Mövzu 4. Böyük Fransa burjua inqilabı və ondan sonrkı dövrdə
Plan:
1.Fransad sosial-iqtisadi vəziyyət.Mütlaqiyyət.Maarifçilik ideyaları. İnqilabin ilkin şərtləri və maliyyə böhranı.Baş Ştatlar.
İnqilabın başlanması.
2. İnqilabin I dövrü. “İnsan və vətəndaşın hüquq bəyannaməsi”.Milli məclisin fəaliyyəti. 1791-ci il konstitusiyası və siyasi klublar. Qanunverici məclis. İnqilabi müharibə və nəticəsi.
3. İnqilabin II dövrü. 10 avqust üsyanı. Fransada I Respublika. Konventin açılması və fəaliyyəti. Jirondistlərin fəaliyyəti.
4 İnqilabin III dövrü. Yakobin diktaturasının daxili və xarici siyasəti.
5.Termidor irticası və Direktoriya dövründə daxılı və xarici siyasət. Konsulluq dövrü.
6.I İmperiya dövründə daxılı və xarici siyasət.
Fransa bürokratik monarxiya dövründə. XVIII əsr Fransası özünün dövlət quruluşu baxımından mərkəzi bürokratik sistemə və hərbi dayaqlara əsaslanan mütləq monarxiya idi. Kral zadəganlar və katolik ruhanilərə geniş imtiyazlar verməklə özünün mütləq hakimiyyətini qoruyub saxlamışdır. Eyni zamanda o müəyyən vaxta kimi milli sənaye müəssisələri şəbəkəsinin və ticarətin inkişafına qayğı göstərilməsiylə yenicə yaranmaqda olan fransız burjuaziyasının etimadından da istifadə edirdi. Bunlarla yanaşı kral hakim sinfin artmaqda olan və günbəgün kəskinləşən yeni tələbatlarını ödəməkdə çətinlik çəkirdi. Ölkənin bütün ərazisində kral mütləq hakimiyyətə malik idi. Mütləqiyyət isə kralların uzun müddət qonşu feodal əyalətlərin bir dövlət çərçivəsində birləşdirilməsi uğrunda mübarizə zamanı yaranmışdır. Krallar öz vəzifələrini təkcə bu vilayətləri birləşdirməkdə yox, eyni zamanda həmin vilayətləri oz hakimiyyətinə tabe etməkdə maraqlı idilər. Mütləq və bölünməz hakimiyyət krala məxsus idi . Krallar özləri bildikləri kimi müxləlif sahələri idarə etmək üçün idarələr və kral idarələrini formalaşdırdılar. XVIII əsrin əvvəllərində isə nazirliklər yaradıldı. Yerlərdə hakimiyyət qubernatorların və kral məhkəmələrinin əlində idi. Bu sistemdə xüsusi yeri yüksək instansiya məhkəmələri tuturdu. Fransada parlament qanunverici orqan deyil, məhkəmə və inzibati orqan kimi fəaliyyət göstərirdi. Ölkədə parlamentlər bir sistemə daxil olmaqla Paris, Tuluza, Orenobl, Bordo, Penne, Ruane, Dijon Metse və digər şəhərlərdə fəaliyyət göstərirdi. Bunlar həmin cəmiyyətdə əsas sayılan məsələləri krala, şahzadələrə və yüksək vəzifəli məmurlara aid olan məhkəmə işlərinə baxırdılar. Hətta yerli məhkəmlərin verdikləri qərarları dəyişdirirdilər. Onların kral administrasiyasını tənqid etmək hüquqları da var idi. Bu parlamentlərin içərisində isə ən nüfuzlusu Paris parlamenti idi. Onun bütün parlamentlərə aid olan adi vəzifələrdən başqa kralın gördükləri işi qeydiyyata almaq hüququ da var idi ki, yalnız bundan sonra o qanuni hesab olunurdu.
XVIII əsrdə Fransada mütləq monarxiya artıq tam bərpa olunaraq möhkəmlənmişdi. Böyük və daimi ordu, mövcud məmur aparatı, siyasi mərkəzləşmənin yüksək həddi, 1613-cü ildən 1789-cu ilədək Baş Ştatlarsız idarəçilik kral hakimiyyətinin möhtəşəmliyindən xəbər verirdi. Əyalət iclaslarının hüqüqları məhdudlaşdırılmışdı. Demək olar ki, Fransada mütləqiyyət güclü bürokratik aparata arxalanırdı. Bu aparat özünəməxsus qaydada formalaşdığına görə müstəqil gücə çevrilə bilmişdi. O kralın dayağı olmaqla yanaşı, eyni zamanda, onun hakimiyyətini də müəyyən qədər məhdudlaşdırırdı. Bu da kral hakimiyyətinin qanunsuzluqlarından, yəni mütləqiyyətdən despotizmə keçməyin qarşısını alırdı. Eyni zamanda bürokratik aparatın islah olunması da çətinləşirdi. Hələ kardinal Rişelyenin (1624-1642) hakimiyyəti dövründə hugenotların siyasi müstəqilliyi məhv edilmiş, iri feodalların qəsrləri dağıdılmışdır.
1618-1648-ci illərdə baş vermiş 30 illik müharibədəki qələbə Fransanın beynəlxalq vəziyyətini yaxşılaşdırmışdır. Habsburqlara aid olan dövlətlər-İspaniya və Avstriya zəiflədilmişdi. Elzasın cənub hissəsi və Mets, Tul və Verden qalaları Fransa idarəçiliyinə keçmişdir. Artıq XVII əsrin ortalarında Qərbi Avropada İspaniya hegomonluğu Fransanın hərbi siyasi üstünlüyü ilə əvəz olunmuşdur ki, bu da bir əsr yarım əsr davam etmişdir. Aristokratlar ilk dəfə XVII əsrdə cəhd göstərdilər ki, kral hakimiyyətini zəiflədib feodal qaydalarını bərpa etsinlər. Belə hadisə ilk olaraq kral IV Henrixin vəfatından sonra, yəni azyaşlı XIII Lüdovikin dövründə olmuşdur. Belə ki, azyaşlı kralın anası Mariya Mediçinin hakimiyyəti dövründə idarəçilik aparatı onun favoritlərinin əlində oyuncağa çevrilmişdir. XIII Lüdovikin ölümündən sonra (1643-cü ildə) aristokrat müxalifət yenidən baş qaldırmışdır. Kiçik yaşlı XIV Lüdovikin (1643-1715) dövründə ölkəni faktiki olaraq birinci nazir Mazarini (1643-1661) idarə edirdi. Mənşəcə italyan olan Mazarini çox ağıllı və enerjili olmaqla, mütləq monarxiyanın daha da mökhəmləndirilməsinin tərəfdarı idi. Zadəganların əksəriyyəti onun siyasətini müdafiə etdiyi halda zadəgan məmurların yuxarı təbəqəsi- Ali məhkəmə palatası olan Paris parlamentinin üzvləri kral hakimiyyətini məhdudlaşdırmaq arzusunda idilər. Parlamentin tələbi burjuaziyanın bir hissəsi və Parisin xalq kütləsi tərəfindən müdafiə olunurdu. Onlar vergilərin artırılması, kral hakimiyyətinin möhkəmləndirilməsi əleyhinə çıxışlara başladılar. Hətta kralın soyundan olan şahzadələr belə özlərinin siyasi təsirlərinin zəyifliyini nəzərə alaraq Mazarininin əleyhinə çıxış edirdilər. 1648-ci ildə Parisdə qiyam baş verdi və tezliklə xalq şəhərdə səngərlər düzəltməyə başladı. Kral sarayı da paytaxtdan qaçmışdır. Lakin tezliklə Paris parlamenti xalqın inqilabı çıxışlarından qorxaraq Mazarini ilə danışıqlara girərək müqaviməti dayandırdı. Şahzadələr isə Mazarini əleyhinə müharibəni 1653-cü ilədək davam etdirsə də, həmin ildə onların qiyamı dağıdıldı.
1648-1653-cü illərdəki hadisələr xalqın və burjuaziyanın bir hissəsinin antifeodal çıxışları, parlamentin tanınmış adamlarının müxalifliyi VI şahzadələrin intriqaları idi. Bu hadisə tarixə "froida" (sapandla oyun) adı altında daxil olmuşdur.
Dostları ilə paylaş: |