Fizioterapiya 1 Fizioterapevtik şöbənin fəaliyyətində əsas göstərici hansıdır?


) Yüksək təzyiqli (3-4 at. təzyiqi) duşlara hansı aiddir?



Yüklə 1,04 Mb.
səhifə18/18
tarix01.01.2017
ölçüsü1,04 Mb.
#4044
1   ...   10   11   12   13   14   15   16   17   18

1088) Yüksək təzyiqli (3-4 at. təzyiqi) duşlara hansı aiddir?
A) Şarko duşu

B) Yağışvari duş

C) Qalxan duş

D) Sirkulyar duş

E) Tozvari duş
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1089) Duşlardan hansı şırnaqlı duş növünə aiddir?
A) Yerpikvari duş

B) Tozvari duş

C) İynəvari duş

D) Yağışvari duş

E) Şotland duşu
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1090) Sualtı duş-massaj hansı xəstəliklərdə göstərişdir?
A) Kəskin iltihab prossesləri və xroniki xəstəliklərin kəskinləşməsi

B) Stenokardiya III-IV funksional sinfi

C) Hipertoniya xəstəliyi II-III mərhələ

D) Qanaxmalar

E) Dayaq-hərəki sisteminin posttravmatik fəsadları
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1091) Şırnaqlı duşlar (Şarko, Şotland) hansı xəstəliklərdə göstərişdir?
A) Piylənmə, artıq çəki

B) Hipertoniya xəstəliyi II-III mərhələ

C) Xroniki ürək çatışmazlığı

D) Astenik sindrom

E) Dəridə irinli iltihabı prosseslər
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1092) “Qauffe” vannaları hansı xəstəliklərdə göstərişdir?
A) Hipertoniya xəstəliyi III mərhələ

B) Qanaxmaya meyillilik

C) Neyrosirkulyator distoniya

D) Kəskin irinli iltihabı proseslər

E) Hamiləlik
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1093) Kontrast vannalar hansı xəstəliklərdə göstərişdir?
A) Neyrosirkulyator distoniya (hipotonik tipli)

B) Vərəm xəstəliyi (fəal mərhələ)

C) Kəskin irinli iltihabı proseslər

D) Kəskin travma

E) Qanaxmaya təhlükə və ya meyillilik
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1094) Vibrasion vannalar hansı xəstəliklərdə əks göstərişdir?
A) Oynaqların degenerativ – distrofik xəstəlikləri

B) Tromboflebit

C) Dayaq-hərəki sisteminin posttravmatik fəsadları

D) Qadın cinsi orqanlarının xroniki xəstəlikləri

E) Mədə - bağırsaq traktının xroniki xəstəlikləri
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1095) Natrium xlorid vannalarına xəstəliklərdən hansı göstərişdir?
A) Hipertireoz, III mərhələ

B) Ürək – damar sistemi xəstəlikləri, dekompensasiyalı forması

C) Dərinin duza qarşı artıq həssaslığı

D) Deformasiyalı osteoartroz

E) Xroniki böyrək çatışmazlığı
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1096) Yod – brom vannalarının əsas təsirinə hansı aid deyil?
A) Qan laxtalanmasının azalması

B) Qan laxtalanmasının artması

C) İltihab əleyhinə təsir

D) Mikrosirkulyasiyasının yaxşılaşması

E) Bədən temperaturunun enməsi
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1097) Mirvari vannaları hansı növ vannalara aiddir?
A) Mineral su vannaları

B) Kontrast vannalar

C) Qaz vannaları

D) Vibrasion vannalar

E) Aromatik vannalar
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1098) Hidrogen sulfidli vannalara xəstəliklərdən hansı əks göstərişdir?
A) Qara ciyər xəstəlikləri

B) Hipertoniya xəstəliyi I –II marhələ

C) Ürəyin işemik xəstəliyi

D) Osteoxondroz

E) Deformasiyalı osteoartroz
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1099) İnsult keçirmiş xəstələrdə, (ilkin mərhələdə) paretik əzələlərə təsir məqsədi ilə, hansı müalicə proseduru tədbiq oluna bilər?
A) Sauna

B) Elektrostimulyasiya (qoruyucu üslubla)

C) Hidrogen – sulfidli vannalar

D) Parafin applikasiyaları oynaqlar nahiyyəsinə (kontrakturalada)

E) İod elektroforezi, göz - ənsə üslubu ilə
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1100) Üz sinirinin nevropatiyasında, mimik əzələlərin parezi zamanı (xəstəliyin 3-4-cü günündə), hansı müalicə növü müalicə proseduru daxil edilə bilər?
A) Ultrayüksək tezlikli elektrik sahəsi ilə təsir, üz siniri və məməyəbənzər çıxıntı proyeksiyasına, atermik dozada

B) Hidrokartizon ultrafonoforezi

C) Parafin applikasiyaları

D) Sinir - əzələ elektrostimulyasiyası

E) İnduktotermiya
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1101) Hipertoniya və urək-damar sistemi xəstəliklərində hansı göstərilmiş müalicə tətbiq olunaraq mərkəzi sinir sisteminə təsir göstərir?
A) Radon vannaları

B) İnduktotermiya

C) Heparin elektroforezi, Vermel üslubu ilə

D) Elekroyuxu

E) İstilik müalicəsi
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1102) I-II mərhələ hipertoniya xəstəliyi zamanı böyrək hemodinamikası yaxşılaşdırmaq məqsədi ilə hansı müalicə növü tətbiqi göstərişdir?
A) Transorbital təsir

B) Qaşınma əleyhinə təsir

C) Desimetr dalğalı terapiya böyrəklər nahiyyəsinə, (bel fəqələri TX-LIII )

D) Sedativ təsir

E) Hərarəti endirən təsir
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1103) Kardialgiya ilə müşayət olunan neyrosirkulyator distoniya zamanı hansı müalicə növü göstərişdir?
A) Manual terapiya

B) 0,5%-1% nikotin turşusu ilə elektroforez (Vermel üslubu ilə)

C) Ümumi kontrast vannaları

D) Elektrostimulyasiya

E) Mexanoterapiya
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1104) Bronxial astma xəstəliyi zamanı bronxospastik reaksiyaları aradan götürmək məqsədi ilə hansı müalicə növü göstərişdir?
A) Krioterapiya

B) Diafraqmal əzələlərinin elektrostimulyasiyası

C) Buxar vannası

D) Elektroyuxu

E) Hidrokortizon ultrafonoforezi (3 sahə üzərinə)
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1105) Xroniki atrofik rinitlərdə, selikli qişanin nəmləndirilməsi, təmizlənməsi və sekresiyanın stimulyasiyası məqsədi ilə hansı müalicə növü göstərişdir?
A) Ultrasəs terapiyası, endonazal üslubla

B) İsti – nəm natrium xlorid, natrium hidrokarbonat inqalyasiyaları

C) İnduktotermiya

D) Naftalan sürtmələri

E) UBŞ şüalarla müalicə
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1106) Xroniki sinusitin kəskinləşməsi zamanı, ekssudativ mərhələsində, İltihabəleuhinə, ödeməleyhinə, bakterisd təsir məqsədi ilə, hansi müalicə növü göstərişdir (axar olmaq şərti ilə)?
A) Vannalar

B) Duşlar

C) Ultrasəs müalicəsi, burun ətrafi boşluqlar proyeksiyasına

D) Krioterapiya

E) Santimetr diapazonlu dalğalarla müalicə, burun ətrafi boşluqlar proyeksiyasına, zəif istilikli dozada
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1107) Xroniki tonzillitin müalicəsində hansı müalicə üsulu göstərişdir?
A) Naftalan, parafin applikasiyası

B) Vibroterapiya

C) 5% askorbin turşusu ilə elektroforez, Vermel üsulu ilə

D) Lazer terapiyası

E) Krioterapiya
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1108) Xroniki tonzillitin müalicəsi zamanı hansı müalicə üsulu göstərişdir?
A) Badamcıqlar nahiyyəsinin qısadalğalı ultrabənövşəyi şüalarla müalicəsi (tubus vasitəsi ilə)

B) Vibroterapiya

C) Duşlar

D) Yaxalıq nahiyyəsinin krioterapiyası

E) Duş-massaj
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1109) Deformasiyalı osteoartroz xəstəliyində hansı müalicə üsulunun kompleks müalicədə tətbiqi göstərişdir?
A) Nəm bürüləmələr

