3. Karbon klasterləri: füllerenlər, nanoborucuqlar, nano- almazlar və qrafen. Karbon klasterlərinin formalaşmasında və
stabilləşməsində karbon rabitələrinin rolu. Karbon-karbon və di-
gər homonüvə rabitələrinin enerjilərinin müqayisəli təhlili. Birqat,
ikiqat və üçqat karbon rabitələrinin enerjilərindəki fərqlər.
Füllerenlər – mahiyyəti. C
60
füllereninin termodinamik xas-
sələrinin əsas xüsusiyyətləri. Elektromənfilik hesabına С
60
fül-
lüreninin parçalanmadan С
60
Н
36,
C
60
F
36
, C
70
F
44
birləşəmələrini
əmələ gətirmə mexanizmi. Endoedral, ekzoedral və fülleren
törəmələrinin bir-birindən fərqli cəhətləri.
Karbon və qeyri-karbon nanoboruları. Nanoboruların əsas
fiziki parametrləri. Ideal birlaylı nanoboruların yaranma yolları.
Nanoboruda burulma keyfiyyətinin qrafit səthinin oriyentasiya
bucağının (yəni yönəldiyi bucağın) nanoborunun oxuna və
xirallığına nəzərən yerləşməsindən asılılığı.
Nanoalmazın adi almazdan fərqi. Nanoalmazın reaksiya
qabiliyyəti və termodinamik xüsusiyyətləri.
Qrafen. Siklotron kütlə. 5-bucaqlı, 6-bucaqlı və 7-bucaqlı
özəklərdən ibarət qrafen səthinin formalarındakı müxtəliflik.