Fənnin «Tədris planı»ndakı yeri. «Elektrik və maqnetizm»
fənni «Fizika – 050503» ixtisası üzrə bakalavr hazırlığının «Tədris
planı»nda «İxtisasın peşə hazırlığı fənləri» qrupuna (İPF-B03) da-
xildir.
Fənnin tədrisi üsulu. Mühazirə, məşğələ, laboratoriya (prak-
tikum) dərsləri, sərbəst işlər, kollokviumlar, kurs işi.
FƏNNİN MƏZMUNU
1. Elektrik yükləri və elektrik sahəsi. Elektrik yükləri,
elektriklənmə, elektrik yüklərinin qarşılıqlı təsiri. Kulon qanunu.
Mütləq elektrostatik və Beynəlxalq vahidlər sistemi. Elektrik
yüklərinin saxlanması qanunu. Elektrostatik sahə anlayışı, elektrik
sahəsinin intensivliyi. Superpozisiya prinsipi. Elektrik sahəsinin
induksiya vektoru və induksiya seli. Qauss teoremi və onun sadə
elektrostatik sahələrin hesablanmasına tətbiqi. Bərabər (müntə-
zəm) yüklənmiş keçirici müstəvinin, naqilin, kürənin və silindrin
elektrik sahəsinin intensivliyi. Diferensial şəkildə Qauss teoremi –
Puasson tənliyi.