B) Şaquli dartılmaları

C) Oynaqlar nahiyyəsinin sinusoidal modulə olunmuş cərəyanlarla müalicəsi

D) Speleoterapiya

E) Duş Şarko
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1110) Aşağı ətrafların sınıqlarında (konsolidə olunmamış) hansı müalicə növü göstərişdir?
A) Bel – oma nahiyyəsinin ( DXI – LI - III – SI-II ) və bud nahiyyələrinin ön səthi nin ultrabənövşəyi şüalarla müalicəsi, sahələrlə

B) Sınıq proyeksiyasının diadinamik cərəyanlarla müalicəsi

C) Sınıq proyeksiyasının sinusoidal modulə olunmuş cərəyanlarla müalicəsi

D) Sınıq proyeksiyasının infraqırmızı şüalarla müalicəsi

E) Sınıq proyeksiyasının induktotermiyası
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1111) Aşağı ətrafların sınıqlarında, (konsolidə olunmamış), hiperkoaqulyasiyanı və ödemi aradan götürmək məqsədi ilə hansı müalicə üsulu göstərişdir?
A) Sınıq proyeksiyasının diadinamik cərəyanlarla müalicəsi

B) Sınıq proyeksiyasının induktotermiyası

C) Daimi və dəyişən maqnit sahələr ilə müalicə, sümük sınığı proyeksiyasına

D) Sınıq proyeksiyasına parafin applikasiyası

E) Sınıq proyeksiyasının sinusoidal modulə olunmuş cərəyanlarla müalicəsi
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1112) Mədə xorası xəstəliyinin remissiya dövründə, ağrının, dispeptik əlamətlərin, iltihabın aradan götürmək və mikrohemodinamikanı yaxşılaşdırmaq məqsədi ilə, hansı müalicə növü göstərişdir?
A) Desimetr dalğalı terapiya , istilikli doza (mədə proyeksiyasında)

B) Santimetr dalğalı terapiya (istilikli doza)

C) İnduktotermiya hiperistilikli doza

D) Sinusoidal modulə olunmuş cərəyanlarla müalicə, epiqastral və arxadan seqmentar qoyuluşda

E) Parafin applikasiyaları ( mədə proyeksiyasında)
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1113) Qastroduodenal xora xəstəliyinin remissiya dövründə, palçıq applikasiyaları hansı temperatur rejimində göstərişlidir?
A) 46°C

B) 42°C


C) 40°C

D) 38°C – 40°C

E) 48°C
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.
1114) Artıq dərəcədə spastik əlamətlərlə müşayət olan xroniki kolit xəstəliyinin remissiya dövründə, hansı fiziki amilin tətbiqi daha göstərişlidir?
A) Krioterapiya

B) Qalxan duş (soyuq)

C) Elektrostimulyasiya

D) Bağırsaqlar proyeksiyasının induktotermiyası, aşağı – orta istilikli dozada

E) İsti mineral su daxilə qəbulu
Ədəbiyyat: Боголюбов В. М. «Физиотерапия и курортология»; Руководство в 3-х томах; - М., 2015.

1115) İdman travmalarının xarici səbəbi hansılardır?
A) İdmançının fiziki hazırlığının lazımı dərəcədə olmaması

B) İdmançının orqanizminin funksional vəziyyətinin dəyişilməsi

C) Hərəkət strukturunun biomexaniki pozulması

D) Təlim- məşqedici məşqlərin və yarışların qeyri- düzgün təşkili və üslubları

E) Yorğunluq
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1116) İdman travmatizminin profilaktikası məqsədi ilə hansı tədbirləri görmək məsləhət deyil?
A) İdmançılarla sanitar- maarifləndirmə işlərinin aparılması

B) İdmançıların fiziki və texniki hazırlığının təkmilləşdirilməsi

C) Mərkəzi sinir sisteminin fəaliyyətini stimulə edən dərman preparatlarını qəbul etmək

D) İdmançıların fiziki hazırlığının və səhətinin vəziyyətinə həikim və həkim- pedaqoji nəzarətinin vaxtında aparılması

