Fənnin tədrisində məqsəd. «Yarımkeçirici cihazlar» fənninin
«Fizika – 050503» ixtisası üzrə bakalavriat pilləsində təhsil alan
tələbələrə tədrisində məqsəd onlara yarımkeçirici maddələrin və
çoxlaylı strukturların fiziki xassələri əsasında hazırlanmış yarım-
keçirici cihazların iş prinsipi və rejimi, funksiyaları və istifadə
imkanları barədə sistemli biliklər verməkdir.
Fənnin «Tədris planı»ndakı yeri. «Yarımkeçirici cihazların
fizikası» fənni «Fizika – 050503» ixtisası üzrə bakalavr hazırlı-
ğının «Tədris planı»nda «İxtisasın peşə hazırlığının seçmə
fənləri» qrupuna (İPFS-B07) daxildir.
Fənnin tədrisi üsulları. Mühazirə, laboratoriya işləri, sərbəst
işlər və kollokviumlar
FƏNNİN MƏZMUNU 1. Fənnin predmeti. Yarımkeçirici cihazların hazırlanma-
sında istifadə olunan materialların təsnifatı və fiziki xassələri.
Yarımkeçirici materialların kristal quruluşu və zona nəzəriy-
yəsinin elementləri haqqında məlumatlar. Yarımkeçiricilərdən
elektron emissiyası hadisəsi. Yarımkeçiricilərdə termoelektron
emissiyası. Riçardson düsturu.