Mühitin E-dən asılı olaraq Fi və məhlulun rəngi dəyişir.
Məsələn, Fe2+ + Ce(SO4)2 (indikator kimi siloksen (Si6H6O3)n) İndikator özü şüalanma verdiyindən titrantın artıq miqdarı əmələ gəldikdə flüorossensiya itir.
2. Titrimetrik analizdə (indikator kimi lüminessensiya edən maddələr)
İndikatorların adi indikatorlardan fərqi odur ki, onların iştirakında rəngli və bulanıq məhlulları titrləmək mümkündür.
Flüoressensiya indikatorları ən çox turşu-əsasi titrləmə üsulunda istifadə edilir. Bu indikatorlar pH-dan asılı olaraq müxtəlif (ionlaşmış və ionlaşmamış) formada olduğundan rəngli flüoressensiya verir. Flüoressensiya indikatorların rəngdəyişmə intervalı olduqca kiçikdir. Ona görə üsul ilə daha dəqiq nəticə əldə olunur.