öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək;
10.0.14. fitosanitar xidmətinə dair təlimat, göstəriş, tövsiyə və qaydaların, uçot,
hesabat, akt və protokol formalarının, idxal icazəsi sənədlərinin, sertifikatların və digər
normativ sənədlərin qanunvericilikdə nəzərdə tutulan qaydada və müvafiq beynəlxalq
təşkilatların tələblərinə uyğun hazırlanmasını və nəşr edilməsini təmin etmək;
10.0.15. ölkə ərazisinin fitosanitar vəziyyəti barədə qanunvericiliklə müəyyən edilmiş
qaydada müvafiq icra hakimiyyəti orqanına hesabat vermək;
10.0.16. fitosanitar tədbirlərinə ayrılan məqsədli dövlət vəsaitinə sərəncam vermək;
10.0.17. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər
hüquqları həyata keçirmək.
Maddə 1 1. Dövlət fitosanitar müfəttişlərinin səlahiyyətləri
11.1. Dövlət fitosanitar müfəttişlərinin aşağıdakı səlahiyyətləri vardır:
11.1.1. qanunvericiliklə müəyyən olunmuş qaydada bitki və bitkiçilik məhsullarının
istehsalı, emalı, tədarükü, saxlanması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin
obyektlərinə, habelə dəniz və hava limanlarına, dəmir yolu stansiyalarına, poçtamtlara,
elevatorlara, anbarlara, gəmilərə, mülki təyyarələrə, qatarlara və digər nəqliyyat
vasitələrinə, bazarlara, elmi tədqiqat və sort-sınaq sahələrinə daxil olmaq və fitosanitar
müayinələrin keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə
müraciət etmək;
11.1.2. Azərbaycan Respublikasına gətirilən və respublikadan aparılan karantin
nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin
əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına qanunvericiliklə müəyyən edilmiş
qaydada fitosanitar karantin baxışı keçirmək və laboratoriya ekspertizasını aparmaq;
11.1.3. karantin nəzarətində olan materialları qanunvericiliklə müəyyən edilmiş
hallarda və qaydada saxlamaq, onların dövriyyədən çıxarılması, zərərsizləşdirilməsi və ya
məhv edilməsi üçün tədbir görmək.
11.2. Dövlət fitosanitar müfəttişləri fitosanitar nəzarətində olan karantin
obyektlərində fitosanitar nəzarəti keçirərkən öz səlahiyyətləri daxilində aşağıdakı məsələlər
barədə qərarlar qəbul edirlər:
11.2.1. fitosanitar nəzarəti qanunvericiliyinin tələblərinin pozulmasının aradan
qaldırılması;
11.2.2. fitosanitar nəzarətində olan karantin obyektlərində qanunvericiliklə müəyyən
edilmiş qaydada fitosanitar ekspertizası və diaqnostikası aparılması;
11.2.3. aqroekosistemlərdə karantin tətbiq edilən zərərli orqanizmlərin daşıyıcısı olan
obyektlərin zərərsizləşdirilməsi;
11.2.4. fitosanitar ekspertizasının nəticələri və ya laboratoriya müayinələri ilə
təhlükəliliyi sübut edilmiş bitki və bitkiçilik məhsullarının qanunvericiliklə müəyyən
edilmiş qaydada saxlanması, zərərsizləşdirilməsi, təkrar emalı, götürülməsi və ya məhv
edilməsi;
11.2.5. müvafiq qaydada qeydiyyatdan keçməyən, standartlara və texniki şərtlərin
tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta və keyfiyyətsiz pestisidlərin,
bioloji preparatların, digər bitki mühafizə vasitələrinin qanunvericiliklə müəyyən edilmiş
qaydada götürülməsi və ya məhv edilməsi;
11.2.6. bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki
şəxslərə bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki
mühafizə vasitələrinin istifadəsi, saxlanması və daşınması texnologiyasına və reqlamentinə
dair tövsiyələr verilməsi;
11.2.7. bitki mühafizəsi tədbirlərinin mövcud təlimat və tövsiyələrin, texnologiya və
reqlamentlərin pozulması ilə aparıldığı hallarda bu tədbirlərin həmin nöqsanlar aradan
qaldırılana qədər dayandırılması;
11.2.8. bitkilərin zərərli orqanizmlərlə sirayətlənmək təhlükəsi müəyyən edildikdə,
bu təhlükəni yaradan subyektlər barədə tədbirlər görülməsi üçün aidiyyəti dövlət
orqanlarına müraciət edilməsi;
11.2.9. sanitariya-gigiyena tələblərinə və təhlükəsizlik texnikasına uyğun olmayan
anbar və digər istehsal binalarının pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə
vasitələrinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanması üçün istifadə
olunmasına yol verilməməsi;
11.2.10. fitosanitar nəzarəti qanunvericiliyinin pozulmasında təqsirkar olan hüquqi
və fiziki şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi
üçün müvafiq tədbirlərin görülməsi.
11.3. Dövlət fitosanitar müfəttişlərinin qərarlarının və göstərişlərinin hüquqi və fiziki
şəxslər tərəfindən icra edilməsi məcburidir.
11.4. Dövlət fitosanitar müfəttişlərinin icrası məcburi olan qərarlarının və
göstərişlərinin forması, onların tərtib edilməsi və verilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11.5. Dövlət fitosanitar müfəttişləri Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq fəaliyyət göstərirlər.
Maddə 1 2. Hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində vəzifə və
öhdəlikləri
12.1. Hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində vəzifə və öhdəlikləri
aşağıdakılardır:
12.1.1. zərurət olduğu hallarda öz ərazilərində və obyektlərində müvafiq icra
hakimiyyəti orqanının müraciətinə əsasən fitosanitar nəzarəti və baxışının keçirilməsi və
fitosanitar nəzarətində olan karantin obyektlərinin və ya bitki mühafizə vasitələrinin təqdim
edilməsi üçün lazımi şərait yaratmaq;
12.1.2. bitki mühafizə vasitələrinin saxlanmasında, daşınmasında, istifadə
edilməsində və zərərsizləşdirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət
etmək, ətraf mühitin zəhərli kimyəvi maddələrlə çirklənməsinə yol verməmək;
12.1.3. karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq və
ya məhdudlaşdırmaq üçün fitosanitar tədbirlərin qanunvericiliyə uyğun yerinə yetirilməsini
təmin etmək;
12.1.4. fitosanitar tədbirlərin yerinə yetirilməsi üçün dövlət fitosanitar müfəttişləri
tərəfindən verilmiş qərarlara və göstərişlərə əməl etmək;
12.1.5. fəaliyyət göstərdikləri ərazilərdə və digər yerlərdə karantin tətbiq edilən
zərərli orqanizmlərin mövcudluğu barədə dövlət fitosanitar nəzarəti xidmətinə vaxtında
məlumat vermək;
12.1.6. karantin nəzarətində olan materialların xüsusi təyin edilmiş yerlərdən
kənarda zərərsizləşdirilməsinə yol verməmək;
12.1.7. fitosanitar nəzarətində olan karantin obyektlərinin zərərsizləşdirilməsi və
təmizlənməsi zərurəti yarandığı hallarda bu tədbirlərin görülməsi üçün köməkçi işçilər
ayırmaq;
12.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə fitosanitar nəzarəti sahəsində
nəzərdə tutulan digər vəzifə və öhdəlikləri yerinə yetirmək.
12.2. Hüquqi və fiziki şəxslər fitosanitar tədbirlərin həyata keçirilməsinə kömək
göstərilməsi üçün öz vəsaitləri hesabına məqsədli fondlar yarada bilərlər.
I I I f ə s i l
FİTOSANİTAR TƏDBİRLƏR
Maddə 1 3. İdxal olunmuş məhsullara tətbiq edilən fitosanitar tədbirlər
13.1. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən zərərli orqanizmlərin
daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada fitosanitar nəzarəti məntəqələri təşkil edilir. Fitosanitar nəzarəti
məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada həyata keçirilir. Bu məntəqələr öz fəaliyyətini qanunvericiliklə
müəyyən edilmiş qaydada aidiyyəti orqanlarla əlaqələndirir.
13.2. Zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının
alınması məqsədilə bitki və bitkiçilik məhsullarının idxalı ilə bağlı dövlət fitosanitar nəzarəti
xidməti tərəfindən aşağıdakı fitosanitar tədbirləri həyata keçirilir:
13.2.1. analiz (test), müayinə, məhsulun saxlanması və məhv edilməsi məqsədilə
bitki və bitkiçilik məhsullarını, digər karantin nəzarətində olan materialları və yükləri
fitosanitar nəzarəti məntəqələrində saxlamaq, geri qaytarmaq və onların idxalına
məhdudiyyətlər qoymaq;
13.2.2. zərərli orqanizmlərin əraziyə daxil olması təhlükəsi yarandığı hallarda bitki
və bitkiçilik məhsullarının respublikaya gətirilməsini qadağan etmək və ya
məhdudlaşdırmaq.
13.3. Azərbaycan Respublikasının ərazisindən tranzit kimi istifadə edildikdə bu
Qanunun 11.1.1-ci maddəsində göstərilən tədbirlər o halda tətbiq edilə bilər ki, onlar texniki
cəhətdən əsaslandırılsın və zərərli orqanizmlərin əraziyə daxil olmasının və yayılmasının
qarşısının alınması zərurəti yaranmış olsun.
13.4. Azərbaycan Respublikasının ərazisi üçün ciddi təhlükə yaradan karantin tətbiq
edilən zərərli orqanizmlər aşkar edildikdə müvafiq təxirəsalınmaz tədbirlər görülür və bu
barədə əlaqədar beynəlxalq təşkilatlara məlumat verilir.
13.5. İdxal olunan yükün müvafiq sənədlərlə müşayiət olunmadığı və zərərli
orqanizmlərlə sirayətlənməsi riskinin mövcud olduğu müəyyən edildiyi halda dövlət
fitosanitar nəzarəti xidməti tərəfindən idxal edənə aşağıdakılar barədə yazılı bildiriş verilir:
13.5.1. yüklərin fitosanitar nəzarəti məntəqəsinə aparılaraq karantin rejiminin tətbiq
olunması;
13.5.2. yüklərdən ekspertiza və analiz aparmaq məqsədilə nümunələr götürülməsi və
nəticələr əldə olunanadək yükün saxlanılması;
13.5.3. zərərsizləşdirmə zərurəti yarandığı hallarda yükün götürülməsi və
zərərsizləşdirmə prosesindən sonra sahibinə qaytarılması;
13.5.4. zərərsizləşdirmə məqsədilə yükün boşaldılıb yenidən yüklənməsi;
13.5.5. yükün məhv edilməsinin zəruriliyi.
13.6.
Karantin
tətbiq
edilən
zərərli
orqanizmlərlə
sirayətlənmiş
yük
zərərsizləşdirildikdən sonra müəyyən olunmuş vaxt ərzində sahibi tərəfindən geri
götürülmədikdə dövlət fitosanitar nəzarəti xidməti yükün məhv edilməsi barədə
qanunvericilikdə nəzərdə tutulmuş qaydada qərar qəbul edə bilər.
13.7. Fitosanitar nəzarəti zamanı həyata keçirilən fitosanitar tədbirlərin xərci və
məhv edilən yükün dəyərinin məsuliyyəti idxal edənin üzərinə düşür.
13.8. Poçtamtlar vasitəsilə gətirilən bitki və bitkiçilik məhsulları, bitki mühafizə
vasitələri və digər yüklər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
məntəqələrdən qəbul edilir. Bu məntəqələrin siyahısı müvafiq icra hakimiyyəti orqanları
tərəfindən razılaşdırılaraq təsdiq edilir və bitki mühafizəsi və karantini üzrə beynəlxalq
təşkilatlara və yük göndərən ölkələrə sorğu əsasında məlumat verilir.
Maddə 1 4. İxrac edilən məhsulların sertifikatlaşdırılması
14.1. Azərbaycan Respublikasından ixrac edilən bitki və bitkiçilik məhsullarının
beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək məqsədilə fitosanitar
sertifikatlaşdırılması aparılır.
14.2. Fitosanitar sertifikatlar və ya onların elektron əvəzediciləri beynəlxalq
standartların tələbləri nəzərə alınmaqla tərtib edilməli və verilməlidir.
Fitosanitar sertifikatlarda təsdiq edilməmiş dəyişiklik və düzəlişlərin aparılmasına
yol verilmir.
14.3. İxrac edilən bitki və bitkiçilik məhsullarına fitosanitar sertifikatları dövlət
fitosanitar nəzarəti xidməti tərəfindən aşağıdakı hallarda verilir:
14.3.1. sertifikatın verilməsi üçün müraciət edildikdə və xidmət haqqı ödənildikdə;
14.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada tələb olunan müvafiq sənədlər
təqdim olunduqda;
14.3.3. sertifikat verilməsi nəzərdə tutulan yüklər, baxış keçirilməsi və digər
tədbirlərin aparılması üçün təqdim edildikdə;
14.3.4. göndərilən yüklər beynəlxalq standartların tələblərinə cavab verdikdə.
Maddə 1 5. Tranzit daşınan məhsullara tətbiq edilən fitosanitar tədbirlər
15.1. Karantin nəzarətində olan materialların Azərbaycan Respublikasının
ərazisindən açılmadan, bölünmədən, digər yüklərlə qarışdırılmadan və yenidən
qablaşdırılmadan başqa ölkələrə daşınması zamanı həmin yüklər üzərində qanunvericilikdə
nəzərdə tutulmuş qaydada fitosanitar nəzarəti həyata keçirilir.
15.2. Dövlət fitosanitar nəzarəti xidməti tranzit daşınan bitki və bitkiçilik
məhsullarına fitosanitar sertifikatı tələb edir və zəruri hallarda karantin nəzarətində olan
materiallara və yüklərə fitosanitar tədbirləri tətbiq edilir.
15.3. Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində
olan materiallara aşağıdakı hallarda fitosanitar tədbirləri tətbiq olunmur:
15.3.1. bitki və bitkiçilik məhsulları zərərli orqanizmlərin yayılmaması üçün
plomblanmış nəqliyyat vasitələri ilə və ya konteynerlərlə daşındıqda və beynəlxalq
standartların tələblərinə uyğun qablaşdırıldıqda;
15.3.2. məhsul ixrac edən ölkə tərəfindən fitosanitar sertifikatı ilə təmin edildikdə.
I V f ə s i l
ZƏRƏRLİ ORQANİZMLƏRLƏ MÜBARİZƏ
Maddə 1 6. Ərazidə karantin elan olunması
16.1. Ölkə ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu təsdiq
edildikdə onlarla mübarizə aparmaq məqsədilə dövlət fitosanitar nəzarəti xidməti həmin
ərazidə karantin elan olunması barədə müvafiq icra hakimiyyəti orqanlarına təklif verir.
16.2. Karantin rejiminin tətbiq olunduğu ərazinin hüdudları zərərli orqanizmlərin
yayılma dərəcəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən
edilir.
16.3. Ərazidə karantin rejiminin tətbiq edildiyi barədə məlumat dərhal rəsmi elan
olunur və həmin ərazidə olan hüquqi şəxslərə və əhaliyə xəbərdarlıq edilir.
16.4. Ərazidə karantin elan olunması barədə müvafiq icra hakimiyyəti orqanının
qərarında aşağıdakı məlumatlar əks olunur:
16.4.1. karantin elan olunmasının səbəbləri;
16.4.2. karantin elan olunan ərazinin yeri və hüdudları;
16.4.3. karantin məhdudiyyətləri və fitosanitar tədbirlərinin siyahısı.
