Fənnin tədrisində məqsəd. «Nanohissəciklər fizikası» fənni-
nin «Fizika – 050503» ixtisası üzrə bakalavriat pilləsində təhsil
alan tələbələrə tədrisində məqsəd onları nano ölçülü quruluşlar,
onların növləri, təbiət hadisələri ilə bağlılığı, tədqiqində və
alınmasında istifadə olunan müasir üsullar, eləcə də bu gənc elm
sahəsinin gələcək perspektivləri barədə lazımi minimal biliklərə
yiyələndirməkdən ibarətdir.
Fənnin tədris planındakı yeri. «Nanohissəciklər fizikası»
fənni «Fizika – 050503» ixtisası üzrə bakalavr hazırlığının «Təd-
ris planı»nda «İxtisasın peşə hazırlığı fənləri» qrupuna (İPF-B21)
daxildir.
Fənnin tədrisi üsulları: mühazirə, məşğələ, sərbəst işlər və
kollokviumlar.
FƏNNİN MƏZMUNU
1. Fənn barədə məlumat. Nanoquruluşların təbiət hadisələri
ilə bağlılığı. Nanoquruluşlardan qədim insanların qayaüstü yazı-
larda, şüşə qabların düzəldilməsində, barıt və qılınc-qalxan hazır-
lanmasında istifadəsi. Nanoquruluşların yaranma və orqanizmə
daxil olma yolları. Nanəzərrəciklərin, xüsusilə də qızıl, gümüş
nanozərrəciklərinin antibakterial xassələri. Nanotexnologiyanın
mahiyyəti, inkişaf mərhələləri.