) birləşməsindən əmələ gəlir (uçdu-getdi, deyir-gülür və s.). Tərkibi feillərdə isə sözlərdən biri müstəqil deyil, köməkçi vəzifə daşıyır. Bu səbəbdən də tərkibi feillərə (adam ol, yaxşı oldu, kömək et və s.) mürəkkəb feil demək olmaz.

  2. Mürəkkəb feilləri əmələ gətirən sözlərin hər biri qrammatik cəhətdən dəyişə bilir (asdı-kəsdi, atılır-düşür), tərkibi feillərdə isə yalnız ikinci (sonuncu) söz dəyişir (yaxşı oldu, yaxşı olur, yaxşı olacaq).

  3. Birinci tərəfdə –a2 şəkilçisi, ikinci tərəfdə "bilmək" sözü işlədilən feillərə də tərkibi feillər deyilir. Məsələn: ala bildi, oxuya bilmək və s.

Düzəltmə feillərin əmələ gəlməsi

Sözdüzəldici (leksik) şəkilçilər vasitəsilə həm başqa nitq hissələrindən, həm də feillərdən düzəltmə feillər əmələ gəlir.



1) Başqa nitq hissələrindən (isim, sifət, say, əvəzlik, zərf və yamsılamalardan) feil düzəltmək üçün aşağıdakı şəkilçilərdən istifadə olunur:

  • –la, -lə: (isim, sifət, say, zərf, yamsılama, qismən də əvvəlki mənasını itirmiş sözlərdən feil əmələ gətirir). Məsələn: işlə(mək), boğazla(maq), salamla(maq) (isim); hazırla(maq), parçala(maq), arıqla(maq) (sifət); tamamla(maq), yarıla(maq),(qamarla, topala (əvvəlki mənasını itirmiş söz)).

Qeyd: Ədəbi dilimizdəki –la, -lə şəkilçisi ilə bitən bütün feillər, əsasən, düzəltmə feillərdir.

  • –laş, -ləş: qucaqlaş, ayaqlaş, əlləş (isim); razılaş, çətinləş, tündləş (sifət); birləş, ikiləş, cütləş (say); yaxınlaş, uzaqlaş (zərf).

  • –lan, -lən: dillən, evlən, kədərlən (isim); qaralan, təmizlən (sifət).

  • –al, -əl, -l: boşal, sağal, qısal (sifət); çoxal, azal (say).

  • –ar, -ər: otar (isim); ağar, qızar, bozar (sifət).

  • –a, -ə: oyna, yaşa, ələ (isim); boşa, çilə (sifət).

  • –ı, -i, -u, -ü: bərk-i, turş-u (sifət).

  • –var: su-var (isim).

  • –imsə, ümsə: mən-imsə (mək) – əvəzlik.

  • –sa, -sə: su-sa(maq) – isim; qəribsə(mək) – sifət.

  • –ılda, -ildə, -ulda, -üldə: zar-ılda-maq, xır-ılda-maq, cing-ildə-mək (yamsılama-təqlidi sözlər).

  • –ıq (ıx), -ik, -uq (ux): yol-ux-maq (isim); dar-ıx-maq, pis-ik-mək (sifət).

  • –aş, -əş: yan-aş-maq, sav-aş-maq, öc-əş-mək, dar-aş-maq (isim, yamsılama və əvvəlki mənasını itirmiş sözlər).

  • –ış, -iş, -uş, -üş: çal-ış-maq, bar-ış-maq, qar-ış-maq, çaqq -ış-maq (əvvəlki mənalarını itirmiş söz kökləri və yamsılamalar)

  • –an,-ən: güc-ən-mək, hıqq-an-maq, uz-an-maq (isim və ya-msılama).

2) Feildən feil düzəltmək üçün aşağıdakı şəkilçilərdən istifadə olunur:

  • –ıl, -il, -ul, -ül: yaz-ıl-maq, döy-ül-mək, vur-ul-maq.

  • –ın, -in, -un, -ün: al-ın-maq, bil-in-mək, döy-ün-mək.

