IV.FORMAL QRAMMATİKALAR VƏ DİLLƏR.
4.1.Törəmə qrammatikanın əsas anlayışları
Əlifba – boş olmayan sonlu çoxluqdur.Əlifbanın elementləri simvol adlanır.Σ={a1,a2,..., an} əlifbası üzərindəki zəncir ai elementlərinin sonlu ardıcıllığıdır. Σ əlifbası üzərindəki bütün zəncirlər Σ* ilə işarələnir.X zəncirinin uzunluğu onun elementlərinin sayına bərabərdir və │x│ ilə işarələnir.
Zəncirin uzunluğu sıfıra bərabər olarsa, o boş adlanır və ε ilə işarələnir.Uyğun olaraq da boş olmayan zəncir də boş olmayan uzunluqli zəncirlə təyin olunur.Tutaq ki, Σ={a,b} əlifbası verilmişdir.Onda bütün zəncirlər çoxluğu aşağıdakı kimi təyin olunur:
Σ*={ ε,a,b,aa,ab,ba,bb,aaa,aab,aba,...}
x və y zəncirləri o vaxt bərabər olur ki,əgər onların uzunluğu eyni olsun və ibarət olduqları simvolların düzülüş qaydaları da dəqiqliklə üst-üstə düşsün.
x və y zəncirləri üzərindəki birləşmə (konkatenasiya) əməliyyatı aşağıdakı kimi yerinə yetirilir:
Σ əlifbası üzərindəki L dili Σ üzərindəli zəncirlər çoxluğundan ibarətdir.Boş dil olan L=0 ilə boş zəncirdən ibarət olan L= { ε } ≠0 dilini seşmək lazımdır. Σ əlifbasından ibarət L formal dili bir neçə formal qaydalardan ibarət sonlu çoxluqlardan ibarət dildir.
Tutaq ki,M və L -əlifbalar üzərində olan dillərdir.Onda onların konkatenasiyası LM = {xy|x∈L, y∈M} olur.Haradaki, {ε}L = L{ε}=L.
L çoxluğunun L* və L+ iterasiyasının törəmə anlayışından istifadə edərək təyin edək.
L+= Li
L*= Li
Haradaki, i- dilin dərəcəsidir,Lrekursiv olaraq aşağıdakı kimi təyin olunur:
L0 = {ε};
Dostları ilə paylaş: |