E) Fiziki məşqlərin və məşq yerlərinin gigiyenasına riayət etmək
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1117) Skelet əzələlərinin hissəvi qırılması zamanı ilkin yardım tədbirlərinə nə daxildir?
A) Ətrafın gips langeti vasitəsi ilə və ya kip bint sarığı ilə immobilizasiyası

B) Fəal fiziki məşqlər

C) Ətrafların əzələlərinin funksiyasının gücləndirilməsi

D) Ritmik gimnastika

E) İzometrik gimnastika və mülayim hərarətli vannaların tətbiqi
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1118) Burun sümüklərinin sınığı simptomları hansılardır?
A) Sümük birləşmələri hərəkətliliyi müşahidə olunmur

B) Burun nahiyyəsində deformasiya və ağrıları çətinləşmiş burun tənəffüsü

C) Konyuktivanın irinli prosesi

D) Burun tənəffüsü dəyişilməz qalır

E) Heç bir dəyişiklik müşahidə olunmur
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1119) Diz oynağının daxili meniskinin zədələnməsinin ən xarakterik simptomatikasına hansı aid deyil?
A) Oynağın iç tərəfi nahiyyəsində kəskin ağrılar

B) Diz oynağının blokadası

C) Baldırın “açılışı” simptomu

D) Oynaqda hərəkət məhdudiyyəti

E) Oynağın xaricə rotasiyası zamanı ağrıların zəifləməsi
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1120) Diz oynağının xarici meniskinin zədələnməsinin ən xarakterik simptomatikasına hansı aid deyil?
A) Diz oynağında blokadanın olmaması

B) Baldırın xarici rotasiyası zamanı ağrılar

C) Diz oynağının blokadası

D) Diz oynağının arxa nahiyyəsində kəskin ağrılar

E) Ətraf yarımbüküş vəziyyəti
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1121) İdmançıların travma ilə reabilitasiyası zamanı nə tətbiq olunur?
A) Fiziki yükləmələrlə müalicəvi gimnastika məşqləri

B) Hərəkətsiz yataq rejimi

C) Lidaza, ximotripsin elektroforezi

D) Gips sarğısı

E) Qaçış
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1122) Budun arxa əzələlərinin natamam açılışı zamanı xarakterik simptomlara hansılar aiddir?
A) Budun arxa nahiyyəsində, diz büküşündə arxadan hematoma

B) Diz oynağının ödemi

C) Diz oynağının deformasiyası

D) Diz oynağında hərəkətsizlik

E) Budun arxa nahiyyəsində, ətrafların əzələlərinin gərginliyi zamanı kəskin ağrılar
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1123) Çiyinin ikibaşlı əzələ vətərinin zədələnməsi (qırılması) xarakterik simptomlarına hansılar aid deyil?
A) Vətər qırılan nahiyyədə çökəkliyin əmələ gəlməsi

B) Kəskin ağrı və çat səsi vətər qırılan nahiyyədə

C) Əl əzələlərinin gücünün kəskin enməsi

D) Travmadan sonra hematomanın əmələ gəlməsi

E) Zədə nahiyyəsində şişkinliyin əmələ gəlməsi
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1124) Axil vətərinin qırılmasının simptomları hansılardır?
A) Zədə nahiyyəsində ağrılar, baldır əzələlərinin zəifliyi

B) Yerimə zamanı hərəkətlər ağrısız, sərbəst

C) Barmaqlar üstə duruş dəyişilməz qalır

D) Travma nahiyyəsində heç bir ağrı müşahidə olunmur

E) Zədə nahiyyəsində əzələ gücünün saxlanılması
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1125) Axil vətərinin zədələnməsi zamanı, əməliyyatdan sonra məşqedici yükləmələrin aparılması hansı dövrdə icazə verilir?
A) 6 – 8 ay

B) 1 – 2 ay

C) 10 – 12 ay

D) 3 – 4 ay

E) 5 ay
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва. 2004
1126) Posttravmatik bel – oma radikuliti müşahidə olunan idmançıların fiziki reabilitasiyası erkən mərhələdə hansı məşqləri daxil edir?
A) Dinamik məşqlər və yuxarı ətraf, bədənin korpusunun və aşağı ətrafların distal şöbələrinin əzələlərin boşalması məşqləri

