İnqilabın başlanması. Kralın 1789-cu ilin 11 iyul tarixli sərəncamı Parisdə xalq kütlələrini hərəkətə gətirdi. İyulun 12-də xalq ilə qoşunlar arasında birinci toqquşma oldu. 10 minlərlə silah ələ keçirərkən. xalq silahlanmağa başladı. İyulun 13-də milli qvardiya təşkil olundu. Lakin rəhbərlik iri burjuaziyanın əlinə keçdi. İyulun 14-dək Bastiliyanı çıxmaq şərti ilə bütün Paris inqilabçı xalqın əlində idi. İyulun 14-də xalq qalaya soxulub Bastilyanı aldı. İyulun 14-dən 15-nə keçən gecə XVI Lüdoviki yuxudan oyadıb, Bastiliya qalasının alınması xəbərini verdilər. Kral bunun üsyan olduğunu söyləyərək qışqırdı. Krala bildirdilər: «Yox, kral, bu inqilabdır»! XVI Lüdovik üsyançılara güzəştə gedib qəti bildirdi ki, «xalqın bir damcı qanı da tökülməməlidir». Kral müəssisələr məclisinin qanuni olduğunu da etiraf etdi. Paytaxtda hakimiyyət şəhər Şurasına ( Paris Kommunasına) keçdi.
İnqilab Fransanın yeni bayrağını müəyyənləşdirdi. Üçüncü təbəqənin qırmızı və mavi rənglərinə Burbonların ağ rəngi də əlavə edildi. Bu üç rəng üçüncü təbəqənin kralı ilə barışığını göstərirdi. Kral Parisə gəlib öz şlyapasına inqilabın üçrəngli kokardını (rəsmi papaqlara vurulan nişan) taxdı. Kralı təntənəli surətdə qəbul etdilər.
Bastiliya qalasını tamamilə uçurub, onun yerində «burada rəqs edirlər» sözü yazılmış sütun düzəltdilər. 1789-cu il 14 iyul üsyanı ilə inqilab başlanmış oldu. Bu şərəfli gün -Bastiliyanın alınması fransız xalqının milli bayramı günü kimi tarixə daxil oldu. (1794-cü il iyulun 14-dən həmin gün xalq bayramı kimi Fransada qeyd edilir). Ölkədə konstitusiyalı monarxistlərin -iri burjuaziyanın, maliyyəçilərin, sənayeçilərin, tacirlərin hökmranlığı yarandı. Onların nümayəndələri milli məclisdə və başqa orqanlarda çoxluq təşkil edirdilər. Milli qvardiyanın rəisi isə onların nümayəndəsi Lafayet oldu.
Mövcud tədqiqatlara görə, Fransa Burjua inqilabının tarixi 3 mərhələdən keçir: I mərhələ - 1789-cu ilin iyunundan 1792-ci il 10 avqust üsyanına qədər. Bu mərhələdən xarici siyasət məsələləri bilavasitə kralın səlahiyyətində olsa da, Baş Ştatlar və ya qanunverici məclislə kral arasında xarici siyasət sahəsində səlahiyyətlərin bölgüsü baş verir. II mərhələ - 1792-ci ilin 10 avqustundan 1793-cü ilin 31 may üsyanına qədər davam etmişdir. Bu mərhələ I respublikanın jirondist mərhələsi adlanır. Xalq siyasəti məsələləri jironda nümayəndələri tərəfindən həyata keçirilir. III mərhələ - 1793-cü il 2 iyunundan - 1794-cü ilin iyulun 27-ə qədər davam edir. III mərhələ inqilabın yakobin diktaturası dövrünün mərhələsi hesab olunur.
Dostları ilə paylaş: |