11. Yüksək tərtibli xətti tənliklər. Yüksək tərtibli xətti bir-
cins tənlik. Xətti sistem tənliyin xüsusi halı kimi. Vronski deter-
minantı və fundamental həllər sistemi. Vronski determinantının
sıfırdan fərqli olması və ümumi həllin fundamental həllər siste-
minin köməyi ilə göstərilməsi. Bir xüsusi həll məlum olduqda
tənliyin tərtibinin bir vahid azaltmağın mümkünlüyü. Sabitlərin
variasiyası üsulu ilə bircins olmayan tənliyin həllinin qurulması.