B) Uzanan vəziyyətdə bel və bud – çanaq oynaqları üçün məşqlər

C) Oturaq vəziyyətdə periferik qan dövranının yaxşılaşdırılması

D) Aşağı ətraf əzələlərinin müqavimət məşqləri

E) Baldır əzələlərinin yükləmə məşqləri
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1127) İdmançıların artıq dərəcədə xroniki fiziki gərginliyinin klinik formaları hansılardır?
A) Mərkəzi sinir sisteminin vəziyyətinin dəyişilməsi

B) Mərkəzi sinir sisteminin, ürək – damar sisteminin gərginliyi

C) Qaraciyər ağrı sindromunun olmaması

D) Ürək – damar sisteminin vəziyyətinin sabitliyi

E) Sinir - əzələ aparatının qeyri – gərgin vəziyyəti
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1128) Miokardın distrofik proseslərini xarakterizə edən farmakoloji sınaqlar hansılardır?
A) Adrenergik reseptorların blokadası ilə

B) Kalsium ionları blokadası ilə

C) Nitroqliserin tətbiqi ilə

D) Fiziki yükləmələrlə

E) Süni hipokaliemiya ilə
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1129) Miokardın distrofik pozulması və hiperkalsiemiya ilə idmançılara nə təyin oluna bilər?
A) İzoptin, kalium xlorid

B) Natrium brom

C) İnderal

D) Maqnezium

E) Kalium orotat
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1130) “Qaraciyər - ağrı” sindromu idmançılarda hansı əlamətlərlə təzahür edir?
A) Qaraciyərin ölçülərini azalması ilə

B) Biokimyəvi müayinənin nəticələrinin dəyişilməsi ilə

C) “Ac” ağrılarla, artıq dərəcədə iştaha ilə

D) Qaraciyərin ölçüsünün artması ilə, mədə şirəsinin turşuluğunun artması ilə

E) İntensiv yükləmələr zamanı sağ qabırğaaltı nahiyyədə ağrılarla, iş qabiliyyətinin enməsi ilə
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва. 2004

1131) İntensiv əzələ işi zamanı idmançının yorğunluğunun obyektiv əlamətlərinə hansılar aiddir?
A) Periferik və mərkəzi hemodinamikanın dəyişməməsi

B) Görülən işin davam edilməsi

C) Hərəkət koordinasiyasının dəyişilməsi, hərəkət cəldliyinin və gücünün enməsi

D) Koordinasıyanın dəyişilməməsi

E) Hərəkət gücünün saxlanılması
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1132) Əzələ fəaliyyəti zamanı idmançıların orqanizminin yorulma mexanizminin pozulması əlamətləri hansılardır?
A) Əzələ sistemində yerli dəyişikliklərin mövcudluğu

B) Əzələ fəaliyyətinin mərkəzi requlyasiyası

C) Ürək – damar sisteminin artıq dərəcədə gərginliyi

D) Tənəffüs sisteminin funksiyasının pozulması

E) Mərkəzi sinir və humoral mexanizmlərində
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1133) Intensiv əzələ fəaliyyəti zamanı yorğunluğun inkişaf fazaları hansılardır?
A) Tənəffüs çatışmazlığı

B) Kompensasiya, super kompensasiya

C) Ürək çatışmazlığı

D) Dekompensasiya

E) Qanda dəyişikliklər
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1134) Tsiklik idman növlərində idmançının iş qabiliyyətini limitləşdirən orqanizmin sistemləri hansıdır?
A) Əzələ sistemi

B) Ürək-damar sistemi

C) Maddələr mübadiləsi

D) Tənəffüs sistemi

E) Mərkəzi sinir sistemi
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1135) Sürət-güc idman növlərində idmançının iş qabiliyyətini limitləşdirən orqanizmin sistemləri hansıdır?
A) Ürək-damar sistemi

B) Əzələ sistemi

C) Maddələr mübadiləsi sistemi

D) Sinir-əzələ sistemi

E) Mərkəzi sinir sistemi
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1136) Intensiv əzələ fəaliyyəti zamanı iş qabiliyyətinin bərpası prosesi nə vaxt baş verir?
A) İkinci gün ərzində

B) Bir ay keçdikdən sonra

C) Bir həftə keçdikdən sonra

D) 3 gün keçdikdən sonra

E) İş zamanı və dərhal işdən sonra
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1137) İdmançının iş qabiliyyətinin bərpası sistemi hansıdır?
A) Pedaqoji, tibbi-bioloji, psixoloji

B) Bədii


C) Sosial

D) İntelektual

E) İctimai
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1138) Masajın aparılması üçün xüsusi ayrılmış otaqda bir yerə düşən sahə nə qədərdir?
A) 8 m2

B) 16 m2


C) 10 m2

D) 15 m2


E) 18 m2
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1139) Masaj kabinasının eni və uzunluğu nə qədər olmalıdır?
A) 3,5-4,0 m

B) 3,4 -2,0 m

C) 2,5-2,0 m

D) 2,0-1,5 m

E) 3,0-2,0 m
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1140) Masaj kabinasında sorucu–təmiz hava ilə təmin edən ventilyasiya qurğusu vasitəsi ilə havanın dəyişilməsi neçə dəfə olmalıdır (1 saat ərzində)?
A) 2

B) 3


C) 1

D) 5


E) 6
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1141) Sürtücü vasitələr hansı masaj zamanı tətbiq olunmur?
A) Üz nahiyyəsinin masajı

B) Ətrafların masajı

C) Əl, ayaqların masajı

D) Seqmentar – reflektor masaj

E) Belin masajı
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1142) Masaj zamanı talkın istifadəsi hansı hallarda göstəriş deyil?
A) Piyləmə səbəbindən

B) Astenik vəziyyətdə

C) Ahıl yaşlı xəstələrə

D) Çox tərləmə zamanı

E) Bədənin çəkisindən asılı olaraq
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1143) Masajistə olan əsas tələblər hansılardır?
A) Əllərə ciddi qulluq

B) Masajı oturaq vəziyyətdə aparılması

C) Masajı ayaq üstə duran vəziyyətdə aparılması

D) Əlcəklərin istifadəsi

E) Xüsusi geyim
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1144) Masaja əks göstərişlərə hansı aid deyil?
A) Qanaxmaya meyillik

B) Skolioz

C) Dəri tamlığının geniş sahəli pozulmaları

D) Dərinin irinli prosesləri

E) Damarların trombozu
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1145) Klassik massaj üslublarına hansılar aid deyil?
A) Ovxalama

B) Vibrasiya

C) Sığallama

D) Qabırğaarası əzələlərin masajı

E) Sürtmə
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1146) Sığallama üslubuna hansı aid deyil?
A) Daraqvari

B) Xaçşəkilli

C) Silkələmə

D) Spiralşəkilli

E) Səthi
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1147) Sürtmə üslublarına hansılar aid deyil?
A) Səthi

B) Çimdikləmə

C) Silkələmə

D) Ştrixləmə

E) Yonma
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1148) Vibrasiya üslublarına hansılar aid deyil?
A) Səthi vibrasiya

B) Dartılma

C) Döyülmə

D) Yonma


E) Çubuqla döymə
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1149) Başın gigiyenik masajına hansılar aid deyil?
A) Başın tük nahiyyəsinin sığallanması

B) Yumşaq toxumaların ardıcıl sıxılmalırı və yerdəyişməsi

C) Başın dərisinin döyülməsi

D) Alın ənsə istiqamətində başın sığallanması

E) Əl barmaqları ilə başın daraqvari sürtmələri
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1150) Boyunun gigiyenik masajına hansılar aid deyil??
A) Məməyəbənzər çıxıntı, ənsə nahiyyələrinin sürtmələri

B) Paravertebral nahiyyələrin vibrasiyası

C) Məməyəbənzər – döş -körpücük əzələnin ovxalanması

D) Müstəvili sığallama

E) Boyunun arxa səthinin köndələn ovxalanması
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1151) Əllərin gigiyenik masajının əsas üslublarına hansılar aid deyil?
A) Əldən çiyin oynağı istiqamətində sığallaması

B) Çiyin, çiyinüstü və saitin sərələnmə üslubu ilə masajı

C) Dirsək oynağının tutma ilə sığallanması

D) Əllərin çimdikləmə ilə ovxalanması



E) Çiyinin ikibaşlı əzələsinin fasiləsiz vibrasiyası
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin