Fənnin «Tədris planı»ndakı yeri. «Elektron cihazlarının
fizikası» fənni «Fizika – 050503» ixtisası üzrə bakalavr hazırlı-
ğının «Tədris planı»nda «İxtisasın peşə hazırlığının seçmə fənlə-
ri» qrupuna (İPFS-B21) daxildir.
Fənnin tədrisi üsulları. Mühazirə, laboratoriya dərsləri, sər-
bəst işlər, kollokviumlar.
FƏNNİN MƏZMUNU
1. Kristalların zona quruluşu, tarazlıqdakı və tarazlıqda olmayan sərbəst yükdaşıyıcıların statistikası. Bərk cisimlərdə
elektronların ümumiləşməsi (kollektivləşdirilməsi). Enerji zonaları.
Sərbəst yükdaşıyıcıların (elektron və deşiklərin) effektiv kütləsi.
Zonadakı enerji hallarının sıxlığı. Zonaların elektronlarla
dolması.
Yarımkeçiricilərdə aşqar atomları, donor və akseptor səviy-
yələri, elektron və deşik keçiricilikli (n- və p-tip) yarımkeçiricilər.
Cırlaşmış və cırlaşmamış yarımkeçiricilər. Məxsusi və aşqar
yarımkeçiricilərdə elektron və deşiklərin konsentrasiyasının Fer-
mi enerjisindən asılılığı.
Dayaz, dərin, donor və akseptor aşqar səviyyələri. Güclü aş-
qarlanmış yarımkeçiricilər. Çoxqat ionlaşmış aşqar mərkəzləri.
Tarazlıqda olan və tarazlıqda olmayan yükdaşıyıcılı yarımkeçi-