Fizika Elm sah ə si → öyr ə nir



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix23.09.2022
ölçüsü1,16 Mb.
#63987
1   2   3   4   5   6   7   8   9   10
Fizika

Relyativist v
ә kvant fizikası. Nüvә vә elementar zәrrәciklәr fizikası


Albert Eynşteyn, Verner Heyzenberq,
Maks Plank, Hendrik Lorens, Nils
Bor, Mariya Küri, Ervin Şredinger v
ə
Pol Dirak kimi görk
əmli fiziklərin
iştirakı il
ə 1927-ci il Solvey
Konfransı
s
әviyyәdә işığın korpuskulyar nәzәriyyәsi yaradıldı. İşığın tәbiәtindә olan dualizm onu bir tәrәfdәn zәrrәciklәr (korpuskullar) seli,
dig
әr tәrәfdәn isә dalğa (interferensiya, difraksiya) kimi interpretasiya etmәyә imkan verir. Elektromaqnit şüalanmasının
“kvantlanmasına” 
әsasәn 1913-cü ildә N.Bor belә nәticәyә gәldi ki, atomdaxili proseslәrin enerjisi dә sıçrayışla dәyişmәlidir.
Borun bu n
әticәsi Rezerfordun atom modelini izah etmәyә imkan verdi. Belә ki, 1911-ci ildә E.Rezerford alfa-zәrrәciklәrin
madd
әdәn sәpilmәsini eksperimental tәdqiq edәrәk atomun planetar modelini yaratdı. Bu modelә görә elektronlar nüvә әtrafında,
planetl
әr Günәş әtrafında fırlandığı kimi fırlanır. Lakin Maksvellin elektrodinamikasına görә belә atom dayanıqlı ola bilmәz, çünki
elliptik orbitl
әr üzrә tәcillә hәrәkәt edәn elektronlar daim elektromaqnit şüalar buraxmalı, enerji itirmәli vә nüvәyә yaxınlaşaraq
t
әxminәn 10
–8
san 
әrzindә onun üzәrinә düşmәlidir. Klassik qanunlar çәrçivәsindә atomların dayanıqlığını vә onların xәtti, diskret
spektrini izah etm
әk mümkün deyildi. Bu çәtin vәziyyәtdәn çıxışı yolunu Bor göstәrdi. Onun irәli sürdüyü postulata әsasәn atomlar
xüsusi stasionar hallarda olur v
ә bu vәziyyәtdә elektronlar enerji şüalandırmır. Şüalanma ancaq bir stasionar haldan digәrinә
keç
әrkәn baş verir. C.Frank vә H.Hertс (1913–14) tәrәfindәn elektrik sahәsindә sürәtlәndirilmiş elektronlarla atomların
toqquşmasının t
әdqiqi atomların enerji spektrinin diskret olduğunu sübut etdi. Ən bәsit atom olan hidrogen üçün Bor şüalanma
spektrinin t
әcrübә ilә uzlaşan kәmiyyәt nәzәriyyәsini yaratdı.
Bu dövrl
әrdә bәrk cisim fizikasına çoxlu sayda (~10
22
sm
–3
) z
әrrәciklәrdәn ibarәt kondensasiyalanmış sistem kimi müasir bir baxış
formalaşmağa başladı. 1925-ci il
ә qәdәr bәrk cisim fizikası iki istiqamәtdә inkişaf edirdi: kristallik qәfәsin fizikası vә kristalların
(
әsasәn metalların) elektron fizikası. Sonralar bu istiqamәtlәr kvant nәzәriyyәsi әsasında bir-biri ilә qovuşdu. Kristallar – fәzada
nizamla düzülmüş v
ә qarşılıqlı tәsir qüvvәlәrinin kömәyilә tarazlıqda olan atomlar çoxluğu haqqında tәsәvvürlәr artıq 20-ci әsrin
әvvәllәrindә tam formalaşdı. 19-cu əsrin sonunda E.S.Fyodorov kristalların strukturu vә simmetriyası sahәsindә apardığı işlәrlә
n
әzәri kristalloqrafiyanın әsasını qoydu; o, 1890–91-ci illәrdә kristallar üçün 230 simmetriya qrupunun – kristallik qәfәsdә atomların
nizamlı düzülüş növl
әrinin (Fyodorov gruplarının) mümkünlüyünü isbat etdi. 1907 ildә Eynşteyn, eyni tezlikli kvant harmonik
ossilyatorlarının toplumu kimi q
әbul olunan kristal modelinә әsasәn, Dülonq-Pti qanunu ilә ziddiyyәt tәşkil edәn, lakin tәcrübәdә
müşahid
ә olunan bәrk cisimlәrin istilik tutumlarının temperaturun aşağı düşmәsi ilә azalması hadisәsini izah edir. 1912 ildә M.Laue
әmәkdaşları ilә birlikdә kristallarda rentgen şüalarının difraksiyasını kәşf etdi vә kristalların nizamlı atom quruluşuna malik olduğunu
q
әti olaraq tәsdiqlәdi. Bu kәşf әsasında kristallarda atomların yerlәşmә qanunauyğunluqlarının vә atomlararası mәsafәlәrin
eksperimental t
әyini metodikası işlәnib hazırlandı vә U.L.Breqq, U.H.Breqq (1913) vә G.Vulfun (1913) apardığı tәdqiqatlar
n
әticәsindә rentgen quruluş analizi metodu yaradıldı. 1907–14-cü illәrdә artıq kvant tәsәvvürlәrinә әsaslanan kristallik qәfәsin
dinamik n
әzәriyyәsi işlәnib hazırlandı. Kristallik qәfәsi, bir-birilә bağlı müxtәlif tezlikli kvant ossilyatorlarının toplumu kimi tәqdim
ed
әn daha mükәmmәl dinamik nәzәriyyә P.Debay (1912), M.Born, T.Karman (1913) vә E.Şredinger (1914) tәrәfindәn daha da
inkişaf etdirildi.
Elektronun k
әşfindәn sonra metalların elektron nәzәriyyәsi inkişaf etmәyә başladı. Bu nәzәriyyәdә metal daxilindәki elektronlara,
kristallik q
әfәsi dolduran vә klassik Boltsman statistikasına tabe olan adi seyrәldilmiş molekulyar qazabәnzәr sәrbәst elektronlar kimi
baxılırdı. Elektron n
әzәriyyәsinin kömәyilә Om vә Videman-Frants qanunlarnı izah etmәk (P.Drude) mümkün oldu vә kristallarda
işığın dispersiya n
әzәriyyәsinin әsası qoyuldu. Lakin bir çox faktlar klassik elektron nәzәriyyәsinin kömәyilә izah edilә bilmәdi.
Bel
ә ki, metalların xüsusi müqavimәtinin temperatur asılılığı, elәcә dә elektron qazının metalların istilik tutumunda payının cüzi olması
faktı izahsız qaldı. Yalnız kvant mexanikasının bu m
әsәlәlәrә tәtbiqindәn sonra hәmin qaranlıq mәqamlara aydınlıq gәtirildi.
20-ci 
әsrin 20-ci illәrindә mikrozәrrәciklәrin hәrәkәtini vә hәmçinin makroskopik cisimlәrdә baş verәn bir çox fiziki hadisәlәri
ardıcıl, m
әntiqi surәtdә izah edә bilәn vә müasir nәzәriyyәlәrdәn әn dәrini vә mükәmmәli olan kvant (vә ya dalğa) nәzәriyyәsi
yaradıldı. Kvant n
әzәriyyәsinin әsasını Plank-Eynşteyn-Borun kvantlanma ideyası vә hәmçinin L. de Broyl tәrәfindәn irәli
sürülmüş hipotez (1924) – korpuskulyardalğa dualizmi n
әinki elektromaqnit şüasına (fotonlara), ümumiyyәtlә, materiyanın istәnilәn
növün
ә şamil olunur, hipotezi tәşkil edirdi. Bu hipotezә görә bütün mikrozәrrәciklәr (elektronlar, protonlar, atomlar vә s.)
korpuskulyar xass
әlәrlә yanaşı dalğa keyfiyyәtlәrinә dә malikdir: hәr bir zәrrәciyә müәyyәn λ dalğa uzunluqlu (λ = h/p, burada h
Plank sabiti, p – z
әrrәciyin impulsudur) vә ν tezlikli (ν = E/h, E – zәrrәciyin enerjisidir) dalğa uyğun gәlir. De Broyl dalğaları
s
әrbәst zәrrәciklәri tәsvir edir. 1927-ci ildә elektronların difraksiyasının eksperimental müşahidә olunması onların dalğa tәbiәtinә
malik olduğunu sübut etdi. Sonralar dig
әr mikrozәrrәciklәrdә (о cümlәdәn molekullarda) dә difraksiya hadisәsi müşahidә olundu
(bax Z
әrrәciklәrin difraksiyası).
1925-ci ild
ә V.Heyzenberq vә M.Born xüsusi riyazi aparatın kömәyilә kvant hadisәlәrini izah
ed
әn matris mexanikasını qurdular. 1926 ildә atomun diskret energetik spektrini dalğavarı
t
әnliklәrlә izah etmәyә çalışan Şredinger kvant mexanikasının әsas tәnliyini aldı.
1925-ci ild
ә C.Y.Ulenbek vә S.A.Qaudsmit spektroskopik eksperimentlәr vasitәsilә
elektronun m
әxsusi hәrәkәt miqdarı momentinә – spinә (elәcә dә onunla bağlı mәxsusi spin
maqnit momentin
ә) malik olduğunu kәşf etdilәr. Spinin ölçüsünü adәtәn, ћ = h /2π vahidi ilә
ifad
ә edirlәr; bu vahid ilә elektronun spini 1/2-ә bәrabәrdir. V.Pauli qeyri-relyativist
elektronun xarici elektromaqnit sah
әsindә maqnit sahәsi ilә spin maqnit momentinin qarşılıqlı
t
әsirini nәzәrә almaqla hәrәkәt tәnliyini aldı. O, hәmçinin bir kvant halında yalnız bir
elektronun yerl
әşә bilmәsi haqqında prinsipi (Pauli prinsipi) formulә etdi (1925). Çoxlu
z
әrrәciklәrdәn ibarәt sistemlәrin kvant nәzәriyyәsinin qurulmasında Pauli prinsipinin
mühüm 
әhәmiyyәti olmuşdur. Belә ki, onun kömәyilә çoxelektronlu atomlarda elektron
örtükl
әrinin vә qatlarının elektronlarla dolma qanunauyğunluqlarını vә belәliklә dә,
Mendeleyevin elementl
әrin dövri sistemini nәzәri izah etmәk mümkün oldu.


1928-ci ild
ә P.A.M.Dirak elektronun hәrәkәtinin kvant relyativist tәnliyini aldı. Bu tәnlikdәn elektronun spinә malik olduğu tәbii
sur
әtdә çıxırdı. Hәmin tәnlik әsasında 1931-ci ildә Dirak pozitronun (ilk antizәrrәciyin) mövcudluğunu öncәdәn xәbәr verdi vә
1932-ci ild
ә K.D.Anderson kosmik şüalarda bu zәrrәciyi kәşf etdi (protonun vә neytronun antizәrrәciklәri olan antiproton vә
antineytron, uyğun olaraq, 1955-ci v
ә 1956-cı illәrdә eksperimental olaraq kәşf olundu).
Kvant mexanikası il
ә yanaşı, kvant statistikası da inkişaf edirdi. 1924-cü ildә hind fiziki Ş.Boze kvant statistikasının prinsiplәrini spini
1 olan fotona t
әtbiq edәrәk, tarazlıqda olan şüalanmanın enerji spektrini ifadә edәn Plank düsturunu, Eynşteyn isә bu prinsiplәrin
köm
әyilә ideal qazın molekullarının enerjiyә görә paylanmasını ifadә edәn formulu (Boze-Eynşteyn statistikasını) aldı.
1926-cı ild
ә Dirak vә italyan fiziki E.Fermi göstәrdilәr ki, elektronlar çoxluğu vә 1/2 spinә malik digәr zәrrәciklәr üçün fәrqli
statistik paylanma qanunu – Fermi-Dirak statistikası t
әtbiq olunmalıdır. Kvant statistikası bәrk cisim fizikasının inkişafında çox mühüm
rol oynadı. 1929-cu ild
ә İ.E.Tamm kristal atomlarının istilik hәrәkәtinә kvazi- zәrrәciklәrin – fononların toplusu kimi baxmağı tәklif
etdi. Bel
ә yaxınlaşma aşağı temperaturlarda temperaturun azalması ilә metalların istilik tutumunun ~T
3
qanununa 
әsasәn azalmasını
izah etdi v
ә hәmçinin metalların elektrik müqavimәtinin әsas sәbәbinin elektronların fononlardan sәpilmәsi olduğunu göstәrdi.
1928-ci ild
ә alman fiziki A.Zommerfeld metallarda köçürmә proseslәrini izah etmәk üçün Fermi-Dirak paylanma funksiyasından
istifad
ә etdi. Bu addım bәrk cisimlәrdә kinetik hadisәlәrin (elektrik vә istilikkeçirmә, qalvanomaqnit, termoelektrik vә s. effektlәr)
kvant n
әzәriyyәsinin inkişafına tәkan verdi. Pauli prinsipinә görә hәtta mütlәq sıfırda belә metal daxilindәki elektronların ümumi
enerjisi sıfırdan f
әrqlidir, yәni hәyәcanlanmamış vәziyyәtdә bütün enerji sәviyyәlәri sıfır sәiyyәsindәn başlayaraq müәyyәn bir
maksimal qiym
әtә (Fermi sәviyyәsinә) qәdәr elektronlarla tutulmuş olur. Bu modelin kömәyilә Zommerfeld metallarda elektronların
istilik tutumuna verdiyi payın kiçikliyini izah etdi: qızdırılark
әn ancaq Fermi sәviyyәsi yaxınlığındakı hәyacanlanmış elektronlar istilik
tutumuna pay verir.
1928–34-cü ill
әrdә F. Blox, H.A.Bete vә L.Brillüen tәrәfindәn kristalların zona energetik strukturu nәzәriyyәsi yaradıldı vә bu
n
әzәriyyәnin kömәyilә dielektriklәrin vә metalların elektrik xassәlәri asanlıqla izah olundu. 1928-ci ildә Y.İ.Frenkel vә Heyzenberq
göst
әrdilәr ki, ferromaqnetizm kvant mübadilә qarşılıqlı tәsiri әsasında baş verir; 1932–33-cü illәrdә fransız fiziki L.Neel vә ondan
asılı olmayaraq L.D.Landau antiferromaqnetizmin mövcudluğunu önc
әdәn xәbәr verdilәr.
Kamerlinq-Onnes t
әrәfindәn ifratkeçiriciliyin (1911) vә P.L.Kapitsa tәrәfindәn maye heliumda ifrataxıcılığın (1938) kәşfi kvant
statistikasında yeni metodların inkişafına t
әkan verdi: Landau tәrәfindәn ifrataxıcılığın fenomenoloji nәzәriyyәsi (1941), daha sonra
is
ә Landau vә V.L.Ginzburq tәrәfindәn ifratkeçiriciliyin (1950) fenomenoloji nәzәriyyәsi yaradıldı.
20-ci 
әsrin 50-ci illәrindә çoxzәrrәcikli sistemlәrin statistik kvant nәzәriyyәsinә yeni, güclü hesablama metodlarının tәtbiqi
C.Bardin, L.Kuper, C.Şriffer (ABŞ) v
ә N.N.Boqolyubov (SSRİ) tәrәfindәn ifratkeçiriciliyin mikroskopik nәzәriyyәsinin
yaranmasına g
әtirib çıxardı.
20-ci 
әsrin 2-ci rübündә atom nüvәsinin strukturunun öyrәnilmәsi vә elementar zәrrәciklәr fizikasının yaradılması sahәsindә xeyli
ir
әlilәyiş oldu. Rezerford tәrәfindәn atom nüvәsinin kәşfindәn öncә 19-cu əsrin sonlarında radioaktivlik hadisәsi (A.Bekkerel, P. vә
M.Küri, Fransa), 20-ci 
əsrin әvvәlindә izotoplar kәşf olundu. 1919-cu ildə Rezerford stabil azot nüvәlәrini a-zәrrәciklәrlә
bombardman etm
әklә onları oksigen nüvәlәrinә çevirә bildi. 1932 ildә C.Çedvik tәrәfindәn neytronun kәşfi nüvәnin müasir
proton-neytron modelinin (D.D.İvanenko, Heyzenberq) yaranmasına s
әbәb oldu. 1934-cü ildә fransız fiziklәri İ. vә F. Jolio-Kürilәr
süni radioaktivlik hadis
әsini kәşf etdilәr. Yüklü zәrrәciklәrin sürәtlәndiricilәrinin kәşfi müxtәlif nüvә reaksiyalarının
öyr
әnilmәsinә imkan yaratdı. Nüvәnin bölünmәsi kәşf olundu. 1939–45-ci illәrdә ilk dәfә 
235
U nüv
әlәrinin zәncirvarı reaksiyası
hesabına nüv
ә enerjisinin ayrılması baş verdi vә atom bombası yaradıldı.
Nüv
ә fizikasının inkişafı ilә yanaşı 20-ci əsrin 30-cu illәrindәn elementar zәrrәciklәr fizikasının da sürәtli inkişafı başladı. Belә ki,
müonlar, pi-mezonlar, K-mezonlar v
ә ilk hiperonlar kәşf edildi. Yüklü zәrrәciklәr sürәtlәndiricilәrinin gücü artdıqca yeni elementar
z
әrrәciklәrin kәşfi, onların xassәlәri vә qarşılıqlı tәsir xüsusiyyәtlәrinin öyrәnilmәsi prosesi daha da sürәtlәndi. Bir çox yeni
z
әrrәciklәrlә yanaşı, orta yaşama müddәti 10
–22
–10
–24
san olan h
әdsiz dәrәcәdә qeyri-stabil zәrәciklәr – rezonanslar kәşf edildi
v
ә iki növ neytrinonun mövcudluğu eksperimental olaraq tәsdiq edildi. Elementar zәrrәciklәrin qarşılıqlı çevrilәbilmә qabiliyyәti,
onların mütl
әq mәnada elementar olmadıqlarını vә mürәkkәb daxili struktura malik olduqlarını göstәrdi. Elementar zәrrәciklәrin vә
onların qarşılıqlı t
әsir mexanizmlәrinin ardıcıl, mәntiqi izahı hәlә dә yetkinlik dәrәcәsinә çatmamış kvant sahә nәzәriyyәsinin
işidir.
1917-ci ild
ә şüalanma prosesinin kvant nәzәriyyәsini irәli sürәn Eynşteyn mәcburi şüalanma mexanizminin mümkünlüyünü
göst
әrmişdi. 50-ci illәrdә kvant sistemlәri vasitәsilә elektromaqnit dalğalarının generasiyası vә güclәndirilmәsi sahәsindә aparılan
intensiv t
әdqiqatlar N.G.Basov, A.M.Proxorov vә onlardan asılı olmayaraq Ç.Tauns (1964 ildә bu üç alim Nobel mükafatına layiq
görülmüşl
әr) tәrәfindәn mikrodalğalı molekulyar kvant generatorunun (mazerin) vә 60-cı illәrdә lazerin – görünәn işıq diapazonunda
işl
әyәn kvant genera-torunun yaranmasına sәbәb oldu.
Müasir sür
әtlәndiricilәrin yaradılması vә elementar zәrrәciklәrin müşahidә üsullarının tәkmillәşdirilmәsi yüksәk enerjilәr
fizikasının yaranmasına s
әbәb oldu. Yüksәk enerjilәr fizikasının inkişafı adronların kvarklardan tәşkil olunduğu, güclü qarşılıqlı
t
әsirin qlüonlarla daşındığı fәrziyyәlәrinin doğruluğuna inamı artırdı, zәif qarşılıqlı tәsiri daşıyan W± (1982) vә Zº (1983)
mezonlarının t
әcrübәdә kәşfinә gәtirib çıxardı.

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin