110
II. HUMANİTAR FƏNLƏR
AZƏRBAYCAN TARİXİ
İzahat vərəqi
Fənnin tədrisində məqsəd. «Azərbaycan tarixi» fənninin
«Fizika – 050503» ixtisası üzrə bakalavriat pilləsində təhsil alan
tələbələrə tədrisində məqsəd ən qədim zamanlardan XXI əsrin ilk
onilliklərinə qədərki dövrdə Azərbaycan xalqının həyatında baş
vermiş mühüm hadisələr haqqında sistemli şəkildə aydın, yığcam
və anlaşılan biliklərə yiyələndirməklə onlarda vətənpərvərlik,
milli qürur, öz dövlətinə, xalqına və millətinə məhəbbət hisləri
aşılamaqdan ibarətdir.
Dostları ilə paylaş: