5. Parametr daxil etməyin ümumi üsulu. Parametr daxil
etməyin ümumi üsulu və onun, həm sərbəst dəyişənə nəzərən həll
olunmuş, həm də axtarılan funksiyaya nəzərən həll olunmuş
tənliklərə tətbiqi. Klero və Laqranj tənlikləri.
6. Normal diferensial tənliklər sistemi. Ümumi anlayışlar və
təriflər. Diferensial tənliklər sistemi və onun tərtibi. Normal dife-
rensial tənliklər sistemi və onun həlli. İnteqral əyrisi və istiqamətlər
meydanı. Normal sistemin həllinin həndəsi izahı. Koşi məsələsi,
həllin varlıq və yeganəlik teoremi. Ümumi, xüsusi və məxsusi
həllər. Sistemin inteqralı, birinci inteqralı və ümumi inteqralı.