Mövzu Böyük Fransa burjua inqilabı və ondan sonrkı dövrdə Plan


Fransa mütləqiyyəti XIV Lüdövikin dövründə



Yüklə 89,1 Kb.
səhifə2/24
tarix19.03.2022
ölçüsü89,1 Kb.
#53983
1   2   3   4   5   6   7   8   9   ...   24
Mühazir yt 4

Fransa mütləqiyyəti XIV Lüdövikin dövründə. 1661-ci ildə Mazarini öldükdən sonra XIV Lüdovik özü dövlət idarəçiliyinə rəhbərlik etməyə başladı. Elan etdi ki, elə birinci nazir özü olacaq. Lakin onun vaxtında birinci nazir vəzifəsini mailiyyə üzrə baş nəzarətçilərin müavinləri növbə ilə (Fuke və Kolber) aparmışdılar. XIV Lüdovikin idarəçiliyi dövründə Fransa mütləqiyyəti özünün ən yüksək inkişafını tapmışdır. İdarəçilikdə onun əsas məqsədi Fransanın iqtisadi və hərbi gücünün artırılması, onun ərazisinin və müstəmləkələrin gücləndirilməsi idi. Bununla o Avropa işlərində aparıcı rol oynamaq istəyirdi. XVII əsrin ikinci yarısında hugenotların təqibi daha da gücləndi. Onlar Katolik kilsəsinin ikonalara inamını qəbul etmirdi. Odur ki, hugenotların evlərində draqon postları qoyulurdu. 1686-cı ildə isə kral 1598-ci ildə qəbul edilmiş və hugenotlara dini ayinlər keçirmək azadlığı verən Nand ediktini (müqaviləsini) rədd etdi. Bundan sonra on minlərlə hugenot Almaniya və Amerikaya qaçmışdır. Çünki protestant dininə inanlar bundan sonra katolikliyi qəbul etməli idilər. Əks halda isə ciddi cəzalar verilirdi. Onların köçməsi ilə Fransa yaxşı mütəxəssislərdən məhrum olmuşdur. Çünki onlar sənayenin və ticarətin inkişafına lazım olan kadrlar idilər. Fransa hakimiyyətinin iqtisadi siyasəti özünün kəndlilər üzərində qəsbkarcasına vergilər qoyması ilə seçilirdi. Bu da sarayın və zadəganların daha da varlandırılmasına xidmət edirdi. Ordu, zadəganlıq və kral sarayının sənaye mallarına, xəzinənin isə pula tələbatı çox idi. Odur ki, hakimiyyət manufakturaların yaradılmasını və məhsulun xaricə daşınmasını genişləndirirdi. Xaricdən isə bəzək-düzək əşyalarıının və digər məhsulların ölkəyə gətirilməsinə qadağa qoyulmuşdur. Fransada bu merkantilist siyasət XIV Lüdovikin nazirlərindən olan Kolber tərəfindən həyata keçirilirdi. Kolber 1665-ci ildən 1683-cü ilədək maliyyə üzrə baş nəzarətçi vəzifəsində işləmişdir olmurdu.

XIV Lüdovikin ölümündən sonra Fransa mütləqiyyəti özünün tənəzzül dövrünə qədəm qoymuşdur. 1721-ci ildən demək olar ki, XV Lüdovik ölkəni özü idarə etməyə başlamışdır. O, eqoistcəsinə özünün möhtəşəm olduğu fikrində olsa da apardığı daxili və xarici siyasətdə sabit deyildi. Onun zəif insani xarakterindən isə yaxınları öz məqsədləri üçün məharətlə istifadə edirdi. Hamıdan güclü favorit isə 18 il dövlət işlərinə müdaxilə etməklə şöhrət qazanan Madam de Pompadur idi. Favoritlər ölkə daxilində istədikləri kimi hərəkət edirdilər: onlar vəzifələri paylayır, istədikləri adamı nazir təyin edir və ya çıxarırdılar. XVIII əsrdə Fransa monarxiyası bir sıra hərbi diplomatik qələbələr əldə etmiş, 1735-ci ildə Lotarengiyaya sahib olmuşdur. 1768-ci ildə isə Kenuya respublikasından Korsikanı güzəştə getməsinə nail olmuşdur. Bütün bunlara baxmayaraq, mütləqiyyət Fransasının beynəlxalq vəziyyəti tənəzzülə doğru gedirdi. Feodal geriliyi Fransanı İngiltərə ilə müstəmləkələr uğrunda mübarizədə məğlubiyyətə gətirib çıxartmışdı. Yeddillik müharibənin (1756-1763) gedişində İngiltərə Kanada daxil olmaqla Şimali Amerikadakı koloniyaları, eyni zamanda Hindistandakı fransız mülklərini ələ keçirdi. Prussiya kralı II Fridrixin ordusu tərəfindən Fransa ordusunun darmadağın edilməsi fransız mütləqiyyətinin hərbi gücünün zəifləməsindən xəbər verirdi. Lakin kral hakimiyyəti və ona sadiq olan zadəganlar və din xadimləri hər hansı bir islahatın həyata keçirilməsinin əleyhinə idilər. Onlar xalq üzərində daimi hakimiyyətlərini saxlamaq uğrunda fikirləşirdilər. 1774-cü ildə hakimiyyətə gəlmiş XVI Lüdovikin sarayları Avropanın digər monarxları üçün həsəd aparmaq nümunəsi idi. O, xaraktercə zəif, tənbəl, avam və cahil olmaqla, Avstriya şahzadəsi Mariya Antuanetta ilə evli idi. Yüngül xasiyyətdə olan kraliça isə bütün islahatların əleyhinə idi. Odur ki, xalqın kraliçadan zəhləsi gedirdi. Bütün bunlarla bərabər Fransa Avropa işlərində, beynəlxalq ticarətdə və müstəmləkəçilik məsələsində öz mövqeyini itirirdi.




Yüklə 89,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin