Fənnin «Tədris planı»ndakı yeri. «Kompleks dəyişənli
funksiyalar nəzəriyyəsi» fənni «Fizika – 050503» ixtisası üzrə
bakalavr hazırlığının «Tədris planı»nda «İxtisasın peşə hazırlığı
fənləri» qrupuna (İPF-B12) daxildir. Fənnin tədris üsulları. Mühazirə, məşğələ, sərbəst işlər,
kollokviumlar.
FƏNNİN MƏZMUNU 1. Kompleks ədəd anlayışı. Kompleks ədəd. Həndəsi inter-
pretasiya. Kompleks ədədlər üzərində əməllər. Qoşma kompleks
ədədlər. Kompleks ədədləri qüvvətə yüksəltmə. Kompleks ədəd-
lərin cəbri, üstlü və triqonometrik yazılış formaları, modulu, arqu-
menti. Eyler və Muavr düsturları. Kompleks ədəddən kök alma.
Genişlənmiş kompleks müstəvi, Riman sferası. Stereoqrafik pro-
yeksiya.