Feil şəkillərinin şərti
Feil şəkillərinin şərti feilin əmr, arzu və şərt şəkilləri istisna olmaqla qalan sadə şəkillərinə isə hissəciyini artırmaqla düzəlir. Əsas xüsusiyyətləri aşağıdakılardır:
Hekayə və rəvayət şəkillərindən fərqli olaraq, şühudi keçmiş zamanda olan feil isə hissəciyi ilə işlənə bilir. Məsələn: al-dı-sa, yaz-dı-sa, bil-di-sə və s.
İsə hissəciyi şəkil və şəxs şəkilçilərindən sonra artırılır. Məsələn: al-mış-am-sa, gəl-miş-sən-sə və s.
İsə hissəciyi həm ayrı (al-mış isə), həm də bitişik (al-mış-sa) yazılır.
İsə hissəciyi bəzən feil şəkillərinin hekayə və rəvayətindən sonra da işlənə bilir. Məsələn: gəl-ir-di-sə, öyrən-ir-miş-sə və s.
Qeyd: İdi, imiş, isə hissəciklərinin qısaldılmış, şəkilçiləşmiş formaları olan -dı4, -mış4, -sa2 -nı şühudi keçmişin -dı4, nəqli keçmişin -mış4, şərt şəklinin –sa2 şəkilçiləri ilə qarışdırmaq olmaz. Sadə şəkillərin (xəbər, şərt) şəkilçiləri olan -dı4,-mış4,-sa2 feil köklərinə və ya başlanğıc formasına artırıldığı halda, hissəciklərin qısaldılmış formaları feilin sadə şəkillərinə, bu şəkilləri düzəldən şəkilçilərdən sonraya artırılır. Məsələn: al-dı-m, al-mış-am, al-sa-m (sadə şəkillər); al-ır-dı-m, al-ır-mış-am, al-dı-m-sa (feilin mürəkkəb şəkilləri) və s.
Dostları ilə paylaş: |