Fənnin «Tədris planı»ndakı yeri. «Bərk cisimlər fizikası»
fənni «Fizika – 050503» ixtisası üzrə bakalavr hazırlığının «Təd-
ris planı»nda «İxtisasın peşə hazırlığının seçmə fənləri» qrupuna
(İPFS-B05) daxildir.
Fənnin tədrisi üsulları. Mühazirə, məşğələ, sərbəst işlər,
kollokviumlar.
FƏNNİN MƏZMUNU 1. Bərk cisimlər fizikasının predmeti. Maddənin kondensə
olunmuş halı. Bərk cisim. Kristal cisim. Amorf cisim. Monokris-
tallar. Polikristallar.
2. Kristalların quruluşu və simmetriyası. Kristal qəfəs.
Kristal qəfəsin əsas vektorları. Elementar özək. Sadə və mürəkkəb
qəfəs. Kristalların simmetriyası. Simmetriya oxları. Simmetriya
müstəviləri. Sinqoniyalar. Brave qəfəsləri. Viqner-Zeyts özəyi.
3. Kristallik quruluşların əsas xarakteristikaları: koordi-
nasiya ədədi, atom radiusu, atomların qablaşma əmsalı. Konkret
kristal quruluşları: sıx qablaşmış quruluşlar, NaCl, almaz, ZnS
tipli quruluşlar.