Forest is a unity of soil, water, trees, shrubs and grasses, animals, microorganisms and other constituents of the environment that are biologically interdependent and affect each other in their development



Yüklə 15,61 Kb.
tarix02.01.2022
ölçüsü15,61 Kb.
#47979

Forest

Forest is a unity of soil, water, trees, shrubs and grasses, animals, microorganisms and other constituents of the environment that are biologically interdependent and affect each other in their development. Forests occupy one third of the land area. The total area of ​​forests on Earth is 38 × 106 km². Forest areas are considered to be the most valuable national natural resources on Earth.

The total area of ​​forest cover in the world is 4 billion hectares. Of this, 809 million hectares belong to the Russian Federation, 478 million to Brazil, 310 million to Canada and 303 million to the United States.

Over the past 200 years, the area of ​​forest areas around the world has decreased more than twice. In the 18th and 19th centuries, 35% of present-day Azerbaijan was covered with forests. At present, the total area of ​​Azerbaijani forests is 1213.7 thousand hectares. This is 11.8% of the territory of Azerbaijan. This figure is 44% in the Russian Federation, 41% in Latvia and 39% in Georgia. One hectare of forest saves 200 people.

The main features of the forest are the microclimate formed under the vegetation cover. The microclimate of the forest is different from the environmental climate. Unlike outdoor areas, the temperature in the winter is 3-5 ° C in winter. On hot summer days, on the contrary, temperatures drop several degrees below zero.

Humidity in the forest is also high. The tree's umbrella prevents the sun's rays from forming shadows and prevents strong winds. All these factors create favorable habitat for various forest plants and animals. Seeds also develop under the umbrella of trees.

The forest ecosystem is self-regulating. When trees, shrubs and grasses in the forest die out, new plants grow in their place and the resulting gaps are restored. The untouched ancient forests are found only in the most remote corners of the Earth. Most of the forests on the planet are considered to have been subsequently regenerated because they are often affected by human activities.

All components that are part of the forest ecosystem are inextricably linked. For example, birds feed on fruits and seeds and participate in the distribution of seeds over long distances. The development of tree fungi depends on the trees. Mushrooms, which are involved in the decay of the branches and branches of the destroyed trees, help the mineral to return to the soil.

Creating artificial forest ecosystems is very difficult. The relationship between the various components of the forest has been established for many years. Micro-climates emerge after the formation of dense vegetation and the habitat of animals. Further, the ability of the forest to regulate itself regulates all natural processes. The old trees are the place of destruction of the young trees.

Population growth has a strong impact on deforestation, forests are used for agriculture, trade, fuel, and so on. is broken for the purpose. 56% of the total surface area was covered with forests when agriculture and livestock breeding occurred. At present, this figure has dropped by 30%. The process of deforestation is particularly affected by Europe. If by the VII century the forests occupy 80% of the total area, now it is only 30%. Forests in Russia, the United States, Canada, India, China, and Brazil have been massively destroyed. All this contributes to the so-called "greenhouse effect" that causes soil contamination. By heating the hot soil, it is able to overcome the carbon barrier in the atmosphere and not go into space, increasing the temperature by heating the soil. Increasing temperature of +10 C can lead to cataclysm of the world, melting of the polar glaciers, and experts say that by the middle of the 21st century, the level of the oceans will rise by 1-5 meters, which will lead to several regions of the Earth - the Maldives, St. Petersburg. The delta of the Nile will cause the southern coast of the Caspian Sea to be submerged in Azerbaijan. The heat is accompanied by an increase in drought in the USA, Russia, China and other countries.



Meşə

Meşə — bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti. Meşələr quru ərazinin üçdə birini tutur. Yer kürəsində meşələrin ümumi sahəsi 38×106 км²-dir. Meşə sahələri Yer kürəsinin ən qiymətli milli təbii sərvəti hesab olunur.

Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür.

Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213.7 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir. 1 hektar meşə 200 insanı xilas edir.

Meşənin əsas xüsusiyyətləri bitki örtüyünün altında formalaşan mikroiqlimdir. Meşənin mikroiqlimi ətraf mühitin iqlimindən fərqlidir. Açıq ərazilərdən fərqli olaraq meşədə qış mövsümündə havanın temperaturu 3-5 °C yüksək olur. İsti yay günlərində isə əksinə, temperatur bir neçə dərəcə aşağı enir.

Meşədə rütubətlilik də yüksək səviyyədə olur. Ağacların çətiri günəş şüalarının qarşısını kəsərək kölgəlik əmələ gətirir və güclü küləklərin qarşısını alır. Bütün bu amillər müxtəlif meşə bitkiləri və heyvanların həyatı üçün əlverişlı yaşayış mühütü yaradır. Ağacların çətiri altında toxumlar da inkişaf edir.

Meşə ekosistemi özü-özünü tənzim edir. Meşədəki ağaclar, kol, ot bitkiləri ömrünü başa vurduqda onların əvəzində yeni bitkilər inkişaf edir və yaranan boşluqlar bərpa olunur. Toxunulmamış qədim meşələrə Yer kürəsinin yalnız ən ucqar guşələrində təsadüf olunur. Planetdəki meşələrin əksər hissəsi çox zaman insan fəaliyyətinin təsiri altında olduğuna görə sonradan bərpa olunmuş meşə sahələri hesab edilir.

Meşə ekosisteminə daxil olan bütün komponentlər bir-biri ilə sıx əlaqədə olur. Məsələn, quşlar meyvə və toxumlarla qidalanaraq toxumların uzaq məsafəyə yayılmasında iştirak edirlər. Ağac göbələklərinin inkişafı ağaclardan asılıdır. Məhv olmuş ağacların budaqlarının və gövdəsinin çürüməsində iştirak edən göbələklər mineral maddələrin torpağa qayıtmasına kömək edirlər.

Meşə ekosistemini süni şəkildə yaratmaq çox çətindir. Meşənin müxtəlif tərkib hissələri arasında qarşılıqlı əlaqə uzun illər ərzində formalaşır. Sıx bitki örtüyü əmələ gəldikdən və heyvanların yaşayış şəraiti formalaşdıqdan sonra mikroiqlim yaranır. Daha sonra meşənin özünü tənzimləmə qabiliyyəti bütün təbii prosesləri nizamlayır. Qocaman ağaclar məhv olduqca yerini cavan ağaclar tutur.

Əhali artımı meşələrin azalmasına güclü təsir göstərir, meşələr kənd təsərrüfatının ehtiyacları üçün, ticarət, yanacaq və s. məqsədlə qırılır. Əkinçilik və maldarlıq yaranarkən bütün quru səthinin 56%-i meşə ilə örtülmüşdü. Hazırda isə bu göstərici 30%-ə enmişdir. Meşələrin məhv edilməsi prosesi xüsusilə Avropaya toxunmuşdur. Əgər VII əsrə qədər burada meşələr bütün ərazinin 80%-ni tuturdusa, hazırda bu, cəmi 30% təşkil edir. Rusiyada, ABŞ-da, Kanadada, Hindistanda, Çində, Braziliyada meşələr kütləvi sürətdə qırılmışdır. Bütün bunlar torpağın tullantılarla çirklənməsinə səbəb olan "istixana effekti"nə şərait yaradır. İsti torpağı qızdıraraq atmosferdəki karbon səddini dəf edib, kosmik fəzaya çıxa bilmir, torpağı isitməklə temperaturu qaldırır. Yerin hərarətinin +10 S artması belə dünya kataklizminə gətirib çıxara bilər, qütb buzlaqlarının əriməsi sürətlənər, mütəxəssislərin hesablamalarına görə, artıq XXI əsrin ortalarında dünya okeanının səviyyəsi 1-5 metr qalxa bilər ki, bu da Yerin bir sıra regionlarının – Maldiv adalarının, Sankt-Peterburqun, Nil deltasının, Azərbaycan hüdudlarında Xəzər dənizinin cənub sahillərinin su altında qalmasına səbəb olar. Havaların qızması ABŞ-da, Rusiyada, Çində və digər ölkələrdə quraqlıgın artması ilə müşayiət olunmuşdur.



Ədəbiyyat

https://en.wikipedia.org/wiki/Forest
Yüklə 15,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin