İzahat vərəqi Fənnin tədrisində məqsəd. «Nüvə fizikası» fənninin «Fizika
– 050503» ixtisası üzrə bakalavriat pilləsində təhsil alan tələ-
bələrə tədrisində məqsəd onları atom nüvələrinin quruluşu, nüvə
qüvvələrinin xassələri, nüvələrin bölünməsi və nüvə reaksiyaları
zamanı baş verən hadisələr, onların tabe olduqları qanunauy-
ğunluqlar, nüvə şüalanmasının maddə ilə qarşılıqlı təsiri, neytron
fizikasının əsasları və elementar zərrəciklərin xassələri barədə ən
zəruri fundamental biliklərə yiyələndirməkdir.