Formal diLLƏr və avtomatlar nəZƏRİYYƏSİ



Yüklə 281 Kb.
səhifə15/25
tarix02.01.2022
ölçüsü281 Kb.
#43181
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   25
formal dillər və avtomatlar nəzəriyyəsi.Mühazirələr

5.2.Avtomatın formal tərifi
Adsız avtomat beşlik şəklində verilir:

A=(К, X, Y, δ, γ),haradaki

К – vəziyyətlər çoxluğu;

X - giriş əlifbası;

Y – çıxış əlifbası;

δ - keşidlər funksiyası,haradaki К⋅Х→К;

γ – çıxışlar funksiyası,haradaki К⋅Х→У.
Avtomatın fəaliyyətini aşağıdakı əmrlər şoxluğu ilə vermək olar:

qx → py, haradaki q və p∈ K, x ∈ X, y ∈ Y.

Tutaq ki, hər hansı ti taktında idarəedici qurğu q vəziyyətində olur,giriş lentindən isə x simvolu oxunur.Əgər əmrlər çoxluğunda qx → py əmri varsa, onda ti taktında çıxış lentinə y simvolu yazılır,ti+1 növbəti taktda isə idarəedici qurğu p vəziyyətinə keçəcək,yəni

y(t) = γ(q(t), x(t)), q(t+1) =δ(q(t), x(t)).

Əgər qx → py əmri yoxdursa,onda avtomat blokirovkaya düşür və ti momentində qəbul edilmiş simvola əhəmiyyət vermir və növbəti zaman anında simvolların qəbulunu dayandırır.Adsız avtomatın tərifinə uyğun olaraq avtomatın ilkin momentində vəziyyət ixtiyari ola bilər.

Əgər hər hansı ilkin vəziyyət qeyd olunursa,onda belə avtomat adlı avtomat adlanır,yəni q(0)=q0.

Adlı avtomat altılıq şəklində olur:

A =(К, X, Y, δ, γ,q0),

К – vəziyyətlər çoxluğu;

X - giriş əlifbası;

Y – çıxış əlifbası;

δ - keşidlər funksiyası,haradaki К⋅Х→К;

γ – çıxışlar funksiyası,haradaki К⋅Х→У.

q0 – ilkin vəziyyət.




Yüklə 281 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin