Fənnin «Tədris planı»ndakı yeri «Maddənin quruluşu»
fənni «Fizika – 050503» ixtisası üzrə bakalavr hazırlığının «Təd-
ris planı»nda «İxtisasın peşə hazırlığının seçmə fənləri» qrupuna
(İPFS-B06) daxildir.
Fənnin tədrisi üsulları. Mühazirə, məşğələ, sərbəst işlər,
kollokviumlar
FƏNNİN MƏZMUNU 1. Giriş. Maddənin quruluşunu öyrənən elmin inkişaf mərhələləri. Maddənin quruluşunun klassik nəzəriyyəsinin fiziki
və kimyəvi aspektləri. Maddənin quruluşunun kvant-mexaniki
nəzəriyyələrinin yaranması və inkişafı.
2. Kimyəvi hissəciklərin növləri. Atomlar, molekullar, ion-
lar, sərbəst radikallar. Atom və onun quruluşu. Atomların kütləsi
və ölçüləri. Atom modelləri. Kvant mexanikasında korpuskulyar-
dalğa dualizmi. De-Broyl hipotezi. Kvant mexanikasının yaran-
ması. Atom və molekullar kvant mexanikasında nüvə-elektron
sistemi kimi.