6. Fəlsəfədə şüur problemi. Şüurun mənşəyi, ictimai təbiəti
və mənbələri. Inikas. Inikasın formaları. Şüurun sosial şərtlən-
məsi və ictimai mühitdən asılılığı. Şüurun fərqləndirici cəhətləri.
Şüurun strukturu. Mənlik şüuru və onun formaları. Şüur və təfək-
kür. Özünüdərketmə. Dərrakə və zəka. Ağıl və müdrüklük. Şüur,
dil və kibernetika. Şüuri və qeyri-şüuri. Qeyri-şüurinin məzmunu.
7. İnsanın fəlsəfi anlamı (Antropologiya). Insanın mənşəyi
və mahiyyəti haqqında təlimlər. Fəlsəfi fikir tarixində insan anla-
yışının yeri. Antropososiogenezis və onun kompleks xarakteri.
Insanda bioloji və sosial tərəflərin nisbəti. Insan, fərd, fərdiyyət və
şəxsiyyət anlayışları. Insanın fərd kimi dünyaya gəlməsi, fərdiyyət
xüsusiyyətlərini kəsb etməsi və şəxsiyyətə çevrilməsi. Həyatın
mənası haqqında baxışlar. Həyat və ölüm problemi. Insanın fərdi
mövcudluğunun sonu. Ölüm və ölməzlik. Insan və bəşəriyyət.