Fənnin tədris planındakı yeri. «Təcrübi fizikanın tədqiqat
üsulları» fənni «Fizika – 050503» ixtisası üzrə bakalavr hazırlı-
ğının «Tədris planı»nda «İxtisasın peşə hazırlığı fənləri» qrupuna
(İPF-B20) daxildir. Fənnin tədrisi üsulları: Mühazirə, məşğələ, sərbəst işlər və
kollokvumlar
FƏNNİN MƏZMUNU 1. Tədqiqatların aparılmasına hazırlıq işləri. Fənnin təd-
risində məqsəd, fənnin tərkib hissələri. Tədqiqat laboratoriya-
larında iş zamanı istifadə olunan əsas və köməkçi avadanlıqlar və
vəsaitlər. Laboratoriya dəftəri. Qeydlərin aparılması qaydaları.
Hazırlıq işləri: Eksperimentlərin məqsədi, planlaşdırılması və
aparılması. Müşahidə.
2. Xətalar. Sistematik xəta. Təsadüfi xəta. Standart sapma.
Xətaların qiymətləndirilməsi. Xətaların statistik təbiəti. Qaus
paylanması. Nəticələrin hesablanması və qrafiki təsviri üsulları.