Fənnin tədrisi üsulları. Mühazirə, məşğələ, sərbəst işlər,
kollokviumlar. FƏNNİN MƏZMUNU
1. Birtərtibli diferensial tənliklər və onlara gətirilən bəzi fiziki məsələlər. Birtərtibli adi diferensial tənlik anlayışı. Törə-
məyə nəzərən həll olunmuş birtərtibli diferensial tənliyin həllinin
aşkar, aşkar olmayan və parametrik şəkilləri. İnteqral əyrisi və
istiqamətlər meydanı anlayışları. Törəməyə nəzərən həll olunmuş
birtərtibli diferensial tənliyin həllinin həndəsi izahı. Tənliyi həll
etmədən inteqral əyrisinin təqribi qurulması üsulu olan izoklin
üsulu. Birtərtibli diferensial tənliyin həlləri çoxluğunun bir
parametrdən asılı ailə təşkil etməsi. Ümumi, xüsusi və məxsusi
həllər. Koşi məsələsi. Birtərtibli diferensial tənliklərlə ifadə olu-
nan bəzi fiziki məsələlər.