Requlyar dillər üzərində əməliyyatlar
Hər bir ixtiyari sonlu avtomata birmənalı determinə olmuş sonlu avtomat uyğun gəlir.Sonlu avtomatlar üzərindəki əməliyyatlar requlyar çoxluq və ya requlyar dillər üzərindəki əməllər ilə ekvivalentdir.
Məlumdur ki,ixtiyari sonlu avtomat üşün ilkin və son vəziyyətlərində tsiklsiz ekvivalent avtomat qurmaq olar.
Teorem İxtiyari sonlu avtomat üçün ilkin vəziyyətdə tsiklsiz sonlu avtomat var.
İsbatı. Tutaq ki, A = (К, ∑, δ, p0, F) ixtiyari sonlu avtomatdır.Aşağıdakı avtomatı quraq:
A1 = (K ∪ {q0}, Σ, δ ∪ {q0a → pi | p0a → pi ∈δ}, q0, F∪ {q0 | p0 ∈ F}).
İstənilən x=a1a2...ak zənciri L(A) dilinə ancaq və ancaq o zaman aid olur ki, A avtomatının əmrləri aşağıdakı ardıcıllıqda olsun:
p0a1 → p1; p1a2 → p2; . . . ; ph-1ah → ph, ph ∈ F
və ona uyğun olaraq A1 avtomatının əmrləri aşağıdakı ardıcıllıqda olsun:
q0a1 → p1; p1a2 → p2; . . . ; pk-1ak → ph.
Beləliklə , A=A1 olur.
Teorem. İxtiyari sonlu avtomat üçün son vəziyyətdə tsiklsiz sonlu avtomat var.
İsbatı. Tutaq ki,avtomatın ilkin vəziyyətdə tsiklləri yoxdur.Verilmiş A = (К, Σ, δ, p0, F) ixtiyari sonlu avtomatnı yeni A1 avtomatı ilə müqayisə edək:
A1 = (K∪{f}, Σ, δ∪{qja → f | pja → pi∈δ & pi∈F}, p0, {f}∪{p0 | p0 ∈ F}).
Nəticədə alarıq: , A=A1
Dostları ilə paylaş: |