Maddə 1 7. Karantin elan olunan ərazilərdə tətbiq edilən məhdudiyyətlər və
fitosanitar tədbirlər
17.1. Karantin elan olunan ərazilərdə aşağıdakı məhdudiyyətlər və fitosanitar
tədbirləri tətbiq edilir:
17.1.1. zərərli orqanizmlərə qarşı dövlət fitosanitar nəzarəti xidmətinin müəyyən
etdiyi bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi;
17.1.2. karantin elan olunan ərazidən və ya həmin əraziyə, habelə ərazi daxilində
bitki və bitkiçilik məhsullarının daşınmasına məhdudiyyətlərin qoyulması;
17.1.3. karantin tətbiq edilən zərərli orqanizmlərə həssas bitkilərin həmin ərazidə
yenidən əkilməsinə qadağa qoyulması.
17.2. Dövlət fitosanitar nəzarəti xidməti məqsədəuyğun hesab etdiyi halda karantin
elan olunan əraziyə bitişik ərazidə olan torpaq sahəsinin mülkiyyətçisinə (istifadəçisinə),
müəyyən vaxt ərzində, öz ərazisində fitosanitar tədbirlərin həyata keçirilməsi barədə rəsmi
bildiriş verir və onun qarşısında qanunvericilikdə nəzərdə tutulmuş tələblər qoyur.
17.3. Torpaq sahəsinin mülkiyyətçisi (istifadəçisi) bu tələblərə əməl etmədiyi halda
dövlət fitosanitar nəzarəti xidməti bildirişdə tələb olunan fitosanitar tədbirləri həyata
keçirmək məqsədilə bu ərazidə olan bitkilərin, bitkiçilik məhsullarının və zərərli
orqanizmlərin məhv edilməsi barədə qərar qəbul edir.
17.4. Karantin elan olunan ərazilərdə məhdudiyyətlərin qoyulması və fitosanitar
tədbirlərin aparılması xərcləri qanunvericiliklə müəyyən olunmuş hallarda dövlət
büdcəsinin vəsaiti, digər hallarda isə torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin)
vəsaiti hesabına həyata keçirilir.
Maddə 1 8. Zərərli orqanizmlərin məhdud dairədə yayıldığı ərazilərin elan
olunması
18.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən zərərli orqanizmlərin məhdud
dairədə yayıldığı ərazilər aşağıdakı hallarda elan olunur:
18.1.1. ərazidə zərərli orqanizmlərin məhdud dairədə yayıldığı müəyyən edildikdə;
18.1.2. zərərli orqanizmlərin yayılmasının məhdud dairədə qalması üçün müvafiq
fitosanitar tədbirləri həyata keçirildikdə və lazımi nəzarət sistemi tətbiq edildikdə.
18.2. Zərərli orqanizmlərin məhdud dairədə yayıldığı ərazilərdən bitki və bitkiçilik
məhsullarının kənara daşınmasına yol verilmir.
Maddə 1 9. Ərazinin zərərli orqanizmlərdən azad elan olunması
19.1. Dövlət fitosanitar nəzarəti xidməti karantin elan olunan ərazini müntəzəm
olaraq tədqiq edir və karantin tətbiq edilən zərərli orqanizmlərin ərazidə mövcudluğunu
daim nəzarətdə saxlayır.
19.2. Fitosanitar tədbirlərin aparılmasından sonra dövlət fitosanitar nəzarəti xidməti
zərərli orqanizmlərlə sirayətlənmiş ərazidə və ya onun bir hissəsində karantin rejiminin
götürülməsi barədə müvafiq icra hakimiyyəti orqanına təklif verir.
19.3. Müvafiq icra hakimiyyəti orqanı karantin elan olunmuş ərazini, o cümlədən
məhsulun istehsal yerini və sahələrini zərərli orqanizmlərdən aşağıdakı hallarda azad elan
edir:
19.3.1. karantin tətbiq edilən zərərli orqanizmlərin ərazidə mövcud olmamasına əmin
olduqda;
19.3.2. ərazinin zərərli orqanizmlərdən azad olunması məqsədilə nəzərdə tutulmuş
fitosanitar tədbirlər tam həyata keçirildikdə;
19.3.3. zərərli orqanizmlərdən azad ərazinin statusunun saxlanılmasına əmin olmaq
məqsədilə müşahidələr keçirildikdə.
19.4. Bitki və bitkiçilik məhsullarının karantin elan olunmuş ərazilərdən daşınmasına
yalnız zərərli orqanizmlərdən azad elan olunduqdan sonra yol verilir.
V f ə s i l
BİTKİ MÜHAFİZƏSİ İLƏ BAĞLI FİTOSANİTAR TƏLƏBLƏR
Maddə 2 0. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət
sınağının və qeydiyyatının aparılması
20.1. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağı və
qeydiyyatı onların bioloji, gigiyena-toksikoloji və ekoloji cəhətdən qiymətləndirilməsi və
istifadə reqlamentlərinin işlənib hazırlanması məqsədilə aparılır.
20.2. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaya uyğun olaraq elmi
tədqiqat müəssisələrində aparılır.
20.3. İstehsalatda sınaqdan keçirmək, qeydiyyata almaq və elmi tədqiqat işlərində
istifadə etmək məqsədilə xarici ölkələrdən gətirilən pestisidlərin, bioloji preparatların və
aqrokimyəvi maddələrin miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
20.4. Dövlət sınağından keçmiş insan, heyvan və bitki orqanizmləri, habelə ətraf
mühit üçün təhlükəsizliyi təsdiq edilmiş pestisidlər, bioloji preparatlar və aqrokimyəvi
maddələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınır və Azərbaycan
Respublikasında istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilir.
20.5. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət
qeydiyyatının məcburi şərti onların mənşəyi və keyfiyyəti barədə sertifikatların, təhlükəsiz
tətbiqi, bitki və bitkiçilik məhsullarında, torpaqda, suda və ətraf mühit obyektlərində həmin
preparatların qalıq miqdarının müəyyən edilməsi metodikası üzrə təlimatların olmasıdır.
20.6. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyat
müddəti 5 ildir və bu müddət başa çatdıqdan sonra onlar müəyyən edilmiş qaydada
yenidən qeydiyyatdan keçirilir. Preparatların təhlükəsizliyi barədə yeni məlumatlar daxil
olduğu hallarda müvafiq icra hakimiyyəti orqanı onların tətbiqini tamamilə və ya
müvəqqəti dövr üçün qadağan edə bilər.
Maddə 2 1. Zəhərli kimyəvi maddələrin qalıq miqdarına dövlət nəzarəti
21.1. Bütün növ bitki və bitkiçilik məhsullarında və torpaqda pestisidlərin, bioloji
preparatların və onların birləşmələrinin qalıq miqdarına dövlət nəzarəti müvafiq icra
hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
21.2. Bitki və bitkiçilik məhsullarının tərkibində pestisidlərin, bioloji preparatların və
onların birləşmələrinin qalıq miqdarının yol verilən normadan artıq olmamasını təsdiq edən
müvafiq sertifikat olduqda onların satışına icazə verilir.
21.3. Məhsulun tərkibində pestisidlərin, bioloji preparatların və onların
birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olduqda, onun satışına icazə
verilmir və bu məhsul qanunvericiliklə müəyyən olunmuş qaydada dövriyyədən çıxarılır.
Maddə 2 2. İstifadəyə yararsız zəhərli kimyəvi maddələrin məhv edilməsi
22.1. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji
preparatlar, onların birləşmələri və qabları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada onların sahibindən geri alınaraq qanunvericilikdə nəzərdə
tutulmuş qaydada zərərsizləşdirilir və ya məhv edilir.
22.2. Pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin zərərsizləşdirilməsi
və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada xüsusi
anbarlarda (qəbiristanlıqlarda) aparılır.
22.3. Xüsusi anbarların (qəbiristanlıqların) sayını və onların yerləşdirilməsini
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Dostları ilə paylaş: |