  • –ış, -iş, -uş, -üş: yaz-ış-maq, gör-üş-mək, vur-uş-maq.

  • –aş, -əş, ş: tut-aş-maq, mələ-ş-mək.

  • –dır, -dir, -dur, -dür: yaz-dır-maq, sök-dür-mək, böl-dür-mək................



Təsdiq və inkar feilləri

  • hərəkətin icra edildiyini bildirən feillər təsdiq feillər adlanır. Məsələn: yazmaq, oxumaq, aldım, gedir və s.

  • hərəkətin icra edilmədiyini bildirən feillər inkar feillər adlanır. İnkarlıq təsdiq feillərə –ma, -mə, -m şəkilçiləri qoşulmaqla düzəlir. Məsələn: oxu-maq (təsdiq); oxu-ma-maq (inkar).

Qeyd: İnkar şəkilçisi –ma2 sifət və isim düzəldən –ma, -mə şəkilçisi ilə omonimdir. Bunları fərqləndirmək üçün aşağıdakıları yadda saxlamaq lazımdır:

  1. İnkar şəkilçisi vurğu qəbul etmir (alma, yığma, oxuma), leksik şəkilçi olan –ma, -mə isə vurğu altına düşür (qaz-ma, süz-mə).

  2. Bəzən inkar şəkilçisinin saiti ixtisara düşür. Məsələn: alma-yır, al m-ır; gəl-mə-yir, gəl-m-ir və s.

Bəzi feillər inkarda –ma, -mə şəkilçisi qəbul etmir, onun əvəzinə deyil sözündən istifadə olunur. Məsələn: gedəsi deyil, alası deyil və s.

Təsirli və təsirsiz feillər

a) Özündən asılı olan sözün ismin təsirlik halında işlənməsini tələb edən feillərə təsirli feillər deyilir. Təsirli feillərlə əlaqəyə gi-rən sözlər ismin təsirlik halının suallarına (kimi? nəyi? haranı? nə?) cavab olur. Məsələn: kitabı (nəyi?) oxudum, dəftər (nə?) aldım, Qulunu (kimi?) çağırdılar, dondurmanı(nəyi?) aldım və s.

b) Özündən asılı olan sözün ismin təsirlik halında işlənməsini tələb etməyən feillərə təsirsiz feillər deyilir. Məsələn: Meşədən (haradan?) gəlirəm, kinoya (nəyə?) baxırlar və s.



Qeyd: Təsirli feillər şəkilçi qəbul edərək təsirsiz feillərə (yaz-yaz-ıl, oxu-oxu-n, aç-aç-ıl və s.), təsirsiz feillər isə təsirli feillərə (gül-gül-dür, otur-otur-t, köç-köç-ür, it-it-ir və s.) çevrilə bilirlər.

Feilin qrammatik məna növləri

Feilin qrammatik məna növləri danışan (yazan) şəxsin, yəni iş görənin üzərində iş görülən əşya ilə qarşılıqlı münasibətlərini əks etdirir. Bunlar aşağıdakılardır:

1. Məlum növ. Feilin məlum növündə iş görən məlum olur və bu növü düzəltmək üçün heç bir xüsusi şəkilçidən istifadə olunmur. Məsələn: yaz, oxu, gör, iç və s.

Məlum növ feillər həm təsirli (ye, aç və s.), həm də təsirsiz (dur, bax və s.) olurlar.

2. Qayıdış növ. Qayıdış feillər iş görənin işi öz üzərində icra etdiyini bildirir. Qayıdış növ feillər –ın, -in, -un, -ün, -ıl, -il, -ul, -ül, -n şəkilçiləri vasitəsilə təsirli feillərdən düzəlir, amma təsirsiz olur. Məsələn: Gül aç-ıl-dı. Qızlar yu-yun-dular. Sevda dara-n-dı. Azad gey-in-di və s.



Qeyd. Geyindi, soyundu feilləri müstəsnadır. Bu qayıdış feilləri təsirli (gey, soy) feillərdən əmələ gəlsə də, yenə də təsirli olaraq qalır. (Paltarını geyindi; çəkməsini soyundu).

Bəzən başqa nitq hissələrindən əmələ gələn qanad-lan-(maq), ruh-lan(maq), şikayət-lən(mək) və s. kimi feillər də qayıdış növ mənasını bildirir.

3. Məchul növ. Məchul növ feillərdə iş görən qrammatik cəhətdən məlum olmur. Məchul növ feilləri düzəltmək üçün təsirli feillərə –ıl, -il, -ul, -ül, -ın, -in, -un, -ün, -n, -nil, -yil şəkilçilərindən biri artırılır. Məsələn: Kağız yaz-ıl-dı. Tarla şumla-n-dı. Zəng vur-ul-du. Düşmən izlə-nil-ir və s.

Məchul növ feillər qrammatik formasına görə qayıdış feillərə çox yaxındır (hər iki növ –ın, -in, -un, -ün, -n, -ıl, -il, -ul, -ül şə-kil-çiləri ilə yaranır), lakin məchul növ feillərdə iş görən məlum ol-madığı halda, qayıdış feillərdə iş görən məlum olur, yəni işi öz üzərində icra edir.

4. Şəxssiz növ. -ıl, -il, -ul, -ül, -ın, -in, -un, -ün şəkilçilər təsirli feillərə artırıldıqda məchul növ, təsirsiz feillərə artırıldıqda şəxssiz növ əmələ gətirir. Məsələn: Məktuba bax-ıl-dı, diqqət ed-il-di, yanaş-ıl-dı və s.

Qeyd: Məchul feillərlə şəxssiz feilləri ayırmaq üçün aşağıdakı cəhətlərə diqqət etmək lazımdır:


  • Məchul feillər təsirli feillərdən (böl-ün-dü, yaz-ıl-dı), şəxs-siz feillər isə təsirsiz feillərdən (ged-il-di və s.) əmələ gəlir.

  • Məchul feillər –ın4, -n, -ıl4 şəkilçisi ilə yarana bildiyi halda, şəxssiz feillər, əsasən, –ıl4 şəkilçisi ilə əmələ gəlir.

  • Məchul feilli cümlələrdə mübtəda olur (Məktub yazıldı), şəxs-siz feilli cümlələrdə isə mübtəda olmur (Tapşırığa əməl olundu).

5. Qarşılıq-birgəlik növ. Bu növdə olan feillər hərəkətin qarşı-qarşıya, ya da şərikli, müştərək icra edildiyini bildirir.

Qarşılıq bildirən feillər əsasən təsirli (yaz-ış-maq, vur-uş-maq, de-yiş-mək), birgəlik (müştərək) bildirən feillər isə təsirsiz feillərdən (gül-üş-mək, ağla-ş-maq, hür-üş-mək) əmələ gəlir.

Qarşılıq-birgəlik növdə olan feillər nəticə etibarilə təsirsiz olur.

Qarşılıq-birgəlik növü yaratmaq üçün aşağıdakı şəkilçilərdən istifadə olunur: -ış, -iş, –uş, -üş, -aş, -əş, -ş, -laş, -ləş.

6. İcbar növ. İcbar növ feillərdə hərəkəti danışan və ya haqqında danışılan şəxs deyil, başqası icra edir. İcbar növ feillər təsirli feillərin sonuna –dır, -dir, -dur, -dür, bəzən də –t şəkilçisi artırmaqla düzəlir. Məsələn: yaz-dır, sil-dir, bil-dir, düzəlt-dir və s.

Qeyd: Yuxarıdakı şəkilçiləri təsirsiz feillərə artırdıqda icbar növ deyil, sadəcə təsirli feil əmələ gəlir. Məsələn: gül-gül-dür, otur-otur-t. Bu feilləri icbar növə çevirmək üçün onlara yenidən icbar növün şəkilçilərini artırmaq lazımdır. Məsələn: güldür-t, oturt-dur.

Qeyd: Vuruş, görüş tipli qarşılıq-birgəlik bildirən feillər isim də ola bilər. Məsələn: Görüş maraqlı keçdi. Vuruş baş tutmadı.

Təsriflənən feillər




Yüklə 63,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin