7. Şrödinger tənliyi – kvant mexanikasının əsas tənliyi kimi. Şrödinger tənliyinin alınması. Stasionar hallar. Sərbəst
zərrəcik üçün Şrödinger tənliyi. Potensial sahədə hərəkət edən
zərrəcik üçün Şrödinger tənliyi. Zamandan asılı Şrödinger tənliyi.
Şrödinger tənliyinin həlli olan dalğa funksiyasının fiziki mənası.
Dalğa funksiyasının üzərinə qoyulan standart şərtlər. Məxsusi
funksiya və məxsusi qiymətlər.
8. Bir sıra sistemlər üçün Şrödinger tənliyinin həlli. Son-
suz dərin potensial çuxur anlayışı. Sonsuz dərin düzbucaqlı poten-
sial çuxurda zərrəciyin hərəkəti. Potensial çuxurda hərəkət edən
hissəcik üçün Şrödinger tənliyi. Sərhəd şərtlərinə görə zərrəciyin
məxsusi hal funksiyası və onlara uyğun enerjinin məxsusi qiymət-
lərinin təyini. Enerjinin kvantlanmış qiymətləri. Məxsusi funksi-
yaların qrafiki. Potensial çuxurda zərrəciyin çuxurun divarların-
dan müxtəlif məsafələrdə olma ehtimalı sıxlığının paylanma
qrafiki.
Potensial çəpərdən hissəciyin qayıtması və keçməsi. Potensial
çəpərin təyini. Zərrəciyin enerjisinin potensial çəpərdən böyük və
kiçik olması halında çəpəri dəf etməsi. Klassik fizika və kvant
mexanikası təsəvvürlərinə görə hissəciyin potensial çəpərdən
qayıtma və keçməsi. Sərhəd şərtlərinə görə dalğa funksiyasının
təyini. Qayıtma və şəffaflıq əmsalları. Bu əmsalların hissəciyin
tam enerjisi və çəpərin hündürlüyü vasitəsilə ifadəsi. Tunel
effekti. Kvant mexanikası baxımından tunel effektinin izahı.