Fənnin «Tədris planı»ndakı yeri. «Azərbaycan tarixi» fənni
«Fizika – 050503» ixtisası üzrə bakalavr hazırlığının «Tədris
planı»nda «Humanitar fənlər» qrupuna (HF-B01) daxildir. Fənnin tədris üsulları. Mühazirə, məşğələ, sərbəst işlər,
kollokviumlar. FƏNNİN MƏZMUNU 1. Azərbaycan ərazisində ibtidai icma quruluşu. Azərbay-
can ərazisində ilk insan məskənləri. Ulu icma. İlkin daş alətlər.
İstehlak təsərrüfatı. Azıx adamı. Qəbilə icmasının meydana gəl-
məsi. Orta daş dövrü (Mezolit.) Ox və kamanın kəşfi. Qobustan
yaşayış məskəni və qayaüstü rəsmləri. İbtidai əkinçilik və
heyvandarlıq vərdişləri. «Neolit inqilabı». İstehsal təsərrüfatının
yaranması – əkinçilik, maldarlıq, dulusçuluq və ev peşələri.
Azərbaycanda metal alətlərdən istifadə. Erkən Tunc dövrü. Təsər-
rüfatın yeni sahələri. Orta tunc dövrü. Sənətkarlığın inkişafı. Son
Tunc – Erkən Dəmir dövrü. İbtidai icma quruluşunun dağılması.