Feilin şəkillərinin hekayəsi
Feilin şəkillərinin hekayəsi feilin sadə şəkillərinə idi hissəciyinin artırılması ilə yaranır.
"İdi" həssəciyi feilin əmr şəklinə və xəbər şəklinin keçmiş zamanına artırıla bilmir. Deməli, əmr şəklində olan feillərdən, eləcə də şühudi keçmiş zaman feillərindən feil şəkilçilərinin hekayəsi yarana bilməz. Qalan şəkillərdən (xəbər şəklinin nəqli keçmiş, indiki zaman, gələcək zamanı, arzu, lazım, vacib və şərt şəkli) isə feil şəkillərinin hekayəsi əmələ gələ bilir. Məsələn: almış idi, alır idi, alacaq idi, almaz idi (xəbər); ala idi (arzu); almalı idi (vacib); alası idi (lazım); alsa idi (şərt).
"İdi" hissəciyi sonu samitlə bitən feil şəkillərində iki cür - həm ayrı, yəni idi formasında, həm də şəkilçiləşmiş -dı4 formasında yazılır. Məsələn: gələcək idi, gələcəkdi, gələr idi, gələrdi.
"İdi" hissəciyi sonu saitlə bitən feillərdə ayrı yazılır və tələffüzü ilə yazılışı arasında fərq olur. Məsələn: gəlməli idi (gəlməliydi), yazası idi (yazasıydı), bilsə idi (bilsəydi) və s. Feil şəkillərinin hekayəsində şəxs şəkilçiləri idi hissəcəyinə və ya onun şəkilçiləşmiş formasına artırılır. Məsələn:
I oxu-malı idi-m gəl-ər-di-k yaz-malı idi-m
II oxu-malı idi-n gəl-ər-di-niz yaz-malı idi-n
III oxu malı idi gəl-ər-di-lər yaz-malı idi
Feil şəkillərinin hekayəsində işin üç zamandan (keçmiş, indiki, gələcək) birinin daxilində görüldüyü (təsdiqdə) və ya görülmədiyi (inkarda), bu barədəki məlumatın isə sonradan verildiyi bildirilir.
Dostları ilə paylaş: |