Fənnin tədris planındakı yeri. «Nüvə fizikası» fənni «Fizi-
ka – 050503» ixtisası üzrə bakalavr hazırlığının «Tədris planı»nda
«İxtisasın peşə hazırlığı fənləri» qrupuna (İPF-B06) daxildir.
Fənnin tədrisi üsulları: Mühazirə, məşğələ, laboratoriya
işləri (praktikum dərsləri), sərbəst işlər, kollokviumlar
FƏNNİN MƏZMUNU
1. Giriş. Mikroaləmin ölçüləri, enerjisi, sıxlığı və onların
makroaləm və kosmoaləmlə müqayisəsi.
2. Atom nüvəsinin tərkibi. Proton və neytronun kütlələri,
spinləri və yükləri. İzotoplar, izotonlar, izobarlar, cüt-cüt, cüt-tək
və tək-tək nüvələr, nuklon anlayışı.
3. Nüvənin kütləsi. Nüvənin və nuklonların kütlələrinin ölçü
vahidləri: enerji və atom kütlə vahidləri sistemində qiymətləri.
Nüvənin kütləsinin təyin edilmə üsulları.
4. Nüvənin radiusu. Nüvənin radiusu və onun təyinedilmə
üsulları. Nüvənin sıxlığı və nuklonların konsentrasiyası. Sıxlığın
nüvə radiusundan asılılığı.